Məhkəmə qərarları › İş №2(102)-2332/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2332/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2332/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya mübahisəsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-675/2022 nömrəli, 04 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 28000 manat borc və ödənilmiş 174 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-3241/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Behbudova) iddia təmin edilmiş, cavabdehdən 28000 manat borc və ödənilmiş 174 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilm əsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-675/2022 nömrəli, 04 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və S.A.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, məhkəmə aidiyyəti üzrə mülki işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, hazırkı mülki iş üzrə iddiaçı və cavabdeh vergi ödəyicisidir və onların hər birinin VÖEN-i vardır. Həmçinin, tərə flər arasındakı mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır.

6. Məhkəmə iş materialları və tərəflərin izahatları əsasında müəyyən etmişdir ki, tərəflər arasında mövcud borc münasibətləri məhz onların hər ikisinin vergi ödəyicisi olduqları vaxt, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları zaman yaranmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 2.1, 17.1, 24.2, 26.1, 26.2, 31.1, 32.4, 44.2.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv olunması və işin yeni məhkəmə baxışına qaytarıl ması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə, Mülki Məcəllənin 157.2-ci, MPM-in 24.2, 26.1-ci maddələrinə istinadla belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tələbin predmetinə düzgün hüquqi qiymət verməmişdir. Cavabdehlə mübahisəsi iki fərdi sahibkar arasında yaranmış mübahisə deyil, faktiki işəgötürənlə işçi arasında olan mübahisədir. Yəni etibarnamə ilə onun adından fəaliyyət göstərən şəxsin fəaliyyət dövründə pullarını mənimsəməsi və ya israf etməsi ilə əlaqədar mübahisədir. Bu zaman cavabdehin də işə aidiyyətı olmayan və başqa məqsədlərlə zamanla açılmış VÖEN-nin olması, onun pulunu mənimsəməsi ilə yaranmış mübahisəyə heç bir aidiyyətı yoxdur və cavabdehin də VÖEN-nin olması bu müba hisəni kommersiya xarakterli hesab etmək üçün hüquqi əsas ola bilməzdi. Məhkəmə isə işin bu hallarına və mübahisənin əsl predmetinə uyğun olmayan hüquqi nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

11. Maddə

62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Mülki Prosessual Məcəllə

12. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

13. Maddə 26.

1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

14. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı

16. MPM- in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11).

17. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).

18. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, hab elə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (bənd 13). Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir.

20. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qərardadı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Baxılan mübahisə üzrə həm iddiaçı, həm də cavabdeh sahibkarlıq subyektidirlər (VÖEN-ə malikdirlər). İddiaçı öz iddia ərizəsində kommersiya ilə məşğul olduğunu və 2014cü ildə cavabdehin istəyi ilə onu bu işə cəlb etdiyini bildirmişdir. Eyni zamanda cavabdeh də iddiaçının ərizəsi əsasında aparılmış araşdırma zamanı iddiaçının 2012-ci ildən fərdi sahibkarlıqla məşğul olaraq xaricdən mal gətirdiyini, 2013-cü ildən özünün də vergi ödəyicisi kimi qeydiyyatdan keçərək, onunla birlikdə işləməyə başladığını bildirmişdir.

22. Göründüyü kimi hazırkı iş üzrə tərəflər arasında yaranmış mübahisə həm subyekt tərkibi, həm predmet, həm də hüquq münasibətinin xarakteri baxımından kommersiya mübahisələrinə aiddir. 23. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmet inin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).

24. Məhkəmə tərkibi qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci ins tansiya məhkəməsinin qətnaməsini ləğv edərək, məhkəmə aidiyyəti üzrə mülki işi baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərməklə qanuni nəticəyə gəlmişdir, məhkəmə tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

25. İddiaçı şikayətində cavabdehlə işçi-işəgötürən münasibətlərinin olduğunu iddia etsə də, iş materiallarında bu halı təsdiq edən hər hansı sübut (işə qəbul barədə əmr, əmək müqaviləsi və s.) mövcud deyildir.

26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə tərkibi Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(105)-675/2022 nömrəli, 04 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar