Məhkəmə qərarları › İş №2(102)-2333/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2333/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2333/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı QSC Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh3 İddia tələbi: “borcun tutulması” Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 və vəkili Əhmədova Aysel Zöhrab qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 2(103)-6933/2020 saylı qətnaməsindən İddiaçı QSC tərə findən verilmiş kassasiya şikayətinə dair işə 04 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 22.02.2011-ci il tarixli, ******66 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10.000 (on min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. -22.02.2011-ci il tarixli, ******66 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 13.06.2014-cü il tarixli, ******66saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şə rti ilə 10.000 (on min) ABŞ dolları məbləğində kredit götürmüşdür. -13.06.2014-cü il tarixli nəğd kreditin verilməsi barədə ödəniş qəbzindən görünür ki, Cavabdeh1 10.000 ABŞ dolları məbləğində kredit məbləğini imza etməklə qəbul etmişdir. -Tərəflərin imzaladıqları 22.01.2016-cı il tarixli, *******6Ssaylı, 29.04.2016-cı il tarixli *****SAsaylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. -Tərəflərin imzaladıqları 29.04.2016-cı il tarixli, *****SAsaylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilməsinə 29.06.2016-cı il tarixdə Cavabdeh2 Məhəmməd oğlu şəxsən imza etməklə ödəniş planı ilə tanış olmuşdur. -22.02.2011-ci il tarixli, ******66 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 09. 12.2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər -xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi təklif olunmuşdur. -maliyyə arayışından görünür ki, Cavabdeh1 13.06.2014-cü il tarixli, ******66saylı kredit razılaşması üzrə əsas məbləğ üzrə 2.883,01 ABŞ dolları, 1.086,53 ABŞ dolları məbləğində faiz borcu, 2.595,28 ABŞ dolları məbləğində cərimə borcu olm aqla, cəmi 6.564,82 ABŞ dolları məbləğində təşkil edir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı QSC borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə ******66saylı kredit razılaşması üzrə 2.883,01 ABŞ dolları məbləğində kredit borcu, 1086.53 ABŞ dolları məbləğində faiz borcu, 2.595,28 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 6.564,82 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(008)1228/2020 saylı qətnaməsi ilə (hakim S.Ş.Talıbov) iddianın qismən təmin edi lməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ******66saylı kredit razılaşması üzrə 2.883,01 ABŞ dolları məbləğində kredit borcu, 1.086,53 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 4.019,54 ABŞ dolları məbləğində borcun (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 30 manat dövlət rüsumunun müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 2(103)-6933/2020 saylı qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) Cavabdeh2 apellyasiya şika yəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(008)1228/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi, İddiaçı QSC-nin iddiasının Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı QSC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin zamin Cavabdeh2 aid hissədə ləğv olunmasına və işə mübahisələndirilən hissədə yenidən baxılması üçün göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işə baxarkən işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araş dırmamış, zamin Cavabdeh2 məsuliyyətinin ağırlaşması halına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 və vəkili Əhmədova Aysel Zöhrab qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə görə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, zaminlik müqaviləsi bağlanılmış kredit xətti müqaviləsində kredit faiz dərəcələri müəyyən edilməmiş, bu faiz dərəcələri Cavabdeh1lə iddiaçı bank arasında bağlanmış 13.06.2014cü il tarixli, 14R00009766 saylı kredit razılaşmasında müəyyən edilmişdir və həmin razılaşmanın imzalanmasından Cavabdeh2 xəbəri olmamış, kredit faiz dərəcələri müəyyən edilərkən onun razılığı alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh2 münasibətdə zaminliyə xitam verilməli və iddia tələbi ona münasibətdə rədd olunmalıdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübah isəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2020 -ci il tarixli, 2(103)-6933/2020 saylı qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar