Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2335/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh İbrahim oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2335/21 (Açar sözlər: ziyanın ödənilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh İbrahim oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(103)-5421/2020 saylı qətnaməsindən Cavabdeh İbrahim oğlunun kasasiya şikayəti üzrə işə 25 may 2021-c i il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan maddi zərərə görə 19.500 ABŞ dolları, mənəvi zərərə görə 5.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim İ.N.Abbasova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli nəqliyyat vasitəsi cavabdehin mülkiyyətində olub və uyğunluq sertifikatına görə həmin nəqliyyat vasitəsi normativ sənədlərin tələblərinə uyğun olub. Cavabdeh həmin nəqliyyat vasitəsini 20 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 19.500 ABŞ dollarına iddiaçıya satıb. Sonradan 09 avqust 2019-cu il tarixli Akta əsasən nəqliyyat vasitəsi “Qırmızı körpü” adlanan ərazidə interpol tərəfindən axtarışa verildiyinə görə saxlanılıb. Cavabdeh nəqliyyat vasitəsini qanunauyğun şəkildə 03 dekabr 2015-ci il tarixdə Gürcüstan Respublikasında lazimi sənədləşdirmə aparmaqla vicdanlı əldə edib və onun vicdanlı satıcı olması mülki iş materialları ilə istisna edilmir. Cavabdehin təqsiri üzündən iddiaçıya maddi, mənəvi ziyan dəyməsi mülki iş materialları ilə sübuta yetirilmədiyi üçün iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 158.3, 182.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırı b. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və A.V.Tanrıverdiyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin olunub, cavabdehdən ödəniş günü milli manata məzənnədə 19.500 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh iddi açıya üçüncü şəxsin hüquqlarından azad nəqliyyat vasitəsi verməyib. Belə ki, cavabdeh həmin nəqliyyat vasitəsini 2015-ci ildə Gürcüstan Respublikasında bazardan tanımadığı şəxsdən aldığını, həmin vaxt nəqliyyat vasitəsinin oğurluq və axtarışda olduğunu bilmədiyini bildirsə də, Gürcüstan Respublikasında bazarda nəqliyyat vasitəsinin qonşu dövlətlərə münasibətdə xeyli ucuz olması, bunun səbəbinin oğurlanmış və zərər görmüş nəqliyyat vasitələrinin həmin ölkədə sərbəst satılmasının mümkünlüyü hamıya məlum olan haldır. Qanuna görə, alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Hazırki halda cavabdeh istinad olu nan normanın şərtinə əsasən iddiaçının avtomobili alarkən onun oğurlanmış və axtarışda olduğunu bilməsi barədə sübut vermədiyindən, elə həmin normanın tələbinə görə o, satıcı kimi alıcıya-iddiaçıya dəymiş zərəri ödəməyə borcludur. Eyni zamanda işin mübahisəsiz hallarına görə, bu hadisədən sonra iddiaçının müəyyən psixoloji gərginlik və sarsıntı keçirməsi mübahisə edilə bilməz. Ona görə də iddiaçının hüququnun pozulması və ona maddi zərərin əvəzinin ödənilməsi faktı, ona dəymiş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilməlidir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1-21.3, 572.1, 573.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsinə icraat Kasasiya şikayətinin və ona etirazı n dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi və ya mülki işin yeridən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azər baycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələbini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı və Cavabdeh vəkili Salman Fərəcov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.2-ci maddəsində göstərilir ki, əgər alqı-satqı müqaviləsində ayrı q ayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtdı onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a) verməyə borcludur. Həmin Məcəllənin 572.1-ci maddəsində göstərilir ki, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən, bu Məcəlləni n 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 573.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirmirsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəs na olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kasasiya şikayətində iş üzrə apelyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, 03 dekabr 2015-ci il tarixli Şəhadətnaməyə əsasən 2014-cü il buraxılışlı, “X1” markalı, ** OE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin mülkiyyətində olub və sonuncu 20 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsini 19.500 ABŞ dollarına iddiaçıya satıb. Müqaviləyə əsasən, sözügedən nəqliyyat vasitəsinə dair iddiaçının adına ** LL *** yeni dövlət qeydiyyat nişanı və mülkiyyət hüququna dair 20 iyul 2017-ci il tarixli Şəhadətnamə verilib. Hazırda iddiaçı, sözügedən nəqliyyat vasitəsini cavabdehdən 19.500 ABŞ dollarına satın aldığını, 05 avqust 2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə Gürcüstan Respublikasına istirahətə gedərkən “Qırmızı körpü” sərhəd keçid məntəqəsində Gürcüstan Respublikasına aid olan hissədə polis əməkdaşlarının onu saxladığını, nəqliyyat vasitəsinin 2014-cü ildə Rusiya Federasiyasının İrkuts şəhərindən oğurlandığını, 2015-ci ildən axtarışa verilərək üzərinə həbs qoyulduğunu, nəqliyyat vasitəsinin 09 avqust 2019-cu il tarixli Akta əsasən onun əlindən alındığını, cavabdehin bütün bunları bildiyi halda nəqliyyat vasitəsini ona satdığını və nəticədə əsəb gərginliyi, sar sıntı keçirdiyini göstərib, cavabdehdən ona dəymiş maddi zərərə görə 19.500 ABŞ dolları, mənəvi zərərə görə 5.000 manat iddia edir. Cavabdeh isə nəqliyyat vasitəsini 03 dekabr 2015-ci il tarixdə Gürcüstan Respublikasından aldığını, nəqliyyat vasitəsini ölkəyə gətirdikdən sonra uyğunluq sertifikatı alıdığını və uyğunluq sertifikatına görə nəqliyyat vasitəsinin normativ sənədlərin tələblərinə uyğun olduğunu, sonradan nəqliyyat vasitəsini alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satdığını və nəqliyyat vasitəsinin daşınar əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alındığını, onun oğurlanması, axtarışa verilərək üzərinə həbs qoyulması barədə məlumatsız olduğunu göstərib, iddiaya etiraz edir. Əvvəla, mübahisəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasına gizli yo lla deyil, sərhəd, gömrük keçid məntəqələrindən keçirilməklə gətirilib və həmin nəqliyyat vasitəsinə əvvəl ** OE *** dövlət qeydiyyat nişanı verilməklə cavabdehin adına 03 dekabr 2015-ci il tarixli Şəhadətnamə verilib. Sonradan tərəflər arasında bağlanmış 20 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin nəqliyyat vasitəsinə dair yeni ** LL *** dövlət qeydiyyat nişanı verilməklə iddiaçının adına 20 iyul 2017-ci il tarixli Şəhadətnamə verilib. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara, habelə nəqliyyat vasitəsinə dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin, həmin nəqliyyat vasitəsinə dair iddiaçının adına verilmiş Şəhadətnamənin qüvvədə olmaqla məhkəmə qaydasında mübahisələndirilməməsinə, bu gün də nəqliyyat vasitəsinin daşınar əmlakın dövlət reyestri ndə mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyatda qalmasına əhəmiyyət vermədən və ən əsası hazırki mülki mübahisədə cavabdehin mülki məsuliyyətinin nədən ibarət olmasını kifayət qədər araşdırmadan, yalnız iddiaçının irəli sürdüyü arqumentlərlə razılaşaraq iddianın qismən əsaslı olması nəticəsinə gəlib. Halbuki, işin mübahisə olunmayan hallarına görə, sözügedən müqavilə üzrə cavabdeh üzərinə düşən vəzifəni tam icra edərək nəqliyyat vasitəsini, onun ləvazimatları, sənədləri iddiaçının mülkiyyətinə verib, sonuncu isə nəqliyyat vasitəsini qəbul edərək əvəzində müəyyənləşdirilmiş 19.500 ABŞ dolları məbləğində pulu cavabdehə ödəyib. Bundan sonra iddiaçı, müqaviləyə əsasən nəqliyyat vasitəsini daşınar əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə öz adına qeydə aldıraraq müvafiq Şəhadətna mə alıb. Göründüyü kimi nəqliyyat vasitəsinin hüquqi qeydiyyatı və onun alqı-satıqısı zamanı cavabdehin hərəkətlərində hər hansı qanun pozuntusuna yol verilməyib. Belə olan halda sözügedən nəqliyyat vasitəsinin üçüncü şəxsdən oğurlanması sübuta yetirilərsə və bu hadisədə cavabdehin təqsiri müəyyən edilməzsə, onda iddiaçıya dəymiş maddi, mənəvi zərərə görə cavabdeh deyil, aidiyyəti qurumlar mülki məsuliyyət daşımalıdırlar. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsi, cavabdehin iddiaçıya üçüncü şəxsin hüququndan azad nəqliyyat vasitəsi verməməsi qənaətinə gəlsə də, kasasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, əvvəla işdə, sözügedən nəqliyyat vasitəsi üzərində üçüncü şəxsin hər hansı hüququnun olmasını özündə ehtiva edən heç bir yazılı sübut yoxdur və ümumiyyətlə üçün cü şəxsin şəxsiyyəti, kimliyi məlum deyil. İşin 10-12-ci vərəqələrində olan Akt və ona əlavə edilmiş sənədlər isə kserosurət olmaqla Azərbaycan Respublikası MPM-nin 89.2, 89.3-cü maddələrinin tələblərinə cavab vermir, işə əlavə edilmiş digər sübutlarla isə həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün deyil. Eyni zamanda həmin sənədlərdə mübahisəli nəqliyyat vasitəsinin həqiqətən üzərinə həbs qoyulması, axtarışa verilməsi və sair barədə hər hansı ölkənin qanuni qüvvəyə minmiş məhkəmə aktının olması görünmür. Sadalanan mülki prosessual normaların mənasına görə, işə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri əlavə edilməlidir. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Digər tərəfdən, Mülki Məcəllənin 572.1, 572.2-ci maddələrinin tələblərinə görə, iddia o halda əsaslı sayıla bilər ki, satıcı alıcıya həqiqətən üçüncü şəxsin hüququ ilə yüklü olan əşya vermiş olsun və ya əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu satıcıya məlum olsun və o, bu iddialar barədə məlumatlı olsun. Hazırki işdə, qeyd olunan hallar istisna olunur, əksinə mübahisəli nəqliyyat vasitəsi 20 iyul 2017-ci il tarixdən, yəni son iki ildən artıq müddətdir ki, fasiləsiz və etirazsız olaraq iddiaçının mülkiyyətində olub və həmin nəqliyyat vasitəsi yalnız 09 avqust 2019-cu il tarixdə Gürcüstan Respublikasına gedərkən onun əlindən alınıb. Eyni zamanda cavabdehin iddiaçıya üçüncü şəxsin hüququndan azad nəqliyyat vasitəsi verməməsi də, sonuncunun cavabdehdən məhz nəqliyyat vasitəsinin dəyərini geri tələb etmək hüququ vermir. Çünki qeyd olunan normaların mənasına görə, satıcı alıcıya üçüncü şəxsin hüququndan azad əşya vermək vəzifəsini icra etmədikdə, alıcının yalnız əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ yaranır. Hazırda isə iddiaçı bu hüququndan istifadə etmir, əksinə nəqliyyat vasitəsinin bütövlükdə dəyərini cavabdehdən geri tələb edir. Daha sonra, apelyasiya instansiyası məhkəməsi işə baxarkən Mülki Məcəllənin 573.1-ci maddəsinin təfsirində də səhvə yol verib. Belə ki, həmin maddədə göstərilir ki, alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcın ın həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirmirsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddənin mənasına görə, satıcı alıcıya dəymiş zərərin əvəzini o, vaxt ödəməyə borcludur ki, üçüncü şəxs əşyanı alıcıdan alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə geri almış olsun. Hazırki halda isə, sözügedən nəqliyyat vasitəsi iddiaçıdan alqı-satqı müqaviləsi icra edilənədək deyil, həmin müqavilənin icra edilməsindən iki il sonra geri alınıb. Bu baxımdan kasasiya instansiyası məhkəməsi, cavabdehin kasasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmi ş həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rə hbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh İbrahim oğlunun kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(103)-5421/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2335/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2335/2021
25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver