Məhkəmə qərarları › İş №2(102)-2324/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2324/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2324/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: pul tələbi, sübutların mümkünlüyü, işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu, Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-310/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıda kı qərarı qəbul etdi: İşin halları

1. Tərəflər bacı-qardaşdırlar.

2. İddiaçı Azərbaycan banklarına və yaxud bank xidməti göstərən təşkilatlara ayrıayrı vaxtlarda cəmi 10030 manat, ******* rus rublu, 2658 ABŞ dolları pul göndərmiş, həmin pullardan yalnız 10000 rus rublu X5,148 ABŞ dolları X1, 100000 rus rublu isə X6 adına, qalan pullar Cavabdeh adına göndərilmişdir. Ümumilikdə Cavabdeh adına ******* rus rublu, 2510 ABŞ dolları və 10030 manat pul köçürülmüşdür. 3. 15 iyun 2022-ci il tarixli çıxarışa əsasən, İddiaçı adından onun arvadı X12 tərəfindən Cavabdeh adına 65000 rus rublu məbləğində pul köçürülmüşdür.

4. Cavabdeh adına ********** qeydiyyat nömrəli qeyri-yaşayış binası və ********** qeydiyyat nömrəli mənzil vardır.

5. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, Cavabdeh ad ına buraxılış ili 2008, “MAZDA CX-7” minik markalı, qara rəngli avtomobil vardır.

6. Şəmkir rayon sakini X10 tərəfindən yazılmış ərizəyə əsasən, 2014-cü ilin payız fəslində Tovuz rayonunda Vaqiflə birlikdə olarkən o, Vaqiflə ev almaq məqsdilə Gəncəyə getmiş, o, evi 45000 ABŞ dollarına alaraq bacısı İlahənin adına rəsmişləşdirmişdir. 7. "xxxx" MMC tərəfindən göndərilmiş (xx.xx.2023-cü il tarixli məktubla) xx.xx.2013-ci il tarixdən xx.xx.2019-cu il tarixədək İddiaçı tərəfindən Cavabdeh adına göndərilən beynəlxalq pul köçürmələrinin siyahısına əsasən, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2015ci il tarixdə 100000,00, xx.xx.2015-ci ildə 50000,00 rubl, xx.xx.2015-ci ildə 120000,00 rubl, xx.xx.2016-cı il tarixdə 100000,00 rubl, xx.xx.2016-cı il tarixdə 100000,00 rubl, xx.xx.2016cı il tarixdə 2510,00 rubl, xx.xx.2016-cı il tarixdə 20000,00 rubl, xx.xx.2016-cı il tarixdə 40000,00 rubl pul göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhərində alınmış mənzilə görə 45000 ABŞ dolları, avtomaşına görə ödənilmiş 14000 ABŞ dolları, Tovuz rayonu, Quşçu kəndində yerləşən qeyri-yaşayış binasının alınması üçün 61000 ABŞ dolları, həmin obyektin tikintisi və təmir-bərpasına çəkilmiş 80000 ABŞ dolları, obyektin icarəsi ilə əlaqədar əldən çıxmış faydaya görə 42000 manat, dövlət rüsumu hesabına ödənilmiş 670 manat və vəkil xərci kimi ödənilmiş 300 manatın, cəmi 200000 ABŞ dolları və 42970 manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, bacısı Cavabdeh ilə münasibəti çox yaxşı olmusdur. Azərbaycanda yaşamadığı üçün ona ən etibarlı insan doğma bacısı Cavabdeh olmuşdur. Bu səbəbdən də Azərbaycanda əmlak almaq qərarına gələrkən bacısı Cavabdeh adına əmlak almaq qərarına gəlmişdir. Çünki, onun ümumiyyətlə bütün xərclərini o qarşılayırdı Ona bu fikrini bildirəndə o, məmnuniyyətlə razılaşdı və 2012-ci ildən indiyədək ona əmlak alması üçün Rusiya Federasyasından bank vastəsi ilə pullar göndərirdi. Bundan əlavə, Azərbaycana gələndə də nağd şəkildə pul gətirirdi, əmlakı birlikdə gedib taparaq alırdılar, pulunu isə o, özü verirdi. Digər tərəfdən o, Rusyaya tez qayıtmalı olduğu üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı Azərbaycanda qalmaq imkanı olmamışdır. Bu günlərdə Azər baycana gəlmək istəyini bacısına bildirəndə hiss etdi ki, bacısı söhbətlərdən yayınır. Avtomaşını onun əlindən alınaraq anasının evində saxlanılır. Odur ki, həmin əmlakların pulu və ya əmlakın özü ona qaytarmalıdır. Belə ki, 2014-cü ildə Gəncə şəhəri, Heydər Əliyev prospektində, yəni Gəncə şəhərində yerləşən Mərkəzi Univermağın yanında, pəncərəsi univermağa baxan 9 mərtəbəli binanın 4-cü mərtəbəsində 2 otaqlı mənzili Gəncə Asan Xidmət mərkəzində dostu Rəhmanın yanında 45000 dollar məbləğində pulu notariusun depozit hesabına qoyaraq Cavabdeh adına rəsmiləşdirmişdir. Bundan sonra o, Rusiyaya getdikdən sonra qeyd olunan mənzil daşınmaz əmlakda cavabdehin adına rəsmiləşmişdir.. Bundan əlavə o 2017-ci ilin ortalarında anası xəstə olarkən Azərbaycanda olmuşdur. Həmin vaxt Tovuz rayonu Dondar Q uşçu dəmir yolu keçidi adlanan yerdə ət alveri ilə məşğul olan Rahib adlı şəxslə birlikdə Gəncə şəhərindən Elvin adlı şəxsdən 14000 dollara “MAZDA CX7” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alaraq Cavabdeh adına rəsmiləşdirmişdir. Onu da qeyd edir ki, nəqliyyat vasitəsinin sahibi Elvin adlı şəxs Gəncə şəhərində türmənin yanında yerləşən binanın sonuncu mərtəbəsində yaşayır. Sonradan o, Rusiyada olarkən təxminən 2015-2019-cü illər arası müxtəlif vaxtlarda Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisindən qeyri-yaşayış sahəsinin, yəni obyektin alınması üçün bacısı Cavabdeh adına Rusiyadan "xxxx"un Tovuz filialı, "xxxx" ASC-nin Tovuz filialı, "xxxx" ASC-nin Tovuz filialı və "xxxx" ASC-nin Tovuz filialı vasitəsi ilə 250000, 200000, 200000, 100000, 200000, ******* rubl, bun dan əlavə 26000 dollar pul göndərmişdir. Ümumilikdə köhnə məzənnə ilə 61000 dollar pul göndərmişdir. Həmçinin obyektin keçmiş sahibi Yasin Mürşüdov olmuşdur ki, o da əvvəllər məktəb direktoru işləməklə ziyalı adamdır. Hesab edir ki, həmin şəxs şahid qismində dindirilərsə, göstərdiyi faktları təsdiq edəcək. Qeyd olunan obyektin onun tərəfindən alınmasında qardaşı Faiq Səfərov, dostu Rahib adlı şəxs və anası da iştirak etmişdir. Obyekt bacısı Cavabdeh adına rəsmiləşdirdikdən sonra qeyd olunan obyektdə tərəfindən əsaslı təmir-bərpa işləri aparılmışdır. Təmir bərpa işlərinin aparılması üçün yuxarıda adlarını çəkdiyi şəxslərin iştirakı ilə 80000 dollardan artıq pullar xərcləmişdir. Qeyd edilən obyekt alındığı vaxtdan başqa şəxsə icarəyə verilmişdir. Aylıq icarə haqqı orta hesabla 700 manatdan h esablanarsa, 60 ayın icarə haqqı 42000 manat təşkil edir ki, həmin pulları da İlahə götürmüşdür. İlahə ona bu vaxta qədər heç bir ödəniş etməmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddia tələbində göstərilən əmlakların hamısı qardaşı tərəfindən ona hədiyyə edilmişdir. Ona görə ki, qardaşı Rusiya Federasiyasında yaşadığından anasının bütün yükü onun üzərinə düşmüşdür. Anasına o qulluq edərək baxmışdır. Qeyri-yaşayış sahəsini anası ilə birlikdə olduğu vaxtda 60000 manata almışdır. Əlavə olaraq, Gəncə şəhərindəki ev alınarkən Vaqifin dostu Rəhman da iştirak etmiş, evə görə 45000 ABŞ dolları pul verilmişdir. 2014-cü ildə ABŞ dollarının Azərbaycan manatına ekvivalenti ilə götürüldükdə ev 31000 man ata alınmışdır. Pulu Vaqif ödəyərək evi onun adına rəsmiləşdirmişdir. O, illərdir anasına baxır. Vaqif də, məhz buna görə evi, qeyri-yaşayış binasını və maşını onun adına almışdır. Maşın 14000 manata alınmış, maşını da ona Vaqif hədiyyə etmişdir. Məhkəmənin qərardadı ilə avtomaşının özgəninkiləşdirilməsi qadağan edildikdən sonra o maşını Vaqifə təhvil vermişdir.

11. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində göstərmişdir ki, o tərəflərin anasıdır. Qızı ona baxmadığı üçün oğlu tərəfindən bacısına xeyli sayda pullar göndərilmişdir ki, İlahə iş qursun və həmin işdən həm İlaahə həmdə Vaqif pul götürsün.

12. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X11 ifadəsində göstərmişdir ki, o İlahənin müəllimi, həm də məktəb direktoru olmuşdur. Mübahisəli qeyri yaşayış sahəsi onun o lmuş, o, 60000 manat məbləğində pulu Vaqifdən alaraq həmin qeyri-yaşayış sahəsini İlahənin adına rəsmiləşdirmişdir.

13. Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(062)-1755/2022 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın qismən təmin edilməsi, ödəniş anında ödəniş yerinin manata məzənnəsinə uyğun hesablanmaqla 2.801.000 (iki milyon səkkiz yüz bir min) Rusiya rublu, 47.510 (qırx yeddi min beş yüz on) ABŞ dolları, 144.030 (yüz qırx dörd min otuz) manat, ödənilmiş 670 (altı yüz yetmiş) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi cavabdeh anasına baxmağın qarşılığında qardaşı Vaqifin qarşısında əmlak vəzifəsindən azad edilməsi il ə bağlı dəlillər irəli sürsə də, bu hal məhkəmə iclasında dindirilmiş tərəflərin anasının ifadəsi ilə inkar edilmişdir. İlahənin göstərdiyi kimi, yəni anasına qulluğa görə qardaşı tərəfindən əmlakların alınması kimi hal mövcud olsa idi uzun illər qızının qulluğu ilə yaşayan bir ana yuxarıda göstərilmiş qaydada ifadə verməzdi, iddiaçının vəsaiti hesabına qiyməti tərəflər arasında mübahisə doğurmayan 60.000 manatlıq qeyri-yaşayış sahəsi alınmış, həmin qeyri-yaşayış sahəsinə iddiaçının vəsaiti hesabına 60.000 manatlıq xərclər çəkilmişdir. Cavabdeh qeyri-yaşayış binasının Vaqifin vəsaiti hesabına 60.000 manata alınmasını etiraf etsə də, çəkilmiş xərclərin 60.000 manatdan az olduğunu bildirmişdir. İddiaçı çəkilmiş xərci təsdiq edən arayış(ərizə)məhkəməyə təqdim etmiş, iddiaçı bununla da çəkilmi ş xərcə dair hissədə sübut etmə yükündən azad olmuşdur. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutlar məhkəməyə təqdim etməmişdir.(qeyri-yaşayış sahəsinin faktiki olaraq təmirsiz olmasına dair fotoşəkillər və.s sübutlar).

15. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya aid hissəsini də qismən əsaslı hesab edir. Belə ki, iş materiallarında olan bank çıxarışlarından görünür ki, cavabdeh iddiaçıya məxsus pulu özündə saxlamaqla və həmin pulu iddiaçının tapşırığı əsasında təyinatı üzrə istifadə etməməklə iddiaçını əldə edəcəklərindən məhrum etmişdir. Belə ki, cavabdeh iddiaçının qeyri-yaşayış sahəsinə görə (həm də təmirə çəkilən xərcə görə) 120.000 manat pulunu əldə etmiş, həmin qeyri-yaşayış sahəsini icarəyə verərək müəyyən məbləğdə qazanclar götürmüşdür. Avtomobil və Gəncə şəhərin də yerləşən mənzildən isə cavabdeh hər hansı qazanc əldə etmədiyindən və həmin mənzilin cavabdeh tərəfindən kirayəyə verilməsi barədə tapşırıq verilmədiyindən məhkəmə hesab edir ki, avtomaşına və mənzilə xərclənmiş pula münasibətdə əldən çıxmış faydanın təmin edilməsi qanuni deyildir. Belə ki, iddiaçının cavabdehə mənzilin və avtomaşının icarəyə verilməsi ilə bağlı tapşırıq vermək imkanları da mövcud olduğu halda belə bir tapşırıq verilməmişdir.

16. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 135.1, 136.1, 399.3, 399.4, 445, 449, 779.1, 1097.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(062)-1755/20 22 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində onun ifadəsi təhrif edilmiş və düzgün yazılmamışdır. Məhkəmənin işin araşdırılmasında belə nəticəyə gəlməsi o anlama gəlir ki, məhkəmə özündə bağışlama faktını qəbul edib və işin bu halına mövqeyini bildirərək səhv maddi hüquq normasına istinad etmişdir. Həmçinin bu bağışlama hər hansı könüllü öhdəliklə şərtlənməyib ki, birinci instansiya məhkəməsi belə bir qənaətə gəlsin. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, cavabdehə hədiyyə olunan pul vəsaitləri əmlakın alınmasına sərf edilmişdir. İddiaçı və onun tərəfindən təqdim edilmiş yalançı şahidlərdə də təsdiq edir ki, iddiaçı özü onu nla birlikdə həmin əmlakların alğı-satqısında iştirak etmişdir. Eyni zamanda. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, əcnəbi vətəndaşlar öz adlarına istənilən daşınmaz əmlakı rəsmiləşdirə bildiyi halda, iddiaçı niyə öz adına rəsmiləşdirmə aparmadan, yalnız cavabdehin yanında olub və guya satıcıya pul vermişdir. Digər tərəfdən. məhkəmə “X13” mağazasının sahibi X3 məhkəməyə göndərdiyi iddiaçının təsiri ilə yazılmış ərizəyə istinad etmişdir. Halbuki, həmin şəxs məhkəməyə dəvət olunub iltizam alınaraq ifadə verməli idi. Həmçinin o, X3 mağazada satıcı işləyən qardaşı X9 ilə alğı-satqı müqaviləsi bağlamışdır. O, X4 şahid kimi dəvət edilməsini xahiş etsə də, lakin məhkəmə buna qiymət verməmişdir. Məhkəmə şahid ifadələrinə istinad etsə də, verilmiş şahid ifadələri ziddiyyətlidir. Həmçin in obyektin alınması ilə bağlı Tovuz rayon Notariat Kontorunda alğı-satqı müqaviləsi bağlanmış və bu zaman alıcının pulu notarius depozitinə yerləşdirilir və o da, bir daha sübut edir ki, ödənişi məhz cavabdeh aparmışdır. Pul vəsaiti ona bağışlanmışdır, o da, öz növbəsində qanuni olaraq həmin əmlakları öz adına rəsmiləşdirmişdir. Şahid ifadələri ilə təsdiq edilir ki, əmlak alınarkən iddiaçı özü orda olmuşdur. Məhkəmə qətnaməsində 160000 manat pulun 7,5 % məbləğində, yəni 12000 manat məbləğində faizin cavabdehdən alınıb iddiaçıya verilməsi nəticəsinə gəlmişdir. Lakin 160000 manat borcun haradan yaranmasını araşdırmamış, hansı riyazi hesablama və ya ekspert, mütəxəssis rəyinə istinad etməmişdir. Həmçinin məhkəmə qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı əldən çıxmış faydanı müəyyən edərkən də, məhkəmə faiz hesablayaraq iddia tələbindən kənara çıxmışdır.

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Azər Bayramov (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və Aygül İsgəndərova) 2(104)-310/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni əldən çıxmış faydaya görə 12000 manat faiz məbləğinin Cavabdeh alınaraq İddiaçı verilməsinin təmin edildiyi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilmədən, qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qismən düzgün nəticəyə gəlmişdir. Beləliklə, işin faktiki halları ilə müəyy ən edilir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər tapşırıq müqaviləsindən yaranmışdır. Belə ki, təqdim edilmiş sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ayrı-ayrı vaxtlarda pul vermiş və göndərmiş, Cavabdeh isə İddiaçı tapşırığı əsasında iddiaçının vəsaiti hesabına müxtəlif əmlak almışdır. Tapşırığın şərtlərinə əsasən cavabdeh həmin əmlakları iddiaçının adına rəsmiləşdirməli olduğu halda sonradan bundan imtina etmişdir. Cavabdeh isə iddiaçı ilə aralarında hər hansı tapşırıq müqaviləsindən yaranmış öhdəlik münasibətlərinin olmadığını bildirmişdir. Lakin cavabdehin bu xüsusatda etirazının dəlilləri iş materialları ilə təkzib edilir. Cavabdehin qeyd edilən tapşırığı həyata keçirməyi öhdəsinə götürdüyü işin faktiki halları ilə m üəyyən edilir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaçının həmin əmlakları ona anasına qulluq etdiyi üçün bağışlaması ilə izah etmişdir. Belə ki, cavabdehin birinci instansiya məhkəməsindəki icraat zamanı verdiyi izahatı ilə bilavasitə müəyyən olunur ki, qardaşı həmin əmlakları ona anasına qulluq etməsi və baxmasının müqabilində bağışlamışdır. Apellyasiya icraatı zamanı bu xüsusatı bildirməmişdir. Göründüyü kimi, mübahisəli əmlakların mövcudluğu və onun iddiaçının vəsaiti hesabına alınması işin mübahisəndirilməyən halıdır. Bu hal tərəflərin izahatları ilə, iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə öz təsdiqini tapır.

21. Eyni zamanda, cavabdeh həmin əmlakların iddiaçı tərəfindən ona bağışlandığını bildirsə də, bunu təsdiq e dən mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

22. Digər tərəfdən, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla iddia tələbinin predmetini təşkil etmiş pul vəsaitinin, həmçinin həmin vəsait əsasında əldə edilmiş əmlakın tapşırıq müqaviləsinin şərtlərinə əsasən cavabdeh tərəfindən qəbul edilməsi müəyyən edilir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrinin mötəbərliyini isə təkzib edən əsaslar mövcud deyildir. Belə ki, şahid kimi dindirilmiş şəxlərdən biri tərəflərin hər ikisinin anasıdır, digər şahid isə cavabdehin müəllimi və həmçinin mübahisəli qeyri-yaşayış sahəsinin əvvəlki sahibi olmuş, onlar həmin faktların mövcudluğunu bilavasitə müşahidə etmişlər. Belə ki, birinci instansiya məhkəməsindəki icraat zamanı şahid qismində dindirilmiş X2 ifadəsin də, İlahənin ona baxmadığını, iddiaçı tərəfindən cavabdehə xeyli sayda pullar göndərildiyini, iddiaçının bütün əmlakları bacısı olan cavabdehin adına aldığını və Azərbaycana qayıdanda həmin əmlakları oğlunun adına keçirməli olduğunu bilavasitə təsdiq etmişdir. Göründüyü kimi şahid ifadəsi ilə cavabdehin iddia tələbinə etirazının dəlilləri təkzib edilir.

23. Həmçinin, hazırkı mübahisə üzrə iddiaçının cavabdehə pul vəsaiti və ya hər hansı əmlakını bağışlamaqla onu zənginləşdirmək kimi bir iradə ifadəsinin olması işin halları ilə istisna edilir. Belə ki, iş materiallarına əlavə edilmiş “Qərb İnşaat” Tikinti Materiallarının sahibi X3 01 sentyabr 2022-ci il tarixli ərizəsi ilə Tovuz rayonu, Quşçu kəndində yerləşən obyektin təmir-tikinti işlərinə İddiaçı tərəfindən 60000 manat xərcin çəkildiyi müəyyən edilir.

24. Məhkəmə kollegiyası şahidin məhkəməyə dəvət edilməsi ilə bağlı vəsatətin təmin edilməməsi ilə əlaqədar şikayətinin dəlillərində göstərilənlərə münasibətdə qeyd etmişdir ki, iş materiallarında və keçirilmiş məhkəmə iclaslarının protokollarında cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə şahidin dindirilməsi ilə bağlı vəsatətin verilməsi müəyyən edilmir.

25. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin izahatının birinci instansiya məhkəməsi tərəfindən təhrif edilməsi ilə bağlı dəlilinə münasibətdə hesab etmişdir ki, belə olduğu halda, prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı protokola qeyd verilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməli idi. Lakin iş materiallarında belə bir ərizənin verilməsi müşahidə olunmur.

26. İddia tələb inin əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini əldən çıxmış fayda hissəsində təmin etməkdə haqlı olmamışdır. Göründüyü kimi, iddiaçının pul vəsaiti onun sahibliyində olacağı təqdirdə adi dövriyyə şəraitində hansı formada fayda əldə edəcəyini təsdiqləyən mötəbər sübutlar iş materiallarında mövcud deyildir və belə sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Odur ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

27. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 385.1, 389.1, 390.1, 399.1, 405.1, 406.1, 427.3, 442, 448.1, 777, 778, 779-cu, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayəti ərizəsində olan eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi apellyasiya şikayətində istifadə edilən normalara istinad edilmişdir. b) Kassasiya şikayətinə etiraz

30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

32. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (i kitərəfli və ya çoxtərəfli) ola bilər.

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

36. Maddə 540.2. Tələblərin əvəzləşdirilməsi tələb lərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. Məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.

37. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

38. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığ ı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

39. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

40. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

41. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.

42. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi qismən ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

50. Kollegiya kassasiya şikayəti ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə təmin oluna bilməzsə) rədd edilir.

51. Hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin öhdəlik, tapşırıq müqaviləsi və əldən çıxmış fayda münasibətlərinə dair maddələrini nəzərdən keçirmişdir.

52. Apellyasiya kollegiyasının qənaəti bundan ibarət olmuşdur ki, tərəflər arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər tapşırıq müqaviləsindən yaranmışdır. İddiaçı Cavabdeh ayrı-ayrı vaxtlarda pul vermiş və göndərmiş, Cavabdeh isə İddiaçı tapşırığı əsasında iddiaçının vəsaiti hesabına müxtəlif əmlak almışdır. Tapşırığın şərtlərinə əsasən cavabdeh həmin əmlakları iddiaçının adına rəsmiləşdirməli olduğu halda sonradan bundan imtina etmişdir. Cavabdeh isə iddiaçı ilə aralarında hər hansı tapşırıq müqaviləsindən yaranmış öhdəlik münasibətlərinin olmadığını bildirmişdir. Cavabdehin bu xüsusatda etirazının dəlilləri iş materialları ilə təkzib edilir. Cavabdehin qeyd edilən tapşırığı həyata keçirməyi öhdəsinə götürdüyü işin faktiki halları ilə müəyyən edilir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaçının həmin əmlakları ona anasına qulluq etdiyi üçün bağışlaması ilə izah etmişdir. Belə ki, cavabdehin birinci instansiya məhkəməsindəki icraat zamanı verdiyi izahatı ilə bilavasitə müəyyən olunur ki, qardaşı həmin əmlakları ona anasına qulluq etməsi və baxmasının müqabilində bağışlamışdır. Apellyasiya icraatı zamanı bu xüsusatı bildirilməmişdir.

53. Kassasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşmır və ilk növbədə onu qeyd etməyi zəruri bilir ki, bu xarakterli iddianın düzgün həlli üçün tərəflər arasında olan öhdəlik hüquq münasibətlərinin xarakteri və nəticəsi düzgün müəyyən edilməlidir.

54. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyri nə müəyyən hərəkəti etməli (pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar və ya müqavilə nəticəsində əmələ gələ bilər.

55. Odur ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn digər əsaslar yoxlanılmalıdır.

56. Hazırkı işdə isə iddiaçı tələb etdiyi məbləğlərin, yəni mənzilə görə 45000 ABŞ dolları, avtomaşına görə ödənilmiş 14000 ABŞ dolları, qeyri-yaşayış binasının alınması üçün 61000 ABŞ dolları, həmin obyektin tikintisi və təmir-bərpasına çəkilmiş 80000 ABŞ dolları cavabdehə hansı məqsədlə və hansı məbləğdə göndərilməsini təsdiq edən sübutları məhkəmə araşdırmasına təqdim etsə də, hansı məbl əğin hansı əmlakın alınması üçün göndərilməsi və hansı məbləğin özü tərəfindən birbaşa təqdim edilməsi dəqiq olaraq müəyyən deyildir.

57. Bundan başqa, işə baxan məhkəmələr iddiaçının cavabdehin məqsədli istifadəsi üçün göndərdiyi məbləğlərin həmin məqsədlər üçün istifadə edilib-edilməməsinin həqiqiliyini araşdırmadan qərar qəbul etmişlər.

58. Belə ki, əgər iddia edildiyi kimi göndərilən pul vəsaitləri əmlakların alınmasına sərf edilmişdirsə, bu hal müvafiq əqdlərdə öz əksini tapmalı idi. Lakin, iş materiallarında əmlakların kim tərəfindən, hansı qaydada əldə edilməsinə dair sübut mövcud olmamışdır.

59. Həmçinin, göndərilən pul məbləğlərinin təyinat məqsədinin dəqiq müəyyən edilməsi zamanı o da nəzərə alınmalı idi ki, hər iki tərəf bəzi əmlakların alqı-satqısında iddiaçının iştirak etdiyin i bildirir. İddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğundan əmlakları cavabdehin adına rəsmiləşdirdiyini qeyd etsə də, məhkəməyə müraciət edən zaman iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, mübahisələndirilən əmlakların alınması dövründə Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Habelə, Azərbaycan Respublikasının qanunvericiliyi xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasında mülkiyyət əldə etmələrini də qadağan etmir.

60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası izah edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiy yət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər ki, bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə və gələcəkdə icra edilməsində ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, məhkəmə qərarı birmənalı və aydın qəbul edilməlidir ki, gələcəkdə onun praktiki cəhətdən icrası mümkün olsun. Bu baxımdan məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

61. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

62. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslıl ıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

63. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

64. Qanunverici, məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəal lığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

65. Bu baxımdan, işə baxmış məhkəmələr mübahisə obyektləri ilə bağlı işdə olan sübutları dəqiq tədqiq etməli, həmin məlumatları sübut kimi qəbul etmədikdə bunu əsaslandırmalı, qəbul etdiyi halda isə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq digər sübutlarla əlaqəli təhlil edib qiymətləndirməlidir.

66. Nəzərə alınmalı dır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

67. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qətnamə bütövlükdə ləğv edilməli, y uxarıda göstərilənlər nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-310/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar