Məhkəmə qərarları › İş №2(102)-2323/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2323/2019

01.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2323/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili X1 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 yanvar 2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 avqust 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(0081)-3622/16 saylı 02 avqust 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Kazımov) iddia tələbi qis mən təmin edilərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri ÜNVAN 4094 məhəllə, 6 nömrəli evin 72 nömrəli mənzilinə dair Bakı şəhəri Cavabdeh5 21 yanvar 2014-cü ildə bağlanmış AN-İ 0391207 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına 03.10.2014-cü ildə ********** nömrə ilə qeydiyyata alınmış, Bakı şəhəri ÜNVAN 4094 məhəllə, 6 nömrəli evin 72 nömrəli mənzilinə xüsusi mülkiyyət hüququnun olmasına dair verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv olunması, Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri ÜNVAN 4094 məhəllə, 6 nömrəli evin 72 nömrəli mənzilinə dair Bakı şəhəri 50 saylı notariat kontorunda 11 fevral 2015-ci ildə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına 20.02.2015-ci ildə ********** nömrə ilə qeydiyyata alınmış Bakı şəhəri ÜNVAN 4094 məhəllə, 6 nömrəli evin 72 nömrəli mənzilinə xüsusi mülkiyyət hüququnun olmasına dair verilmiş RX seriyalı ******* nömrəli ııxarışın ləğv edilməsi, Bakı şəhəri ÜNVAN 4094 məhəllə, 6 nömrəli evin 72 nömrəli mənzilin boşaldılması, qanunsuz sahiblikdən geri alınması və İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən-məruzəçi T.Səmədov, hakimlər İ.Şirinov və E.Nəbiyev, iş No2(103)-3231/17 saylı mülki iş) cavabdehlər Ca vabdeh2, Cavabdeh3, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin və Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart 2018-ci il tarixli qərarı ilə (sədrlik edən məruzəçi A.İskəndərov, hakimlər Ə.Əhmədov və İ.Dəmirov, iş No 2(102)-1262/18 saylı mülki iş) cavabdehlər Cavabdeh2 kassasiya şikayəti tamamilə, Əmlakı Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsinin və maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayətləri isə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 06 aprel 2017ci il tarixli qətnaməsi ləğv edilmiş və i ş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının üzrə 29 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən-məruzəçi V.Həsənov, hakimlər V.Baxışova və N.Cəfərov, iş No 2(103)-4538/2018 saylı mülki iş) cavabdehlər Cavabdeh2, Cavabdeh3, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə 02 avqust 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının üzrə 15 noyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən-məruzəçi V.Həsənov, hakimlər Ş.Məmmədova və N.Cəfərov, iş No 2(103)-4538/2018 saylı mülki i ş) hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının üzrə 29 may 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 yanvar 2019-cu il tarixli qərardadı ilə (hakimlər V.Həsənov (sədrlik edən, məruzəçi), Ş.Məmmədova və N.Cəfərov, 2(103)4538/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının üzrə 29 may 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5na, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş dövlət reyestrindən çıxarışların ləğvi, mənzilin boşaldılaraq özgənin qanunsuz sahibliyindən alınaraq geri qaytarılması və mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını, işin mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X1 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3 və 408.1.4-cü maddələrinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, eləcə də kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işin 132-ci səhifəsində olan xəbərnamədən məlum olmuşqdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103) -4538/2018 saylı mülki iş üzrə 29 may 2018-ci il tarixli qətnaməsi İddiaçı yaşadığı ünvana göndərilmiş, həmin ünvanda 10 sentyabr 2018-ci il tarixdə rəsmi qaydada xəbərnaməyə imza edilməklə qəbul edilmişdir.İddiaçı ilkin kassasiya şikayətini 10 noyabr 2018-ci il tarixdə poçt orqanına təqdim etmişdir. Göründüyü kimi ilkin kassasiya şikayəti verilərkən müəyyən edilmiş müddət ötürülməmişdir. Lakin həmin kassasiya şikayəti nöqsanlı tərtib edildiyindən 15 noyabr 2018-ci il tarixdə geri qaytarılmışdır. Kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad iddiaçının yaşadığı ünvana göndərilmiş, 01 dekabr 2018-ci il tarixdə təqdim edilmişdir. İddiaçı qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra qətnamədən verdiyi növbəti kassasiya şikayətini isə 28 dekabr 2018-ci il tarixdə - qəra rdadı aldıqdan 27 gün sonra poçt orqanına təqdim etmişdir, beləliklə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmiş, eyni zamanda buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üz rə 03 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar