Məhkəmə qərarları › İş №2(102)-2333/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2333/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2333/2023 05.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – MPM 405.0.1, 408.1.4, kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Çingiz İsgəndər oğlu Əsgərov (məruzəçi), Abiddin Qabil oğlu Hüseynov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2022-ci il 6 dekabr tarixli 2(104)-169/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İ. İşin halları

1. Ağdam Rayon Məhkəməsinin (hakim Rafiq Rəşid oğlu Məmmədov) 2020-ci il 19 avqust tarixli 2(013)-834/2020 nömrəli qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi təmin edilərək, cavabdehdən 8318,29 manat məbləğində vəsait və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmuşdur.

2. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (sədrlik edən və məruzəçi Ədil İsa oğlu Məmmədov, hakimlər Rəhman Şaban oğlu Muradov və Fikrət Ədilşah oğlu Mehtiyev) 2022-ci il 6 dekabr tarixli 2(104)-16 9/2022 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılaraq irəli sürülən iddianın qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamə 2022-ci il dekabrın 31-də cavabdehə rəsmi qaydada verilmişdir. 3. 2023-cü il martın 9-da cavabdeh yuxarıdakı qətnamədən kassasiya şikayətini Gəncə Apellyasiya Məhkəməsinə təqdim etmiş və kassasiya şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. İİ. Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə

129. Prosessual müddətlərin qurtarması 129.1.... A ylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır....” “Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1.Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur....” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması... 404-1.2. “işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştir ak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” “Maddə

409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyas ı məhkəməsinə göndərilir.” İİİ. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

5. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdə olan SSXXXXXXXXXAZ nömrəli “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”dən müəyyən edilir ki, 2022-ci il dekabrın 31-də Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-169/2022 saylı mülki iş üzrə 2022-ci il 6 dekabr tarixli qətnaməsi cavabdehə rəsmi qaydada təqdim edilmişdir. Belə olan halda, cavabdeh kassasiya şikayətini 2023-cü il martın 1-dək vermək hüququna malik olmuşdur.

6. Eyni zamanda, iş materialında olan kassasiya şikayətinin üzərindəki qeydiyyat tarixindən görünür ki, kassasiya şikayəti 2023-cü il martın 9-da Gəncə Apellyasiya Məhkəməsinə birbaşa təqdim edilmişdir.

7. Bununla əlaqədar olaraq, Məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Av ropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) prosessual müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası – işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edibetməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyə n edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyəti “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya tərəfdar çıxmış dövlətlərin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin müəyyən ed ilməsi məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).

8. Hazırkı işdə cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərkən, qanunla müəyyən edilmiş iki aylıq prosessual müddəti ötürmüş və həmin müddətin bərpasına dair ərizə verməmişdir.

9. Bununla belə, cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi qətnaməsinin 2023-cü il yanvarın 7-də aldığını bildirsə də, bu halı təsdiq edən, yaxud qətnamənin əslində 2022-ci il dekabrın 31-də alınmasını təkzib edə n hər hansı dəlil irəli sürməmişdir.

10. Hər bir halda, kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini yoxlamaq vəzifəsi ilk növbədə apelyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. Lakin, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməmiş və kassasiya şikayətinin mümkünlüyünü yoxlamadan iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

11. Qeyd edilənlərə əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyi və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə gö ndərilməlidir

12. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2022-ci il 6 dekabr tarixli 2(104)-169/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar