Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2323/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma barədə ilk, Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması və çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia tələblərinə dair Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-49/2025 nömrəli iş üzrə 14 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 6 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İmişli rayonu Xəlfəli kəndində 0,4999 ha torpaq sahəsi paylı mülkiyyətdə, onun üzərində yerləşən 110,9 kv metr sahəsi olan fərdi yaşayış evi ümumi birgə mülkiyyətdə olmaqla İddiaçı, X8, X18, X9, X4, X13 və X19 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. X14 və İsayeva (Mustafayeva) Südabə Marif qızı 09 iyun 2008-ci il tarixdə nikaha daxil olmuşlar.
3. İddiaçı Cavabdeh X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, siyahı üzrə əmlakların ona qaytarılması tələbi ilə yanaşı, cavabdehlə birgə nikahları dövründə əldə etdikləri İmişli rayonu Xəlfəli kəndində yerləşən 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin dəyəri olan 40000 manatın ikidə bir hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 25 avqust 2020ci il tarixli qətnaməsi ilə, iddia evin dəyərinin yarısının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində, tələb sübut olunmadığı əsası ilə rədd etmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 oktyabr 2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin uşaqları ilə birlikdə iddiaçıya məxsus İmişli rayonunun Xəlfəli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının oğlu Faxrəddin İsayevlə 2006-cı ildə faktiki nikah münasibətlərinə girmiş, evləndikdən sonra iddiaçıya məxsus evdə yaşamış, sonradan ailə münasibətləri pozulduğundan ayrılmışlar. Lakin cavabdeh iddiaçıya məxsus evdə yaşamağa davam edir. İddiaçı cavabdehlə birlikdə yaşamaq istəmir. Cavabdeh iddiaçını evi yandıracağı ilə hədələyir və aralarında mütəmadi olaraq mübahisələr yaranır. Dəfələrlə cavabdehdən ona məxsus evdən çıxmasını tələb etsə də, nəticəsi olmamışdır.
6. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı İmişli rayonunun Xəlfəli kəndində İddiaçı istifadəsində olan zəbt edilmiş bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 2012-ci ildə X14 ilə birgə nikahda olduqları dövrdə tikilmiş 1 mərtəbəli 4 otaqlı evə istifadə hüququnun tanınması və İddiaçı adına verilmiş Daşınmaz Əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçının faktiki yaşadığı ev İmişli rayonunun Xəlfəli kəndində 2012-ci ildə X14 ilə birgə nikahda olarkən İddiaçı istifadəsində olan zəbt edilmiş bələdiyyə mülkiyyətindəki torpaq sahəsində tikilmişdir. İmişli rayonu Xəlfəli, Kürdmahmudlu və Hacalmuradlı kəndləri üzrə icra nümayəndəliyinin verdi yi 22 iyul 2020-ci il tarixli arayışdan görünür ki, həmin 1 mərtəbəli 4 otaqlı ev 2012-ci ildə birgə nikahları dövründə tikilmişdir. Xəlfəli bələdiyyəsinin verdiyi arayışdan görünür ki, həmin ev nikah dövründə tikilmişdir. Lakin İddiaçı ona və uşaqlarına həmin evdə yaşamağa imkan vermir. İddiaçı heç bir dövlət orqanından icazə almadan zəbt etdiyi həyətdə saxta sənəd hazırlamaqla JN-104A Kod 90716018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan evi deyil, həmin şəhadətnamə ilə mülkiyyətində olan həyətyanı torpaq sahəsinin qarşısında olan evi özbaşına zəbt etməklə, qanunsuz tikinti işləri apardığı evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi ilə əlbir olmaqla mülkiyyətinə keçirmişdir. Faktiki olaraq həmin birgə nikah dövründə tikilən evi n yerləşdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və həmin yeri özbaşına zəbt etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmaqla cinayət törətmiş, saxta yolla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.
8. İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(036)-68/2022 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilərək, Cavabdeh uşaqları ilə birlikdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir (hakim Q.H.Hacıyev).
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandır mışdır ki, mübahisə predmeti olan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, Cavabdeh isə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə və ya mülkiyyətin bir hissəsinə dair heç bir hüquq müəyyənedici və digər texniki sənədləri yoxdur və mülkiyyətdən pay hüququ olan hüquq sahibi deyildir.
10. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evini keçmiş əri X14 ilə birgə nikahları dövrdə əldə etməsi iddiasına İmişli Rayon Məhkəməsinin 23 avqust 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə baxılaraq həll edildiyindən həmin faktlar yenidən mübahisələndirilə bilməz.
11. Digər tərəfdən, Cavabdeh iddia tələbinə etirazının əsası qismində mübahisələndirilən fərdi yaşayış evinə İddiaçı daha əvvəl qanuni gözləntiyə sahib olmasını bildirsə də, həmin xüsusatı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, “İnsan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4 və 164.1ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkə məsinin 16 mart 2022-ci il tarixli, 2(036)-68/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İş üzrə apellyasiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikintitexniki ekspertizası üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 16 dekabr 2022 tarixli mütəxəssis rəyinə və 31 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 dekabr 2019-cu il tarixdə verilmiş **********22-10301 reyes tr nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyətində olmaqla İmişli rayonunun Xəlfəli kəndində yerləşən 0,4999 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin koordinatları elektron məlumat bazasında mövcud deyildir. Ona görə də Xəlfəli kəndində vətəndaşların istifadələrində olan həyətyanı torpaq sahələrinin elektron uçotu işləri aparılan zaman tərtib olunmuş yerquruluşu planından istifadə etməklə İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyətində olan 0,4999 ha həyətyanı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. JN-104A Kod 90716018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 saylı qərarı ilə İ ddiaçı və ailə üzvlərinə İmişli rayonunun Xəlfəli kəndində verilmiş 0,50 ha həyətyanı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 dekabr 2019-cu il tarixdə verilmiş **********22-10301 reyestr nömrəli çıxarışdakı döngə nöqtələrinin koordinatları elektron məlumat bazasında mövcud olmadığı üçün Xəlfəli kəndində vətəndaşların istifadələrində olan həyətyanı torpaq sahələrinin elektron uçotu işləri aparılan zaman tərtib olunmuş yerquruluşu planından, İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyətində olan 0,4999 ha həyətyanı torpaq sahəsinin koordinatlarından istifadə etməklə JN-104A Kod 9071 6018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən döngə nöqtələrinin koordinatlarının 3818 kv metr hissəsinin üst-üstə düşməsi müəyyən edildi. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 dekabr 2019-cu il tarixdə verilmiş **********22-10301 reyestr nömrəli çıxarışdakı döngə nöqtələrinin koordinatları elektron məlumat bazasında mövcud olmadığı üçün Xəlfəli kəndində vətəndaşların istifadələrində olan həyətyanı torpaq sahələrinin elektron uçotu işləri aparılan zaman tərtib olunmuş yerquruluşu planından istifadə edilməklə İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyətində olan 0,4999 ha həyətyanı torpaq sahəsi üzərində inşa o lunmuş üç fərdi yaşayış evinin olduğu müəyyən edildi. İlk iddia üzrə Cavabdeh uşaqları ilə birlikdə yaşadığı, əmlakları yerləşən evin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 dekabr 2019-cu il tarixdə verilmiş **********22-10301 reyestr nömrəli çıxarışdakı döngə nöqtələrinin koordinatları elektron məlumat bazasında mövcud olmadığı üçün Xəlfəli kəndində vətəndaşların istifadələrində olan həyətyanı torpaq sahələrinin elektron uçotu işləri aparılan zaman tərtib olunmuş yerquruluşu planından istifadə edilməklə İmişli rayonunun Xəlfəli kəndində yerləşən 0,4999 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüdudları daxilində olması müəyyən olundu. İ lk iddia üzrə İddiaçı boşaldılmasını tələb etdiyi ev, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 dekabr 2019-cu il tarixdə verilmiş **********22-10301 reyestr nömrəli çıxarışdakı döngə nöqtələrinin koordinatları elektron məlumat bazasında mövcud olmadığı üçün Xəlfəli kəndində vətəndaşların istifadələrində olan həyətyanı torpaq sahələrinin elektron uçotu işləri aparılan zaman tərtib olunmuş yerquruluşu planından istifadə edilməklə İmişli rayonunun Xəlfəli kəndində yerləşən 0,4999 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüdudları daxilində olan Cavabdeh yaşadığı evin olması müəyyən olundu.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 24 may 2023-cü il tarixli, 2(106)-61/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qətnaməsinin verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakim T.S.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər S.F.Həsənovdan və P.T.Əhmədovdan ibarət tərkibdə)
16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında formalaşan hüquq münasibətlərinin iddiaçı və cavabdeh İddiaçı oğlu Faxrəddin İsayevlə iddiaçı və Cavabdeh arasında 09 iyun 2008-ci il tarixdə rəsmi nikahın bağlandığı andan yarandığından, mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi qaydasında öz hüquqi həllini tapmalıdır. Qarşılıqlı iddia üzrə iddia çının üzərində istifadə hüququnun tanınmasını tələb etdiyi mübahisəli fərdi yaşayış evinin məhz keçmiş əri ilə 2012-ci ildə birgə nikahları dövründə inşa olunmasına dair arqumentləri sübuta yetməmişdir. Buna dair iddiaçı tərəfindən hər hansı bir inandırıcı, mötəbər sübutlar verilməmişdir. Digər tərəfdən, mübahisəli fərdi yaşayış evinin qarşılıqlı iddia üzrə iddiaçı ilə keçmiş əri tərəfindən birgə nikahları dövründə, birgə vəsaitləri hesabına inşa olunması əsası ilə həmin əmlakın bölgüsü tələbinə dair iddiasının sübuta yetməməsi əsası ilə rədd edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bunlardan da savayı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özü iddiasında mübahisəli evin cavabdeh İddiaçı tərəfindən zəbt edilmiş torpaq sahəsində özbaşına inşa edildiyini bildirib, bununla sonuncunun cinayət əməli törətməsinə diqqəti cəlb etməyə çalışmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 152.1, 157.2, 228.1 və 228.2-ci, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 82.3, 88, 103.1 və 103.2-ci maddələri ilə əsaslandırmışdır.
18. X12 Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023cü il tarixli, 2(106)-61/2023 nömrəli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməklə, İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(036)-68/2022 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunmayan “İmişli rayonu, Xəlfəli kəndində İddiaçı adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarışın ləğv edilməsinin rədd olunması” hissədə ləğv olunmuş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “İmişli rayonu Xəlfəli kəndində İddiaçı adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********2210301 olan çıxarışın ləğv edilməsi” tələbi hissədə işin icraatına, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)-61/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3617/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)-61/2023 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.(hakimlər X17 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə),
21. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, cavabdeh kassasiya şikayətində qarşılıqlı iddiasının təmin olunmasını xahiş etsə də, həmin tələb üzrə icraata apellyasiya məhkəməsinin qərardadı ilə xitam verildiyindən və qeyd olunan qərardaddan şikayət verilmədiyindən qarşılıqlı id dianın əsaslılığı hazırkı kassasiya baxışının predmetini təşkil etmir və şikayət bu hissədə təmin olunmamalıdır.
22. İlk iddia üzrə isə qeyd edilmişdir ki, apellyasiya məhkəməsi mübahisəli yaşayış sahəsinin iddiaçının mülkiyyətində olmasını əsas götürərək, mübahisəyə Mülki Məcəllənin 228.2-ci maddəsini tətbiq etməklə iddianı təmin etmişdir.
23. Lakin iş materialları ilə müəyyən olunmuşdur ki, İmişli rayonu Xəlfəli kəndində olan 0,4999 ha torpaq sahəsi və üzərində yerləşən 110,9 kv metr sahəsi olan fərdi yaşayış evi iddiaçı ilə yanaşı daha 6 nəfərin, o cümlədən cavabdehin əri X4 mülkiyyətindədir. Cavabdehlə əri arasında ailə münasibətləri pozulsa da, nikahın pozulmasını təsdiq edən sənəd iş materiallarında mövcud deyildir.
24. Həmçinin apellyasiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə eks pertizasının rəyindən müəyyən olunmuşdur ki, həmin torpaq sahəsində üç fərdi yaşayış evi yerləşir. İddiaçının nümayəndəsi (cavabdehin əri) Faxrəddin İsayev isə apellyasiya məhkəməsində verdiyi izahatında iddiaçıya aid olan torpaq sahəsində 2 evin yerləşdiyini qeyd etmişdir.
25. Məhkəmənin qənaətinə görə torpaq sahəsinin və üzərində olan evin ümumi mülkiyyətdə olmaqla, cavabdehin ərinin də mülkiyyətçilərin biri olması iş üçün mühüm əhəmiyyət kəsb edən haldır ki, apellyasiya məhkəməsi bu hala hüquqi qiymət verməmişdir.
