Məhkəmə qərarları › İş №2(102)-2330/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2330/2020

23.07.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2330/2020 23.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia qaldıraraq, İddiaçı məxsus "xxxx” MMC-nin inşa etdiyi və xx xxxxxxxx 2007-ci il tarixli müqavilələr əsasında ona məxsus Bakı şəhəri, Yasamal ray onu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə dair onun mülkiyyət hüququnun tanınması, həmin mənzillərə dair İddiaçı "xxxx” MMC ilə xx xxxxxxxx 2007-ci il tarixdə bağlanılan alqı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderlərinin bərpa olunmuş hesab olunmaqla, həmin mənzillərin onun sahibliyinə verilməsi barədə "xxxx” MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 2007-ci il tarixdə "xxxx” MMC tərəfindən inşa olunan binada çoxsayda mənzilləri pulu nağd şəkildə ödəməklə alqı-satqı müqavilələri əsasında almışdır. İddiaçı xx xxxxxxx 2007-ci il tarixdə "xxxx” ASC-dən 500 000 manat, xx xxxxxx 2 010cu il tarixdə isə 236 000 manat kredit almışdır. İkinci qeyd olunan kredit ilkin götürülən kreditdən kəsir qalan məbləğin tamamlanması üçün ayrılmışdır. Hər iki kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən kredit təminatlı olaraq verilmişdir. Təminat kimi xx xxxxxxx 2007-ci il tarixli İ-885 saylı ipoteka müqaviləsi və xx xxxxxx 2010-cu il tarixli İ-2134 saylı ipoteka müqaviləsi çıxış etmişdir. Dünyada iqtisadi böhran baş verdiyindən İddiaçı kreditin ödəməyə çətinlik çəkdikdən "xxxx” ASC-yə girov qoyduğu 24, 25, 28, 31, 32, 35, 27, 30, 49 saylı mənzillərdən 27 və 30 saylı mənzillərini satmış, onların yerinə 42 və 45 saylı mənzillərini xx.xx.2008-ci il tarixdə bağlandığı X nömrəli ipoteka müqaviləsi və xx.xx.2008-ci il tarixli 885 saylı kredit müqaviləsinə əlavə razılıq N 1 və xx.xx.2008- ci il tarixli İ-885/A saylı İpoteka Müqaviləsinə 1 saylı Əlavəni "xxxx” ASC və "xxxx” MMC ilə bağlamışdır. Faktiki olaraq təminat qismində İddiaçı məxsus "xxxx» MMC-nin inşa etdiyi və xx xxxxxxxx 2007-ci il tarixdən müqavilə əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillər borcun ödənilməyəcəyi təqdirdə kreditin ödənilməsi üçün satılmaq məqsədi ilə, kredit ödəniləcəyi təqdirdə isə geri İddiaçı adına rəsmiləşdirilməsi üçün "xxxx” ASC-nın kredit şöbəsinin müdri Həmidli Müşviqin adına rəsmiləşdirilmişdir. Bu mənzillərin təminat kimi qoyulması faktı qeyd olunan kredit müqavilələrinin 6.1-ci maddəsində, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi nin müəyyən etdiyi hissəsində öz əksini tapmışdır. İddiaçı adına olan mənzillərə dair bütün sənədlərin əslləri (alqı-satqı müqavilələri, kassa-mədaxil orderləri, maliyyə arayışları və digərləri) "xxxx” ASC-yə və "xxxx” MMC-yə verilmişdir. Həmin mənzillər həmin tarixlər və nömrələr üzrə M.Həmidlinin adına rəsmiləşdirilmiş və beləliklə, M.Həmidli mənzillərin alıcısı kimi müqavilələrə sahib olmuşdur. xx xxxxxx 2012-ci il tarixdə "xxxx” ASC-nin İddiaçı məktubu ilə kreditin bağlandığı bildirilmişdir. İddiaçı öz mənzillərini geri qaytarmağı xahiş etdikdə isə, "xxxx” ASC mənzilləri almadığını, krediti girovsuz verdiklərini bildirmişdir. Sonra İddiaçı məlum olmuşdur ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə M.Həmidlinin "xxxx” MMC-yə qarşı iddiası təmin olu nmuşdur. İddiaçı mənzilinə dair M.Həmidlinin mülkiyyət hüququ tanınmış və mənzillərin ona verilməsi qət olunmuşdur. xx.xx.2012-ci il qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsi "xxxx” MMC-nin və Rabitə və Texnoloqiyalari Nazirliyinin "Bakı Elektron Rabitəsi”xxxx"xxxx” MMC-nin M.Həmidliyə qarşı qarşılıqlı iddiası təmin edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv olunmuş, M.Həmidli ilə "xxxx” MMC arasında (İddiaçı 9 ədəd girov qoyduğu) mənzillərinə dair alqı-satqı müqavilələri etibarsız hesab olunmuşdur. Məhkəmə, şikayətçilər və qarşılıqlı iddiaçı qeyd etmişdirlər ki, M.Həmidli mənzillərin mülkiyyətşisi ola bilməz, ona görə ki, onların alınmasında iştirak etməmiş, pulu ödəməmişdir. Sadəcə, İddiaçı «xxxx”dan 0,5 millyon manat məbləğində kredit almışd ır, kreditin təmini kimi mənzillərini «xxxx” ASC-yə vermiş, M.Həmidlinin adına rəsmiləşdirilmişdir. M.Həmidli ilə "xxxx” MMC arasında bağlanmış mənzillərə dair alqı-satqı müqavilələri (əqdlər) İddiaçı «xxxx” ilə kredit müqaviləsini pərdələmək məqsədini daşıdığı üçün əhəmiyyətsiz və nəticədə etibarsız hesab olunmuşdur. Öz mülkiyyət hüququnu müdafiə edərək İddiaçı "xxxx” ASC-yə qarşı maddi ziyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edib girov goyduğu 9 mənzilin həqiqi dəyərinin məbləği 1.517.655 manatın cavabdehdən onun xeyirinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iş üzrə İddiaçı iddiası təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, İddiaçı mənzillərin alqı-satqı müqavilələrinin və kassa-mədaxil orderlərinin əs llərini təqdim etməmiş, ziyanın olması barədə sübut təqdim etməmişdir. İddiaçı xx.xx.2013-ci il tarixli Bakı şəhər Yasamal rayon məhkəməsinin qətnaməsindən şikayət vermişdir və eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012 -ci il tarixli qətnaməsinin izah edilməsinə dair ərizə ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, mənzillərə dair mülkiyyət hüququnun məsələsi baxılmamış müəyyən olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin olunmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 0.02.2014-cü il tarixli x sa ylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2012-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, İddiaçı «xxxx” ASC ilə kredit müqaviləsi, girov müqaviləsi, ipoteka müqavilələri, yalan əqdləri alqı-satqı müqavilələri əsasında əlaqələri mövcuddur. Yalan müqavilələr etibarsız sayıldıqdan sonra İddiaçı adına mənzillərə dair müqavilələr bərpa olunmalıdır və nəzərə alınsa ki, mübahisəli mənzillər faktiki olaraq İddiaçı tərəfindən "xxxx” ASC-yə girov qoyulmuşdur, həmin mənzillər "xxxx” ASC tərəfindən əsl sahibi İddiaçı qaytarılaraq və İddiaçı həmin mənzillərə dair mülkiyyət hüququ bərpa olunmalıdır. İddiaçı həmin mənzillərə dair xx xxxxxxxx 2007-ci il tarixli "xxxx” MMC ilə ba ğladığı alqı-satqı müqavilələri bərpa edilməklə onun mənzillərə dair mülkiyyət hüququ müəyyən olunmalıdır. Bu halda MPM-nin 217.3-cü maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlər nəzərə alınmalıdır. "Maraqlı şəxs1” ASC-nin xx.xx.2012-ci il tarixli İddiaçı hesabdan çıxarışına əsasən xx.xx.2007-17.03. 2011-ci il əhatə dövrü üzrə İddiaçı 1 milyon 445 min 730 manat 44 qəpik ödəmişdir. "Maraqlı şəxs1” ASCnin xx.xx.2012-ci il tarixli İddiaçı hesabdan çıxarışına əsasən, xx.xx.2011xx.xx.2012-ci il əhatə dövrü üzrə İddiaçı 172 min 482 manat ödəmişdir. Beləliklə, İddiaçı kreditin qaytarılmasına (əsas borc + faizlər +cərimələr) "Maraqlı şəxs1” ASC-nin rəsmi sənədinə əsasən 03.10. 2007-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 1 milyon 618 min 212 manat 44 qəpik pul ödəmişdir. 1 milyon 618 min 212 manat 44 qəpik məbləğdən borc-kreditin 500 min manat mədləğini çıxmaqla, mənzillərin dəyəri kimi 1 milyon 517 min 665 manat nəzərə alınmaqla, İddiaçı zərəri 2 milyon 635 min 867 manat 44 qəpik təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Mirzəzadə) xx xxxxxxx 2018-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı cavabdehlər X12, X2, X8, X13, X4, X14, X5, "Cavabdeh” MMC və Azərbaycan Respublikası Rabitə və Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinə və maraqlı şəxs "Maraqlı şəxs1” ASC-yə qarşı iddia qaldıraraq, cavabdehlərlə bağlanmış olan əqdlərin etibarsız hesab edilməsi və həmin mənzillərin boşaldılması, İddiaçı məxsus "Cavabdeh” MMC-nin inşa etdiyi və xx xxxxxxxx 2007-ci il tarixdən müqavilələr əsasında ona məxsus xc ü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə dair onun mülkiyyət hüququnun tanınması, həmin mənzillərə dair İddiaçı "Cavabdeh” MMC ilə xx xxxxxxxx 2007ci il tarixdə bağlanılan alqı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderlərinin bərpa olunmuş hesab olunmaqla, həmin mənzillərin onun sahibliyinə verilməsi barədə "Cavabdeh” MMC-nin üzərinə öhdəlik qoyulması və ya İddiaçı tərəfindən mənzillərə görə ödənilmiş 1 milyon 618 min 212 manat 44 qəpik pul məbləğdən borc- kreditin 500 min manat mədləğini çıxmaqla, üstə gəl mənzillərin məbləğlərinin qiymətini 1milyon 517 min 665 manat nəticədə isə İddiaçı 2 milyon 635 min 867 manat 44 qəpik ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bu tələblər onu nla əsaslandırılmışdır ki, iddiaçı, xx xxxxxxxx 2007-ci il tarixdə “xxxx” MMC-dən inşa olunan binada çoxsayda mənzilləri pulu nəğd şəkildə ödəməklə alqı-satqı müqavilələri əsasında almışdır. İddiaçı xx xxxxxxx 2007-ci il tarixdə “Maraqlı şəxs1" ASC-dən 500 000 manat, xx xxxxxx 2010cu il tarixdə isə 236 000 manat kredit almışdır. İkinci qeyd olunan kredit ilkin götürülən kreditdən kəsir qalan məbləğin tamamlanması üçün ayrılmışdır. Hər iki kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən kredit təminatlı olaraq verilmişdir. Təminat kimi xx xxxxxxx 2007-ci il tarixli İ-885 saylı ipoteka müqaviləsi və xx xxxxxx 2010-cu il tarixli İ-2134 saylı ipoteka müqaviləsi çıxış etmişdir. Dünyada iqtisadi böhran baş verdiyindən İddiaçı krediti ödəməkdə çətinlik çəkdiyindən “Maraqlı şəxs1" ASC-yə girov qoyduğ u 24, 25, 28, 31, 32, 35, 27, 30, 49 saylı mənzillərdən 27 və 30 saylı mənzillərini satmış, onların yerinə 42 və 45 saylı mənzillərini xx.xx.2008-ci il tarixdə bağladığı İ-885/A nömrəli ipoteka müqaviləsi və 15.04.200-ci il tarixli 885 saylı kredit müqaviləsinə Əlavə Razılıq № 1 və xx.xx.2008-ci il tarixli İ-885/A saylı ipoteka müqaviləsinə 1 saylı əlavə-ni "Maraqlı şəxs1” ASC və “xxxx” MMC ilə bağlamışdır. Faktiki olaraq təminat qismində İddiaçı məxsus Cavabdeh-nin inşa etdiyi və xx xxxxxxxx 2007-ci il tarixdən müqavilə əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillər borcun ödənilməyəcəyi təqdirdə kreditin ödənilməsi üçün satılmaq məqsədilə, kredit ödəniləcəyi təq dirdə isə geri İddiaçı adına rəsmiləşdirilməsi üçün Maraqlı şəxs1 ASC-nin kredit şöbəsinin müdiri Müşviq Həmidlinin adına rəsmiləşdirilmişdir. Bu mənzillərin təminat kimi qoyulması faktı yuxarıda qeyd olunan kredit müqavilələrinin 6.1-ci maddəsində, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsinin “müəyyən etdi” hissəsində öz əksini tapmışdır. İddiaçı adına olan mənzillərə dair bütün sənədlərin əslləri (alqı-satqı müqavilələri, kassa-mədaxil orderləri, maliyyə arayışları və digərləri) Maraqlı şəxs1 və “xxxx” MMC-yə verilmişdir. Həmin mənzillər həmin tarixlər və nömrələr üzrə M.Həmidlinin adına rəsmiləşdirilmiş və beləliklə, M.Həmidli mənzillərin alıcısı kimi müqavilələrə sahib olmuşdur. xx xxxxxx 2012ci il tarixdə Maraqlı şəxs1 ASC-nin İddiaçı məktubu ilə kreditin ta m ödənilməsi barədə bildirmişdir. İddiaçı öz mənzillərini geri qaytarmağı xahiş etdikdə isə Maraqlı şəxs1 ASC mənzilləri almadığını, krediti girovsuz verdiklərini bildirmişdir. Sonra İddiaçı məlum olmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə M.Həmidlinin “xxxx’ MMC-ə qarşı iddiası təmin olunmuşdur. İddiaçı mənzillərə dair M.Həmidlinin mülkiyyət hüququ tanınmış və mənzillərin ona verilməsi qət olunmuşdur. xx.xx.2012-ci il tarixli qətnaməsilə Bakı Apellyasiya Məhəməsinin MK-sı “xxxx’ MMC-nin və Rabitə və Texnoloqiyalari Nazirliyinin “Bakı Telefon Rabitəsi"xxxx“xxxx’ MMC-nin M.Həmidliyə qarşı qarşılıqlı iddiası təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv olunmuş, M.Həmidli ilə “xxxx’ MMC arasında ( İddiaçı 9 ədəd girov qoyduğu) mənzillərinə dair alqı-satqı müqavilələri etibarsız hesab olunmuşdur. Məhkəmə, şikayətçilər və qarşılıqlı iddiaçı qeyd etmişdirlər ki, M.Həmidli mənzillərin mülkiyyətşisi ola bilməz ona görə ki, onların alınmasında iştirak etməmiş, pulu ödəməmişdir. Sadəcə, İddiaçı Maraqlı şəxs1 ASC-dən 0,5 milyon manat məbləğində kredit almışdır, kreditin təmini kimi mənzillərini Maraqlı şəxs1xxxx“xxxx’ MMC arasında bağlanmış mənzillərə dair alqısatqı müqavilələri (əqdlər) İddiaçı “Maraqlı şəxs1" ilə kredit müqaviləsini pərdələmək məqsədini daşıdığı üçün əhəmiyyətsiz və nəticədə etibarsız hesab olunmuşdur. Öz mülkiyyət hüququnu müdafiə edərək İddiaçı "Maraqlı şəxs1” ASC-yə qarşı maddi ziyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edib girov qoyduğu 9 mənzilin həqiqi dəyərinin məbləği olan 1.517.655 manat pulu cavabdehdən onun xeyirinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iş üzrə İddiaçı iddiası təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, İddiaçı mənzillərin alqı-satqı müqavilələrinin və kassa-mədaxil orderlərinin əsllərini təqdim etməmiş, ziyanın olması barədə sübut təqdim etməmişdir. İddiaçı xx.xx.2013ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsindən şikayət vermiş və eyni zamanda Bakı apellyasiya məhkəməsinin MK-nin xx.xx.2012 -ci il tarixli qətnaməsinə izah edilməsinə dair ərizə ilə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nin xx.xx.2013-cü il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, mənzillərə dair mülkiyyət hüququnun məsələsi baxılmamış müəyyən olunmamışdır. Bakı Apellyasiya Məhəməsinin MK-nın xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamışdır: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin MK-nın xx.xx.2014cü il tarixli x saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, İddiaçı kreditin qaytarılmasına (əsas borc + faizlər +cərimələr) "Maraqlı şəxs1” ASC-nin rəsmi sənədinə əsasən xx.xx.2007 ci il tarixdən xx.xx.2012-ci il tarixədək 1 milyon 618 min 212 manat 44 qəpik pul ödəmişdir. 1 milyon 618 min 212 manat 44 qəpik pul məbləğindən borc-kreditin 500 min manat mədləğini çıxmaqla, üstə gəl mənzillərin məbləğlərinin qiymətini 1 milyon 517 min 665 manat, nəticədə isə İddiaçı zərəri 2 milyon 635 min 867 manat 44 qəpik təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində İddiaçı cavabdeh "xxxx” MMC-yə və digərlərinə qarşı eyni adlı iddiası baxılarkən müəyyən olunmuşdur ki, ona məxsus mənzillər hal-hazırda başqa şəxslərin sahibliyindədir. Ona görə də hesab edir ki, həmin şəxslərin cavabdeh ilə bağlanmış əqdləri varsa etibarsız hesab olunmaqla, həmin şəxslər həmin mənzilərdən çıxarılmalı və ya İddiaçı tərəfindən mənzillərə görə ödədiyi pul məbləğləri təqsiri olan cavabdehlərdən İddiaçı xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim R.Cavadzadə) xx xxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sərlik edən və məruzəçi), A.Hüseyn və E.Şamayev) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qərardadı ilə xvə x nömrəli mülki işlər bir icraata birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xsaylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə müəyyən tələblər eynilik təşkil etdiyindən, X Məhkəməsinin x saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi “İddiaçı məxsus "Cavabdeh” MMC-nin inşa etdiyi və xx xxxxxxxx 2007-ci il tarixdən müqavilələr əsasında ona məxsus xcü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə dair onun mülkiyyət hüququnun tanınması, həmin mənzillərə dair İddiaçı "Cavabdeh” MMC ilə xx xxxxxxxx 2007-ci il tarixdə bağlanılan alqı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderlərinin bərpa olunmuş hesab olunmaqla, həmin mənzillərin onun sahibliyinə verilməsi barədə "Cavabdeh” MMC-nin üzərinə öhdəlik qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Həsənov (sərlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə apelyasiya şikayətlərinin təmin edilməməsi, 1-ci iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xnömrəli, xx xxxxxxx 2018-ci il tarixli və 2-ci iş üzrə x nömrəli, xx xxx 2019-cu il tarixli qətnaməsinin «cavabdehlər X12, X3, X8, X13, X4, X14, X5, "Cavabdeh” MMC-yə və digər cavabdehlərlə bağlanmış olan əqdlərin etibarsız hesab edilməsi və həmin mənzi llərin boşaldılması və ya İddiaçı tərəfindən mənzillərə görə ödənilmiş 1 milyon 618 min 212 manat 44 qəpik pul məbləğdən borc- kreditin 500 min manat məbləğini çıxmaqla, üstə gəl mənzillərin məbləğlərinin qiymətini 1milyon 517 min 665 manat nəticədə isə İddiaçı 2 milyon 635 min 867 manat 44 qəpik ödənilməsinin» rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizələrində istinad edilmiş hallara uyğun əsaslandırılmaql a qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayədnsəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassa siya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli xsaylı qətnaməsinə əsasən iddia təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən xx.xx.2007-ci il tarixli "xxxx” MMC ilə bağlanmış 337, 338, 340, 342, 343, 344, 345 nömrəli müqavilələrə əsasən alınmış 24, 25, 28, 31, 32, 35, 49 və xx.xx.2008-ci il tarixli 353, 354 nömrəli müqavilələrə əsasən alınmış 42 və 45 saylı mənzillər üzrə paylara X6 mülkiyyət hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli xsaylı qətnaməsi ilə "xxxx” MMC və maraqlı şəxs Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmışdır: X6 "xxxx” MMC-yə qarşı iddiası təmin edilməmiş, "xxxx” MMC-nin qarşılıqlı iddiası təmin edilərək, adları çəkilən mənzillərə dair xx.xx.2007-ci il tarixli və xx.xx.2008-ci il tarixli müqavilələr etibarsız hesab edilmişdir. Qətnamə xx.xx.2013-cü il tarixdə icraya yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə İddiaçı 2007ci ildə "xxxx” ASC-dən götürdüyü 500 000 manat kreditin təminatı kimi adları çəkilən mənzillərin girov kimi bankın kredit şöbəsinin müdiri X1 rəsmiləşdirildiyi, ona görə də mənzilərə dair bağlanmış müqavilələrin etibarsız olduğu, mənzillərin “xxxx” MMC-yə qaytarılm alı olduğu müəyyən edilmişdir. İşə baxılarkən xəttşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mənzillərin dəyərinin X15 tərəfindən ödənilməsinə dair kassa mədaxil orderi qəbzlərində onların tərtibatı tarixinə münasibətdə düzəlişlər edilmişdir. Həmçinin işə baxılarkən İddiaçı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd edilmişdir ki, 2007-ci ildə “xxxx” ASC ilə bağladığı 500 000 manatlıq kredit müqaviləsinin təminatı kimi “xxxx” MMC-nin xməhəllədə tikdiyi binada 24, 25, 28, 31, 32, 35, 49, 42 və 45 saylı mənzillər girov qoyularaq, bankın kredit şöbəsinin müdiri X6 adına müqavilə bağlanmışdır. Kredit ödənişi ilə əlaqədar onun tərəfindən “xxxx” MMCdən onun ayrı-ayrı vaxtlarda götürdüyü 417 000 manat və 67 000 manat məblə ğində özünə aid pul vəsaiti tam olaraq banka ödənilmişdir. Sözü gedən 9 ədəd mənzil götürdüyü kreditin təminatı kimi girov qoyulmuşdur. İddiaçı Maraqlı şəxs1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, girov qoyduğu 9 mənzilin dəyəri qismində 1 517 655 manat məbləğində pul vəsaitinin ondan tutulmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-1792/2031 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Qətnamədə qeyd edilmişdir ki, İddiaçı mənzillərin ona məxsus olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, təqdim olunan sənədlər surət olduğundan yazılı sübut kimi qəbul edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli xsaylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali M əhkəmənin xx.xx.2014-cü il tarixli 2(102)-550/14 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2012-ci il tarixli xsaylı qətnaməyə istinad edərək müəyyən etmişdir ki, mənzillərin bank tərəfindən iddiaçıya qaytarılmalı olduğu və bu öhdəliyini icra etmədiyi üçün bankın iddiaçıya maddi ziyan vurması qüvvədə olan məhkəmə aktı ilə müəyyən olunmuş hallarla təkzib olunur. Qətnamədə həmçinin qeyd olunmuşdur ki, iddiaçı mənzillərin özünə məxsus olduğunu və həmin mənzilləri banka şəxsən özünün ipotekaya qoyduğunu sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi Yasamal Rayon Məhkəməsinin xsaylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməni qəbul edərkən ona istinad etmişdir ki, “xxxx” ASC-nin kredit şöbəsinin müdiri Həmidli Mü şviqin iddiası üzrə mülki işə apelyasiya qaydasında baxılarkən iddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsində qeyd etmişdir ki, “xxxx” ASC-dən 2007-ci ildə kredit götürmüş, kreditin ödənişi ilə əlaqədar cavabdehdən 417 000 manat və 67 000 manat pul almış və banka ödəmişdir. Göründüyü kimi iddiaçı banka olan borcunu ödəmək üçün cavabdehdən yüksək məbləğdə pul götürdüyünü etiraf etmişdir. Həmçinin cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 2008 və 2009-cu illərə aid çoxsaylı məxaric xəzinə orderlərindən görünür ki, iddiaçı cavabdehdən 52 812 manat, 150.000 manat, 120.000 manat və s. məbləğlərdə “adler” adlı layihə üçün, “xxxx” ASC-yə kredit faizinin ödənilməsi üçün sistematik olaraq pul götürmüşdür. Cavabdehin iddiaçıya borcu olmasa idi, iddiaçıya cavabdehin kassasından yüks ək məbləğlərdə pul verilməzdi. O ki qaldı, mənzillərin dəyərinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi barədə kassa mədaxil orderi qəbzlərinə, iddiaçı həmin sənədlərin kserosurətini təqdim etmiş, mülki işin araşdırılması zamanı bu sənədlərin əslinin kimdə olması müəyyən edilməmişdir. Adları çəkilən sənədlər əsasında iddiaçının cavabdehdən həqiqətən 9 ədəd mənzil alması barədə qəti və birmənalı nəticəyə gəlmək mümkün deyildir. Həmçinin iddiaçının “xxxx” ASC-dən götürdüyü kreditin təminatı qismində bankın işçisi ilə həmin mənzillərin alqı-satqısına dair etibarsız əqdin bağlanması və Həmidli Müşviqin adına da analoji kassamədaxil orderi qəbzlərinin verilməsi belə nəticə yaradır ki, iddiaçının təqdim etdiyi qəbzlər də onunla cavabdeh arasında yaranmış borc münasibətlərinin təminatı kimi veri lmişdir (belə bir təminat olmadan yüksək məbləğdə borcun verilməsi ağlabatan deyildir). Bundan başqa, iddiaçının bankdan kredit götürdüyü tarix, kreditin qaytarılma müddəti, iddiaçının cavabdehin kassasından pulları götürdüyü tarixlər və iddiaçının təqdim etdiyi mədaxil orderi qəbzlərinin tarixlərinin eyni dövrə (2007-2009-cu illər) təsadüf etməsi bu qənaəti daha da artırır. Bundan başqa, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 14809 saylı ekspert rəyi ilə müəyyən olunur ki, Həmidli Müşviqin adına olan qəbzlərdəki əlyazma mətnləri və imzalar, iddiaçının adına olan qəbzlərin kserosurətlərində əks olunmuş əlyazma mətnləri və imzalar eyni şəxs tərəfindən icra olunmuşdur. İstisna deyil ki, iddiaçı ilə cavabdeh arasında Həmidli Müşviqlə bağlanmış analoji müq avilələr imzalanmışdır. Lakin bir şəxsin eyni şirkətdən, eyni binada, eyni tarixdə 9 ədəd mənzil satın alması ağlabatan deyildir. Hər iki qətnamədə məhkəmələrin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının 9 ədəd mənzilin özünə məxsus olduğunu və banka şəxsən girov qoyduğunu sübut edə bilməməsi qüvvədə olan məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli xsaylı qətnaməsi ilə müəyyən olunmuşdur. Yəni mənzillərin iddiaçıya məxsus olmaması və iddiaçı tərəfindən banka girov qoyulmaması artıq məhkəmə qərarı ilə müəyyən edilmişdir. İddiaçı isə "Cavabdeh” MMC və "Maraqlı şəxs1” ASC ilə yanaşı bir neçə şəxsi cavabdeh qismində işə cəlb etməklə, yuxarıda qeyd olunmuş məhkəmə aktları ilə müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə, habelə tədqiq olunmuş sübutlara heç bir ə lavə sübut təqdim etmədən yenidən məhkəməyə müraciət etmişdir. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin sözügedən mövqeyi əsaslı olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli xsaylı qətnaməsi ilə müəyyən edilmişdir ki, sübut etmə yükü baxımından məhz iddiaçı iddiasında göstərdiyi mənzillərin ona məxsus olduğunu və həmin mənzilləri cavabdeh banka şəxsən özünün ipotekaya qoyduğunu sübut etməlidir. İddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir, hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirdiklərinə əsasən onun bu iddiasını əsaslı hesab etmək mümkün deyildir. Sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Hazırkı işin halları baxımından da iddiaçı mənzillərin ona məxsus olması və mənzillərin öz əmlakı kimi öz adından ipotekaya qoyulmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallarkimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mübahisədə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyün dən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələr əsaslı hesab edilməlidir. Bununla yanaşı iddiaçı həmçinin tələbinin qanuni əsasını Mülki Məcəllənin XİV fəslində təsbit olunmuş əqdlərin etibarsızlığına dair müddəalara uyğun olaraq da əsaslandıra bilməmişdir. Belə ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı mənzillərin ona məxsus olması və onun tərəfindən ipote ka ilə yüklü edilməsini təsdiq edən sübutlara malik deyildir. Bu halda kollegiyanın qənaətinə görə iddiaçı subyektiv hüquqa malik olan şəxslər kimi hazırkı iddia tələbini irəli sürməkdə haqlı deyildir. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəl cə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Kollegiya, pul tələbi istisna olmaqla, digər iddia tələblərinin həlli ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri həmin hissələrdə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də həmin hissələrdə kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla belə, məhkəmə kollegiyası aşağıdakılara ə sasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının pul tələblərinin lazımi qaydada araşdırılması təmin edilməmiş, bu tələbin rədd edilməsinə dair məhkəmə öz qənaətini qanunvericiliyin tələb etdiyi qaydada əsaslandırmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İş materiallarında olan mədaxil orderlərinin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixli, 1559 nömrəli qəbzlə 183.960 manat, xx.xx.2007-ci il tarixli, 1557 nömrəli qəbzlə 172.395 manat, xx.xx.2007-ci il tarixli, 1563 nömrəli qəbzlə 183.960 manat,...8.09.2007-c i il tarixli, 1558 nömrəli qəbzlə 172.395 manat,...09.2007-ci il tarixli, 1556 nömrəli qəbzlə 183.960 manat, xx.xx.2007-ci il tarixli, 1561 nömrəli qəbzlə 161.820 manat, xx.xx.2007-ci il tarixli, 1562 nömrəli qəbzlə 140.400 manat, xx.xx.2007-ci il tarixli, 1560 nömrəli qəbzlə 140.400 manat, xx.xx.2007-ci il tarixli, 1564 nömrəli qəbzlə 178.365 manat məbləğində pul vəsaitlərini “Qutqaşınlı” ünvanı ilə qeyd edilən müxtəlif nömrəli mənzillərin əsas pay ödənişi kimi “xxxx” MMC-yə ödəmişdir. Apelyasiya instansiyası məhkəməsi iddia tələblərini bütövlükdə rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı mənzillərin özünə məxsus olduğunu və şəxsən banka girov qoyduğunu sübut edə bilməmişdir. Kollegiya bildirir ki, iddiaçının qeyd edilən halları sübuta yetirə bilməməsi onunla “xxxx” MMC ar asında mənzillərə dair müqavilə öhdəliyinin aşkar edilməməsinə dəlalət etsə də, bu hal pul tələblərinin rədd edilməsi üçün yetərli əsas deyil. Ona görə ki, pul tələbinin müqavilədən başqa digər əsaslarla irəli sürülməsi də mümkündür. Başqa sözlə, iddiaçının pul tələbləri müqavilə öhdəlikləri çərçivəsində haqlı sayılmadığı halda, həmin tələblərin qanundan irəli gələn öhdəliklər (əsassız varlanma, mülki hüquq pozuntusu və s.) çərçivəsində haqlı olubolmaması araşdırılmalı və onlara müvafiq hüquqi qiymət verilməklə mübahisə bütövlükdə həll edilməlidir. Çünki, mövcud faktiki hallar göstərilməklə irəli sürülmüş pul tələblərinin hüquqi əsas(lar)ının tapılması, yəni hüququn tətbiq edilməsi qanunvericilikdə müəyyən edilmiş hədlər çərçivəsində məhkəmənin vəzifəsidir. Mülki hüquqda hamılıqla qəbul ed ilmiş prinsiplərdən biri olan “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Məhkəmə iddiaçının ərizəsində əks etdirdiyi hüquqi mövqedən aslı ola bilməz. İddianın mümkün hüquqi əsaslarını özü nəzərdən keçirməklə iddiaçının tələbinə uyğun gələn qanuni əsas(lar)ı tapmalı və məhkəməyə bildirilən faktiki halların həmin əsas(lar)ın dispozisiya şərtlərinə uyğun olub-olmamasını yoxlamaqla mübahisəni həll etməlidir. Hazırkı işdə isə iddiaçının pul tələblərinin qanundan irəli gələn öhdəliklər çərçivəsində əsaslı olubolmamasına hüquqi qiymət verilməmişdir. Apelyasiya instansiyası məhkəməsi bu məsələ ilə bağlı qeyd etmişdir ki, iddiaçı mənzillərin dəyərinin ca vabdehə ödənilməsi barədə kassa mədaxil orderi qəbzlərinin kserosurətlərini təqdim etmiş, işin araşdırılması zamanı bu sənədlərin əslinin kimdə olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bu yanaşmanı pul tələblərinin rədd edilməsi üçün kifayətedici əsaslandırma hesab etmir. Ona görə ki, yuxarıda qeyd edilən pul məbləğlərinin ödənilməsinə dair orderlərdəki məlumatların mötəbərliliyinin yoxlanılması, vəsaitin “xxxx” MMC-nin mühasibatlığına mədaxil edilibedilmədiyinə dair halların aydınlaşdırılması üçün tərəflərə lazımi şərait yaradılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq qənaətə gəlinməlidir. O da nəzərə alınmalıdır ki, mövcud mübahisə ilə bağlı əvvəlki məhkəmə qərarlarında sözügedən orderlərin mötəbərliliyi ilə bağlı müəyyən edilmiş halların işin tərəfləri və tələbin predme ti baxımından preyudisial xarakterdə olub-olmamsı qanunvericiliyə uyğun qaydada qiymətləndirilməlidir. Yuxarıda qeyd edilən halların araşdırılması nəticəsində sözügedən mədaxil orderlərindəki pul məbləğlərinin ödənilməsi müəyyən edildiyi halda “xxxx” MMC-nin iddiaçı qarşısında hansı öhdəliyinin əmələ gəlməsi, bu öhdəliyin icra edilib-edilmədiyi, edilmədiyi halda iddiaçının pul tələblərinin təmin edilməsi üçün qanuni əsasların olub-olmaması və tələbin bu hissəsinin həlli üçün əhəmiyyət kəsb edən digər hallar araşdırılmaqla əsaslandırılmış qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının pul tələblərinə aid hissədə ləğv edilməklə yeni apellyasiya baxışına göndərilm əlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi qismən – iddiaçının pul tələblərinə aid his sədə ləğv edilsin və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar