Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2331/2020 29.06.2020 ALİ MƏHKƏMƏ İddiaçı: Ləğv prosesində olan “Texnikabank” x8 Cavabdehlər “xxxxx” x4, Cavabdeh1 və Cavabdeh2 İddia tələbi: borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, iddia tələbinin həcminin artırılması, apelyasiya baxışının hədləri, ilkin satış qiyməti, kassasiya şikayətinin ekspert rəyi ilə bağlı dəlilləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, cavabdeh “xxxxx” x3 vəkili Vəkil iştirakı ilə, Bakı Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2711/2019 nömrəli iş üzrə 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “Texnikabank” x8 və cavabdeh “xxxxx” x4 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 29 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: “Bank Technique” x8 (sonradan “Texnikabank” x7muşdur, hazırda ləğv prosesindədir, bundan sonra – iddiaçı və ya Bank) ilə cavabdeh «xxxxx» x4 (bundan sonra – borcalan) arasında 23 fevral 2015-ci il tarixində bağlanmış 1781/15 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana 48 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə ******* manat; 1782/15 nömrəli kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 4 faiz ödəmək şərtilə ****** * manat kredit verilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış 24 fevral 2015-ci il tarixli, 1781-01/15 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 1781/15 nömrəli və 1782/15 nömrəli kredit müqavilələrinin təminatı olaraq xüsusi mülkiyyətində olan Abşeron rayon Saray qəsəbəsində yerləşən 0,4375 ha torpaq sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri 175000 manat, likvid dəyəri isə 149000 manat qiymətləndirilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış 23 fevral 2015-ci il tarixli, 1781-03/15 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 1781/15 nömrəli və 1782/15 nömrəli kredit müqavilələrinin təminatı olaraq xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha torpaq sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri 69500 manat, likvid dəyəri isə 59000 manat qiymətləndirilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış 24 fevral 2015-ci il tarixli, 1781-04/15 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 1781/15 nömrəli və 1782/15 nömrəli kredit müqavilələrinin təminatı olaraq xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,45 ha torpaq sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri 292500 manat, likvid dəyəri isə 248500 manat məbləğində qiymətləndirilmişdir. Bankla Cavabdeh2 arasında bağlanmış 24 fevral 2015-ci il tarixli, 1781-02/15 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 1781/15 nömrəli və 1782/15 nömrəli kredit müqavilələrinin təminatı olaraq xüsusi mü lkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha torpaq sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri 103500 manat, likvid dəyəri isə 88000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq olunmuş və yüklülüklər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: 26 sentyabr 2017-ci il tarixdə iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcalandan Bankın xeyrinə 1781/15 saylı müqaviləyə görə 185.341,5 manat əsas borcun, 33.439,85 manat faiz borcunun, 1748,52 manat dəbbə pulu olmaqla, cəmi 220.529,87 manat borcun, 1782/15 saylı müqaviləyə əsasən 1.520.409,92 manat əsas borcun, 46846,05 manat f aiz borcunun, cəmi 1.567.255,97 manat borcun, ümumilikdə iki müqaviləyə görə 1.705.751,42 manat əsas borcun, 80285.90 manat faiz borcunun, 1748,52 manat dəbbə pulu olmaqla, cəmi 1.787.785,84 manat borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 31 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan torpaq sahələrinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti müəyyən olunmaqla hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcalan hər iki müqavilənin şərtlərini pozaraq, ödəniş cədvəli üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirmə və məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. “x11” MMC-nin 05.04.2018-ci il tarixli qiymətləndirmə hesabatlarına əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4375 ha- dan ibarət torpaq sahəsinin likvid qiyməti 157.500 manat, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha-dan ibarət torpaq sahəsinin likvid qiyməti 60.690 manat, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,45 ha-dan ibarət torpaq sahəsinin likvid qiyməti 256.500 manat və Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha-dan ibarət torpaq sahəsinin likvid qiyməti 91.512 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2018-ci il tarixli, 32540 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının təqdim etdiyi maliyyə arayışının tərtib olunduğu 24.07.2017-ci il tarixinə borcalanın Banka 23 fevral 2015-ci il tarixli, 1781/15 saylı kredit müqaviləsi üzrə 188440,70 manat əsas, 31833,84 manat faiz borcu; 23 fevral 2015-ci il tarixli, 1782/15 saylı kredit müqaviləsi üzrə 1.525601,15 manat əsas, 41894,04 manat faiz borcu yaranmışdır. Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında cərimə hesablanmadığı üçün ekspert də cərimə məbləği üzrə hesablama aparmamışdır. İş üzrə icraat təzələndikdən sonra 16.05.2018-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Həmin ərizə ilə iddiaçı tələbini dəyişərək, borcalandan Bankın xeyrinə 1781/15 saylı müqaviləyə görə 155.341,5 manat əsas, 49.644,07 manat faiz, 1748,52 manat dəbbə pulu olmaqla, cəmi 206.734,09 manat, 1782/15 saylı müqav iləyə əsasən 1.520.409,92 manat əsas, 84.296,19 manat faiz olmaqla, cəmi 1604706,11 manat, ümumilikdə iki müqaviləyə görə 1675751,42 manat əsas, 133940,26 manat faiz, 1748,52 manat dəbbə pulu olmaqla, cəmi 1811440,2 manat borcun, iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olab torpaq sahələrinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti müəyyən olunmaqla hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-333/2018 nömrəli iş üzrə 16 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia təmin edilmiş, borcalandan 1781/15 saylı müqaviləyə görə 155.341,5 manat əsas borc, 49.644,07 manat faiz borcu, 1.748,52 manat dəbbə pulu olmaqla, cəmi 206.734,09 manat borc, 1782/15 saylı müqaviləyə əsasən 1.520.409,92 manat əsas borc, 84.296,19 manat faiz borcu, cəmi 1.604.706,11 manat borc, ümumilikdə iki müqaviləyə görə 1.675.751,42 manat əsas borc, 133.940,26 manat faiz borcu, 1748,52 manat dəbbə pulu olmaqla, cəmi 1.811.440,2 manat borc, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4375 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 157.500 manat; Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 60.690 manat; Abşeron rayonu, Masazır kəndində yerlə şən 0,45 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 256.500 manat və Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 91.512 manat müəyyən edilməklə yönəldilməsi; əmlakların açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması və ekspertiza xərcini təşkil edən 50 manatın borcalandan tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən borcalan, ipoteka qoyanlar Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Borcalanın apelyasiya şikayəti onunla əsaslandırılmış dır ki, iddiaçının tələb etdiyi məbləğlər həddən artıq şişirdilmiş, iddiaçı tərəfindən dəqiqləşmə verildikdən sonra ekspertiza keçirilməmişdir. Bankın 2018-ci ilin may ayında təqdim etdiyi arayışda sonradan etdikləri ödənişlər nəzərə alınmamışdır. İpoteka qoyanlar tərəfindən verilmiş apelyasiya şikayətləri də eyni dəlillərlə əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, qiymətləndirici ipoteka predmetlərinin ilkin satış qiymətlərini bazar qiymətindən çox aşağı müəyyən etdiyi üçün əmlaklar yenidən qiymətləndirilməlidir. Apelyasiya baxışı zamanı apelyasiya instansiyası məhkəməsi iş üzrə yeni qiymətləndirmə və təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. “xxxxxxxxxxxxxxx” MMC-nin 29 aprel 2019-cu il tarixli qiymətləndirmə hesabatlarına əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahələrinin müvafiq olaraq bazar qiyməti 55000 manat, likvid qiyməti 45000 manat; bazar qiyməti 20000 manat, likvid qiyməti 17000 manat; bazar qiyməti 58000 manat, likvid qiyməti 48000 manat; Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin bazar qiyməti 23000 manat, likvid qiyməti 20000 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyul 2019-cu il tarixli, 7128 nömrəli ekspert rəyi ilə 1781/15 saylı kredit müqaviləsi üzrə 24 iyul 2017-ci il tarixədək (maliyyə arayışında göstərilən tarixədək) Banka olan borcu 220.274,54 manat (o cümlədən əsas borc üzrə – 188440,70 manat, faiz borcu üzrə – 31833,84 manat); 1782/15 saylı kredit müqaviləsi üzrə 24 iyul 2017-ci il tarixədək (maliyyə arayışında göst ərilən tarixədək) Banka olan borcu 1.567495,19 manat (o cümlədən: əsas borc üzrə – 1.525601,15 manat, faiz borcu üzrə – 41894,04 manat) müəyyən edilmişdir. Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında cərimə hesablanmadığı üçün ekspert də cərimə məbləği üzrə hesablama aparmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-2711/2019 nömrəli, 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), V.Həsənov və X.Sarıyev) cavabdehlərin apelyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, borcalandan 1781/15 saylı müqavilə üzrə 49644,07 manat əvəzinə 31833,84 manat, 1782/15 saylı müqavilə ü zrə 84296,19 manat əvəzinə 41894,04 manatın tutulması, qətnamənin qalan hissədə apelyatorlara münasibətdə dəyişdirilmədən saxlanılması, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, işin apellyasiya baxışı zamanı keçirilmiş torpaq sahələrinin qiymətləndirilməsinə görə ödənilmiş 600 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq “xxxxxxxxxxxxxxx” MMCnin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 739.1, 739.2, 465.2, 462.1, 269.1, 269.4, 295, 296.1-ci, “İ poteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3-ci maddələrini tətbiq etməklə hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından borcalan Banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmədiyindən onun hərəkətləri müqavilənin şərtlərinin pozulması kimi qiymətləndirilməli, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, lakin ekspert rəyinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı (vəkil x5) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, əmlakların ilkin satış qiymətinin “xxxxxxx xxxxxxxx” MMC-nin 29.04.2019-cu il tarixli rəyinə uyğun olaraq müəyyən edilməsi və iddianın faiz borcuna aid hissədə tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi məhkəmə ekspertizası tərəfindən borcun 24.07.2017-ci il tarixinə, yəni iddiaçının məhkəməyə müraciət etdiyi tarixədək hesablandığını nəzərə almayıb. Halbuki kredit müqavilələri 48 ay müddətinə bağlanıb və müqavilələrin bitmə müddəti 23.02.2019-cu il tarixi olub. Bu baxımdan müqavilə müddətinin bitdiyi tarixədək faiz borcu hesablana və cavabdehdən tələb oluna bilər. Bankın 30.04.2018-ci il tarixində məhkəməyə iddia tələblərinin artırılması ərizəsi ilə müraciət etdiyi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınsa da, apel yasiya instansiyası bu halı nəzərdən qaçırmışdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsinin ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərini birinci instansiya məhkəməsi zamanı təyin edilmiş ekspert rəyinə uyğun olaraq müəyyən etməsi əsassızdır. Belə ki, apelyasiya baxışı zamanı yenidən qiymətləndirmə təyin olunmuş və yeni rəylər alınmış, əmlakların bazar və likvid dəyərinin daha aşağı olduğu müəyyən edilmişdir. Lakin yeni rəylər Banka təqdim olunmayıb, məhkəmədə tədqiq olunmayıb, tərəflərin ekspert rəyinə münasibət bildirmələrinə şərait yaradılmayıb. Bununla birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Əgər məhkəmə öz təyin etdiyi ekspert rəyinə etimad göstərməyəcəkdirsə, həmin ekspertizanın təyin olunmasına əsas da yox id i. Bu səbəbdən də qətnamə həmin hissədə ləğv edilməli və əmlakların qiyməti apelyasiya instansiyası zamanı keçirilmiş “xxxxxxxxxxxxxxx” MMC-nin 29.04.2019-cu il tarixli rəyinə uyğun olaraq təyin olunmalıdır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Cavabdeh “xxxxx” MMC (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmi ş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunması xahiş edilmişdir. Borcalanın kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş və bu da düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Borcalan kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmişdir. Bankın təqdim etdiyi arayışda yazılan məbləğlər hədsiz dərəcədə şişirdilmiş və düzgün hesablanmamışdır. Həmin məbləğlərlə bağlı ekspertiza keçirilsə də, ekspert tərəfindən borc düzgün hesablanmamış, sadəcə işdə olan arayışlara əsaslanmışdır. Ekspert tərəfindən Bankdan heç bir əlavə sənəd, arayış və hesabdan çıxarış tələb edilmədən rəy verilmişdir. Bundan başqa, ipoteka ilə yüklü edilmiş torpaq sahələri yenidən qiymətləndirilərkən borcalanın iştirakı təmin edilməmiş, ümumiyyətlə torpaq sahələrinə baxış keçirilməmiş, torpaq sahələri real bazar qiymətinə uyğun qiymətləndirilməmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın hazırkı bazar qiyməti və onun likvid qiymətinin düzgün müəyyən olunması üçün iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilib real bazar qiyməti müəyyənləşdirilməli olan halda apelyasiya instansiyası məhkəməsi buna əhəmiyyət verməmişdir. Həmçinin, apelyasiya instansiyası məhkəməsi qətnamədə şikayətin qismən təmin edilməsini göstərsə də, torpaq sahələrinin ilkin satış qiymətinin dəyişdirilməməsini əsaslandırmamışdır. Kassasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxx” MMC-nin vəkili Vəkil təmsil etdiyi hüquqi şəxsin kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qan unun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və borcalan tərəfindən mübahisələndirilir. Kassasiya şikayətlərinin dəlillərindən görünür ki, hər iki tərəf qətnaməni kredit borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunması hissələrində mübahisələndirirlər. Ona görə də apelyasiya instansiyası məhkəməsinin aktı yalnız həmin hissələrdə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddələri). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka pr edmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin göstərilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlk növbədə nəzərə alınmalıdır ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişdir. Qətnamədən cavabdehlər ayrı-ayrılı qda kassasiya şikayətləri vermiş və bütün cavabdehlər ipoteka predmetlərinin ilkin satış qiymətinin aşağı müəyyən edildiyini iddia etmişlər. MPM-in 372.6-cı maddəsinə müvafiq olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə cavabdehlərin apelyasiya şikayətlərinin dəlillərinə əsasən ipoteka predmetlərinin ilkin satış qiymətləri müəyyən olunmuş həddən yuxarı olub-olmaması hissəsində mübahisələndirilmişdir. İddiaçı apelyasiya şikayəti vermədiyi üçün həmin qiymətlərin birinci instansi yası məhkəməsinin müəyyən etdiyi qiymətdən az olması barədə məsələ apelyasiya baxışının hədlərindən kənar olmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi apelyasiya baxışı zamanı keçirilmiş və ipoteka predmetlərinin bazar (likvid) dəyərinin daha aşağı olduğunu müəyyən edən qiymətləndirmə rəylərini nəzərə almamaqla MPM-in 372.6-cı maddəsinə uyğun, qanuni nəticəyə gəlmişdir. Borcalan kassasiya şikayətində əmlakların bazar dəyərinin daha çox olduğunu iddia etsə də, bu halla bağlı apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verdiyini əsaslandıra bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı birinci instansiya məhkəməsinin keçirdiyi qiymətləndirmə üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmiş, həmin məbləğin art ırılması üçün əsaslar müəyyən etməmişdir. Əksinə apelyasiya instansiya məhkəməsinin cavabdehlərin dəlilləri əsasında təyin etdiyi yeni qiymətləndirmə üzrə əmlakların bazar (likvid) dəyərinin daha aşağı olduğu barədə rəylər verilmiş, yuxarıda göstərilən səbəbdən isə məhkəmə həmin rəyləri nəzərə almamışdır. Apelyasiya instansiyası məhkəməsinin kredit borcunun tutulması hissəsində prosessual hüquq normasının pozuntusuna yol verdiyi barədə iddiaçının kassasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsində keçirilmiş ekspert rəylərində kredit müqavilələri üzrə borcun məbləği 24 iyul 2017-ci il tarixədək (Bankın təqdim etdiyi birinci maliyyə arayışında göstərilən tarixədək) hesablanmışdır. Halbuki iş birinci instansiya məhkəməsində olarkən 16. 05.2018-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, iddia tələbinin həcmini artırmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi 24 iyul 2017-ci il tarixədək borcun hesablanması barədə ekspert rəyləri əsasında kredit borcunun məbləğini azaldarkən MPM-in 218.3-cü maddəsinin tələblərini pozmuş, iddiaçının sonradan dəyişdirilmiş və məhkəmə tərəfindən qəbul edilmiş tələbini nəzərə almamışdır. Bununla yanaşı, Məhkəmə kollegiyası ekspert rəylərinin əsassız olması və 24 iyul 2017-ci il tarixədək borcun məbləğinin düzgün hesablanmadığı barədə dəlillərini əsassız hesab edir. Belə ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız eksp ertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə borcalan işdə olan ekspertiza rəylərilə bağlı bu cür hallara istinad etməmiş, işə baxarkən belə pozuntular aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kredit borcunun tutulması tələbinə aid hissədə ləğv edilməli və həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalı, cavabdeh “xxxxx” MMC-nin kassasiya ş ikayəti təmin olunmamalı, qətnamə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “Texnikabank” x6 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2711/2019 nömrəli iş üzrə 10 oktyabr 2019-cu il tarixli qətnaməsi kredit borcunun tutulması tələbinə aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh “xxxxx” x1 kassasiya şikayəti təmin olunmasın. Qətnamə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qə
Məhkəmə qərarları › İş №2(102)-2331/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2331/2020
29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver