Məhkəmə qərarları › İş №2(102)-2334/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2334/2019

12.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2334/2019 12.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, kassatorun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakları ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13025/2018 saylı 06 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şə həri Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev, iş № 2(007)-3147/2018 saylı) iddiaçı Ləğv prosesində olan xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər x2 və x3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov, iş № 2(103)-13025/2018) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3147/2018 saylı iş üzrə 05 oktyabr 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətl ərin Sığortalanması Fondu kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər x2 və x3 qarşı borcun, faiz borcunun, cərimənin və dövlət rüsumunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 5096.79 manat borcun və ləğv prosesində olan “xxxx” ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx” ASC ilə cavabdeh x2 arasında bağlanmış 1145F18 nömrəli, 27 noyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən x2 illik 26 %-lə 4.000 manat məbləğində kredit verilmişdir. Əlavə olaraq x3 ilə 1145F18 saylı, 27 noyabr 2012-ci il tarixli zaminlik müqav iləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə cavabdeh x2 borcun qaytarılması tələbi ilə bağlı xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. 27 noyabr 2012-ci il tarixli kredit müqaviləsinə görə 22 iyun 2018-ci il tarixə cavabdeh x2nun ləğv prosesində olan “xxxx” ASC qarşısında əsas borcu 1880.29 manat, faiz borcu 1066.27 manat və cərimə borcu 2150.23 manat, cəmi 5096.79 manat təşkil edir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının nümayəndəsi xx və vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiy a şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahişetmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Halbuki, cavabdeh tərəfindən sözügedən kredit müqaviləsi üzrə sonuncu ödəniş 17.06.2015-ci il tarixdə edildiyindən iddia müddətinin axımı həmin vaxtdan hesablanmalı idi. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassatorun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13025/2018 saylı 06 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə tə minat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 81, 88 və 217.1-ci maddələri). Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, iddiaçının vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbu l olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, “xxxx” ASC ilə x2 arasında 27 noyabr 2012-ci il tarixli 1145F18 saylı kredit müqaviləsi bağlanaraq cavabdehə 18 ay müddətinə, illik 26% hesablanmaqla 4.000 manat məbləğində kredit verilmişdir. x3 bankla bağladığı 27.11.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən x2nun 27.11.2012-ci il tarixli kredit müqaviləsindən irəli gələn tələbləri üzrə zamin qismində çıxış etmişdir. 27 iyun 2018-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, borclu x2nun sözügedən kredit müqaviləsi üzrə 22 iyun 2018-ci il tarixinə 1880,29 manat əsas, 205,20 manat faiz, 139,61 manat cərimə olmaqla cəmi 2225,1 manat borcu vardır. 20 iyul 2017-ci il tarixli xəbərdarlıq mə ktubundan görünür ki, cavabdehlərə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi kredit müqaviləsi 27 noyabr 2012-ci ildə 18 ay müddətinə bağlanmışdır. Müqavilə müddəti 2014-cü ilin may ayının 27də bitir. Qeyd olunan kredit müqaviləsi üzrə cavabdeh x2 son ödənişi 17.06.2015-ci il tarixində ödəniş etmişdir. Belə olan halda həmin mübahisə üzrə iddia məhkəməyə 2018-ci ilin iyun ayının 17-dən gec olmayaraq verilməli olduğu halda, yəni müddət kəsici olduğundan, iddiaçı iddia müddətini açıq-aşkar ötürməklə 16.07.2018-ci il tarixdə iddia qaldırmışdır. Beləliklə, iddiaçının iddia tələbi qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi isə kredit müqaviləsi üzrə öhdəli klərin icrasının son tarixindən, eləcə də cavabdeh tərəfindən edilmiş son ödəniş tarixindən 3 ildən artıq müddətin keçməsindən sonra müraciət edildiyindən, birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh x2 iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinin tələblərinə əsasən bu tələblə bağlı iddia müddəti ötürüldüyündən iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə, eləcə də vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız müba hisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 373. 2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin mübahisəsiz halından görünür ki, 18 ay müddətinə bağlanmış 27.11.2012-ci il tarixli kredit müqaviləsinin müddəti 27.05.2014-cü il tarixdə bitsə də həmin müqavilə üzrə 17.06.2015-ci tarixdə sonuncu ödəniş edilmiş və bu tarixdən etibarən həmin borc üzrə bank qarşısında müqavil ə öhdəlikləri üzrə heç bir ödəniş edilməmişdir. İddiaçı isə ərizə ilə məhkəməyə 16.07.2018-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ve hesab edir ki, məhkəmə iddia müddətinin keçməsi səbəbindən iddianı rədd etməklə haqlı olmuşdur. Konstitusiyanın 25-ci maddəsinin İ-ci bəndinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşıs ında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsi barədə” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin böyük əhəmiyyətinə işarə edilməklə məhkəmələrə mübahisəli hüquq münasibətlərinə iddia müddətini tətbiq edərkən qaydalara ciddi şəkildə riayət edilməsi tövsiyyə olunmuşdur. Qərarda daha sonra qeyd olunmuşdur ki, “iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müda fiə etməyə məcbur edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsip i ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı saymır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və yaxud ləğvi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq 27.11.2012-ci il tarixli kredit müqaviləsi üzrə sonuncu ödənişin 17.06.2015-ci tarixdə edildiyinə əsaslanmaqla iddia müddətinin axımını həmin tarixdən hesablamış və iddiaçının ərizə ilə məhkəməyə 16.07.2018-ci il tarixdə müraciət etdiyini nəzərə alaraq iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13025/2018 saylı 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar