Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-233/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı QSC vəkili X2, Cavabdeh1 və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)111/2019 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı rayon məhkəməsinin xx xxxx 2018-cu il tarixli, 2(037)-09/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.S.Şirinov) İddiaçı QSC (bundan son ra bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutumanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə əsas borca görə 42.535,40 ABŞ dolları, faiz borcuna görə 23.284,30 ABŞ dolları, hesablanmış cəriməyə görə 500 ABŞ dolları, cəmi 66.319,70 ABŞ dollarının tutulub banka ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan, İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması, torpaq sahəsinin ilkin satış qiymətinin 220.000 manat müəyyən edilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması və tutma ipoteka pre dmetinə yönəldildikdən və ipoteka predmeti açıq hərracdan satıldıqdan bir ay sonra Cavabdeh1 ipoteka predmeti olan torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və həmin torpaq sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsi qət edilib. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)111/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, M.A.Əsədli məruzəçi və İ.F.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə İsmayıllı rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, bank cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2014-cü il tarixli kredi t razılaşması üzrə 42.535,40 ABŞ dolları əsas, 23.284,3 ABŞ dolları faiz, 39.670,74 ABŞ dolları cərimə olmaqla, cəmi 105.490,44 ABŞ dolları kredit borcunin cavabdehlərdən müştərək qaydada tutulub banka ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən, 1.80008 hektar torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh1 həmin torpaq sahəsinə istifadə hüququnun itirilməsi, torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi bar ədə qətnamə qəbul edilməsi xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 və vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq ey ni məzmunlu izahatlar verdilər. İddiaçı QSC vəkili xx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinin tələbinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, sonuncunun banka yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas və faiz borclarının yaranmasına, kredit borcunun ipoteka predmetinə yönəldilməsi üçün əsasların əmələ gəlməsinə, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməsinə və beləliklə də apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmamasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 462.1, 463.2, 467-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, xx xxxxxxx 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 100.000 ABŞ dolları kredit xətti açılıb. xx xxxxxxxx 2014-cü il tarixli kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 1,75 faiz ödəmək şərti ilə 60.000 ABŞ dolları kredit verilib. Cavabdeh1 kredit razılaşmasının tələblərini pozaraq ödəmələri dəfələrlə yubatmış, əsas və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxxx 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 bankdan götürdüyü kredit borcundan 17.464,6 ABŞ dolları ödəmişdir və onun banka ödənilməmiş 42.535,4 ABŞ dolları əsas, 23.284,3 ABŞ dolları faiz borcu qalıb. Kredit müqaviləsi üzrə öhdəliklə rin icrasını təmin etmək üçün xx xxxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 1.80008 ha torpaq sahəsi bankın xeyrinə ipoteka hüququ ilə yüklü edilib. Eyni zamanda xx xxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən öhdəliyin icrasının təmin edilməsi üsulu kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanıb. İddia ərizəsindən görünür ki, bank, xx xxxx 2018-ci il tarixə Cavabdeh1 banka ödənilməmiş 42.535,4 ABŞ dolları əsas, 23.284,3 ABŞ dolları faiz borcunun olduğunu iddia edir. Birinci instansiya məhkəməsi iddia ərizəsini qismən təmin edərək, əsas borcu 42.535,40 ABŞ dolları, faiz borcunu 23.284,30 ABŞ dolları məbləğində müəyyən edib, 39.670,74 ABŞ dolları məbləğində hesablanmış cəriməni isə azaldara q 500 ABŞ dolları məbləğində müəyyən edib. Kassasiya instansiyası məhkəməsi əsas borcun, ona hesablanmış cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi yalnız bankın təqdim etdiyi sübutlara əsaslanaraq birinci instansiya məhkəməsi tərəfindən sözügedən müqavilə üzrə borclu Cavabdeh1 banka olan faiz borclarının duzgun hesablandığı qənaətinə gəlsə də kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, iddia ərizəsindən görünür ki, borclu Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə banka 17.464,6 ABŞ dolları məbləğində ödəniş etmişdir. Eyni zam anda apellyasiya şikayətinin dəlillərindən görünür ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə faiz borcunun düzgün hesablanmamasından şikayətlənmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinin, eləcə də MPM-nin 14.1-ci maddəsinin tələbləri baxımından hazırki məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmək üçün faiz borcunun duzgun hesablanıbhesablanmaması ilə bağlı heç araşdırma aparmadan, xüsusi bilik tələb edən qeyd olunan sualları aydınlaşdırmaq üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirib əsaslandırılmış rəy almadan, faiz borcunun tutulmasına dair bank tərəfindən təqdim edilmiş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə əsasən obyektiv baxıb hüquqi qiymət vermədən, birinci instansiya m əhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə- məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etmə li, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (Azərbaycan Respublikası MPM-nin 77.3, 102.1, 102.2-ci maddələri). Həmin Məcəllənin 97.1-ci maddəsinin mənasına görə, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, məhkəmə təcrübəsinə əsaslanaraq b elə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin oluna bilər. Nəzərə almaq lazımdır ki, ekspertin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmaması dedikdə- rəydə gəlinmiş nəticələrin, rəyin məzmununun məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması başa düşülür. Lakin, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (MPM-nin 101.3 və 205.1-ci maddələri). “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti incumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir q ayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə borclu Cavabdeh1 sözügedən müqavilə üzrə banka ödədiyi vəsaitin məbləği müəyyən edilməli, bundan sonra ödənilmiş məbləğin Mülki Məcəllənin 432.4-cü maddəsində nəzərdə tutulan qaydada hansı öhdəliyin hesabına daxil edilməsi araşdırılmaqla, iddia ərizəsinin faiz borcunun tutulması hissəsinə düzgün hüquqi qiymət verilməlidir. Qeyd olunan maddənin mənasına görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərlərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Haz ırki halda isə, borclu Cavabdeh1 banka ödədiyi 17.464,6 ABŞ dolları məbləğində vəsaitin necə, hansı qaydada və hansı öhdəliyin hesabına daxil edilməsi mülki iş materilları ilə müəyyən olunmur. Digər tərəfdən, bankla borclu Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli əsas kredit xətti müqaviləsində kreditin məbləği, müddəti müəyyən edilsə də, kreditin illik faiz dərəcəsi göstərilməyib, kredit razılaşmasında isə, kreditin məbləği 60.000 ABŞ dolları, müddəti 36 ay, aylıq faiz dərəcəsi isə 1,75 faiz müəyyən edilib. Göründüyü kimi kredit razılaşmasının müddəti xx xxxxxxxx 2017-ci il tarixdə bitdiyi halda, bank faiz borcunu xx xxxx 2018-ci il tarixədək hesablamaqla, həmin tarixədək olan faiz borcunu aylıq 1,75 faiz dərəcəsi ilə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllə sinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsində göstərilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrıayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə də, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaramasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranın öhdəlikl ərin qüvvədə olma müddətini tənzimləyir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutumuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi xx xxxxxxxx 2014-cü il tarixli kredit razılaşmasının 36 ay müddətinə, yəni xx xxxxxxxx 2017-ci il tar ixədək bağlanmasına diqqət yetirmədən, həmin müqavilənin qüvvədə olma müddətinədək ödənilməmiş faiz borcunun məbləğini dəqiqləşdirmədən, xx xxxxxxxx 2017-ci ildən xx xxxx 2018-ci il tarixədək olan faiz borcunun da aylıq 1,75 faiz dərəcəsi ilə hesablanmasını nəzərə almadan, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarlarında formalaşmış hüquqi mövqeyə uyğun olmayan qətnamə qəbul etmişdir. Halbuki, qeyd olunan maddələrin mənasına görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutumuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının faizlərini, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini tələ b etmək hüququna malikdir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən sözügedən müqavilənin bitmə tarixinədək ödənilməmiş illik faiz dərəcəsi nəzərə alınmaqla kredit müqaviləsinin bitmə tarixinədək hesablanmış faizlərin məbləği müəyyən edilməli, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ banka izah edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının 2-ci bəndində də göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borc lu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci madd əsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bundan başqa, işdən görünür ki, sözügedən kredit razılaşmasının təminatı olaraq xx xxxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 1.80008 ha torpaq sahəsi bankın xeyrinə ipoteka hüququ ilə yüklü edilib və ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinə 54.130,50 manat qiymət qoyulub. İşə əlavə edilmiş “xxxx” MMC-nin xx xxxxxxxx 2017-ci il tarixli ekspert rəyinə görə İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 1.80008 ha torpaq sahəsinin orta bazar dəyər 1.100.000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda işə əlavə edilmiş “xxxx” MMC-nin xx xxx 2018-ci il tarixli “torpaq sahəsinin qiymətləndirilməsinə dair” hesabatından görünür ki, İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 1.80008 ha torpaq sahəsinin real bazar dəyər 220.000 manat məbləğində müəyyən edilmişdir. Həmçinin işə əlavə edilmiş “Əmlak bazarı İstehlakçıları” İctimai Birliyinin xx xxxx 2019cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 1.80008 ha torpaq sahəsinin real bazar dəyər 95.000 manat təşkil edir. Göründüyü kimi sözügedən ipoteka predmetinin ilkin satış qiymətinə dair işdə, biribirindən kəskin şəkildə fərqlənən ekspert, qiymətləndirici rəyləri vardır. Apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, ipoteka qoyan Cavab deh1 da ipoteka predmetinin ilkin satış qiymətindən narazıdır. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin qiymətləndirilməsinə dair işə əlavə edilmiş çöxsaylı ekspert, mütəxəssis rəyləri arasındakı kəskin qiymət fərqlərinə aydınlıq gətirmədən, nəyə görə birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinə qoyulmuş qiymətlə razılaşmasını qətnamədə əsaslandırmadan, bu hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilikdə ipoteka predmetinin ilkin sat ış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiy inə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə bu sahədə ixtisaslaşmış ekspertlərə və ya mütəxəssislərə həvalə edilməklə ipoteka predmetinin hazırkı vaxta olan real bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməli və ya müstəqil qiymətləndirici dəvət etməklə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra iddia tələbinin bu hissəsinə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə aid hissədə ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-111/2019 saylı qətnaməsi qismən-xx xxxxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC xeyrinə faiz borcuna görə 23.284,30 ABŞ dollarının tutulması və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 ha torpaq sahəsinin ilkin satış qiymətinin 220.000 manat müəyyən edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-233/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-233/2020
14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver