Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2336/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, 1 saylı Gəncə “ASAN Xidmət” mərkəzində notariat ofisinə (müstəqil tələb irəli sürməyən 3cü şəxs “X3” MMC) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, 1 saylı Gəncə “ASAN Xidmət” mərkəzində notariat ofisinə (müstəqil t ələb irəli sürməyən 3-cü şəxs “X3” MMC) qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-201/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X3” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 05 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 (bundan sonra – iddiaçı) ilə “X3” MMC arasında 24 may 2021-ci il tarixli kredit müqaviləsi bağlanaraq iddiaçıya 13160 manat borc verilmiş və həmin kredit müqaviləsi üzrə iddiaçı öhdəliyini lazımı qaydada icra edə bilməmişdir. Bundan sonra isə 2021-ci ilin təxminən iyul ayında iddiaçı ilə “X3” MMC arasında təxminən 20000 manatlıq kredit müqaviləsi bağlanmış, lakin həmin müqavilə üzrə də iddiaçı öhdəliyini yerinə yetirə bilmədiyindən, hər iki müqavilə borc məbləği birləşdirilməklə, 24 sentyabr 2021-ci il tarixli ödəniş cədvəlinə əsasən kredit müqaviləsi üzrə 34280 manat pulun 25 ay müddətinə ödənilməsi razılaşdırılmışdır. 2. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə Cavabdeh3 arasında iddiaçının mülkiyyətində olan Goranboy rayonu Quşçular kəndində yerləşən (bundan sonra – mübahisəli ev) evin 20000 manata satılması barədə alğı-satqı müqaviləsi bağlanmışdır. 3. xx.xx.2021-ci il tarixdə mübahisəli ev Cavabdeh3 tərəfindən Cavabdeh2 20000 manata satılmışdır.
4. İddiaçı1, İddiaçı3 və İddiaçı2 mübahisəli evdə hazırda da qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 1 saylı Gəncə “ASAN Xidmət” mərkəzində notariat ofisinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X3” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 bir il əvvəl maddi vəziyyətinin ağır olması səbəbindən ünvan 1i ünvanda yerləşən, ümumi sa həsi 156 kv.m olan evi və 0.12 ha torpaq sahəsini lombarda qoyaraq pul götürmək qərarına gəlmiş və bu barədə “X3” MMC-yə gedərək rəhbərliyi və işçiləri tərəfindən bunun mümkün olmasını öyrənmişdir. Bundan sonra onunla “X3” MMC-nin işçisi Cavabdeh3 arasında Gəncə şəhərində yerləşən “Asan Xidmət” Mərkəzində alğı-satqı həyata keçirilmişdir. Lakin o, “X3” MMC-də olarkən, evin sadəcə ipotekaya qoyulması və borcun ödənildiyi təqdirdə ona geri qaytarılacağı barədə məlumat verilmişdir. “X3” MMC tərəfindən ona ödəniş cədvəli təqdim edilmiş və ona aylıq ödənişləri və gecikdirmək üçün faizlər barədə xəbərdarlıq edilmişdir. Sonra “X3” MMC-də qızıl girovunun olmasından dolayı, hər iki borc birləşdirilərək ona ümumilikdə 34280 manat borc hesablanmış və aylıq 1730.2 manat ödəniş müəyyən edilmiş, bu barəd ə ödəniş cədvəli ona təqdim edilmişdir. O, yalnız bu il evin alğı-satqı olduğunu və evə dair Cavabdeh3 adına çıxarış alındığını bilmişdir. Bundan sonra isə Goranboy Rayon Məhkəməsi ona məhkəmə bildirişi göndərən zaman o, bilmişdir ki, Cavabdeh3 evi digər şəxs Cavabdeh2 satmışdır. Cavabdeh3 və onun arasında xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə etibarsızdır və heç bir hüquqi nəticə doğura bilməz. Belə ki, o, əmlakı girov qoyduğunu düşündüyü təqdirdə, əksinə əmlakı digər şəxsin xeyrinə özgəninkiləşdirmişdir. O, əmlakı girov qoyduğunu və pulu ödədikdən sonra əmlakını geri qaytaracağını düşünmüşdür. Buna görə də iyul ayından sentyabr ayınadək müntəzəm şəkildə borcu ödəməyə davam etmişdir. Lakin “X3” MMC və Cavabdeh3 onun vəziyyətindən sui-istifadə edərək real dəyərindən ucuz qiymət ə ondan almış və daha sonra həmin qiymətə Cavabdeh2 satmışdır. Göründüyü kimi alğı-satqı müqaviləsi onun tərəfindən vacib yanılma ilə bağlanılmış və ona yalan məlumat verilərək evin girov qoyulması deyilmişdir. Eyni zamanda fərdi yaşayış evinə və torpaq sahəsinin 20000 manat dəyərində qiymətləndirilməsi də açıq-aşkar bazar qiymətlərinə uyğun deyildir. Həmin mənzilin hazırda bazar dəyəri 35000-40000 manat təşkil edir. Bu fakt məhkəmə tərəfindən qiymətləndirmə ekspertizası təyin edilməklə müəyyənləşdirilə bilər. ünvan 1ində yerləşən sözügedən mənzildə İddiaçı2, İddiaçı3 və o, qeydiyyatdadırlar. Lakin bu şəxslərin qeydiyyatda olmasına və həmin mənzilin onların istifadəsində olmasına baxmayaraq, nə birinci alğı-satqı müqaviləsində, nə də ikinci alğı-satqı müqaviləsində onların razılığı alınmam ış və onların hazırda yaşadığı evin satılmasından xəbərsiz olmuşlar. Bu isə hər iki müqavilənin etibarsızlığını birbaşa şərtləndirən amildir. Goranboy rayonu Quşçular kəndində yerləşən ev təkcə onun sahibliyində istifadəsində deyil, onunla bərabər yaşayan digər şəxslər - yəni onlarında həmin evdə sahiblik və istifadə hüquqları var. Bunu həm də həmin evə olan qeydiyyatları və uzun müddətdir ki, orada yaşamaqları sübut edir. Sözügedən mənzil onların ata mülküdür və ümumi istifadədədir, həmin fərdi yaşayış sahəsinə təkcə onun sərəncam vermək səlahiyyətinə malik deyil. Lakin Asan Xidmət Mərkəzinin artıq elektronlaşdırılmış qaydada fəaliyyət göstərməsinə baxmayaraq, nədənsə alğı-satqıya dair heç bir müqavilədə evdə qeydiyyatda olan şəxslərin icazəsinin alınmasına mərkəz ehtiyac görməmişdir. İlk in alğı-satqı müqaviləsində iradə ifadəsi zədələnmiş və istər ilkin istərsə də ikinci müqavilədə hüquq subyektlərinin iradə sərbəstliyi ifadə edilməmişdir. Bu faktları isə “X3” MMC tərəfindən tərtib edilmiş ödəniş cədvəli və müqavilə, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş qeydiyyat barədə arayışlar təsdiq edir. Burada məhkəmənin xüsusi diqqət etməli olduğu məqam evin satış qiyməti ilə ona verilmiş məbləğin eynilik təşkil etməsi, ona aylıq ödəniş cədvəlinin təqdim edilməsidir. Bu faktlar sözügedən qərara istinadən hazırkı iş üçün xüsusi əhəmiyyətli rol oynayır. Bununla da əsas diqqət Cavabdeh3 ilə Cavabdeh2 əlbir olması, ilkin və ikinci müqavilələr arasındakı müddətin xeyli qısa olması və mənzilin alındığı qiymətə satılmasına yetirilməlidir.
7. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddianı qəbul etməmişlər.
8. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 iyul 2022-ci il tarixli, 2(125)-272/2022 saylı qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddia rədd edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, alğı-satqı müqavilələrinin etibarsız hesab olunması üçün qanunda qeyd edilən qüsurlardan heç biri mövcud deyildir. İddiaçılar mübahisəni əsaslı arqumentlərlə izah edə bilməmişlər. İddiaçıların mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdikləri sübutlara və istinad etdikləri formal mülahizələrə əsasən iddia tələbi təmin edilə bilməz.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.2, 337.4, 339, 567, 568, 646.1-ci maddələrinə istinadla əsa slandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişlər.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər həqiqətən də Cavabdeh3 ev alırdısa, bu halda həmin evin qısa müddət sonra eyni qiymətə başqa şəxsə satılmasının məntiqi izahı yoxdur. Bundan əlavə, İddiaçı1 aldadılması yolu ilə evin alğı satqısı həyata keçirilib. Əgər E. Quliyev aldadılmasaydı, o bu evi satmayacaqdı. Çünki İddiaçı1 məqsədi lombard yolu ilə pul götürmək olub, evi satmaq olmayıb. Cavabdeh3 onun ağır maddi vəziyyətindən istifadə edib, onu aldadaraq alğı satqı müqaviləsi bağlayıb. İddiaçıların həqiqətən də evi satmaq və cavabdehlərin evi almaq niyyəti olsaydı, bu halda iddiaçılar evi təhvil verməli və evdə cavabdehlər yaşamalı idi. Hazırki şəraitdə evə dair alğı-satqımüqaviləsi bağlansa da, indiyə qədər evdə iddiaçılar yaşayır və müqavilənin tərtib edilməsindən 1 il keçməsinə baxmayaraq son vaxtlara qədər onlara evin satılması barədə hər hansı fikir bildirilməmişdir. Digər tərəfdən, Cavabdeh3la Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi də formaldır, çünki Cavabdeh2 həqiqətən də ev almaq istəsəydi, evə gəlib baxardı və evdə kimlərin yaşamasını müəyyən edə bilərdi. Qeyd edilən hallar onu göstərir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi formaldır, aldatma və vacib əhəmiyyətli yanılma nəticəsində tərtib edilib. Məhkəmə iddiaçıların təqdim etdiyi arayışı nəzərə almayıb, Quşçular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin arayışını əsas götürüb, halbuki ASAN Xidmət tərəfindən verilmiş arayış daha etibarlıdır. Məhkəmə həmin arayışı nəzərə almırsa, gəldiyi nəticəni əsaslandırmalı idi. Məhkəmə iddiaçıların məhkəmə iclasında iştirakını təmin etməyib. Belə ki, İddiaçı1 məhkəmə iclaslarının vaxtı barədə məlumatlandırılmayıb, hətta qətnamənin elan edilməsindən xəbərsiz olub. Məhkəmənin diqqət etməli olduğu daha bir məqam Cavabdeh3 ilə Cavabdeh2 Fəxrəddin qızının yaxın qohum olması, ilkin və ikinci müqavilələr arasındakı müddətin xeyli qısa olması və mənzilin alındığı qiymətə satılmasıdır.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 vəkili bildirmişdir ki, alğı-satqı müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilmiş və 20000 manat pul vəsaiti də bank vasitəsi ilə iddiaçıya veril mişdir. İddiaçı alğı-satqı müqaviləsi bağladığını bilmişdir.
14. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X3” MMC-nin nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, Cavabdeh3 “X3” MMC-nin əməkdaşı olsa da evin alğı-satqısının iddiaçının borcuna aidiyyəti olmamışdır. İddiaçının həqiqətən də “X3” MMC ilə iki kredit müqaviləsi olmuş, onlardan biri 13000 manatlıq, digəri isə 21000 manatlıq olmuş, sonradan hər iki kredit müqaviləsi birləşdirilərək, 34000 manatlıq kredit müqaviləsi bağlanmışdır.
15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-201/2023 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Şamil Rzaquliyev) apellyasiya ş ikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş və iddia təmin edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, bağlanmış alğı-satqı müqaviləsinin aldadılma yolu ilə bağlanılması iş üzrə mötəbər sübutlarla təsdiqini tapmamışdır. Belə ki, iddiaçı müqaviləni girov (ipoteka) müqaviləsi qismində bağlandığını bildiyini qeyd etsə də iş materiallarında olan sənədlərlə, o cümlədən alğı-satqı müqaviləsi bağlandıqdan sonra 20000 manat pulun bank vasitəsi ilə ona verilməsi iddiaçının girov müqaviləsi adı altında, yəni başqa əqdi pərdələmək niyyəti ilə alğı-satqı müqaviləsi bağladığını bildiyini deməyə əsas vermişdir. Bununla da İddiaçı1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* say lı alğı-satqı müqaviləsi, başqa əqdi pərdələmək üçün bağlanmış əhəmiyyətsiz olan yalan əqd, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı alğı-satqı müqaviləsi isə əhəmiyyətsiz olan uydurma əqd qismində etibarsız olmuşdur.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, alğı-satqı müqaviləsinin tərəfi olan Cavabdeh3 “X3” MMC-nin səlahiyyətli şəxsi olması iş materialları ilə öz təsdiqini tapmaqla, 24 sentyabr 2021-ci il tarixli ödəniş cədvəli də “X3” MMC-nin adından onun tərəfindən imzalanmışdır.
18. İddiaçının həmin təşkilata təxminən 13000 manat borcunun olması və həmin borcunu ödəyə bilməməsi işin mübahisəsiz halı olmuşdur. Buna baxmayaraq “X3” MMCnin 2021-ci ilin iyul ayında iddiaçıya yenidən təxminən 20000 manat məbləğində borc pul verməsi faktı da iş üzrə hüquqi qiymət verilməli olan əhəmiyyətli hal olmuşdur. Belə ki, maddi vəziyyəti ağır olan və əvvəlki borcunu ödəyə bilməyən şəxsə yenidən borcun verilməsi müəyyən təminatın mövcudluğu halında mümkün ola bilərdi ki, hazırkı halda da bu təminat iddiaçı ilə bağlanmış alğı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan evin “X3” MMC-nin səlahiyytətli şəxsinin, yəni Cavabdeh3 mülkiyyətinə keçirilməsi ilə təmin olunmuşdur.
19. İddiaçının evin alğı-satqısına əsasən “ASAN” Xidmət Mərkəzində yerləşən bankdan 20000 manat pulu alması və birlikdə bankdan çıxıb kredit təşkilatına gələrək, 20000 manata dair kredit müqaviləsi bağlanması və həmin pulun ona kredit müqaviləsi üzrə verilməsi ilə bağlı izahatı işin digər faktiki halları ilə uyğunluq təşkil etdiyindən mötəbər hesab olunur ki, bununla da evin alğı-satqısına dair müqavilə üzrə iddiaçıya faktiki olaraq pulun verilməməsi, həmin müqavilə üzrə iddiaçıya verilməli olan pulun borc müqaviləsi üzrə iddiaçıya verilməsi öz təsdiqini tapmışdır.
20. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, kredit müqaviləsi üzrə verilmiş borc məbləğin alğı-satqı müqaviləsində göstərilən məbləğlə eyni olması da həmin alğısatqı müqaviləsinin iddiaçının iddia etdiyi əsaslarla, yəni məhz evin satılması niyyəti olmadan, məcburiyyətdən, borcunun qaytarılmasının təminatı qismində bağlanmasını təsdiq etməkdədir. Digər tərəfdən evin alğı-satqısından sonra iddiaçının və onun ailə üzvləri həmin evdə yaşamağını davam etdirmiş, Cavabdeh3 isə evi onun faktiki sahibliyinə verilmədən iddiaçıya borc verilməsi məsələlərində iştirak etmiş digər Cavabdeh 2 satmışdır ki, bu fakt da mübahisələndirilən alğı-satqı müqavilələrinin alğı-satqı niyyəti olmadan formal bağlandığını təsdiq etmişdir.
21. Məhkəmə kollegiyası Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinin tətbiqinə münasibətdə qeyd etmişdir ki, İddiaçı1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə iddiaçıya verildiyi qeyd olunan 20000 manat pul məbləği, faktiki olaraq “X3” MMC ilə İddiaçı1 arasında 2021-ci ilin iyul ayında bağlanmış kredit müqaviləsi üzrə, daha sonra isə 24 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş hesab olunduğundan, yəni alğı-satqı müqaviləsi üzrə pul verilməmiş hesab edildiyindən həmin pulun geri qaytarılması da mümkünsüzdür. Həmçinin, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış, xx.xx.2021-ci il tari xli AN-İ ******* saylı alğı-satqı müqaviləsi üzrə də pulun verilməsi iş materialları ilə təsdiqini tapmadığından həmin alğısatqı müqaviləsi üzrə də alınanların geri qaytarılması həll edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan müqavilənin etibarsızlığının nəticələri ilə əlaqədar Cavabdeh2 hər hansı bir formada zərərə məruz qaldığını iddia etdiyi təqdirdə, Cavabdeh3 qarşı məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.
22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.5, 340.1, 340.2-ci maddələri və MPM-in 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7, 376.2, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Qətnamədən Cavabdeh2 (vəkili Vəkil2) kassasi ya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə Cavabdeh2 vicdanlı əldə edən olduğundan, xx.xx.2021-ci il tarixli ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ********** nömrəli çıxarış etibarsız edilə bilməz. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Qətnamədən Cavabdeh3 (vəkili Vəkil1 ) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Cavabdeh3 kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, əslində İddiaçı1 ağır vəziyyətə düşməmiş, iddia ərizəsində qeyd etdiyi vacib əhəmiyyətli yanılma məsələsi baş tutmadığından bu səfər ağır vəziyyətə düşmə məsələsini qabartmışdır. Həmçinin qeyd edilməlidir ki. İddiaçı1 məhkəməyə ünvanladığı yazılı izahatında da müəyyən edilir ki, onun özü sərbəst qaydada pul götürəcəyi lombard barədə seçim etmiş və müstəqil şəkildə müqavilə bağlamışdır. İzahatdan məlum olur ki, İddiaçı1 biznes sahəsində bir o qədər də səriştəli deyil və bu səbəbdən pula ehtiyacı yaranmış, şüurlu şəkildə lombardla müqavilə bağlayaraq pul göt ürmüşdür. Götürdüyü öhdəliyi icra edə bilməmək əlbəttəki hüquqi nəticələr doğura bilər ki, lombard müqaviləsi bağlanan anda hər iki tərəf həmin nəticələri gözə almış olur. Hadisələr bu formada cərəyan etdiyi təqdirdə məhkəmənin gəldiyi nəticə anlaşılan deyil. Girov müqaviləsi qarşılığında tərəfə pul verilmir, əvvəl borca dair müqavilə bağlanır, həmin borcun təminatı kimi girov müqaviləsi bağlanılır, İddiaçı1 nə iddia ərizəsində, nə də apelyasiya şikayətində pulu hansı əsasla əldə etməsi barədə bir kəlmə olsun qeyd etmir. İddiaçı hər nə qədər də alğı-satqı müqaviləsindən xəbərsiz olduğunu bildirsə də iş materiallarına əlavə edilmiş səs yazısından məlum olur ki, həqiqətən də evin satılması barədə məlumatı olmuş və sözügedən səs yazısında evi boşaltmaq üçün vaxt istəmiş və müxtəlif bəhanələr gətirmişdir. Bu hal onu deməyə əsas verir ki, sözügedən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmiş və etibarlı əqd baş tutmuşdur.
27. Qətnamədən müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X3” MMC (vəkili X1) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 28. 3-cü şəxsin kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, alğı-satqı müqaviləsi əqdin tərəfi olmayan, yəni “X3” MMC ilə bağlanacaq borca görə görə bağlanmışdır. Cavabdeh belə bir borc münasibətini etiraf etməmiş, eyni zamanda onun qanunla müəyyən edilmiş qaydada iddiaçı ilə alğı-satqı müqaviləsi bağlamış vǝ onun alğısatqı müqaviləsinin həmin borca heç bir aidiyyəti olmamışdır. Ap ellyasiya məhkəməsi işdəki sübutları qiymətləndirərək bu qənaətə gəlmişdir ki, iş üzrə tərəf olmayan şəxslə borc münasibətlərinin olması sübuta yetirilmiş, lakin bu barədə məhkəmə həmin borc müqaviləsini işə əlavə etməmiş və tələb etməmişdir. Ümumiyyətlə üçüncü şəxsə olan borc müqaviləsinin eyni tarixdə bağlanması kimi hala istinadən həmin müqavilə ilə alınan borc münasibətlərinin eyni olması barədə məhkəmə gəldiyi nəticə tam əsassız olmaqla heç bir mötəbər sübutla təsdiq edilmir. Bundan əlavə məhkəmə, qeyd edilən hüquq düzgün normalarının tələbləri baxımından mübahisə olunan tələbə dair müvafiq sübutların mövcudluğunu nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. İş üzrə yalnız iddiaçının verdiyi izahata əsaslanaraq qətnamə qəbul etmiş və sübutların təmin edilməsini, o cümlədən üç üncü şəxslə olan borc müqaviləsinin mübahisələndirilən əqdlə eyni olmamasını nəzərə almadan və bunla bağlı təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət vermədən sözügedən qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
30. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reye strindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
32. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola b ilər.
34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
35. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
36. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır
37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları ey ni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
38. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
39. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. MPM
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatorlar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmay an qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-c i il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin forma laşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlə r.
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbləri üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəb ul edilmişdir.
56. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini hazırki qərarın 16-22-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşdığı üçün əlavə şərhə zərurət görmür.
57. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətlərinin dəlilləridir.
58. Məhkəmə kollegiyası, ilk növbədə Cavabdeh2 kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazın ın mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı).
59. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə verilmiş borc məbləğin alğı-satqı müqaviləsində göstərilən məbləğlə eyni olması da həmin alğı-satqı müqaviləsinin iddiaçının iddia etdiyi əsaslarla, yəni məhz evin satılması niyyəti olmadan, məcburiyyətdən, borcunun qaytarılmasının təminatı qismində bağlanmasını təsdiq etməkdədir. Digər tərəfdən evin alğı-satqısından sonra iddiaçının və onun ailə üzvləri həmin evdə y aşamağını davam etdirmiş, Cavabdeh3 isə evi onun faktiki sahibliyinə verilmədən iddiaçıya borc verilməsi məsələlərində iştirak etmiş digər Cavabdeh2 satmışdır ki, bu fakt da mübahisələndirilən alğı-satqı müqavilələrinin alğı-satqı niyyəti olmadan formal bağlandığını təsdiq etmişdir.
60. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə müəyyən etdiyi halları işin tam, hərtərəfli və obyektiv araşdırılmış halları kimi dəyərləndirir və apellyasiya məhkəməsinin gəldiyi hüquqi nəticələri əsaslı hesab edir.
61. Cavabdeh2 kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
62. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya in stansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən Cavabdeh2 kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
63. Bundan başqa kollegiya, Cavabdeh3 kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassator işin faktiki hallarını mübahisələndirmiş, kassasiya tədqiqatına yeni sübutlar təqdim etməklə dəyərləndiri lməsinə dair dəlillər irəli sürmüşdür.
64. Halbuki, prosessual qanunvericilik tərəflərə sübutların təqdim edilməsi üçün son mərhələni apellyasiya instansiya məhkəməsi ilə məhdudlaşdırmış, kassasiya instansiyası məhkəməsinin araşdırmasına isə sübutların təqdim edilməsini təsbit etməmişdir.
65. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub- olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərar).
66. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün araşdırılıb hüquqi qiymət verilmişdir.
67. Məhkəmə kollegiyası, ilk növbədə müstəqil tə ləb irəli sürməyən 3-cü şəxs “X3” MMC-nin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, o, ümumiyyətlə, alğısatqı müqaviləsinin tərəfi deyildir. Hazırda mübahisələndirilən əqdlərin onun hansı hüquqlarını pozduğuna dair dəlillər isə irəli sürülməmiş, əksinə işin faktiki halları mübahisələndirilmişdir.
68. Məhkəmə kollegiyası kassator olan 3-cü şəxsin maddi və prosessual hüquq normalarının pozulmasına dair dəlillər ilə isə razılaşmır, bu hissədə apellyasiya məhkəməsinin əsaslandığı maddi və prosessual hüquq normalarını tətbiqində səhvə yol verildiyini müəyyən etmir. 69. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edil məklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
70. Kassatorlara izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
71. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imk an verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
72. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
73. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara ald ı: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “27” “yanvar” “2023”-cü il tarixli 2(104)-201/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.