Məhkəmə qərarları › İş №2(102)-2334/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2334/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2334/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı Ləğv prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Şirvan Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)175*/2*21 nömrəli iş üzrə 26 oktyabr 2*21-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 1* may 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.11.2*15-ci il tarixli, 1395/4 saylı kredit müqaviləsinə görə bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 28% olmaqla 3.5** manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə tərəfi öhdəliklərini vaxtında icra etməməsi əsası ilə bank hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Ləğv prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Ləğvedicisi İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3.5** manat əsas, 2.59*,35 manat faiz, 1.7*4,18 manat cərimə, 517,93 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2*14-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 8.312,46 manat məbləğində kredit borcunun və mübahisənin məhk əmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 3* (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq Ləğv prosesində olan "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Nəticədə cavabdehlərin kreditora 3.5** manat əsas, 2.59*,35 manat faiz, 1.7*4,18 manat cərimə, 517,93 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2*14-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmı ş məbləğ olmaqla, cəmi 8.312,46 manat məbləğində kredit borcu yaranmışdır.

4. Lənkəran Rayon Məhkəməsinin 2(*49)-55*/2*21 nömrəli 11 fevral 2*21-ci il tarixli qətnaməsi ilə (hakim M.İsayev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 3.5** manat, faiz borcuna görə 2.59*,35 manat, cərimə borcuna görə 3** manat, cəmi 6.29*,35 (altı min üç yüz doxsan manat 35 qəpik) manat və ödənilmiş 3* (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin Ləğv prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit müqaviləsindən və ödəniş qrafikindən göründüyü kimi, Cavabdeh1 kredit məbləği almış, ona ayrılmış kredit məbləği nin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3.5** manat əsas, 2.59*,35 manat faiz, 3** manat cərimə, cəmi 6.29*,35 (altı min üç yüz doxsan manat 35 qəpik) manat və ödənilmiş 3* (otuz) manat məbləğində dövlət rüsumu Ləğv prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd ed ilməlidir.

7. Məhkəmə iddiaçının cavabdehlərdən Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 517,93 manatın tutulmasını xahiş etməsinə münasibətdə qeyd etmişdir ki, "xxxx" ASC ləğv prosesində olmaqla hər hansı bank fəaliyyətini həyata keçirmir və belə olan halda da onun 24.12.2*14-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən əlavə məbləğdə faiz tələb etməsi əsassızdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 448, 449, 47*, 472-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-175*/2*21 nömrəli iş üzrə 26 oktyabr 2*21-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və N.F.Mirzəyev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2*21-ci il tarixli, 2(*49)-55*/2*21 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində bankla kredit müqaviləsi bağlamadığını, kredit müqviləsindəki imzanın ona məxsus olmadığını bildirməsinə münasibətdə qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəməxətşünaslıq eksp ertizasının 17 sentyabr 2*21-ci il tarixli, 4/1253 nömrəli rəyinə görə ekspertizaya təqdim olunmuş, 2(1*6)-175*/2*21 saylı mülki işin 5-6-cı vərəqələrində "xxxx" ASC-nin Lənkəran filialının müdiri X1 və Cavabdeh1 adlarından olan 23 noyabr 2*15-ci il tarixli, 1395/4 saylı kredit müqaviləsinin 1-ci, 2-ci və 3-cü səhifələrində “Borcalan” qrafalarındakı 4 ədəd imzanın; mülki işin 7-ci vərəqində 23 noyabr 2*15-ci il tarixli kreditin ödənmə cədvəlində Cavabdeh1 yazılarının alt hissəsində “imza” qrafasındakı imzanın və mülki işin 53-56-cı vərəqələrində olan 1 mart 2*21-ci il tarixli apellyasiya şikayətinin sonunda “Cavabdeh1” yazılarının qarşısındakı imzanın- eyni şəxs tərəfindən icra olunubolunmaması tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. 1

2. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bank ilə Cavabdeh1 kredit münasibətində olması başqa sübutlarla müəyyən edilməmişdir. Bundan başqa, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2*19-cu il tarixli Fərmanına uyğun olaraq, problemli kreditlərin kompensasiyası ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının portalından çıxarışdan görünür ki, Cavabdeh1 adına borc aşkar edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı Ləğv prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi İddiaçı2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən öhdəliyin icrasının pozulmasına, ekspert rəyinə düzgün hüquqi qiymət verməmiş və yekunda cavabdehin banka olan borc öhdəliyinin olmaması barəsində səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini əsas sübut kimi qəbul etmiş, mülki işi tam araşdırma aparmadan iddianı rədd etmiş, nəticədə iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə

739. Borc müqaviləsinə g örə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün c avabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

23. MPM-in 4*7.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamas ına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı bütövlükdə mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslılığı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

27. Apellyasiya Məhkəməsində keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 17 sentyabr 2*21-ci il tarixli, 4/1253 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 5-6-cı vərəqələrində "xxxx" ASC-nin Lənkəran filialının müdiri X1 və Cavabdeh1 adlarından olan 23 noyabr 2*15-ci il tarixli, 1395/4 saylı kredit müqaviləsinin 1-ci, 2-ci və 3-cü səhifələrində “Borcalan” qrafalarındakı 4 ədəd imzanın; mülki işin 7-ci vərəqində 23 noyabr 2*15-ci il tarixli kreditin ödənmə cədvəlində Cavabdeh1 yazılarının alt hissəsində “imza” qrafasındakı imzanın və mülki işin 53-56-cı vərəqələrində olan 1 mart 2*21-ci il tarixli apellyasiya şikayətinin sonunda “Cavabdeh1” yazılarının qarşısındakı imzanın-eyni şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

28. Eyni zamanda Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, bank ilə Cavabdeh1 kredit münasibətində olması başqa sübutlarla müəyyən edilməmiş, o cümlədən, “Azərbaycan Respublikasında fizik i şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2*19-cu il tarixli Fərmanına uyğun olaraq, problemli kreditlərin kompensasiyası ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının portalından çıxarışdan görünür ki, Cavabdeh1 adına borc aşkar edilməmişdir.

29. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehin adına etibarlı müqavilə əsasında kredit borcu olsaydı, onda həmin borc məbləğinə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2*19-cu il tarixli Fərmanının müddəaları tətbiq olunmalıydı.

30. Məhkəmə kollegiyası bir məsələni də qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Odur ki, işin faktiki hallarının ətraflı araşdırılmaması ilə bağlı dəlil əsaslı hesab oluna bilməz. Həm də nəzərə almaq lazımdır ki, MPM-in 4*7.2-ci maddəsinə əsasən kassasiya şikayətində bütün faktiki halların aydınlaşdırılmamasına istinad etməyə yol verilmir.

31. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2**5-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-175*/2*21 nömrəli iş üzrə 26 oktyabr 2*21-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar