Məhkəmə qərarları › İş №2(102)-2328/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2328/2019

04.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2328/2019 04.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh x2 vəkili Ələkbərov Vüsal Nazim oğlunun iştirakı ilə, cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli, 2(001)4116/2018 saylı qətnaməsi ilə (hakim Ş.Məhərrəmova) iddia tələbi qismən təmin edilmiş, 30 oktyabr 2012-ci il tarixli AZBA-002341 saylı kredit müqaviləsinin, 06 may 2014-cü il tarixli sazişin və 07 may 2014-cü il tarixli razılaşmanın ləğv edilməsi, ödəniş gününə olan məzənnə üzrə 28242.02 ABŞ dolları əsas borc, 9697,21 ABŞ dolları faiz borcu, 2500 ABŞ dolları cərimə, cəmi 40439.23 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı ilə x2 və x3 müştərək qaydada tutularaq x1-nin xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 faizi, yəni 15 manatın iddiaçıya aid edilməsi, qalan 50 faizinin, 15 manat məbləğində pul vəsaitinin cavabdehlər x2, x4, x5 və x3 müştərək qaydada tutularaq iddiaçı x1-nin xeyrinə verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri, yəni 50 manat ekspertiza tədqiqatının dəyərinin 50 faizi, yəni 25 manatın iddiaçı x1-dən, qalan 50 faizi isə, yəni 25 manat məbləğində pul vəsaitinin cavabdehlər x2, x4, x5 və x3 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi, x2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057-68-ci məhəllə, ev 8,11 saylı mənzilinə tutmanın yönəldilməsi, İpoteka predmetinin ilkin satış qiyməti 90000 manat məbləğində müəyyən edilməsi, Həmin evin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına x2 x1-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq qalmış pul vəsaitinin x2 verilməsi, Mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra cavabdehlər x2, x4, x5 və x3 ünvan 1 çıxarılmaları və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-4116/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qətnaməs i ilə (hakimlər: F.Talışinski, S.Hacıyev və R.Eyvazov) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10475/2017 saylı, 25 dekabr 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsindədəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiyməti 120000 manat məbləğində müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-4116/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2, x4na, x5na və x3na qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, x2 arasında ikinciyə 152000 ABŞ dolları kredit verilmə sini nəzərdə tutan 30 oktyabr 2012-cı il tarixdə AZBA-002341 saylı kredit müqaviləsinin (06 may 2014-cü il tarixli Saziş və 07 may 2014-cü il tarixli Razılaşma da daxil olmaqla) ləğv edilməsi, cavabdehlər x2 və x3 iddiaçı x1 xeyrinə 28888,52 ABŞ dolları əsas borc, 9918,81 ABŞ dolları faiz borcu və 25209 ABŞ dolları məbləğində dəbbə borcunu cəmi 64016,33 ABŞ dolları məbləğində kredit borcunun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınması, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 505768-ci məhəllə, 8 nömrəli evin 11 nömrəli mənzilin ilkin satış qiyməti 80000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, x2, x4, x5 və x3nın ünvan 1 mənzilindən, ipoteka predmeti açıq hərracdan satıldıqda n bir ay sonra məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-4116/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2 vəkili Ələkbərov Vüsal Nazim oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlə r: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan x1 ilə x2 arasında bağlanmış 30 oktyabr 2012-ci il tarixli AZBA-002341 saylı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 36 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 32000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 6 may 2014-cü il tarixli Sazişdən və 07 may 2014-cü il tarixli BAKUO 1693-10 126 saylı Razılaşmadan görünür ki, illik 24 faiz hesablanmaq la 40 ay müddətinə qaytarılması şərtilə 40.000 ABŞ dolları kredit verilmiş və kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafıklərinə əsasən kredit hissəsinin və onun faizləri aylıq 1.463 ABŞ dolları məbləğində ödənilməsi müəyyən edilmişdir. İşdə olan Kredit müqaviləsinə dəyişiklik və əlavə edilməsi barədə 03 iyun 2015-ci il tarixli sazişdən görünür ki, kredit müqaviləsinin 9.4-cü bəndinə dəyişiklik edilərək kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1 faiz miqdarında dəbbə pulu tətbiq edə bilər. İşdə olan 07 may 2014-cü il tarixli BAKUO -1693-10126 saylı Razılaşmaya dəyişiklik və əlavə edilməsi barədə 03 iyun 2015-ci il tarixli sazişdən görünür ki, tərəflər arasında imzalanmış 07 may 2014-cü il BAKUO-169 3-10126 saylı Razılaşmanın 2-ci bəndinə dəyişiklik edilərək aşağıdakı kimi oxunması razılaşdırılmışdır: Bu kredit müqaviləsinə əsasən "Kredit alan"a illik 24 % faizlə 40 (qırx) ay müddətin 40000 məbləğində verilmiş kreditin ödənilməmiş 32 241.19 ABŞ Dolları təşkil edən hissəsinin qaytarılması müddəti illik 23.5 % faizlə hesablanmaqla 17 ay uzadılsın və ödənilməmiş ayların sayı 45 ay müəyyən edilsin. Kreditin qaytarılmasının son tarixi 07.02.2019-cu il hesab edilsin. Tərəflər arasında imzalanmış 07 may 2014-cü il BAKUO-1693-10126 saylı Razılaşma üzrə: kreditin "Kredit verən"ə qaytarılması bu Kredit müqaviləsinə əlavə olunan 03 iyun 2015-ci il ödəniş qrafıki üzrə aparılır. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm əti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057-68-ci məhəllə, ev 8, 11 saylı mənzili tam mülkiyyət hüququ ilə x2 məxsusdur. Mənzil x1-də 36 ay müddətində ipoteka qoyularaq yüklü edilmişdir. İşdə olan x1 ASC ilə x3 arasında 07 may 2014-cü il tarixli BAKU0-169310126+BAKU1-6793 saylı zaminlik müqaviləsindən görünür ki, zamin x1 ilə x2 arasında bağlanmış 30 oktyabr 2012-ci il tarixli (06 may 2014-cü il tarixli saziş daxil olmaqla) AZBA002341 saylı kredit müqaviləsi üzrə borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürür. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21.11.2017-ci il tarixli, 20277 saylı rəydən görünür ki, rəyin tədqi qat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 07 may 2014-cü il tarixli, BAKU01693-10126 saylı razılaşmanın şərtlərini nəzərə alaraq x2 23 may 2017-ci il tarixə x1-yə olan borcu 23 may 2017-ci il tarixə əsas borc 28242.02 ABŞ dolları, faiz borcu 9697.21 ABŞ dolları olmaqla, cəmi borc 37939,23 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. İş materiallarından həmçinin görünür ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, cəmiyyət tərəfindən 25209 ABŞ dolları məbləğində cərimə hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cəmiyyət tərəfindən hesablanmış dəbbə pulu cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq dəbbə pulunu 2500 ABŞ d olları məbləğində müəyyən etmişdir. İş materiallarında olan x1 ilə x2 arasında bağlanmış 30 oktyabr 2012-ci il tarixli AZBA-002341 saylı İpoteka müqaviləsindən və ona edilmiş dəyişiklikdən görünür ki, x1 ilə x2 arasında bağlanmış 30 oktyabr 2012-ci il tarixli AZBA- 002341 saylı kredit müqaviləsinin təminatı olaraq x2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057-68-ci məhəllə, ev 8, 11 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Mənzil 47600 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. İpoteka müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmışdır. İşdə olan "Əmlak Bazarı İştirakçıları" İB-nin 13 yanvar 2017-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057-68-ci məhəllə, ev 8,11 saylı mənzili 90000 manat məbl əğində qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.04.2018-ci tarixli qərardadına əsasən “Buta” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş 8 saylı 17.08.2018-ci il tarixli rəy ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057-68-ci məhəllə, 8 nömrəli evin 11 nömrəli mənzilinin bazar qiyməti 120000 manat, müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; MM-in 269 -270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 470-471, 550-554, 556, 739, 741, 743, 744; MPM-in 77.1-ci maddələrinə, kredit (ipoteka və zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Eləcə də işdən göründüyü kimi mənzilin dəyərinin 120000 manat məbləğdə olduğu müəyyən edilmiş və bunu təkzib edən sübutlar iş materialları ilə müəyyən edilmir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutara q məhkəmə kollegiyası Qərara aldı: x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar