Məhkəmə qərarları › İş №2(102)-2335/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2335/2022

16.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2335/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2335/2022 (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi) Bakı şəhəri, 16 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(107)-1465/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı HYUNDAİ İX-35 markalı **-BG-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibidir.

2. İddiaçı 29 iyun 2018-ci ildə avtomobilini idarə etmək üçün oğlu X2 etibarnamə vermişdir.

3. Cavabdeh2 29 iyun 2018-ci ildə Cavabdeh1 VAZ 21061 markalı **-BB-*** dövlət qeydiyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə vermişdir. 4. 20 iyun 2020-ci il tarixdə Cavabdeh1 etibarnamə ilə istifadəsində olan VAZ – 21061 markalı 10- BB-543 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonunun Tatlar kəndi ərazisində hərəkətdə olan zaman ikinci dərəcəli yoldan birinci dərəcəli yola çıxarkən yol ayrıcına daxil olmuş və hərəkətdə olan iddiaçının HYUNDAİ İX-35 markalı **-BG-*** dövlət qeydiyat nişanlı avtomobilini görməmiş, yol ayrıcını sona qədər boşalda bilməmiş, avtomobilin arxasındakı yarımqoşqu ilə toqquşmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun ötmə əməliyyatı ilə bağlı tələbini pozmuşdur. 5. 25 iyun 2020-ci il tarixli “Hyundai Gəncə” Servis Departamentinin qüsur aktına əsasən iddiaçının avtomobilinin yol-nəqliyyat hadisəsi nəticəsində 8160 manat məbləğində ehtiyat hissələri zədələnmiş və yenisi ilə əvəz edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 8160 manat, mənəvi ziyana görə isə 1000 manat pul un cavabdehlərdən tutularaq öz xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

7. İddiaçı tələbini əsaslandırarkən bildirmişdir ki, avtomobilini idarə etmək üçün oğlu X2 etibarnamə əsasında vermişdir. 20.06.2020-ci il tarixdə cavabdeh idarə etdiyi VAZ 21061 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə Ağdaş rayonu, Zeynəddin kəndi ərazisində hərəkətdə olarkən kənd ərazisində yerləşən kəndin əsas yoluna çıxış zamanı kənd istiqamətindən gələn X1 idarə etdiyi HYUNDAİ İX-35 markalı **-BG-*** dövlət qeydiyat nişanlı avtomobili gözləmədən yoluna çıxaraq onunla toqquşmuşdur.Hadisənin baş verməsində təqsirkar olan cavabdeh Ağdaş RPŞ YPX inspektoru E.Qasımovun tərtib etdiyi İXP seriyalı ******* saylı 20.06.2020-ci il tarixli X3 Protokola əsasən İXM-nın 327.2-ci maddəsi ilə i nzibati məsuliyyətə cəlb olunmuşdur. Hadisə nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyan X5 Departamenti tərəfindən araşdırılmış, ehtiyat hissələri ilə əvəz olunması məsləhət bilinmiş, dəyişdirilməsi zəruri olan ehtiyat hissələri barədə akt tərtib olunmaqla göstərilmişdir. Həmin akta əsasən ehtiyat hissələri, təmir və usta xərci cəmi 8160 manat olmuşdur. İddiaçı həmin pulu cavabdehlərdən istəsə də onlar hər dəfə bir bəhanə ilə ziyanı ödəməkdən yayınmışlar. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilin bazar qiyməti kəskin şəkildə aşağı düşmüşdür. Belə ki, qəzaya düşmüş avtomobilin bazar qiymətinin qat-qat aşağı düşməsi hamıya məlumdur. Bundan savayı, cavabdehin öz günahını başa düşməməsi, iddiaçıya vurduğu ziyanı ödəməməsi, sonuncunun avtomobilsiz qalmağı, həmçinin hadisə nəticəsində keçirdiyi stresə, əsəbə görə ona mənəvi ziyan da yetirmişdir ki, iddiaçı bu mənəvi ziyanı 1000 manat kimi qiymətləndirir.

8. Cavabdeh1 nümayəndəsi iddianı qəbul etməyərək, hadisənin təqsirkarının iddiaçının maşınını idarə edən şəxs olduğunu, X3 protokolun düzgün tərtib edilmədiyini, lakin onların X3 qərardan verdikləri şikayətin məhkəmələr tərəfindən təmin edilmədiyini göstərək, idianın rədd edilməsini xahiş etmişdir.

9. Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(014)-38/2021 nömrəli qətnamasi ilə (hakim.F.Nəsibov) (bundan sonra – birinci instansiya məhkəməsinin qətnaməsi) iddia qismən təmin edilmiş, Cavabdeh1 8160 maddi ziyana görə və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 8190 manat pulun tutularaq iddiaçıya verilmə si, iddianın Cavabdeh2 münasibətdə və qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırarkən bildirmişdir ki, iddiaçının maddi ziyan tələbi hissəsində iddiası əsaslıdır. Belə ki, cavabdehin baş verən hadisədə təqsirli olduğunu müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş X3 qərarı mövcuddur. Cavabdehin təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə 8160 manat məbləğində maddi ziyan dəymişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş subutlarla öz təsdiqini tapmışdır.

11. Birinci instansiya məhkəməsi iddianın mənəvi zərər kimi 1000 manat pulun tutulması hissəsinə münasibətdə isə hesab etmişdir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı tə ləbini bu hissədə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.Həmçinin iddia digər Cavabdeh2 münasibətdə də əsaslı deyildir. Çünki, Cavabdeh2 VAZ 21061 markalı 10- BB-543 dövlət qeydiyat nişanlı avtomobili idarə etmək üçün cavabdehə etibarnamə vermiş, yol nəqliyyat hadisəsi isə məhz sonuncunun qanuni əsaslarla idarə etdiyi avtomobillə hərəkətdə olarkən törədilmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 21.1, 21.2, 1108.1, 1108.2, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərə rin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və mülki iş üzrə icraata yenidən baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və həmin ekspertiza əsasında verilmiş ekspert rəyi (bundan sonra – ekspert rəyi) ilə müəyyən edilmişdir ki, “X5” Mərkəzinin 25.06.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai İX-35” markalı, **-BG-*** dövlət q eydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6734,0 manatdır.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1465/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (bundan sonra – apellyasiya məhkəməsinin qətnaməsi) (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehdən iddiaçının xeyrinə tutulması müəyyən edilmiş 8160 manat maddi ziyanın” məbləğinə münasibətdə dəyişdirilərək, maddi ziyanın məbləği 6734 manat müəyyən edilmiş, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qətnamənin “30 manat ödənilmiş rü sumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdirki, cavabdehin baş verən hadisədə təqsirli olduğunu sübut edən məhkəmənin qanuni qüvvəyə minmiş X3 qərarı mövcuddur və həmin qərarda müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, Cavabdeh1 təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə ziyan dəyməsi işin mübahisəsiz halıdır.

17. İşə baxılan zaman apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilərək dəymiş ziyanın məbləği dəqiqləşdirilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki iş üzrə idd ia tələbini dəstəkləyən sübutlar iddiaçı tərəfin izahatı ilə yanaşı, həmçinin təqdim olunmuş sübutlar, o cümlədən də ekspert rəyinə əsaslanmışdır. Buna görə də, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsaslı olmasa da dəyişdirilməsi üçün əsasdır.

18. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu dəlillər şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.

19. İkincisi, cavabdeh apellyasiya şikayətində dəymiş ziyanın məbləğini “şişirdiyildiyi” bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, etirazını yalnız formal mülahizə ilə əsaslandırmağa ça lışmışdır. Kollegiya cavabdehin bu dəlili ilə əlaqədar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və verilmiş rəy üzrə dəymiş ziyanın məbləği 6734,0 manat müəyyən edilmişdir.

20. Üçüncüsü, məhkəmə araşdırması zamanı cavabdehin vəkili hadisənin baş verməsini və cavabdehin bu işdə təqsirinin olması ilə bağlı qanuni qüvvədə olan məhkəmə qərarının olmasını bildirməklə yanaşı, yenə də vurulmuş ziyanın həcmi ilə razılaşmadığını və təkrar ekspertiza təyin olunmasını xahiş etmişdir. Kollegiya cavabdeh tərəfin bu dəlilinə (vəsatətinə) münasibət bildirərək qeyd etmişdir ki, apellyator ekspertiza tədqiqatının nəticəsi ilə razılaşmadığını bildirsə də, yenidən ekspertizanın keçirilməsinin zəruriliyinə dair hər hansı ciddi dəlillər göstərməmişdir. Hər hansı bir əsaslı səbəb olmadan da lüzumsuz ola raq əlavə və ya təkrar ekspertizanın keçirilməsi də təmin oluna bilməz.

21. Məhkəmə kollegiyası öz mövqeyini MM-in 14.2.6, 21.1, 21.2, 1108.1, 1108.2, 1115, 1096.1, 1097.1, 1115-ci, eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil tərəfindən tərtib olunmuş) apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib və iddia tələbinin rədd edilməsi, yaxud məbləğin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassator şikayətini əsaslandırarkən bildirmişdir ki, dəymiş zərərin məbləği ekspert tərəfindən hesablanan zaman reallıqla r nəzərə alınmamışdır. Belə ki, mövcud bazar qiymətləri daha ucuzdur. Bu tip hadisələrdə isə zərərçəkmiş şəxslər çox zaman servisdə və ya tanış ustada avtomobilin təmir edilməsini israr edirlərki, şişirdilmiş qiymətlərlə cavabdehdən daha çox pul tələb edə bilsinlər. Buna görə də apellyasiya məhkəməsinin azaltdığı məbləğ də onları qane etmir. Çünki, mövcud bazar qiyməti ilə iddiaçıya dəymiş zərər 1500 manat məbləğindən artıq deyildir. Eyni zamanda, ekspert isə öz rəyini verən zaman avtomobilə baxış keçirməmiş, şəkillər və servisin verdiyi sənədlər vasitəsilə dəymiş zərəri hesablamışdır. Bu isə ədalətli hesablama deyil. Buna görə də yenidən ekspertiza təyin edilməli, ziyanın məbləği yenidən hesablanmalıdır. b)

24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazı lı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 25.Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 26.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 27.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 28.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 29.Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 30.Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi 31.Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 33.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 35.102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 36.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 37.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. 38.Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 39.Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. 41.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti verdiyindən kassasiya baxışının predmetini iddianın təmin edilmiş hissəsinin yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya i nstansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.Cavabdeh kassasiya şikayətində iddiaçının avtomobilinə dəymiş ziyanın düzgün hesablanmadığı və iş üzrə alınmış ekspert rəyinin yanlış olduğunu, iş üzrə təkrar ekspertiza keçirilməli olduğunu qeyd etmişdir. 44.Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdehdən tutularaq iddia çıya ödənilməli olan məbləğ müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. 45.Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 46.Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 47.Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçü n əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 48.Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 49.Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 50.Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 51.Cavabdeh tərəf vurulmuş ziyanın daha az məbl əğdə olması və ekspert rəyinin düzgün olmaması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Buna görə də, iş üzrə təkrara ekspertiza keçirilməsinə də əsaslar mövcud olmamışdır. 52.Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. 53.Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 54.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(107)-1465/2021 nömrəli iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar