Məhkəmə qərarları › İş №2(102)-2336/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2336/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2336/2021 27.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: yenidən hesablama aparılması və artıq ödənilmiş pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2020-ci il tarixli, 2(103)6996/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və Əmanəltərin Sığortalanması Fonduna ərizə ilə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Fərmanı tətbiq edilməklə onun "xxxx" QSC, "xxxx" ASC və "xxxx" ASC-yə olan kredit borclarının yenidən hesablanmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fon du cəlb edilməklə cavabdehlər Cavabdeh 1 və "xxxx" KB ASC-yə qarşı “yenidən hesablama aparılması və artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC ilə bağladığı 24 may 2012-ci il tarixli, ****** saylı kredit razılaşmasına əsasən bankdan 60.000 ABŞ dolları məbləğində kredit götürmüş, borcu tam ödəyə bilmədiyinə görə "xxxx" QSC-nin iddiası Yasamal Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 2(005)-167/2018 saylı qətnaməsi ilə qismən təmin edilərək, iddiaçıdan 24 may 2012-ci il tarixli kredit razılaşmasına əsasən əsas borc üzrə 17.988 ABŞ dolları 42 sent, faiz borcu üzrə 2064 ABŞ dolları 63 sent, cərimə üzrə 70 ABŞ dolları, ümumilikdə 20.123 ABŞ dolları 05 sent məbləğində pul vəsaitinin iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddia ərizəsinə məhkəmədə baxılan zaman "xxxx" QSC ilə razılaşma əldə edilmiş və bank kredit borcu üzrə məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş cərimə və faizləri silməklə əsas məbləğdən 14 faiz güzəşt etmişdir. Nəticə etibarilə, kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Şərif-zadə küçəsi, ev 128, mənzil 36-nın yüklülükdən azad edilməsi barədə "xxxx" QSC tərəfindən DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə 01 iyun 2018-ci il tarixli, 7871 nömrəli məktub verilmiş, mənzil girovdan azad edilmişdir. Həmşinin "xxxx" QSC qalan borcun tam ödənilməsi barədə 23 may 2019-cu il tarixli, 6257 nömrəli məktub vermişdir. Bundan başqa, iddiaçı "xxxx" ASC-nin Xətai flialı ilə 15 sentyabr 2014-cü il tarixd ə bağladığı ********* nömrəli kredit müqaviləsinə əsasən bankdan 3195 ABŞ dolları məbləğində kredit götürmüş və nəticədə bank ona 24 may 2017-ci il tarixdə kredit borcuna güzəşt tətbiq edilərək borcun tam bağlanılması barədə ona rəsmi arayış vermişdir. Daha sonra "xxxx" Kommersiya Bankı ASC-nin 13 saylı filialı ilə iddiaçı arasında bağlanılmış 25.01.2014-cü il tarixli, ****** nömrəli «Kredit və bank hesabı müqaviləsi»nə əsasən illik 27 faiz ödəmək şərtilə 24 ay müddətinə 2.000 manat kredit götürmüşdür. Kredit borcunu iddiaçı qrafik üzrə vaxtlı-vaxtında ödəmişdir. 2014-cü ilin dekabr ayında kreditə ehtiyacı olduğundan 13 dekabr 2014-cü il tarixli, ****** saylı “Kredit və bank hesabı müqaviləsi”nə əsasən bankdan illik 28 faiz olmaqla 24 ay müddətinə 5.000 ABŞ dolları məbləğində kredit götürm üşdür. Bank iddiaçının əvvəlki 25.01.2014-cü il tarixli, 1576slNSH/13 nömrəli “Kredit və bank hesabı müqaviləsi” üzrə 1.100 manat olan qalıq borcunu 1.400 ABŞ dolları hesabına əvəzləşdirməklə iddiaçıdan heç bir ödəniş və bank xərci tutmadan 3.330,35 ABŞ dolları kredit vermişdir. 21 fevral 2015-ci il və 21 dekabr 2015-ci il tarixlərdə baş vermiş devalvasiya nəticəsində dolların kursunda olan dəyişikliyə görə ödəmədə fasilələr yaranmışdır. "xxxx" Kommersiya Bankı ASC-nin iddası əsasında Yasamal Rayon Məhkəməsinin 15 may 2017-ci il tarixli, 2(004)-268/2017 saylı qətnaməsı ilə 2.759,61 ABŞ dolları əsas, 262,13 ABŞ dolları faiz, 10 ABŞ dolları borcunun, cəmi 3.031,74 ABŞ dolları məbləğində pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin prob lemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı elan ediləndən sonra iddiaçı hesab etmişdir ki, həmin Fərmanın müddəaları ona da tətbiq ediləcəkdir. Fərmanın müddəasına görə həmin vaxt Fərmanın icrasını yerinə yetirən Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən iddiaçıya elektron bildiriş gələcəyini gözləmiş, lakin saytda məlum olmuşdur ki, ona qeyd edilən Fərman şamil edilməmiş, əksinə yazılmışdır ki, guya onun 01 mart 2019-cu il tarixə, 46.991,34 manat "xxxx" ASC-yə, 5.067,04 manat isə "xxxx" QSC-yə kredit borcu vardır və həmin məbləğlərin Fərmana müvafiq olaraq Restrukturizasiya edilməsi banka təklif edilmişdir. Onun "xxxx" QSC, "xxxx" ASC və "xxxx" ASC ilə bağladığı kredit müqavilələri üzrə ödə mələri, habelə qalıq faiz və cərimə məbləğləri düzgün hesablanmamışdır. İddiaçının qalıq kredit borcu yalınz "xxxx" ASC-yə olan borcdur və müvafiq Fərmanın müddəaları "xxxx" ASC-dən aldığı kreditə və "xxxx" KB ASC-dən aldığı kreditə tətbiq edilməklə yenidən hesablama aparılmalı, real qalıq borcu restrukturizasiya edilməlidir.

4. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1662/2020 saylı, 12 iyun 2020-ci il tarixli qərardadı ilə (hakim R.A.Xəlilov) İddiaçı iddiasının Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı olan hissəsinə xitam verilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mərkəzi Bank inzibati orqandır və ona qarşı iddiaya ümumi məhkəmədə baxıla bilməz.

5. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1662/2020 saylı, 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə (ha kim R.A.Xəlilov) İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə cavabdeh "xxxx" KB ASC-yə qarşı «yenidən hesablama aparılması və artıq ödənilmiş pulun qaytarılması» tələbinə dair iddiası təmin edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur.

7. Məhkəmə iddia tələbinin artıq ödənilmiş pulun qaytarılması barədə hissəsinə hüq uqi qiymət verərək hesab etmişdir ki, iddiaçının istinad etdiyi birinci və ikinci iddia tələblərinə cavab verməli orqan "xxxx" KB ASC olmadığından, prosessual qənaət prinsipi nəzərə alınaraq birinci tələb rədd olunduğundan ikinci tələb də rədd olunmalıdır

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 48, 50.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2020-ci il tarixli, 2(103)-6996/2020 saylı qətnaməsi ilə (haki mlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz, iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlill əri

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə verdiyi «kredit məbləğinin hesablanması və artıq ödənilmiş kredit pulunun geri alınması barədə» iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikasının Mərkəzi Bankını, "xxxx" KB Açıq Səhmdar Cəmiyyətini və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində isə Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondunu tanımışdır. Lakin Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12 iyun 2020-ci il tarixli qətnamə ilə yanaşı həmin tarixli qərardad qəbul edərək qeyd etmişdir ki, həmin mülki iş üzrə cavabdehlərdən Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati orqan və onun imtinası inzibati akt olduğundan həmin iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyil, həmin məsələ ilə bağlı müvafiq kommersiya məhkəməsinə müraciət edilməlidir. Kassator bildirir ki, iddia tələbində cavabdeh şəxlərin dairəsinin düzgün müəyyən etmiş və iddia tələbinin də məhz iddia tələbinə cavab verən quruma yönəltmişdir. Bundan başqa Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati orqan olmasına baxmayaraq, qeyd edilən fərmanın müddəlarının tətbiq edilməsi ilə bağlı müraciətlərinə cavab verilməmişdir. Belə olan halda inzibati aktı mübahisələndirməkdən söhbət gedə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

17. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmanı

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) ki mi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat v ersin.

18. Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (28 noyabr 2019-cu il)

1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilsin və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilsin. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

20. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

21. Qanunun tələbinə görə kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənz imləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, iddia tələbi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmanının tətbiq edilməsindən ibarətdir və iddia adı çəkilən Fərmanın müdəaları əsasında həll edilməlidir. Fərmanın 3.2-ci bəndində bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etmək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat vermək Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilmişdir.

25. Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən ləğv edilmiş və onun vəzifə və hüquqları Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir.

26. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddia tələbinin əsil cavabdehə qarşı verilməməsi barədə düzgün nəticəyə gəlmiş və bu əsasla iddianı təmin etməməkdə haqlı olmuşdur.

27. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Həmşinin məhkəmə kollegiyası qeyd edir ki, iddianın Mərkəzi Banka qarşı hissəsi üzrə icraata xitam verilməsi barədə məhkəmənin qərardadı iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2020-ci il tarixli, 2(103)6996/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar