Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2326/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 10 aprel 2019-cu il iş № 2(102)- 2326/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, Cavabdeh1 və vəkili YKnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edə n hakim N.Ə.Misirzadə, iş 2(011)-1303/18) iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, BAKU0-327-3902 saylı, 30 dekabr 2014-cü il tarixli razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22641,10 ABŞ dolları əsas, 10544,38 ABŞ dolları faiz və 2000 ABŞ dolları dəbbə, cəmi 35185,48 ABŞ dollarının, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış BAKU0-327-4882 saylı, 11 noyabr 2015-ci il tarixli razılaşmaya xitam verilməsi, BAKU0-327-4882 saylı, 11 noyabr 2015-ci il tarixli razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22709,80 ABŞ dolları əsas, 5605,75 ABŞ dolları faiz və 7500 ABŞ dolları dəbbə, cəmi 35815,55 ABŞ dollarının, bildirişin qe ydə alınması üçün ödənilmiş 30 manatın, işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manatın cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətinin 60000 manat olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən borcun ödənilməsi, tutma yönəldikdən və satıldıqdan 1 ay müddətinə boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov, 2(103)-6758/2018 saylı mülki iş) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1303/18 saylı, 16 mart 2018-ci il tarixli qətnaməsinin qismən dəyişdirilməsi, tərəflər arasında bağlanmış BAKU0-327-3902 saylı, 30 dekabr 2014-cü il tarixli razılaşmaya xitam verilməsi, sığorta haqqına görə iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada 287,66 (iki yüz səksən yeddi manat, altmış altı qəpik) manatın tutulması, tərəflər arasında bağlanmış 30.12.2014-cü il tarixli, BAKU0-327-3902 saylı razılaşmaya görə cavabdehlərdən dəbbə puluna görə 300 (üç yüz) ABŞ dollarının, 11 noyabr 2015-ci il tarixli razılaşmaya görə isə 500 (beş yüz) ABŞ dollarının (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) tutulması və ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 110.000 (yüz on min) manat məbləğində m üəyyən edilməsi qət edilmiş, qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.12.2014-cü il tarixli BAKUO-327-3902 saylı kredit müqaviləsinə (30.12.2014-cü il tarixli BAKU0-327-3902 və 11.11.2015-ci il tarixli BAKU0-327-4882 saylı razılaşmalar nəzərə alınmaqla) xitam verilməsi, Cavabdeh1 30.12.2014-cü il tarixli, BAKU0-3273902 saylı razılaşmaya əsasən verilmiş kredit üzrə 22875,91 ABŞ dolları əsas, 10544,38 ABŞ dolları faiz və 21001,19 ABŞ doları dəbbə, cəmi 54421,48 ABŞ dolları borcun, 11.11.2015-ci il tarixli, BAKU0-327-4882 saylı razılaşmaya əsasən verilmiş kredit üzrə isə 22.709,80 ABŞ dolları əsas, 5605,75 ABŞ dolları faiz və 75424,52 ABŞ doları dəbbə, cəmi 103740,07 ABŞ dolları borcun və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manatın, işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 287,66 manat sığorta haqqının cavabdehlərdən tutulması, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 28,8 kv.metr, yardımçı sahəsi 37 kv.metr olan 1 nömrəli (əvvəlki ünvanı ünvan 3 sahəsinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi, hərrac keçirildikdən və mənzil satıldıqdan sonra 1 ay müddətində boşaldılması və orada yaşayan şəxslərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddiaçı tərəfindən iddia tələbləri dəqiqləşdirilmişdir.) İş üzrə yuxarıda göstəri lən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili YK kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında BAKU0-327-3902 saylı, 29.12.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 30 faizdən artıq o lmamaqla ödəmək şərti ilə 90000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş, BAKU0-327-3902 saylı, 30.12.2014-cü il tarixli razılaşmaya əsasən iddiaçı cavabdehə illik 22 faiz olmaqla 36 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit vermiş, BAKU0-327-3902 saylı razılaşmaya dəyişiklik edilməsinə dair 11.11.2015-ci il tarixli saziş ilə kreditin qaytarılma müddəti 15 ay uzadılmış, BAKU0-327-4882 saylı, 11.11.2015-ci il tarixli razılaşmaya əsasən iddiaçı cavabdehə illik 18 faiz olmaqla 20 ay müddətinə 23900 ABŞ dolları məbləğində kredit vermiş, kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə digər Cavabdeh2 arasında 30.06.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, 29.12.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış e vi və 0,10 ha torpaq sahəsi verilmiş kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, cavabdeh tərəfindən öhdəlikləri lazımi qaydada yerinə yetirilmədiyindən onun banka yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.04.2017-ci il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakın qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş, "xxxx" MMCnin 0094/18 saylı, 14.02.2018-ci il tarixli rəyi ilə əmlakın bazar dəyəri 60.000 manat müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 12035 saylı, 01.12.2017-ci il tarixli rəyindən görünür ki, cavabdehin 30.12.2014-cü il tarixli razılaşma üzrə 22641,10 ABŞ dolları əsas borc, 5795,17 ABŞ dolları faiz borcu, 11.11.2015-ci il tarixli razılaşma üzrə ə sas borcu 22720,22 ABŞ dolları və faiz borcu isə 3956,76 ABŞ dolları məbləğində təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 16.05.2018-ci il tarixli, 20 saylı rəyində sözügedən əmlakın dəyəri 110.000 manat göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh1 vəsatəti təmin edilərək, iş üzrə təkrar məhkəmə-əmtəəşünasılıq ekspertizası təyin edilmiş və "xxxx" MMC-dən alınmış 17 avqust 2018-ci il tarixli, 104 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, sözügedən əmlakın bazar dəyəri 116.720 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər i ştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilm əsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. -296.1-ci və 297-ci maddələrinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). -319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın girova verildiyi öhdəliklərin yerinə yetirilməsi ni gecikdirmişsə, girov saxlayan girov ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 30.12.2014-cü il tarixli BAKU0-327-3902 saylı razılaşmaya xitam verilməli və cavabdehlərdən 287,66 manat iddiaçının xeyrinə tutulmalı, hazırkı işin halları və cavabdehlərin maddi vəziyyətinin aşağı olması nəzərə alınaraq, 30 dekabr 2014-cü il tarixli razılaşmaya əsasən cavabdehlərdən tutulacaq 2000 ABŞ dolları dəbbə pulu MM-in 467-ci maddəsinə əsasən azaldılaraq 300 ABŞ dolları, 11 noyabr 2015-ci il tarixli razılaşmaya əsasən isə tutulmalı 7500 ABŞ dolları dəbbə pulu azaldılaraq 500 ABŞ dolları müəyyən edilməli, bundan başqa, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti cavabdehlərin də istəyi nəzərə alınaraq, 110 000 manat müə yyən edilməli, qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2326/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2326/2019
10.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver