Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2331/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, uydurma əqd) 27.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(104)117/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş in halları: 1. 29 mart 2018-ci il tarixdə notariat qaydasında bağlanmış kredit müqaviləsi ilə Seyidov X4 Nicat Maarif oğluna 105000 manat borc vermiş, sonuncu həmin pulu 29 may 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CPM-in 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyana görə 161000 manat, mənəvi ziyana görə 10000 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs Cavabdeh alınaraq ona ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsi ndə icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 142500 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, 2018-ci ilin mart ayında cavabdeh iddiaçıya ünvan 1 ünvanında yerləşən mənzili almaq istədiyini, lakin pulu çatmadığını bildirərək, borca pul istəmiş, borcun təminatı olaraq evi aldıqdan sonra evin sənədlərini ona verəcəyini bildirmişdir. Cavabdehlə aralarında olan müqavilə ilə iddiaçı cavabdehə 105000 manat məbləğində borc vermiş, cavabdeh 29 may 2018-ci il tarixədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı həmin pulu X2 alaraq, cavabdehə vermişdir. Notarial müqavilədən kənar aralarında olan şifahi razıla şmaya əsasən iddiaçı X2 borc alaraq cavabdehə vermiş olduğu pulun tam şəkildə geri qaytarılacağı vaxtadək hər ay 1500 manat əlavə pul ödəməli idi. Bundan başqa 27 mart 2019-cu il tarixdə cavabdehə qızının bank kartı vasitəsi ilə əlavə olaraq 15000 manat pul göndərmişdir. Lakin cavabdeh notarial müqavilənin və aralarında olan şifahi razılaşmanın şərtlərinə əməl etməyərək öhdəliyi yerinə yetirməmişdir.
5. Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(076)-2716/2019 nömrəli qiyabi qətnaməsi ilə (hakim K.C.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh 142500 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(104)-2946/2021 nömrəli qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş, Şəmkir Rayon Məhkəmə sinin 11 sentyabr 2019-cu il tarixli, 2(076)-2716/2019 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır.
7. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehdən 163750 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Şəmkir Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsi ilə (hakim T.V.Musayev) iddia qismən təmin edilmiş, Cavabdeh 105000 manat əsas borc, 19250 manat faiz borcu olmaqla, cəmi 124250 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında borc müqaviləsi bağlanmış, borcun qaytarılması 25 sentyabr 2018-ci il tarixədək müəyyən edilmiş, lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Buna görə də, iddiaçı əsas borc olaraq 105000 manat pulu tələb etməkdə haqlıdır.
10. Bundan başqa, iddiaçı cavabdehin ondan almış olduğu borc məbləğlərinə görə illik beş faiz tələb etməkdə haqlı olmuşdur. Belə ki, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından da müəyyən edilmişdir ki, cavabdeh müqavilənin icra müddəti başa çatdıqdan sonrakı dövrdə borcun qaytarılması ilə bağlı heç bir real hərəkət etməmiş və ya bu cür hərəkətlərin edilməsinə cəhd göstərməmişdir.
11. Bununla yanaşı, məhkəmə iddiaçının cavab dehlə aralarında olan şifahi razılaşmayan əsasən cavabdehin iddiaçıdan almış olduğu borcun müqabilində borcunu qaytaranadək hər ay 1500 manat əlavə pul ödəməyi öhdəsinə götürməsi barədə iddiasına tənqidi yanaşmış və iddianın həmin hissəsini əsaslı hesab etməmişdir.
12. Həmçinin, məhkəmə iddiasının “15000 manat pulun və 15000 manata görə 2000 manat faiz borcunun cavabdehdən alınması” hissəsini də əsaslı hesab etməmiş və göstərmişdir ki, “Unibank” KB Gəncə filialı vasitəsi ilə X7 27 mart 2019-cu il tarixdə Cavabdeh adına 15000 manat pul köçürmüşdür. Buna baxmayaraq pulu köçürən şəxs iddianı qaldırmamışdır. İddiaçı isə qızı tərəfindən göndərilmiş pulu cavabdehdən tələb etməkdə subyektiv hüquqa malik olmamışdır.
13. Birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdeh tərəf borc müqaviləsini n formal bağlanmasını, cavabdehin iddiaçıdan borc pul almamasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 21.2, 385, 427, 442, 445.1-445.4, 445.7, 739.1, 740-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 217.4, 218.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində dəy işdirilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir.
16. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(104)-117/2023 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.T.Həsənovun və Ş.Q.Rzaquliyevin iştirakı ilə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə, həmin iddia rədd edi lmiş, qətnamə iddianın qalan rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmamış və yalnız ona əsaslanmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 mart 2018-ci il tarixli 3M– 200 reyestr nömrəli müqavilə mövcuddur. Halbuki, Cavabdeh nümayəndəsi Vəkil2 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında həmin müqavilənin formal olaraq bağlanıldığını və iddiaçıdan borc pul alınmadığını göstərmiş, məhkəmə isə onun həmin izahatını tədqiq edib hüquqi qiymət verməmişdir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə istinad edən apellyasiya məhkəməsi ilk növbədə 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli borc müqaviləsi əsasında yarandığı hesab edilən hüquqla bağlı həmin əqdin etibarlı olub-olmamasını araşdırmağı zəruri hesab etmişdir.
20. Mövqeyini əsaslandıran apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli müqavilə ilə 105000 manat borc verməsi sübut olunmur və öz təsdiqini tapmır.
21. Əvvəla, İddiaçı hazırkı iş üzrə məhkəmədə iddia qaldırarkən, o, Cavabdeh 2018-ci ilin mart ayında ona Bakı şəhərində mənzil almaq üçün pulu çatmadığını bildirərək, ondan borc pul istədiyini və 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli müqaviləyə əsasən ona 105000 manat borc verdiyini bildirmişdir. Sonradan isə, iddia həcminin artırılmasına dair xx.xx.2019-cu il tarixli ərizəsində qeyd etmişdir ki, o, həmin pulu tanışı X2 alaraq cavabdehə vermiş və X6 ilə razılaşmasına əsasən pulu geri qayıdanadək hər ay Mətanətə 1500 manat pul ödəməli idi və Mətanətə 22500 manat pul ödəmişdir.
22. Göründüyü kimi, İddiaçı hazırkı iş üzrə iddia ərizəsində və iddia həcminin artırılmasına dair xx.xx.2019-cu il tarixli ərizəsində bir-birinə zidd hallara istinad etmişdir ki, bu da onun qeyri-səmimiliyinə dəlalət edir.
23. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmü ilə isə, müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı özünə inam yaradıb əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin aprel ayında sonuncudan 106300 manat, 2018-ci ilin iyun ayının 27də 149300 ma nat, özünün plastik kart vasitəsilə xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək cəmi 32900 manat, xx.xx.2019-cu ildə plastik kart vasitəsilə 15000 manat olmaqla, cəmi 303500 manat pul vəsaitini dələduzluqla ələ keçirmişdir. Lakin həmin hökmdə cavabdehin iddiaçıdan 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli müqaviləyə əsasən 105000 manat borc alması müəyyən olunmur.
24. Bununla bağlı, məhkəmə qeyd etmişdir ki, iddiaçının 2018-ci ilin aprel ayından başlamaqla, iyun ayına qədər cavabdehə küllü miqdarda, yəni 2018-ci ilin aprel ayında 106300 manat, 2018-ci ilin iyun ayının 27-də 149300 manat borc verdiyi halda, həmin tarixdən 10-15 gün əvvəl başqasından sələminə borc alıb cavabdehə verməsi və bunun müqabilində borc aldığı şəxsə hər ay 1500 manat olmaqla, 25000 manat sələm ödəməsi inandırıc ı və mötəbər hesab olunmur və iddiaçının həmin dəlilinin məzmununu təşkil edən məlumatlar işin həqiqi hallarına uyğun deyildir.
25. Bundan başqa, baxmayaraq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmü ilə 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli müqaviləyə əsasən ehtimal olunan 105000 manat borc verməsi müəyyən olunmur, cavabdehin isə həmin hökm ilə məhkum olunduğu epizodlara əsasən iddiaçının cəmi 303500 manat pul vəsaitini dələduzluqla ələ keçirməsi müəyyən olunur, həmin hökm üzrə zərərçəkmiş İddiaçı Şəmkir Rayon Məhkəməsinin qiyabi qətnaməsinin icrası qaydasında Cavabdeh məxsus mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 81, M5, 3 saylı mənzilin 160500 manat müqabilində mülkiyyətinə keçirilməsinə görə, cinayət işi iş üzrə qaldırdığı iddia tələbinin həcminin azaldaraq, təqsirləndirilən şəxs Cavabdeh 161000 manat maddi ziyanın və 10000 manat mənəvi ziyanın tutulub ona verilməsi barədə məhkəməyə yazılı ərizə göndərdiyini bildirmişdir. Göründüyü kimi, İddiaçı hazırkı iş üzrə tələbinin əsası kimi istinad etdiyi 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli müqavilənin uydurma olduğu və heç bir hüquqi nəticə yaratmadığını zənn edərək, həmin epizod üzrə cavabdeh ittiham olunmadığı halda, başqa qətnamənin icrası qaydasında əldə etdiyi cavabdehin mənzilinin müəyyən edilmiş dəyərinin, başqa dələduzluq epizodlarına görə ittiham olunduğu 303500 manat pul məbləğindən çıxılmasını və cinayət işi iş üzrə qaldırdığı iddia tələbinin həcminin azaldaraq, təqsirləndirilən şəxs Cavabdeh 161000 manat maddi ziyanın və 10000 manat mənəv i ziyanın tutulub ona verilməsi barədə məhkəməyə yazılı ərizə göndərdiyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmü ilə isə Cavabdeh Azərbaycan Respublikasının CM-in 178.4cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyana görə 161000 manat, mənəvi ziyana görə 10000 manat pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılmışdır.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh bir neçə şəxsə qarşı küllü miqdarda dələduzluğa yol verdiyi üçün, İddiaçı gələcəkdə çıxarılacaq hökm üzrə mülki iddialar üzrə cavabdehin mülkiyyətində olan evin qərarın icrası qaydasında başqalarının alması ehtimalını düşünərək, tələsik qeyd edi lən uydurma müqavilə üzrə iddia qaldıraraq, əldə edəcəyi qətnamənin icrası qaydasında Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 81, M5, 3 saylı mənzili əldə etmək niyyəti olmuş və bu niyyətlə uydurma əqdə əsaslanmışdır. Çünki, belə olmasa idi, o, məhkəmə hökmü ilə müəyyən edilən dələduzluq epizodları üzrə təqsirləndirildiyi 303500 manat məbləği üzrə mülki iddianın məbləğindən hazırki müqavilə üzrə borc verdiyini dediyi pulun müqabilində qətnamənin icrası qaydasında əldə etdiyi mənzilin dəyəri kimi 160500 manatını çıxmaqla, iddianın həcminin azaldılmasına dair ərizə verməz idi.
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 29 mart 2018-ci il tarixli 3M–200 reyestr nömrəli müqavilə uydurma əqd olmaqla, əhəmiyyət siz əqddir və etibarsızdır. Həmin əqd heç bir hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanılan əqddir və həmin müqavilə üzrə iddia olunan subyektiv hüquq yaranmamışdır. Belə olan halda, Şəmkir Rayon Məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmamışdır.
28. İddianın təmin edilməyən hissələrinə gəldikdə, tərəflər arasında bağlanılan əqd etibarsız olduğu üçün, iddiaçı həmin müqavilə üzrə faizlər tələb etməkdə də haqlı deyildir, çünki həmin əqd bağlandığı andan etibarsızdır.
29. İddianın təmin edilməyən xx.xx.2019-cu ildə cavabdehə qızının bank kartı vasitəsilə 15000 manat pul göndərilməsi hissəsinə gəldikdə isə, həmin məbləğ də yuxarıda qeyd edilən ittiham hökmünə oturmuş və həmin epizodla bağlı mülki iddia baxılmamış saxlanılmışdır ki, hazırkı tələb məhz ittiham hö kmündə qeyd edilən həmin məbləğlə bağlı olmadığından, təmin edilə bilməz.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.3, 337.4, 340.1-ci, Mülki Prosessual Məcəllənin 82.4, 106.1, 385.1.1, 385.1.2, 390-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
31. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(104)-117/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 337.1, 337.3, 337.4, 340.1-ci, Mülki Prosessual Məcəllənin 87.2, 88, 218.3-cü maddələrinin tələbləri pozulm uşdur. Belə ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə göstərilən pul cavabdehə verilmiş və sonuncu notariat orqanına yazdığı ərizədə bildirmişdir ki, alacağı pul məbləğinin depozit hesabına qoyulmağını istəmir. Borc verilən vaxt qüvvədə olan qanunvericiliyin tələbinə əsasən də borc verilən məbləğin depozit hesabına qoyulması məcburi olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmündən də görünür ki, iddiaçı ərizə verərək ona dəyən maddi zərərin məbləğini azaltmış və bu hal təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halı kimi nəzərə alınmışdır. Cavabdeh cinayət işi üzrə iddiaçıdan notariat qaydasında bağlanan müqavilə üzrə pul almasını qeyd etmişdir. Cavabdehin notariat qaydasında bağlanan müqavilənin etibarsızlığı barədə tələbi olmadan, apellya siya məhkəməsi əsassız olaraq bu məsələyə hüquqi qiymət vermişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş və əsassız olaraq şahid X3 ifadəsini nəzərə almamışdır.
33. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
35. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
36. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
37. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və a zadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edil dikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, ö hdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymə tləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü ma ddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 40. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının Ali 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası tə min olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
42. Belə ki, tərəflər arasında 29 mart 2018-ci il tarixdə notariat qaydasında kredit müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır.
43. Lakin, apellyasiya instansiyası məhkəməsi həmin müqaviləni uydurma əqd kimi qiymətləndirmiş və iddiaçının müqavilə üzrə borcun tutulması tələbini rədd etmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd etdiyi kimi, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədi r və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.
45. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
46. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavi lə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
47. Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiyasından görünür ki, uydurma əqdin aşağıdakı əlamətləri mövcuddur: - bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə uyğun hüquqi nəticə, yəni tərəflər üçün hüquq və vəzifələr yaranmır, belə niyyət də mövcud deyildir; - əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq, tam başqa məqsəd güdürlər. Bu məqsədin hüquqazidd xarakter daşıması: vergi ödəməkdən yayınması, cinayət yolu ilə əldə edilmiş əmlakı müsadirə olunmaqdan xilas edilməsi, öhdəliyini icra etməkdən boy un qaçırması və s. istisna olunmur. Göstərilən hallara görə uydurma əqd qanunazidd və məzmunu qüsurlu olduğu üçün əhəmiyyətsizdir.
48. Hazırki işdə cavabdeh tərəfin iddiaya qarşı etirazı (birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin verdiyi izahatın və həmin məhkəmənin qətnaməsindən verdiyi apellyasiya şikayətinin məzmununa görə) belə əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə formal bağlanmış, həmin müqavilə üzrə pul cavabdehə verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də, etirazın həmin dəlilləri ilə razılaşmışdır.
49. Lakin, məhkəmə kollegiyası hesab edir ki, notariat qaydasında təsdiq olunmuş müqavilənin etibarsız (əhəmiyyətsiz) olması istisna edilməsə də, buna əsas verən bilavasitə və mötəbər sübutlar mövcud olmalıdır. O cümlədən, müqavilənin uydurma əqd h esab olunması üçün onun tərəflərlə formal hüquqi görünüş yaradılması məqsədi ilə bağlanması təsdiq olunmalıdır. Bu halın sübutetmə yükü isə müqavilənin etibarsız olmasını iddia edən tərəfin – hazırki işdə cavabdehin üzərinə düşür.
50. Hazırki iş üzrə iddiaçı müqavilənin formal bağlanmasını etiraf etmir. Cavabdeh tərəf bunu iddia etsə də, müqavilənin hansı məqsədlə imzalamasını və üzərinə pul öhdəliyini götürməsini göstərməmiş, apellyasiya məhkəməsi isə bununla bağlı araşdırma aparmamışdır.
51. Apellyasiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə yalnız iddiaçının məhkəmələrə verdiyi ərizələrdə ziddiyyətlərin olması ilə əsaslandırmışdır. Lakin apellyasiya məhkəməsinin istinad etdiyi ziddiyyətlər pulun verilməsi ilə deyil, onun mənbəyi ilə bağlıdır (iddiaçı cavabdehə verdiyi vəsaitin üçün cü şəxsdən aldığını göstərmişdir). Bu isə iddiaçının iddia etdiyi əlavə tələbin (ziyanın) qiymətləndirilməsi üçün əhəmiyyətli ola bilər.
52. Digər tərəfdən, apellyasiya məhkəməsi müqaviləni əhəmiyyətsiz hesab edərkən cavabdeh barəsində qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmünə istinad etmişdir.
53. Həqiqətən, iş materiallarında olan həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən müəyyən olunur ki, Cavabdeh bir neçə şəxsə qarşı külli və xüsusilə külli miqdarda ziyan vurulmaqla təkrar dələduzluq cinayətlərini törətmişdir. O cümlədən, o, İddiaçı aldadaraq sonuncudan 2018-ci ilin aprel ayında 106300 manat, 2018-ci ilin iyun ayının 27-də 149300 manat, 01 iyul 2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək 32900 manat və 26 mart 2019-cu il tarixdə 1 5000 manat olmaqla, 303500 manat məbləğində pul vəsaitlərini alıb, vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirmişdir.
54. Məhkəmə kollegiyası razılaşır ki, hökmdə iddiaçı tərəfindən hazırda mübahisəsi gedən müqaviləyə istinad etməmişdir. Lakin, apellyasiya məhkəməsi cinayət işi üzrə cavabdehin təqsirli bilindiyi ittihamda kredit müqaviləsinə istinad edilməməsinin müqavilənin etibarsızılığına dəlalət etməsini əsaslandırmamışdır. Məhkəmənin istinad etdiyi yeganə əsas iddiaçının cavabdehə dələduzluq nəticəsində 303500 manat məbləğində pul verdiyi halda, müqavilə üzrə verilmiş 105000 manat vəsaitin üçüncü şəxsdən alınmasının inandırıcı olmamasıdır ki, bu məsələyə məhkəmə kollegiyası yuxarıda münasibətini bildirmişdir. (baz bənd 51)
55. Nəzərə alınmalıdır ki, cinayət işində İddiaçı mülki iddia vermiş, sonradan hazırki iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin icrası qaydasında cavabdehin mülkiyyətində olan mənzili hərracdan almasını göstərməklə, mülki iddianın həcmini azaltmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının bu prosessual hərəkəti, həmçinin hazırda mübahisələndirilən müqavilənin 29 mart 2018-ci il tarixdə bağlandığı halda, cinayət işi üzrə cavabdehə istinad olunan ilk cinayət epizodunun 2018-ci ilin aprel ayında baş verməsinin, yəni bir neçə gün fərqinin müəyyən olunması, habelə həmin epizod üzrə vurulmuş ziyanın məbləği ilə müqavilədə qeyd olunan kredit məbləği arasında cəmi 1300 manat fərqlənməsi nəzərə alınmaqla, müqavilə üzrə verilmiş vəsaitin cinayət işi üzrə müəyyən olunmuş ziyanla əhatə olunması kimi apellyasiya məhkə məsi tərəfindən qiymətləndirilə bilər. Bununla belə, məhkəmə kollegiyasının mövqeyinə görə pulun cavabdehə kredit müqaviləsi üzrə verilməsi, özü-özlüyündə sonuncunun həmin məbləği ələ keçirərək dələduzluq etməsini istisna etmir. Bu hal isə iddiaçını kredit müqaviləsinə istinad edərək, alınan pulu tələb etmək hüququndan məhrum etmir.
56. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ifadəsində 2018-ci ilin mart və ya aprel ayında müqavilə ilə 100000 manat pul aldığını, həmin pulu 14 faizlə birlikdə qaytardığını göstərmişdir. Yəni cavabdeh özü cinayət işində hazırda mübahisələndirdiyi müqaviləyə istinad etmiş, onun mövcud olduğunu və iddiaçı tərəfindən icra edildiyini bildirmişdir.
57. Lakin apellyasiya məhkəməsi tərəfində n araşdırma zamanı həm iddiaçının, həm də cavabdehin cinayət işində istinad etdikləri hallarla, hazırki iş üzrə göstərdikləri hallar arasında ziddiyyətlərin nədən irəli gəlməsini araşdırmadan, ziddiyyətli nəticəyə gəlmişdir.
58. Nəhayət, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının cavabdehin mülkiyyətində olan əmlakı digər zərərçəkmiş şəxslərdən öncə əldə etmək məqsədi ilə hazırki iddianın verdiyi üçün əqdin etibarsız olmasından ibarət apellyasiya məhkəməsinin sonuncu dəlili məntiqə sığmır. Belə ki, müqavilə hazırki iş üzrə iddia verilməmişdən, habelə cinayət işindən əvvəl imzalanmış və iddiaçı cavabdehin ona və başqa şəxslərə qarşı cinayət törədəcəyini və bu səbəbdən cavabdehin əmlakının hərracdan alınması zərurətini qabaqcadan bilməzdir ki, formal müqavilə bağlanılsın.
59. Konstitus iya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikay əti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
60. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
61. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
62. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
63. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
64. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
65. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-4 17, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(104)-117/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.