Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2328/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X2, Cavabehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8075/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Təhqiqat orqanın “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx xxxxxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı ərizə ilə Yasamal RPİ-nə müraciət edərək bildirmişdir ki, 2018-ci ilin oktyabr ayında Fidan Babayeva adlı qadın ondan 43000 manat dəyərində Lazer Epilyasiya aparatı almış, həmin aparatın pulunun bir hissəsini ödəmiş, lakin qalan 32500 manat pulu isə müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Həmçinin xx.xx.2019-cu il tarixdə İddiaçı ərizə ilə Yasamal RPİ-nə müraciət edərək bildirmişdir ki, 2019-cu ilin yanvar ayında Ülviyyə adlı qadın pulunu ödəyəcəyi adı ilə aldadaraq ona məxsus 27200 manat dəyərində L azer Epilyasiya aparatını ələ keçirmiş və bu günə kimi ona nə pul ödəmiş, nə də aparatı geri qaytarmışdır. Araşdırma zamanı Cavabdeh izahat verərək, kredit yolu ilə Kənandan təxminən 20000 ABŞ dolları dəyərində Lazer aparatı aldığını, Mərdəkan qəsəbəsində yerləşən gözəllik salonuna icarəyə verdiyini, bir müddət sonra aparatın nasaz olduğunu, təmir üçün təxminən 7000 manat pul lazım olduğunu, Lazer aparatını təmir etdirib işlək vəziyyətə gətirə bilmədiyini, Kənana verməli olduğu pulu vaxtında ödəyə bilmədiyini göstərmişdir. Kənana 5000 manat pul ödədiyini, hesablaşmaya görə Kənana cəmi 29400 manat pul borcu qaldığını, hazırda aparatı həmin vəziyyətdə Kənana qaytarmağa razı olduğunu, qalan pulu isə hesablaşaraq ən qısa müddət ərzində Kənana ödəyəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məh kəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı pul tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29400 manatın və cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılan məbləğin Milli Bankın faiz uçot dərəcəsinə uyğun faiz məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif dövlətlərdən estetik və digər tibb avadanlıqları gətirib Bakı şəhərində satışını həyata keçirir. 2018-ci ilin oktyabr ayında «Lazer Epilyasiya» aparatının alınması ilə əlaqədar cavabdeh ona müraciət etmişdir. Onlar razılaşma əldə etmişlər və cavabdehə 43000 manat dəyərində «Lazer Epilyasiya» aparatını alıb aparmışdır. Aparatı alarkən cavabdeh pulun b ir hissəsini ödəmiş, qalan hissəsini isə işləyib qazanc əldə edərək verəcəyinə söz vermişdir. Lakin həmin vaxtdan artıq bir il keçməsinə baxmayaraq cavabdeh aldığı aparatla əlaqədar hələ 29400 manat pul borclu qalmışdır. Dəfələrlə həmin borcun ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələr gətirərək borcunu qaytarmır. Bu səbəbdən, əlacsız qalaraq borcun ödənilməsində köməklik göstərilməsi ilə əlaqədar Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Polis İdarəsində araşdırma zamanı cavabdeh həqiqətən də ona 29400 borcunun olduğunu etiraf etmiş və yaxın vaxtlarda pulu ona ödəcəyinə söz vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 2(011)-1796/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehdən 29400 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia tələbinin “cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılan məbləğin Milli Bankın faiz uçot dərəcəsinə uyğun faiz məbləğinin cavabdehdən tutulması” hissəsində təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin Mülki Məcəllənin 385.1, 386.1, 442.1, 448, 601.1, 600.4-cü maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki işin materialları, iddiaçının izahatı və cavabdehin ibtidai istintaq orqanında verdiyi ifadəsi ilə təsdiq edilmişir ki, cavabdeh iddiaçıdan 20000 ABŞ dolları dəyərində Lazer aparatı aldığını və həmin aparata görə 29400 manat pul borclu olduğunu etiraf etmişdir. İddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsinin bağlanması, iddiaçı tərəfi ndən həmin müqavilə əsasında yaranmış öhdəliyin icra edilməsi, cavabdeh tərəfindən icra edilməməsi, cavabdehin iddiaçıya 29400 manat pul borcu olduğu mülki işdə olan sübutlarla təsdiq edilmişdir. Tələbin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Anar Tanrıverdiyev sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. İddia tələbini rədd edərkən məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində “DL1 prem Diode laser” cihazını 43000 ABŞ dollarına Cavabdeh satdığını qeyd etmişdir. Lakin işin apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və Cavabdeh izahatlarına və müqavilənin surətinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh cihazın alınması prosesində iştirak etsə də, müqavilə əslində İddiaçı ilə alıcı Bəybalayev Qəmbər adlı şəxs arasında bağlanmışdır. Belə olan halda, birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə müqavilənin kimlər arasında bağlanmasını araşdırmamış və nəticədə Cavabdeh hazırki hüquq münasibəti üzrə tərəf olmadığı halda ona qarşı irəli sürülən iddianı qismən təmin etmişdir. Məhkəmə Mülki Məcəllənin 387.3-cü maddəsinə istinad edərək hesab etmişdir ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər üçün vəzifələr yaratmadığından, Cavabdeh hazırki mübahisə üzrə müqavilədə tərəf olmaması səbəbin dən iddiaçıya münasibətdə hər hansı öhdəlik daşımır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən müqavilənin güya onunla Bəybalayev Qəmbər arasında bağlanmasına istinad etməsi əsassız olmuşdur. O, işlədiyi dövürdə yüzlərlə müştərilərlə alğı-satqı müqaviləsi bağlamışdır. Ola bilsin ki, onların arasında Qəmbər Bəybalayev adlı şəxs də olub. Lakin, bunun Cavabdeh heç bir aidiyyatı yoxdur. Cavabdeh ondan lazer epilyasiya aparatının almasını Yasam al rayon Polis İdarəsində aparılmış araşdırma zamanı da etiraf etmişdir. Həmin təhqiqat orqanın qərarından göründüyü kimi, Cavabdeh aldığı Lazer aparatının güya nasaz olduğundan İddiaçı qaytarması barədə heç bir söz demir, əksinə olaraq aparatın onun tərəfındən İddiaçı alındığını, hazırda aparatın onda olduğunu, İddiaçı 29400 manat pul borclu qaldığını təsdiqləyir. Həmçinin, həmin araşdırma zamanı da Qəmbər Bəybalayev adlı şəxs barəsində heç bir məlumat belə yoxdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları düzgün tədqiq etməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassas iya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqmda müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və x idmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinə əsasən tələbin təmin edilən hissəsində yoxlamış və iddia tələbini rədd etmişdir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsi tərəfindən tələbin rədd edilən hissəsi (29400 manat pulun tutulması) mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən apellyasiya şikayətinə əlavə edilmiş ksero surət olan fotoşəkilə (iş v. 100) istinad edərək iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanmamasını, iddiaçı ilə müqavilə münasibətlərinin Qəmbər Bəybalayev adlı şəxs arasında yaranmasını qeyd edərək iddia tələbini bu əsasla rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən prosessual hüquq normalarının tələblərini pozmuş, işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməyə rək düzgün olmayan nəticəyə gəlmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, həmin sənəd kserosurət olmaqla apellyasiya instansiyası məhkəməsi həmin sənədin sübut kimi qəbul edilməsinin mümkünlüyünü müzakirə etməmişdir. MPM-nin 89.3-cü maddəsinin tələbinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Digər tərəfdən iddiaçı iddia tələbində cavabdehə “Lazer Epilyasiya” aparatı satdığını və cavabdehin həmin aparatın pulunun bir hissəsini ödəmədiyini iddia etmişdir. Cavabdehin Polis orqanlarında verdiyi izahatda bu halları təsdiq etmiş, lakin başqa əsaslarla (malın xarab olması, Ukraynaya getməsi, digər aparatın alınması və s.) pulun qalan hissəsini ödəmədiyini qeyd etmişdir. Eyni zamanda apellyasiya şikayətində də cavabdeh Polis İdarəsində verdiyi izahat lara uyğun olaraq iddiaçıdan həmin aparatı almasını mübahisələndirməmiş, lakin etirazının əsası kimi başqa hallara istinad edərək pulun qalan hissəsinin ödənilmədiyini qeyd etmişdir. Apellyasiya məhkəmə iclasında isə Cavabdeh da “Lazer Epilyasiya” aparatının onun tərəfindən alındığını, aparata görə iddiaçı ilə onun hesablaşdığını göstərmiş, lakin yuxarıda qeyd edilən ksero surət müqavilənin tanışı Qəmbər Bəybalayevlə bağlandığını göstərmişdir. İddiaçı apellyasiya məhkəməsində verdiyi izahatında həmin müqavilənin MMC-nin adından onun tərəfindən bağlandığını, lakin “Lazer Epilyasiya” aparatının alqı-satqısı ilə bağlı münavsibətlərin Cavabdeh ilə olduğunu, aparatı ona satdığını göstərmişdir. Həmin müqavilədən görünür ki, tərəflər (satıcı) “xxxx” MMC və Qəmbər Bəybalayndir (alıcı). MMC-nin adı ndan müqaviləni hazırkı iş üzrə İddiaçı müəssisənin təsisçisi kimi imzalamışdır. Müqavilə-sifariş “Lazer Epilyasiya” aparatının nisyə alqı-satqısı barədədir, 43000 ABŞ dolları qiymətləndirilən lazer aparatının dəyərindən 22000 dollar əvvəlcədən, qalan 21000 dollar isə xx xxxxxx 29018-ci il tarixdən başlayaraq bir il müddətinə ödənilməsi şərtləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin Polis orqanında, apellyasiya şikayətində, apellyasiya məhkəməsinin iclasında verdiyi izahatında göstərdiyi hallara əhəmiyyət verməmiş, hər iki tərəfin “Lazer Epilyasiya” aparatının nisyə alqı-satqısını həyata keçirdiklərini etiraf etdiklərini nəzərə almamış, cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi ksero surət sənəddə göstərilən Qəmbər Bəybalayevin hazırki iş üzrə tərəflər arasında ol an müqavilə münasibətlərinə aidiyyatının olması, onun iddiya cavab verməli şəxs olması qənatinə gəlmişdir. Lakin tərəflərin izahatları ilə müəyyən edilir ki, həmin sənəd hazırkı iş üzrə tərflər arasındakı əmlakın nisyə alqı-satqısı ilə bağlı münasibətlərin təsdiqi kimi tərtib olunmuşdur. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mü hüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, zərurət olarsa Qəmbər Bəybalayev adlı şəxs işə cəlb edilməklə onun tərəfindən imzalanmış müqavilə-sifarişin hazırkı mübahisəyə nə dərəcədə aidiyyatının olmasını müəyyən etməli, bundan sonra araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kas sasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8075/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.