Məhkəmə qərarları › İş №2(102)-2323/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2323/2020

25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2323/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14335/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 2(011) -741/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan “xxxx” ASCnin Cavabdeh qarşı “kredit müqavilələri üzrə borcun qaytarılması” barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Elşad Şamayev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18/13 nömrəli, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2016-cı il tarixə Cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-yə əsas borc üzrə 277799,50 manat, faiz borcu üzrə 13172350 manat, cərimə borcu üzrə 64588,50 manat, cəmi 47411150 manat, 08/13 nömrəli, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə ******* manat, faiz borcu üzrə 49059556 manat, cərimə borcu üzrə 24811625 manat, cəmi ********* manat, 146/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə ******* manat, faiz borcu üzrə 1221390,75 manat, cərimə borcu üzrə 809050,75 manat, cəmi 4555441,50 manat məbləğində borcun və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Müştərilərə Xidmət Departamenti ilə Cavabdeh arasında bağlanmış 18/13 nömrəli, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 15%-lə, 24 ay müddətinə 277800 manat, 08/13 nömrəli, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 15%-lə, 24 ay müddətinə ******* manat, 146/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 15%-lə, 12 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Borcalan tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən müştəriyə təqdim edilmiş ödəniş cədvəli üzrə aparılmalıdır. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kredit və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. “xxxx” ASC-nin 1 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 18/13 nömrəli, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2016-cı il tarixə Cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-yə əsas borc üzrə 277799,50 manat, faiz borcu üzrə 131723,50 manat, cərimə borcu üzrə 64588,50 manat, cəmi 474111,50 manat, 08/13 nömrəli, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə ******* manat, faiz borcu üzrə 490595,56 manat, cərimə borcu üzrə 248116,25 manat, cəmi 1749711,81 manat, 146/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə ******* manat, faiz borcu üzrə 1221390,75 manat, cərimə borcu üzrə 809050,75 manat, cəmi 4555441,50 manat məbləğində borcu yaranmışdır. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2013-cü il tarixli 08/13 saylı təminatsız bərpa olunmayan Kredit xətti müqaviləsinə əsasən borc verən “xxxx” ASC ilə borc alan Cavabdeh 12 ay müddətinə illik 15% olmaqla ******* manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2013-cü il tarixli 18/13 saylı təminatsız bərpa olunmayan Kredit xətti müqaviləsinin surətinə əsasən məlum olur ki, borc verən “xxxx” ASC ilə borc alan Cavabdeh 12 ay müddətinə, illik 15% olmaqla 277800 manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanılmış xx xxxx 2013-cü il tarixli 146/13 saylı təminatsız bərpa olunmayan Kredit xətti müqaviləsinin surətinə əsasən məlum olur ki, borc verən “xxxx” ASC ilə borc alan Cavabdeh 12 ay müddətinə illik 15% olmaqla ******* manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. Ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş maliyyə arayışlardan görünür ki, Cavabdeh banka xx xxxxxx 2013-cü il tarixli müqavilə üzrə cəmi 1749711.81 manat, xx xxxxxx 2013-cü il tarixli müqavilə üzrə cəmi 474111,50 manat, xx xxxx 2013-cü il tarixli müqavilə üzrə 4555441,50 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2017-ci il tarixli, 3897/3690 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş xx xxxxxx 2013-cü il tarixli 08/13 nömrəli Təminatsız Bərpa olunmayan Kredit Xətti Müqaviləsində “Borc alan” qrafalarında olan imzalar sənəd üzərinə faksimile klişe vasitəsilə əks olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarla rı qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Cavabdehlə bank arasında 3 kredit müqaviləsi imzalansa da, ekspert rəyində kredit müqavilələrindən birində olan imzanın faksimile üsuluyla icra edildiyi qeyd edildiyinə əsaslanaraq birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini rədd etmiş, apelyasiya instansiyası məhkəməsi də məhkəmənin gəldiyi səhvi təkrarlayaraq qətnaməni dəyişdirimədən saxlamışdır. Bundan başqa imzanın faksimile üsuluyla icra olunması həmin müqaviləni bağlamaqda cavabdehin iradə ifadəsinin olmaması anlamına gəlmir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Birinci instansiya məhkəməsi iş mater ialalrında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2017-ci il tarixli ekspert rəyini əsas götürərək kredit xətti müqaviləsindəki “Borc alan” qrafalarında olan imzaların sənəd üzərinə faksimile klişe vasitəsilə əks olunduğu qeyd etmiş və bu əsasla iddia tələbini rədd etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki birinci instansiya məhkəməsi sözügedən ekspert rəyinə əsaslanaraq iddia tələblərini rədd etməkdə haqlı olmamışdır. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, ekspert rəyindən yalnız xx xxxxxx 2013-cü il tarixli 08/13 nömrəli Təminatsız Bərpaolunmayan Kredit Xətti Müqaviləsində “Borc alan” qrafalarında olan imzalar sənəd üzərinə faksimile klişe vasitəsilə əks olunduğu qeyd edilsə də, birinci instansiya məhkəməsi hər üç müqavilədə imzaların sənəd üzərinə fak simile klişe vasitəsilə əks olunduğunu vurğulayaraq iddia tələbini rədd etmişdir. İddiaçı bank yuxarıda sözügedən kredit müqavilələrinə istinad edərək hazırki iddia tələbini irəli sürmüş, lakin kredit müqavilələrində sözügedən məbləğlərin cavabdehə verilməsi barədə kassa məxaric orderlərinin əslini məhkəməyə təqdim etməmişdir. Məhkəmə baxışı zamanı iddiaçı bankın nümayəndəsinə kassa məxaric orderlərinin əslinin təqdim etməsi təklif olunsa da, iddiaçı bankın nümayəndəsi tərəfindən kassa məxaric orderlərinin əslinin mövcud olmadığı bildirilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş cavabdehə məxsus xarici pasportdan görünür ki, cavabdeh yalnız xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanarkən Azərbaycan Respublikasının hüdudlarında olmuş, digər müavilələrinin bağlandığı tarixlərdə isə ölkə hüdudlarından kənarda olmuşdur. Belə olan halda isə kredit müqavilələrinin həqiqətən də cavabdehlə bağlanması və müqavilələrdə göstərilən məbləğlərin cavabdehə verilməsi barədə əsaslı şübhələr yaranır. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh tərəfi olduğu kredit müqavilələrinə və onunla bağlı sənədlərə imza etməmiş, müqaviləyə dair hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etməmiş, hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, bankdan pul götürməmiş, həmin müqavilələr əhəmiyyətsiz əqd olmuşdur. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesa b edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə görə yalnız xx xxxxxx 2013cü il tarixli Kredit müqaviləsində “Borc alan” qrafalarında olan imzalar sənəd üzərinə faksimile klişe vasitəsilə əks olunması, kredit müqavilələrində göstərilən məbləğlərin cavabdehə verilməsi barədə kassa məxaric orderlərinin əslinin deyil, kserosurətlərinin təqdim olunması, cavabdehin yalnız xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi bağlanarkən Azərbaycan Respublikasında olması, digər iki müqavilələr bağlandığı tarixlərdə ölkədən kənarda olması əsasları ilə kredit müqavilələrinin həqiqətən də cavabdehlə bağlanmasının və müqavilələrdə göstərilən məbləğlərin cavabdehə verilməsinin istisna olunması qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh tərəf kimi göstərildiyi kredit müqavilələrinə və onunla bağlı sənədlərə imza etməmiş, müqavilənin bağlanması ilə bağlı hüquqi proseslərdə tərəf kimi faktiki iştirak etməmiş, öz hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi ilə müəyyənləşdirilməmiş, bankdan pul götürməmiş, iddiaçı tərəfindən təqdim olunan kredit müqavilələri və kassa məxaric orderləri əhəmiyyətsiz əqd olmuşdur. Ona görə də həmin sənədlər sübut kimi qəbul oluna bilməz. Azərbaycan Res publikası Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Sadalanan normaların məzmunundan göründüyü kimi, faks, elektron və ya digər rabitə vasitəsi ilə, o cümlədən başqa üsullarla əldə edilmiş sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olduğu halda həmin sənədlərin yazılı sübut kimi qəbul edilməsi mümkündür. Digər tərəfdən, Azərb aycan Respublikası Mülki-Prosessual Məcəllənin 89.3-cü maddəsində “lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir” müddəasını təsbit etməklə qanunverici bir sıra məqsədləri, o cümlədən saxta, şübhəli, habelə həqiqəti və həqiqi münasibətləri əks etdirməyən sənədlərin təqdim edilməsinin qarşısını almaq məqsədi güdmüş və bununla da belə sənədləri mötəbər sübut kimi qiymətləndirməmək üçün hüquqi əsas yaratmışdır. Cavabdeh tərəf öz etirazında, o cümlədən iddia ərizəsinin rədd edilməsi tələbində bu mövqedən çıxış etmiş, müqavilələrdəki imzanın ona məxsus olmadığını qeyd etmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin bu etirazının əsaslılığını müyyən etmək üçün işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni tərəflər arasında bağlanmış xx xxxx xx 2013-cü il tarixli və xx xxxx 2013-cü il tarixli kredit müqavilələrindəki, eyni zamanda surəti iş materiallarına əlavə edilmiş kassa mədaxil orderlərindəki imzaların cavabdeh Gəray Hüsyenli tərəfindən icra edilib-edilməməsi məsələsini araşdırmamış, yalnız müqavilələrdəki imzaların faksimile klişe vasitəsilə əks olunması və kassa mədaxil orderlərinin əsillərinin təqdim edilməməsi əsası ilə tərəflər arasında müqavilə münasibətlərinin yaranmaması qənaətinə gəlmişdir. Halbuki məhkəmə həmin sənədlərin həqiqiliyini müəyyən etmək və yazılı sübutlar kimi qəbul olunması məsələsinin həlli üçün sənədləri tərtib etmiş və imzalamış şəxslərin dindirilməsi barədə vəsatət verilməsini iddiaçı tərəfə təklif edə bilər, bununla da Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmiş olardı. Həmin maddəyə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə “xxxx” AS C ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2013-cü il tarixli 18/13 saylı və xx xxxx 2013-cü il tarixli 146/13 saylı Kredit müqavilələri və pulun borc alan Cavabdeh verilməsi barədə kassa məxaric orderləri üzrə tam və hərtərəfli araşdırma aparmımış, iddiaçı tərəfin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair mülki mühakimə icraatının prinsipini diqqətdən qaçırmışdır. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kasasiya qismən şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-14335/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar