Məhkəmə qərarları › İş №2(102)-2328/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2328/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2328/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, http://supremecourt.gov.az/static/view/94X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (ha kim G.Əsədova) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan “VAZ-2106” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli (sədrlik edən V.Həsənov, hakimlər Ş.Məmmədova və N.Cəfərov) qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan “VAZ-2106” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomaşının Cavabdeh alınaraq ona qaytarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasi ya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, “VAZ-2106” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını İddiaçı mülkiyyətindədir. Həmin minik avtomobili «xxxx» ASC ilə bağlanmış kredit müqaviləsi üzrə ipotekaya qoyulmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ilə icra edilməyən 4714 manat borcla bağlı olan tələb “VAZ-2106” markalı, 10-OM- 406 dövlət qeydiyyat nişanlı minik avtomaşınına yönəldilmişdir. xx xxxxxx 2008-ci il tarixdə İddiaçı xx.xx.2014-cü il tarixədək iş üzrə Cavabdeh həmin nəqliyyat vasitəsinin idarə edi lməsi üçün ipoteka saxlayanın razılığı ilə etibarnamə vermişdir. Ədliyyə Nazirliyi Notariat İdarəsinin xx xxxxx 2019-cu il tarixli məktubundan görünür ki, 10 OM-406 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair (mülkiyyətçi İddiaçı) Bakı şəhəri 43 saylı notariat ofisində xx.xx.2008-ci ildə (xx.xx.2013-cü ildən qüvvədən düşmüşdür) X2 adına, bundan sonra etibaretmə qaydasında 41 saylı notariat ofisində xx.xx.2008-ci ildə (xx.xx.2014-cü ildən qüvvədən düşmüşdür) Cavabdeh adına və 43 saylı notariat ofisində xx.xx.2009-cu ildə (xx.xx.2009-cu ildə qüvvədən düşmüşdür) X1 adına etibarnamələrin verilmişdir. İddiaçı xx xxxxxx 2008-ci il tarixdə cavabdehə vermiş olduğu etibarnaməyə istinad edərək nəqliyyat vasitəsinin cavabdehdə olduğunu iddia edir və avomobilin geri qaytarılmasını tələb edir. C avabdeh tərəf nəqliyyat vasitəsinə görə iddiaçı tərəfindən ona xx xxxxxx 2008-ci ildə etibarnamə verildiyini və bir müddət həmin etibarnamə əsasında nəqliyyat vasitəsindən (icarə hüququ əsasında) istifadə etdiyini və 2009-cu ilin avqust ayında nəqliyyat vasitəsini aldığı şəxsə qaytardığını, nəqliyyat vasitəsinin hazırda onda olmadığını və iddiaçının əsl cavabdehə qarşı tələb yönəltmədiyini göstərir. Hazırkı iddia tələbi ilə bağlı nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy i halları sübut etməlidir. Mübahisə predmeti olan avtonəqliyyat vasitəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halı olduğundan iddiaçının üzərinə düşən sübutetmə yükü tələb etdiyi və mülkiyyətində olan nəqliyyat vasitəsinin cavabdehdə olmasının sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutemə yükü isə ondan ibarətdir ki, o, iddiaçının mülkiyyətini təşkil idən avtomobilin onun sahibliyində olmadığını sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və forunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri t ələb edə bilər. Məhkəmə kolegiyası nəzərə alır ki, mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış aşağıdakı üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi avtomobilin mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) tələb edilən anda avtomobil cavabdehin sahibliyində olduğu sübut edilməlidir 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Göstərildiyi kimi mübahisəli avtomobilin iddiaçının mülkiyyətində olması aşkardır. Lakin iddiaçı həmin nəqliyyat vasitəsinin cavabdehdə olması və cavabdeh tərəfindən həmin nəqliyyat vasitəsindən qanunsuz istifadə edilməsini təsdiq edən sübutl arı məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf tələbini cavabdehə vermiş olduğu xx.xx.2008-ci il tarixli etibarənamə ilə əsaslandırır. Lakin nəzərə alınmalıdır ki, etibarnamənin cavabdehə verilməsi avtomaşının onun daimi istifadəsinə verilməsi demək deyildir. Əksinə cavabdeh tərəf iddiaçının göstərdiyi etibanamə əsasında nəqliyyat vasitəsinin istifadəsinə qəbul etdiyini, lakin qısa müddət sonra nəqliyyat vasitəsini onu əldə etdiyi şəxsə (avtomobili cavabdehə verən və ondan geri alan şəxs iddiaçı olmamışdır) qaytardığını göstərir. İddiaçıdan fərqli olaraq cavabdehin mövqeyi daha inandırıcı hesab olunur. Çünki məhz cavabdehin göstərdiyi tarixdən (yəni 2009-cu ilin avqust ayından) sonra iddiaçı xx xxxxxxxx 2009-cu ildə həmin nəqliyyat vasitəsinə dair tamamilə kənar şəxs olan X4 etibarnamə ver miş və nəqliyyat vastəsi faktiki olaraq həmin şəxsin sahibliyinə keçmişdir. Həmin avtomaşının cavabdehdən geri alınmadığı halda, başqa şəxsə etibarnamə verilməklə nəqliyyat vasitəsinin başqa şəxsin istifadəsinə verilməsi mümkünsüzdür. Belə olan halda isə 2009-cu ilin sentyabr ayından etibarən nəqliyyat vasitəsinin cavabdehin sahibliyində olmaması aşkar olaraq müəyyən olunmuş olur.p Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələri ni rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar