Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2329/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin azaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1861/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 1997-ci il buraxışlı “Mercedes Benz E-230” markalı avtomobil 19 iyun 2019-cu il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş və avtomobilin sürətlər qutusunda yaranmış nasazlıqla əlaqədar o, avtomobillərin təmiri ilə məşğul olan Cavabdeh müraciət etmişdir.
2. Cavabdeh tərəfindən müəyyən təmir işləri görüldükdən sonra avtomobil onun sahibi İddiaçı qaytarılmışdır. 3. 13 sentyabr 2019-cu il tarixdə avtomobil İddiaçı tərəfindən Tərtər rayonu ərazisində idarə olunarkən avtomobildə yanğın baş vermiş və yanğınsöndürənlər hadisə yerinə gələnə kimi avtomobil yanaraq tam yararsız vəziyyətə düşmüşdür.
4. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Əməliyyatİstintaq İdarəsi tərəfindən a raşdırmalar aparılmış və müəyyən edilmişdir ki, yanğına səbəb avtomobilin mexaniki hissəsində yaranmış nasazlıq olmuşdur. Hadisə ilə əlaqədar toplanmış materiallar baxılması üçün 24 oktyabr 2019-cu il tarixli qərarla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
5. Tərtər Rayon Polis Şöbəsinin 26 noyabr 2019-cu il tarixli qərarı ilə cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və dəymiş ziyanı tələb etmək hüququ İddiaçı izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı "maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomaşının yanması ilə istismara yararsız vəziyyətə düşdüyünə görə dəymiş maddi kimi Cavabdeh 14000 manat məbləğ ində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin sentyabr ayında özünə məxsus olan “Mersedes-Benz 230” markalı avtomobilin surətlər qutusunda nasazlıq yarandığı üçün Ağcabədi şəhərində avtomobil təmiri ilə məşğul olan Cavabdeh yanına aparmışdır. Zaur baxış keçirdikdən sonra avtomobilin surətlər qutusunun aşağı qapağını açmış, surətlər qutusunda az miqdarda su olması aşkar edilmişdir. Surətlər qutusunda aşağı qapağı açıldığına görə yeni "prokladka", "germetika" və yağ filtri alıb Zaura vermişdir. Zaur surətlər qutusunda olan “plata”nın çatlamasını ona demişdir. Bərdə rayonunda olan tanışları ilə əlaqə saxlamış, lakin “plata” tapa bilməmişdir. Bundan sonra Zaura bildirmişdir ki, “piata”nı tapanda gətirib dəyişdirər. Bir müddət sonra gəlib avtomobili götürərkən Zaurla birlikdə avtomobili sürüb işlək vəziyyətdə olduğunu gördükdən sonra təhvil alıb getmişdir. 10 gün sonra, yəni 12 sentyabr 2019-cu il tarixdə həmin avtomobili ilə Salyan rayonuna yas yerinə getmiş, yasdan qayıdarkən Saatlı rayonu ərazisində surətlər qutusunda gecikmə halı olduğu və tüstü çıxdığı üçün yolun kənarındakı ustaya yaxınlaşmış, usta avtomobilin altına baxmış, surətlər qutusunda yağın az olduğunu, "salnikin" dəyişməyin vacibliyini və istəyirsənsə dəyişək demişdir. Özü də yamaya düşmüş və surətlər qutusundan tüstü çıxdığının şahidi olmuşdur. Lakin gecə olduğuna görə "salniki" dəyişdirməyə razı olmamış, ustaya surətlər qutusuna yağ əlavə etdirib yolunu davam etdirərək, Kürdəmir yolu ilə Gəncəyə getmişdir. Gəncədən qayıd arkən Tərtər yolunda avtomobilli od tutub yanmışdır. Yanğın zamanı avtomobil tamamilə yanaraq məhv olmuş, nəticədə ona 14000 manat məbləğində maddi ziyan dəymişdir. Yanğın Zaurun keyfiyyətsiz işinin və səhlənkarlığının nəticəsində baş vermişdir.
8. Cavabdeh izahatında göstərmişdir ki, Ağcabədi rayon Peşə məktəbində 3-cü dərəcəli avtomobil təmiri üzrə çilingər ixtisası üzrə ona peşə dərəcəsi verilmişdir. Uzun illərdir ki, Ağcabədi şəhərində avtomobillərin təmiri ilə məşğul olur. 23 avqust 2019-cu il tarixdə iddiaçı özünə məxsus olan “Mersedes Benz 230” markalı avtomobili təmir etmək üçün yedəkdə onun işlədiyi sexə gətirmiş, həmin vaxt orada olmadığına görə Nurəddin onun mobil telefonuna zəng etmiş və bildirmişdir ki. avtomobilin radiatorunda nasazlıq var - suya yağ qarışır. Bundan sonra s exə gəlmiş, radiatorun qapağını açıb baxanda suda yağın olduğunu görmüş, surətlər qutusunun alt qapağını da açmışdır. Surətlər qutusunda az miqdarda su olduğunu Nurəddin özü də görmüşdür. Bu zaman surətlər qutusunda yerləşən “plata”nın çat olmasını görüb bu barədə Nurəddinə demiş, dəyişmək lazım olduğunu bildirmişdir. Həmin vaxt Nurəddin mobil telefonu ilə kiminləsə danışmış, lakin hələlik “plata”nın olmadığını ona demişdir. Ona görə də açdığı alt qapağın “prokladka”sını germetika ilə yağlayıb yerinə bağlamış, Nurəddinin verdiyi yağı surətlər qutusuna tökmüşdür. Bundan sonra Nurəddin avtomobilini ondan götürüb aparmışdır. “Plata” surətlər qutusunun daxilində olur və surətin yaxşı dəyişməsinə səbəb olur. “Plata”da olan nasazlıq yağda istilik yaradır və orada yaranmış istilikdən və təzyiqdən surətlər qutusunda olan “salnik”lər çönür, bu isə surətlər qutusunda olan yağın bayıra axmasına səbəb olur. Hətta Saatlı rayonunda Nurəddinin avtomobilinə baxan usta da avtomobildə nasazlıq olduğunu ona demiş, surətlər qutusundan tüstü çıxmasını Nurəddin özü də görmüşdür. Nurəddinin avtomobilində onun gördüyü iş - surətlər qutusunun alt qapağını açması və qaytarıb yerinə bağlaması olmuş, surətlər qutusunda “plata”da çat olmasını da Nurəddinə demişdir. İdiaçının avtomobilinin yanmasında təqsiri yoxdur, yanğın iddiaçının özünün səhlənkarlığı ucbatından baş vermişdir.
9. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-344/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim: E.B.Quliyev) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, istə r iş materialları ilə, istərsə də iddiaçının məhkəmə iclasında verdiyi izahatla iddia tələbinin əsaslı olması sübuta yetməmişdir. Məhkəmə iclası zamanı iddiaçının iddia ərizəsində qeyd edilmiş xüsusatları faktlarla əsaslandırması təklif edilsə də, iddiaçı hər hansı bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 23, 1096, və 1097.1-ci, Mülki Prossesual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobilin mexaniki his səsində nasazlığın olması FHN-nin X1 Yanğın Nəzarəti İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli yanğın haqqında aktla müəyyən edilmişdir. Cavabdeh avtomobili düzəltmədən nasaz şəkildə qaytarmış, hadisədən sonra avtomobilin sürətlər qutusunda çat olmasını etiraf edərək guya iddiaçıya 1 həftə sonra onun yanına gəlməyini tapşırmışdır. Birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və işin faktiki hallarını tam obyektiv və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
14. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2390/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.X.Heydərov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və F.K.Soltanov) apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, avtomobildə olan surətlər qutusunda çatın olması səbəbindən tərəflər arasında bunun aradan qaldırılması, təmiri ilə bağlı hər hansı sifarişin olması və onun podratçı tərəfindən yerinə yetirilməsi barədə öhdəlik münasibəti yaranmamışdır. Bundan başqa iddiaçı ilə cavabdeh arasında avtomobilin təmiri ilə bağlı hansı işlərin görülməsi, görülmüş işlərin həcmi, məbləği və zəhmət haqqı ilə bağlı hər hansı qaimənin (aktın) olmaması səbəbindən tərəflərin məsuliyyətinin həcminin müəyyənləşdirilməsi mümkün olmamışdır. İşdə olan sübutlardan müəyyən olunur ki, iddiaçıya məxsus “Mersedes Benz E230” markalı avtomobildə baş vermiş yanğına səbəb avtom obilin mexaniki hissələrində yaranmış nasazlıq olmuşdur. İddiaçının cavabdehdən avtomobilinin qüsurlu təmiri və bunun nəticəsində avtomobilinin yanaraq ona dəymiş maddi zayanın ödənilməsini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi bu halı nə birinci instansiya məhkəməsində, nə də ki, apelyasiya icraatı zamanı sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçının cavabdehdən xidmət göstərmədiyi təmirin qüsuru, həmin qüsur nəticəsində dəymiş ziyana görə üzərinə məsuliyyət qoyulması tələbi əsaslı sayıla bilməz.
16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 23, 752.1, 753.1, 756.1, 759.1, 759.2, 762.1, 762.2, 769, 770, 1096 və 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandır mışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh avtomobili düzəltmədən nasaz şəkildə qaytarmış, hadisədən sonra avtomobilin sürətlər qutusunda çat olmasını, çatı germetika ilə bağlamasını etiraf etmiş, guya iddiaçıya 1 həftə sonra onun yanına gəlməyini tapşırmışdır. Qeyd edilən hal ona görə məntiqsiz və yalandır ki, motoru çat olan avtomobili sürmək, çatı 1 həftə müddətinə germetika ilə bağlamaq mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almamış və işin faktiki hallarını tam obyektiv və hərtərəfli araşdırmamış, maddi və prose ssual hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2113/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər – İ.Xələfov (sədrlik edən və məruzəçi), G.Quliyev və Z.Əliyev) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2390/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
20. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tələbin sübuta yetirilməməsi barədə nəticəyə yalnız cavabdehin göstərdikləri əsasında gəlmiş, iddiaçının göstərdiklərinə qiymət verməmiş və onların qəbul edilməməsinin səbə blərini əsaslandırmamışdır.
21. Müəyyən olunduğu kimi, cavabdeh avtomobildəki qüsurun aradan qaldırılması barədə üzərinə öhdəlik götürmüş, lakin qüsurun aradan qaldırılmasını təmin etmədən, iddiaçıya belə vəziyyətdə avtomobilin idarə edilməsinin nəticəsini izah etmədən avtomobili istismara vermişdir. Cavabdeh avtomobili iddiaçıya qaytararkən onu iddiaçı ilə birlikdə bir daha sürmüş və iddiaçı bunu qüsurun aradan qaldırılmasının təsdiqi kimi qəbul etmişdir. Məhkəməyə verdiyi izahatında cavabdeh sürətlər qutusundakı nasazlığın aradan qaldırılması istiqamətində hər hansı bir iş görmədiyini, yalnız nasazlığın olmasını iddiaçının diqqətinə çatdırdığını bildirmişdir. Məhkəmə avtomobildə yanğının onun mexaniki hissələrində yaranmış nasazlıqdan baş verməsi ilə əlaqədar nəticəyə gələrkən həmin nəti cənin düzgünlüyünü yoxlamaq üçün ekspertizanın keçirilməsi imkanını müzakirə etməmiş, mübahisəli hüquq münasibətinə aydınlıq gətirilməsini təmin etməmişdir
22. Kollegiya hesab etmişdir ki, məhkəmə kollegiyası tərəflərin irəli sürdükləri dəlillərin qiymətləndirilməsinə eyni dərəcədə obyektiv yanaşmamış, avtomobildəki aşkar nasazlıqların aradan qaldırılması üçün cavabdehin hansı hərəkətləri yerinə yetirməli olmasını və yerinə yetirməməsini müəyyən etməklə onun hərəkətinə qiymət verməmiş, mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasını və pozulmuş hüquqların real bərpasını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 23. 28.09.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Mersedes Benz E320” markalı avtomobilin yanması, avtomobilin sürətlər qut usundan axan yəni, kənara sıçrayan yağ damcılarının çıxış qazlar sisteminin (borusunun) qızmış səthinə düşərək alışmasından baş verə bilərdi. Yanğın hadisəsinin söndürülməsi subyektiv faktorlar və həmin ərəfədə mövcud olan faktiki şəraitlə əlaqəli olduğuna görə qərardadın ikinci sualı üzrə təhqiqat aparılmadı. Sürətlər qutusundan yağın axması sürətlər qutusunun detalları arasında kipliyin təmin edilməməsi (ara qatının keyfiyyətsiz olması, boltların kifayət qəsər sıxılmaması və s) səbəbindən baş verə bilərdi. “Mersedes Benz E320” markalı, 1997-ci il buraxlışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin hadisə baş verməmişdən əvvəlki tarixə orta bazar qiyməti təxminən 12000 manat müəyyən olunur.
24. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1861/2021 nömrə li, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Əhmədov (sədrlik edən və məruzəçi), Z.Allahyarov və M.Həsənov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-344/2020 saylı 19 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh zəzərin əvəzi olaraq 12000 manat pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmış, cavabdehin iddiaçının maşınında olan nasazlıqların maşının idarə edilməsinə imkan vermədiyini iddiaçıya bildirmək öhdəliyi olmuşdur.
26. Məhkəm ə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında yaranmış münasibətlərə Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən normaları tədbiq edilməklə müəyyən edilmişdir ki, iddiaçı ona vurulmuş zərərin cavabdehin ödəliklərini lazımınca icra etməməsi nəticəsində yaranmış olması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özü də izahatında etiraf etmişdir ki, Bərdə rayonundan olan tanışları vasitəsi ilə “plata” axtarsa da onu tapa bilməmiş və tapanda gətirib onu dəyişdirəcəyi ni Cavabdeh bildirmiş, sonra da gəlib avtomaşınını sürüb aparmışdır. Ustanın gördüyü iş özünün izahatında göstərdiyi kimi sürətlər qutusunun açdığı alt qapağının prokladkasının germetika ilə yağlayıb yerinə bağlamaqdan ibarət olmuşdur. Hətta germetikanı, prokladkanı, yağ fıltirini iddiaçının qeyd etdiyi kimi özü alıb ustaya verməsini qəbul etsək belə, bu hal heç bir vəziyyəti dəyişmir. Hər bir halda açılmış sürət qutusunun qapağı yenidən yerinə bağlanmışdır. Bundan sonra bir neçə gün ərzində maşının sahibi maşınını uzaq məsafələrə sürüb getmiş, hətta özünün etiraf etdiyi kimi Saatlı rayonu ərazisində də ustaya yaxınlaşmış və həmin usta da maşının sürətlər qutusunda nasazlıq olduğunu ona bildirmiş, maşını aşağı sürətlə idarə etmək barədə ona xəbərdarlığını etmişdir. Belə olduğu təqdirdə məh kəmənin güya Cavabdeh (cavabdehin) iddiaçının maşınında baş vermiş nasazlıqların maşının idarə edilməsinə imkan vermədiyini bildirmək öhdəliyi olması barədə gəldiyi nəticə tamamilə səhv və yanlışdır. Çünki eyni fikri Saatlı rayonu ərazisində Cavabdeh bir neçə gün sonra maşına baxış keçirmiş usta barədə də söyləmək mümkündür. Hər bir halda cavabdehin bu vəziyyətdə avtomobilin idarə edilməsinin təhlükəli olması barədə xəbərdarlıq edilməsi faktı da mövcuddur.
29. Həmçinin ekspertlərin nəticələri isə sırf uydurma, xəyalı ehtimallara söykənir və qəti heç bir nəticəni ifadə etmir.
30. Bundan başqa kassasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehə məhkəmənin yeri və vaxtı barədə məlumat verməmiş və işə onun iştirakını təmin etmədən baxmaqla Mülki Prossesual Məc əllənin 9-cü maddəsində nəzərdə tutulmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
35. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
36. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin h üquqlarından və ya iddialarından azad olsun.
37. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
38. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Mülki Prossesual Məcəllə
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
43. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materi allarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən maddi zərər kimi 12000 manatın tutulması hissəsində dəyişdirilərək zərərin məbləği 6000 manat müəyyən edilməlidir.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin cavabdehdən maddi zərərin tutulması hissəsində maddi hüquq normalarını düzgün tədbiq etsə də, həmin zərərin məbləğinin müəyyən olunması hissədə işin hallarına düzgün qiymət verməmiş, tədbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir.
48. Belə ki, apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında şifahi avtomobilin təmiri ilə bağlı podrat müqaviləsi bağ lanmış, həmin müqavilədən irəli gələn öhdəliklər üzrə cavabdeh avtomobili tam saz vəziyyətinə gətirməmiş və avtomobildəki nasazlıqların onun idarə edilməsinə təhlükə yaradacağını iddiaçıya bildirmək vəzifəsini də icra etməmişdir. Nəticədə avtomobil sürətlər qutusundakı cavabdeh tərəfindən aradan qaldırılmamış nasazlıqlardan yanmış, iddiaçıya maddi ziyan dəymişdir.
49. Apellyasiya instansiyası məhkəməsi bu hissədə tərəflər arasında yaranmış münasibətlərə Mülki Məcəllənin podrat münasibətlərini tənzim edən normaları tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu nəticə ilə razılaşır, hesab edir ki, cavabdehin iddiaçıya maddi ziyan vurulmasında təqsirinin olmaması barədə dəlilləri iş materialları ilə öz təsdiqini tapmır.
50. Məhkəmə kollegiyası cavabdehdən tutulması qət edil ən maddi zərərin məbləği ilə bağıl qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələnin həlli zamanı Mülki Məcəllənin 21.3-cü maddəsinin tələblərini diqqətdən qaçırmışdır. Həmin normaya görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır
51. İddia ərizəsindən və iddiçının məhkəmə iclaslarında verdiyi izahatlardan görünür ki, avtomobilinin sürətlər qutusu cavabdeh tərəfindən təmir olunduqdan sonra o, təqribən 10 gün ərzində avtobili idarə etmiş, 12 sentyabr 2019-cu il tarixdə həmin avtomobillə yaşadığı Ağcabədi rayonundan Salyan rayonuna getmiş, geri qayıdarkən Sa atlı rayonu ərazisində surətlər qutusunda gecikmə halı olduğu və tüstü çıxdığı üçün yolun kənarındakı ustaya yaxınlaşmış, usta avtomobilin altına baxmış, surətlər qutusunda yağın az olduğunu, "salnikin" dəyişməyin vacibliyini bildirmiş, lakin gecə olduğuna görə ustanın dedikləri ilə razılaşmamışdır. Ustaya surətlər qutusuna yağ əlavə etdirib yolunu davam etdirərək, Kürdəmir yolu ilə Gəncə şəhərinə getmiş, Gəncədən qayıdarkən Tərtər yolunda avtomobildə yanğın baş vermişdir.
52. Göründüyü kimi iddiaçının özünün laqeyd və səhlənkar davranışı zərərin əhəmiyyətli dərəcə artmasına şərait yaratmışdır. Ona görə də bu hal nəzərə alınmaqla cavbadehdən tutulacaq zərərin həcmi azaldılmalıdır. Mməhkəmə kollegiyası zərərin həddinin 6000 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun hesab edir və belə qənaətə gəlir ki, bu baxımdan kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə dəyişdirilməlidir.
53. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 417.1.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1861/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli dəyişdirilsin, Cavabdeh İddiaçı xeyrinə tutulacaq maddi zərərin məbləği 6000 (altı min) manat müəyyən edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.