26. İlk olaraq məhkəmə, paylı mülkiyyətçilərdən birinin (hazırki iddiaçının) Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən bu iddianı verməyə subyektiv hüququnun olubolmaması məsələsinə hüquqi qiymət verməlidir. Qeyd olunan maddəyə görə isə, ümumi mülkiyyətin hər bir mülkiyyətç isi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb etmək hüququna malikdir.
27. Bundan əlavə, tərəflər arasında mübahisəli yaşayış sahəsi ilə bağlı hüquq münasibətləri yarandığı dövr, habelə cavabdehin faktiki yaşadığı və çıxarılması tələb olunan mübahisəli yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan 110,9 kv metr sahəsi olan, ya da ki, ümumi torpaq sahəsi üzərində tikilərək, qeydiyyata alınmamış fərdi yaşayış evi olması müəyyən olunmalıdır. Belə ki, bu hallardan asılı olaraq cavabdehin yaşayış sahəsinin ərinin payı olan hissəsinə Mülki Məcəllənin 228ci maddəsi və ya Mənzil Məcəllənin 30-cu maddəsi tətbiq olunmaqla, istifadə hüququnun yaranıb-yaranmaması nəticəsinə gəlmək olar.
28. Bu zaman nəzərə alınmalıdır ki, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qayda lara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
29. Beləliklə, mübahisəli ev dövlət qeydiyyatına alınan 110,9 kv metr sahəsi olan tikili olduğu halda, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında irəli sürülən mövqeyə əsasən mübahisəyə həmin evin qeydə alındığı tarixdə (işdə olan Çıxarışa əsasən dövlət qeydiyyatı 26 dekabr 2019-cu ilə aiddir), dövlət qeydiyyatına alınmayan tikili olduğu halda isə, cavabdehin həmin tikiliyə köçdüyü dövrdə qüvvədə olan maddi hüquq norması tətbiq olunmalıdır.
30. Beləliklə, apellyasiya məhkəməsi cavabdehin hazırda istifadəsində olan və mübahisələndirilən fərdi yaşayış evinin Hüquqların dövlət qeydiyyatına alınmış daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda əksini tapan 110,9 kv metr sahəsi olan fərdi yaşayış evi, ya da ki, mülkiyyətdə olan torpaq sahəsində qeydiyyata alınmayan ev olmasını araşdırmamış, cavabdehin ərinin torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 110,9 kv metr sahəsi olan evin ümumi mülkiyyətçilərindən biri olmasını nəzərə almamış, tərəflər arasında həmin yaşayış sahəsi ilə bağlı mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan maddi hüquq normasını tətbiq etməmişdir.
31. Həmçinin qeyd ol unmalıdır ki, iş materiallarında olan Elektron Məhkəmə Sistemindən çıxarışa əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılması nəticəsində rayon məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, yeni qətnamə çıxarılmışdır (i.v. 185). Lakin, mübahisələndirilən qətnamənin nəticə hissəsinə gəldikdə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmənin elan etdiyi nəticə, yazılı tərtib olunan qətnamənin nəticəsindən fərqlənir ki, bu da qətnamənin ləğvi üçün müstəqil əsasdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
32. Ali Məhkəmənin qərarında göstərilən dəlilin araşdırılması məqsədi ilə ikinci apelyasiya icraatı zamanı mülki iş üzrə məhkəmə mühəndis texniki e kspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 18 fevral 2025-ci il tarixli, 10/779 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki:
33. İmişli rayonu Xəlfəli kəndində olan JN-104A, kod 90716018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, 0,4999 ha həyətyanı torpaq sahəsi üzərində iki fərdi yaşayış evi yerləşir. Qeyd olunan həyətyanı torpaq sahəsinin ərazisində mərhum İddiaçı və ailə üzvlərinin ümumi birgə xüsusi mülkiyyətlərində olan və Cavabdeh Şakir qızı tərəfindən iddia olunan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, **********2210301 reyestr nömrəli çıxarışa əsasən qeydiyyata alınmışdır. Həyətyanı torpaq sahəsinin hüdudları daxilində olan X20 məxsus ikinci fərdi yaşayış evi isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata al ınmamışdır.
34. Qərardadın ikinci sualı üzrə-iddiaçı Cavabdeh əvvəllər yaşamış olduğu və çıxarıldığını iddia etdiyi mübahisəli yaşayış evi xx.xx.2019-cu il tarixli, **********22-10301 reyestr nömrəli çıxarışa əsasən qeydiyyata alınan 110,9 kv metr olan fərdi yaşayış evidir.
35. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-49/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(036)-68/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, ilk İddiaçı hüquqi varisi X6 50 (əlli) manat ekspertiza xərci alınaraq X2 hesabına keçirilməsini qət etmişdir. ( hakimlər X17 (sədrlik edən və məruzəçi), X5 və X15)
36. Ape llyasiya məhkəməsi qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023- cü il tarixli, 2(106)-61/2023 nömrəli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməklə, İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(036)-68/2022 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunmayan “İmişli rayonu, Xəlfəli kəndində İddiaçı adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarışın ləğv edilməsi” hissədə ləğv olunmuş, həmin hissədə işin icraatına, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş və hal-hazırda da həmin qərardad qüvvədədir. Ona görə də apelyasiya şikayətinin dəlillərinə münasibətdə qarşılıqlı iddianın “çıxarışın ləğv edilməsi” tələbi ilə bağlı hissəsinə hüquqi qiymət verilə bilm əz.
37. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.
38. Qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbinin hüquqi əsasını-onun faktiki olaraq yaşadığı İmişli rayonunun Xəlfəli kəndində İddiaçı istifadəsində olan zəbt edilmiş bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 2012-ci ildə X16 ilə birgə nikahda olarkən tikilmiş 1 mərtəbəli 4 otaqlı evə istifadə hüququnun tanınması təşkil etmişdir. Qarşılıqlı iddiaçı tələbində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsində 3 fərdi yaşayış evi var ki, hazırda yaşadıqları ev bi rgə nikah dövründə tikilmişdir və İddiaçı yaşadığı evə aidiyyəti yoxdur. İddiaçı qanunsuz həmin evi sənədləşdirib ki, iddianın əsası da budur ki, həmin evin sənədləşdirilməsində saxtakarlığa yol verilmişdir.
39. Məhkəmə yekun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 2009-cu ilin oktyabrın 1-dən sonra yaranan hazırkı mübahisədə (ümumiyyətlə 2009-cu ilin oktyabrın 1-dən sonra gəlinlə –mülkiyyətçi qayınata; gəlinlə mülkiyyətçi-qayınana arasında yaranan münahisətlərdə) qarşılıqlı iddiaçı Cavabdeh qaynatası mərhum qayınatası İddiaçı ailə üzvi hesab edilmədiyi üçün onunla mülkiyyətçi İddiaçı oğlu Faxrəddin İsayev arasındakı nikah münasibətlərinə xitam verilib-verilməməsindən asılı olmayaraq mülkiyyətçinin istənilən an Cavabdeh mənzildən çıxarmaq hüququ vardır. Bu şərtlə ki, tərəflər arasında M ənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən digər razılaşma mövcud olmasın.
40. Bundan başqa məhkəmə qeyd etmişdir ki, JN-104A, kod 90716018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə görə, 0,4999 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilən xx.xx.2019-cu il tarixli, **********22-10301 reyestr nömrəli çıxarışa əsasən fərdi yaşayış evi iddia qaldırılan zaman mərhum İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olmuşdur. Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Apellyasiya icraatı zamanı cəlb edilmiş üçüncü şəxslər də mərhum İddiaçı iddia tələbini müdafiə etdikləri və qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzildən çıxarılmasını bildirmi şlər. Göründüyü kimi, mərhum İddiaçı ümumi mülkiyyətin iştirakçısı kimi irəli sürdüyü tələb haqlı olmaqla, digər mülkiyyətçilər o, cümlədən cavabdehin keçmış əri Fəxrəddin İsayev tərəfindən də müdafiə olunmuşdur. Bu isə o, anlama gəlir ki, Cavabdeh keçmiş əri X11 münasibətdə də, ailə münasibətlərinə xitam verildiyindən ona münasibətdə də, mübahisəli mənzildə istifadə hüququ saxlanmamışdır.
41. Qarşılıqlı iddiaçının istifadə hüququnun müvvəqqəti (müəyyən müddətə) saxlanılması üçün də əsas yoxdur. Belə ki, qarşılıqlı iddiaçı apelyasiya icraatı zamanı da verdiyi izahatında uşaqlarının kənddə deyil rayon mərkəzindəki məktəbdə məktəbdə təhsil aldığını və rayonda qardaşına məxsus fərdi yaşayış evinin olduğunu və həmin evdə yaşamaqla uşaqlarının təhsili ilə məşğul olduğunu bildirmişdir.
42. Hazır kı işdə də qarşılıqlı iddiaçı Cavabdeh 3 uşağı ilə birlikdə evdən çıxarılması ilə bağlı tələb irəli sürüldüyünü qeyd etsə də, ilkin iddiaçı mərhum İddiaçı iddia tələbi yalnız Cavabdeh evdən çıxarılması ilə bağlıdır. Ona görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh qarşı belə bir tələb olmadığından həmin dəlillərə hüquqi qiymət verilməsinə zərurət qalmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, ilkin iddia üzrə İddiaçı cavabdehə qarşı olan iddiası təmin edilməməsi, lakin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiası təmin edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xəlfəli bələdiyyəsinin verdiyi ara yışa əsasən mübahisəli ev nikah dövründə tikilmişdir. Lakin, məhkəmələr tərəfindən həmin arayışlara heç bir əhəmiyyət verməmişdir. Belə ki, cavabdehin iddiaçıya məxsus evə 2006-cı ildə gəlin köçməsi halına da məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Əgər məhkəmə tərəfindən həmin hala diqqət yetirilsə idi, aydın olacaqdır ki, cavabdeh qeyd olunan mənzildən çıxarıla bilməz. Ən azından cavabdeh və onun azyaşlı uşaqlarının həmin evdən istifadə etmək hüquqları var və buna görə də, onların mübahisəli yaşayış evindən çıxarılması ilə bağlı nəticə qanunsuz və əsassızdır.
45. Bundan əlavə, Südabə X1 ilə ailə qurduqdan sonra İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 nömrəli qərarı əsasında İmişli rayon Xəlfəli kənd sakinləri İddiaçı və ailə üzvlərinə verilmi ş 0,5 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən evə gəlin köçmüşdür. Bir müddət həmin evdə yaşaya-yaşaya o və əri İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 nömrəli qərarı əsasında İmişli rayon Xəlfəli kənd sakinləri İddiaçı və ailə üzvlərinə 0,5 ha həyətyanı torpaq sahəsinə bitişik ərazidə tikmişlər. Ev tikildikdən sonra ora köçmüşlər. Həmin evə dair bütün kommunal xidmət haqları cavabdehin əri Faxrəddinin adına gəlir. Bunu təsdiq edən "xxxx" ASC-nin bildirişini apellyasiya məhkəməsinə təqdim edilmişdir. İddiaçı fərdi yaşayış evinə dair tərtib olunan texniki pasportda da, cavabdehin yaşadığı mübahisəli evin zəbt olunmuş torpaq sahəsi üzərində inşa olunduğu görünür. Mərhum iddiaçının oğlu ilə cavabdehin ailə münasibətlərinə daxil olduğu vaxtı, cavabde hin iddiaçıya məxsus evə gəlin köçməsini, gəlin köçdükdən sonra mübahisəli mənzildə yaşamasını və hal-hazırda da irada yaşadığını nəzərə alaraq hesab edir ki, mübahisə Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə uyğun şəkildə öz həllini tapmalıdır. Əgər hazırkı mülki iş üzrə mübahisə Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə uyğun həll edilsə cavabdehin mübahisəli mənzildən çıxarılması ilə bağlı iddiaçının iddiası təmin edilməməli idi. Belə ki, təqdim edilmiş sübutlara məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Bu isə bizə onu deməyə əsas verir ki, məhkəmə hazırkı mülki işə birtərəfli yanaşmaqla cavabdeh tərəfin haqsız mənafeyini müdafiə etmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Resp ublikası Konstitusiyası 47 Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
48. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 49 Maddə 213.6 Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəx slərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 50 Maddə 228.1 Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 51 Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiy yətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi 52 Maddə 30.1 Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 53 Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyə tçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 54 Maddə 30.4 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 55 Maddə 30.7 Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. 56 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, “Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsası nda yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. 57 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özü nün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 58 Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 59 Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 60 Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 61 Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 62 Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 63 Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 64 Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. 65 Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 66 Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri 67 Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 68 Kassasiya şikayətində qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilib. Apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin hissə üzrə olub. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 69 Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 70 Cavabdeh kassasiya şikayətinin dəlilləri ilk iddia ərizəsinə etirazda, qarşılıqlı iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərarındakı göstərişlər nəzərə alınmaqla tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. 71 Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
1. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-49/2025 nömrəli iş üzrə 14 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.