Məhkəmə qərarları › İş №2(102)-233/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-233/2019

14.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-233/2019 14.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 14 » yanvar 2019-cu il İş № 2(102)-233/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 14 aprel 2017-ci il tarixli, 2(017)304/2017 sayl ı qətnaməsi (hakim Etibar Quliyev) ilə, iddia qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 01.04.2010-cu il tarixli kredit xətti müqaviləsinə əsasən 15.04.2013-cü il tarixli ****** nömrəli kredit razılaşması üzrə əsas borc 111347,68 ABŞ dollar, əsas məbləğə hesablanmış faiz borcu 22525,4 ABŞ dollar, 1000 ABŞ dolları dəbbə pulu; 30.09.2014-cü il tarixli 06R000019469 nömrəli kredit razılaşması üzrə əsas borc 72243,84 ABŞ dollar, əsas məbləğə hesablanmış faiz borcu 14064,9 ABŞ dolları, 500 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 221681,82 ABŞ dolları borcu, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat və 21 manat xidmət haqqı, həmçinin 23 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçının xeyrinə ödən ilməsi, tutma ipoteka predmeti olan, Cavabdeh1 məxsus Ağcabədi şəhəri, ünvan 1 ünvanda (0,0301 ha torpaq sahəsi ilə birlikdə) yerləşən qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlaklar açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait hesabına kredit borcu İddiaçıya ödənilsin. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan Cavabdeh1 verilsin. İpoteka predmetinin satışından əldə olunacaq vəsait qətnamənin icrası üçün kifayət etmədikdə qalan borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulmas, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli, 2(106)-166/2018 saylı qətnaməsi ilə (hakimlər T.Heydərov sədrlik edən, məruzəçi N.Mirzəye v və Z.Babayev) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Ağcabədi Rayon Məhkəməsinin 14 aprel 2017-ci il tarixli, 2(017)304/2017 saylı qətnaməsi dəyişdirilmiş, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Ağcabədi şəhəri, H.Hacıyev küçəsində (0,0301 ha torpaq sahəsi ilə birlikdə) yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 260000 (iki yüz altmış min) manat məbləğində müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat ekspertiza xərci Cavabdeh1 alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına keçiril məsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 15.04.2013-cü il tarixli ******* nömrəli kredit razılaşması üzrə kreditin əsas məbləğindən 111347,68 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcundan 22525,4 ABŞ dolları, 44198,47 ABŞ dolları dəbbə pulu; 30.09.2014-cü il tarixli 06R000019469 nömrəli kredit razılaşması üzrə kreditin əsas məbləğindən 72243,84 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcundan 14064,9 ABŞ dolları, 28853,53 ABŞ dolları dəbbə pulu, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat, xidmət haqqı 21 manat, həmçinin iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu olmaqla Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçının xeyrinə ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətində olan Ağcabədi şəhəri, ünvan 1 ünvanda (0,0301 ha torpaq sahəsi ilə birlikdə) yerləşən qeyri-yaşayış binasına yönəldilməsi; ipoteka predmetinin açıq hərracdan satılması; satışdan əldə edilən pul məbləğindən borcun tutulması, hərracdan əldə olunmuş vəsait kifayət etmədikdə qalan borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmeti satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə işə birtərəfli yanaşaraq maddi hüquq normalarını pozmuşdur. Ona görə d ə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddiaa tələbinin rədd edilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən sxalanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 01.04.2010-cu il tarixli, ********* nömrəli kredit xətti müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 01.04.2010-cu il tarixli, ******** nömrəli kredit xətti müqaviləsi üzrə bank tərəfindən Cavabdeh1 36 ay mü ddətinə, aylıq 1,4167 faiz dərəcəsi ilə 250000 ABŞ dolları məbləğində kredit verilmişdir. 01.04.2010-cu il tarixli, 06L000002437 nömrəli kredit xətti müqaviləsi üzrə bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 1,4167 faiz dərəcəsi ilə 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. ********* nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanmış 01.04.2010cu il tarixli, ********* nömrəli kredit xətti müqaviləsinin və onun ayrılmaz hissəsi olan 15.04.2013-cü il tarixli *********nömrəli kredit razılaşmasına əsasən 250000 ABŞ dolları, 30.09.2014-cü il tarixli ******** nömrəli kredit razılaşmasına əsasən isə 100000 ABŞ dolları məbləğində verilən kreditin və ona hesablanmış faizlərin təminatı kimi Cavabdeh1 məxsus –Ağcabədi şəhəri, H.Hacıyev küçəsində (0,0301 ha torpaq sahəsi ilə birlikdə) yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. 01.04.2010-cu il tarixli zaminlik müqavilələrinə əsasən borcalan Cavabdeh1 kredit razılaşması üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini zaminlər Cavabdeh2 və Cavabdeh3 öz üzərinə götürmüşlər. Cavabdeh1 mülkiyyətində olan Ağcabədi şəhəri, ünvan 1 ünvanda (0,0301 ha torpaq sahəsi ilə birlikdə) yerləşən qeyri-yaşayış binası öhdəliklər tam yerinə yetirilənə kimi ipoteka ilə yüklü edilərək 5 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 18.05.2011-ci ildir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlər xəbərdar olu nmuşlar. “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında bildirişlər Beyləqan Ərazi İdarəsində 14.11.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçının 30.11.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ********* nömrəli kredit razılaşması üzrə 18.11.2016-cı il tarixə İddiaçıya əsas borc üzrə 111347,68 ABŞ dolları, faiz borcu üzrə 22525,4 ABŞ dolları, dəbbə pulu 44198,47 ABŞ dolları olmaqla, ümumilikdə 178071,53 ABŞ dolları borcu vardır. Cavabdeh1 ******** nömrəli kredit razılaşması üzrə 18.11.2016-cı il tarixə AccessBank qapalı səhmdar cəmiyyətinə əsas borc üzrə 72243,84 ABŞ dolları, faiz borcu üzrə 14064,9 ABŞ dolları, dəbbə pulu 28853,53 ABŞ dolları olmaqla, ümumilikdə 115162,24 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspert izası Mərkəzinin 28 iyun 2018-ci il tarixli, 26007 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan sənədlərə əsasən 15.04.2013-cü il tarixli ********** nömrəli və 30.09.2014-cü il tarixli ********* nömrəli kredit razılaşmaları üzrə Cavabdeh1 banka olan borcu: 15.04.2013-cü il tarixli ********** nömrəli razılaşma üzrə; əsas borc üzrə 111347,68 ABŞ dolları, faiz borcu 22525,40 ABŞ dolları; 30.09.2014-cü il tarixli *********nömrəli kredit razılaşma üzrə əsas borc üzrə 72243,84 ABŞ dolları, faiz borcu 14064,90 ABŞ dolları təşkil edir. “xxxx” MMCnin 25 dekabr 2017-ci il tarixli, 595/AB nömrəli qiymətləndirmə hesabatından müəyyən olunur ki, 496,5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası kimi göstərilir. Faktiki olaraq da qeyri-yaşayış binası hüquqi sənədlə eynidir. Qeyri yaşayış binası hal-hazırda qızıl mağazası, market və gəlinliklərin satış mərkəzi kimi fəaliyyət göstərir. Qiymətləndirmə prosesi hüquqi sənəd əsasında aparılmışdır. Qeyri yaşayış binasının hazır ki bazar dəyəri 260000 (iki yüz altmış min) manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə mürac iət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Göründüyü kimi ipoteka predmetinə yönəldilmə həyata keçirilməsi məsələsinə məhkəmə hüquqi qiymət verərkən ipoteka predmetinin ilkin satış qiymətini gəldiyi nəticədə göstərməlidir. Apelyasiya icraatı zamanı tərəflər arasında ipoteka predmetinin ilkin qiymətinin razılaşma yolu ilə əldə olunmaması səbəbindən və cavabdehin apelyasiya şikayətində göstərmiş olduğu dəlillərə əsasən mülki iş üzrəmüstəqil qiymətləndirici dəvət edilmişvə iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 25 dekabr 2017-ci il tarixli, 595/AB nömrəli qiymətləndirmə hesabatından müəyyən olunur ki, 496,5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası kimi göstərilir. Faktiki olaraq da qeyri-yaşayış binası hüquqi sənədlə eynidir. Qeyri yaşayış binası hal-hazırda qızıl mağazası, market və gəlinliklərin satış mərkəzi kimi fəaliyyət göstərir. Qiymətləndirmə prosesi hüquqi sənəd əsasında aparılmışdır. Qeyri yaşayış binasının hazır ki bazar dəyəri 260000 (iki yüz altmış min) manat təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiymətiilə bağlı müəyyən olunan hissəsi qanuni və əsaslı hesab edilməməlidir. Beləliklə Cavabdeh1tərəfrindən verilmiş apelyasiya şikayəti birinci inistansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması hissəsində qismən əsaslı hesab olunmalı və Cavabdeh1tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 14 aprel 2017-ci il tarixli, 2(017)304/2017 saylıqətnaməsidəyişdirilməli, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Ağcabədi şəhəri, ünvan 1 ünvanda (0,0301 ha torpaq sahəsi ilə birlikdə) yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 260000 (iki yüz altmış min) manat məbləğində müəyyən edilməli, məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 145 (bir yüz qırx beş) manat ekspertiza xərci Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiyainstansiyasıməhkəməsigəldiyinəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipotekapredmetinə tutmanın yönəl dilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qay dada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmət göstərilməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borc lu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir (Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cü il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi halları na uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh1 kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə təd biq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 14 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar