Məhkəmə qərarları › İş №2(102)-2337/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2337/2024

30.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2337/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçın Cavabdeh1 Yusuf oğluna və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-688/2024 nömrəli iş üzrə 28 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yerləşən 150 a nömrəli evin ümumi sahəsi 262,1 kv.m, yaşayış sahəsi 150,3 kv.m, yardımçı sahəsi 111,8 kv.m. olan 8 yaşayış otaqlı 1 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 Yusuf oğlunun mülkiyyətindədir və ona bu barədə xx.xx.2011-ci il tarixli Çıxarış verilmişdir.

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktuba görə, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X16 və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən 4,50 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məq sədilə İddiaçı MMC-yə ayrılmasına rəy bildirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə İddiaçı MMC-yə ayrılmasına etiraz etmirlər.

3. Bakı Şəhəri, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 51 nömrəli sərəncamına əsasən, İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli,09 nömrəli müraciətini, Nəsimi RİH-inxx.xx.2019-cu il tarixli 1-1092 nömrəli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli **********46 nömrəli və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-510 nömrəli razılıq məktublarını nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquql arla bağlı məsələlər, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara) habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğun un müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Y.Çəmənzəminli, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksinə (sifarişçi İddiaçı MMC; layihəçi Bakı Dövlət Layihə İnstitutu) dair tərtib olunmuş şəhərsalma əsaslandırılmalı təsdiq edilmişdir.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə, S.Rəhman və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yol verilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. Yaşayış evlərinin yükdaşıyan konstruksiyalarında yaranmış hazırkı texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur.

6. Cavabdeh1 Yusuf oğlu, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X19 Bakı şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən 150a nömrəli evdə qeydiyyatda olmaları barədə 59 saylı MKİS tərəfindən xx.xx.2021-ci il tarixli 2 saylı forma üzrə arayış verilmişdir. 7. "xxxx" MMC tərəfindən verilmiş mənzilin qiymətləndirilməsi haqqında mütəxəssis rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 150A nömrəli evin faktiki sahəsi 416,5 kv.m. olan 1 saylı mənzilinin hazırkı bazar dəyəri 630.000 manat məbləğdə müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinc i instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli fərdi yaşayış evinin (mənzilin) üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, onların fərdi yaşayış evindən (mənzildən) çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, iddiaçı tərəfindən həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 477 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək iddiaçı tərəfindən Cavabdeh1ya hər ay 800 manat məbləğdə kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin hallarına istinad etməklə iddia tələbini onunla əsaslandırmışdır ki, şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlər ində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 84-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin ünvan 3 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 262,1 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 Yusuf oğlu və istifadəçiləri digər cavabdehlər Cav abdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmırli mənzilləri qəbul etməkdən imtina etmişdilər. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Baxmayaraq ki, cavabd ehin fərdi yaşayış evinin yanındakı ev sahibləri qeyd edilənlərin nəzərə alaraq mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmişdilər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehin qanuna zidd əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi cavabdehlər istismar müddəti bitmiş şəhərin görkəminə eybəcərlik gətirən fərdi yaşayış evlərinə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə öz qanuna zidd hərəkətlərini davam etdirməklə, faktiki o laraq iddiaçını şantaj edirlər. Mənzil Məcəlləsinin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı sərəncamda göstərilən tapşırıq və t ələbləri olduğu kimi və ləyaqətlə yerinə yetirir. Bundan başqa iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin Bakı şəhərinin görkəminə uyğun olmayan köhnə tikililərin sökülərək yerində müasir tələblərə cavab verən binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki göstərişlərinə uyğun olaraq çox sürətlə həmin tələblər yerinə yetirilir. Həmçinin Bakı şəhərində olan görünüşləri müasir tələblərə cavab verməyən köhnə və qəzalı evlərin sökülməsi və yerində müasir binaların tikilməsi geniş vüsət almaqla Ali dövlət orqanlarının tələbləri yerinə yetirilir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlət birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi Ali dövlət orqanlarının tapşırıqlarının yeri nə yetirilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərə cavab verən evlərlə təmin olunması və eyni zamanda da şəhərin görkəminin də gözəlləşdirilməsi deməkdir. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada əvəzinin bazar qiymətinə uyğun dəyərini ödəməyə və ya da mütənasib olaraq mənzilinin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus qəzalı və şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdeh fərdi yaşayış evinə mülkiyyət hüququnun olmasın dan sui-istifadə etməklə yanaşı yuxarıda qeyd edilən tələbləri kobud surətdə pozmaqla yanaşı Ali Dövlət orqanlarının Bakı şəhərinin müasir tələblərə cavab verən hala gətirilməsinin qarşısını almış olurlar.

10. Cavabdeh1 Yusuf oğlu iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, sözügedən ev onların dədə-baba yurdlarıdır. Hazırda həmin evdə 17 nəfər yaşayır. Onlar evin sökülməsinə qarşı deyillər. Qarşı tərəflə kompensasiya ilə bağlı razılıq əldə olunması üçün dəfələrlə iddiaçı şirkətin rəhbərliyi ilə danışıqlar aparmağa cəhd göstərilmiş, lakin qarşı tərəfin ədalətsiz və qeyri-obyektiv təklifləri nəticəsində razılıq əldə olunmamışdır. Odur ki, iddia rədd edilməlidir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/808 saylı, xx.xx.2022-ci il tar ixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Cavabdeh1 Yusuf oğluna məxsus ünvan 5 saylı evin 1 nömrəli mənzilin texniki pasportda göstərilən, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi 262,1 kv.m. yaşayış sahəsi 150,3 kv.m., yardımçı sahəsi 111,8 kv.m. və həmin yaşayış evinin faktiki ümumi sahəsi 369,09 kv.m., o cümlədən yaşayış sahəsi 212,76 kv.m., yardımçı sahəsi 156,33 kv.m. təşkil etdiyini nəzərə alaraq, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi ilə faktiki istifadəsində olan sahənin arasında fərqlilik təşkil edir. Yaşayış evinin faktiki ümumi sahəsi çıxarışa əsasən müəyyən edilmiş sahədən 106,99 kv.m. (369,09-262,1 kv.m.) çox, o cümlədən yaşayış sahəsi 62,46 kv.m. (212,76-150,3 kv.m.) və yardımçı sahəsi 44,53 kv.m. (156,33-111,8) çox təşkil etmişdir.

12. Cavabdeh1 Yusuf oğlunun sifarişinə əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150a-da yerləşən 8 otaqlı, 1 saylı yaşayış sahəsinin xx.xx.2022-ci il tarixə olan bazar qiyməti 1.665.000 manat təşkil etmişdir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-611/2022 nömrəli iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyinə əsasən Cavabdeh1 Yusuf oğluna məxsu s ünvan 5 saylı evin 1 nömrəli mənzilin texniki pasportda göstərilən, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi 262,1 kv.m. yaşayış sahəsi 150,3 kv.m., yardımçı sahəsi 111,8 kv.m. və həmin yaşayış evinin faktiki ümumi sahəsi 369,09 kv.m., o cümlədən yaşayış sahəsi 212,76 kv.m., yardımçı sahəsi 156,33 kv.m. təşkil etdiyini nəzərə alaraq, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi ilə faktiki istifadəsində olan sahənin arasında fərqlilik təşkil edir. Yaşayış evinin faktiki ümumi sahəsi çıxarışa əsasən müəyyən edilmiş sahədən 106,99 kv.m. (369,09-262,1 kv.m.) çox, o cümlədən yaşayış sahəsi 62,46 kv.m. (212,76-150,3 kv.m.) və yardımçı sahəsi 44,53 kv.m. (156,33-111,8) çox təşkil etmişdir.

15. Məhkəmə digər faktiki sahə ilə bağlı heç bir hüquqi sənəd olmadığından, əsasəndə qanuni sahib olmadığından, digər faktiki sahədə istifadə yalnız özbaşına olduğundan, məhkəmə ədalət prinsipini, həmçinin Konstitusiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarındakı hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, qeydiyyatdan keçmiş əmlakla qeydiyyatdan keçməmiş əmlak barədə kompensasiya miqdarı eyni ola bilməz.

16. Bu halda məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən çıxarışlı sahə ilə bağlı əlavə 20 faiz artımın verilməsi, digər qanunsuz sahiblikdə olan sahəyə isə əlavə 20 faiz artımın verilməməsi yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olmuşdur.

17. Məhkəmə həmçinin, cavabdehin nümayəndəsi və vəkilinin təkrar ekspertizanın keçirilməsi barədə vəsatətinə münasibətdə qeyd etmişdir ki, vəsatət əsassız olduğundan təmin edilməməlidir.Belə ki, vəsatətdə qaldırılan 4 məsələnin birinci hissəsi ilə bağlı mübahisəli 56 kv.m olan və ekspertiza rəyində 1-ci mərtəbədə qeyd edilməyən sahə daha sonradan iddiaçı tərəfindən etiraf olunaraq iddia həcminin artırılması barədə ərizədə öz əksini tapmışdır. Vəsatətin 2-ci hissəsi isə 12,7 kv.m sahənin qeyd edilməməsi isə, tərəflərin mübahisəsiz halı olmuş, çıxarışda öz əksini tapmış və iddiaçı tərəfindən çıxarışla qeyd olunan 262 kv.m sahə onsuzda mübahisələndirilməmişdir. Vəsatətin 3-cü hissəsi isə 2-ci mərtəbədəki qey d edilməyən 30 kv.m terras Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin müvafiq yekun rəyində öz əksini 2-ci mərtəbənin sxemindəki 8-ci bəndə göstərilmişdir. Vəsatətin son hissəsi isə divar altı sahələrin rəydə öz əksini tapmaması olmuşdur ki, Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin müvafiq yekun rəyində bu hissəyə də qiymət verilərək ölçülərin aparılmasında divar altı sahələrində nəzərə alınması qeyd edilmişdir.İddiaçı MMC-nın cavabdehə öz əvvəlki mənzilin yerinə yeni, təmirli, əlavə sahə ölçülərini əlavə edilməklə (262+ 20% (çıxarışlı sahə) + 163 (faktiki sahə) kv.m-li mənzillə təmin edilməsi hazırki cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması deyildir (mülkiyyətçi mənzilinin kompensasiya verilməklə sökülməsinə razıdır).

18. Məhkəmə cavabdehlərə yeni sah ə verilənədək aylıq 800 manat əmlak kirayə haqqı verilməsi tələbi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təklif olunan aylıq əmlak kirayə haqqı ağlabatandır və hazırki bazar qiymətlərinin tələblərinə cavab verir.

19. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehlərin sahibliyində və istifadəsində olan evin sökülərək əvəzinə yeni tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə eyni ölçüdə mənzillərin verilməsi qərara alındığından, cavabdehlərin mübahisəli evin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları barədə tələb də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılmağa zərurət qalmamaqla əsaslıdır və təmin edilməlidir.

20. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab etm işdir ki, cavabdehlərin hazırkı hərəkətləri mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir.

21. Həmçinin, məhkəmə hesab etmişdir ki, İddiaçı MMC-nin inşa etdiyi binanın tikintisinin dayandırılması və tikinti gedən ərazidə MMC-nin fəaliyyətinə qadağa qoyulması həmin binada məskunlaşdırılmalarını gözləyən çoxsaylı insanların hüquqlarının bərpaolunmaz şəkildə xələl görməsinə səbəb ola bilər. Belə ki, işin hallarından aydın olur ki, İddiaçı MMC səlahiyyətli dövlət hakimiyyəti orqanının sifarişi əsasında tikinti işlərini həyata keçirir.

22. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 6.3, 16.1, 560.1, 560.2, 560.3.5.1-ci, Mənzil Məcəlləsinin 15-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli Qərarına, «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 №-li qərarının 1-ci bəndinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

23. Cavabdeh7 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-1502/2023 nömrəli iş üzrə 10 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X13 və X20) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-611/2022 nömrəli iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, dövlət mülkiyyətində olan 4,2258 ha torpaq sahəsinin dövlətin adından çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli sərəncamı ilə şəhərin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə iddiaçının icarəsinə verilməsi iş materialları ilə öz təsdiqini tapır. Yəni, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malikdir və inşa olunacaq binanın pilot layihə əsasında inşa olunmaması iddianın rədd olunması üçün əsas ola bilməz.

26. Cavabdehin iddiaçı tərəfindən müəyyən edilmiş 20% əlavə yaşayış sahəsinin faktiki sahəsi 416,5 kv.m. sahəyə münasibətdə hesablanıb 499,8 kv.m sahəyə malik mənzillə təmin edilməli olması şərtinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, 20% əlavənin yalnız mülkiyyət hüququ ilə cavabdehə məxsus, dövlət qeydiyyatına alınmış yaşayış sahəsinə münasibətdə müəyyən edilməsi ədalətlidir. Bu həm də Konstitusiya Məhkəməsi Plenumun qərarındakı hüquqi mövqeyə də uyğundur. Bundan başqa, məhkəmə icla sında kompensasiyanın ödənilməsi imkanı da araşdırılmış, lakin iddiaçının nümayəndəsi "xxxx" MMC tərəfindən binaların tikintisi başlamadığından və satış həyata keçirilmədiyinə görə kompensasiya verilməsinin mümkün olmadığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında təklif olunan sahəyə müvafiq mənzilin olub – olmaması imkanı da nəzərdən keçirilmiş və tikiləcək çoxmərtəbəli yaşayış binasının Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 4-cü blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 119 kv.m olan 3 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 9 B blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 179 kv.m olan 4 otaqlı, və Bakı şəhəri Nəsimi rayonu, N.Qardaşları küçəsində tikiləcək ço xmərtəbəli yaşayış binasının 8 B blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 179 kv.m olan 4 otaqlı təmirli yeni mənzillərin Cavabdeh1 mülkiyyətinə verilməsinin mümkün olması barədə iddiaçı tərəfindən ərizə verilmişdir.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin cavabdehlərə məxsus fərdi yaşayış evinin əvəzində tikiləcək çoxmərtəbəli yaşayış binasında təmirli yeni mənzilin sahəsinin 477 kv.m olması barədə gəldiyi nəticə ədalətlidir. Belə ki, ekspert rəyinə əsasən Cavabdeh1 Yusuf oğluna məxsus texniki pasportda göstərilən, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi 262,1 kv.m, faktiki ümumi sahəsi 369,09 kv.m təşkil etməsi nəzərə alınmış, mülkiyyət hüququ qeydə alınmış hissədə 20% əlavə olunmuş, qalan hissənin isə özbaş ına tikili olmağına baxmayaraq həmin sahənin əvəzi də nəzərə alınmışdır.

28. Məhkəmə araşdırması zamanı tərəflər arasında razılığın əldə edilməsi məsələsi müzakirə olunarkən digər Cavabdeh1 İddiaçı MMC tərəfindən təklif olunan 477 kv.m sahəsi olan mənzilin onları qane etmədiyni, söküləcək yaşayış sahəsinin əvəzində 440000 manat və əlavə olaraq 2 ədəd sahəsi 119 kv.m olan mənzil, 1 ədəd 2 otaqlı və 1 ədəd 1 otaqlı olmaqla ümumilikdə 4 mənzil verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin bu mövqeyi hüquqdan sui – istifadə halıdır. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, apellyator – yəni, Cavabdeh7 yaşayış sahəsinin mülkiyyətçisi deyildir və həmin dəlillər onun tərəfindən mübahisələndirilə bilməz.

29. Apel lyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 6.1, 6.1.4, 16.1, 152.1, 152.5, 152.6-cı, Mənzil Məcəlləsinin 2.1-ci, Torpaq Məcəlləsinin 6, 50.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.2, 77.1, 217.1, 217.3, 372.6, 372.7, 384.0, 385.1, 386-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

30. Cavabdeh7 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2923/2023 nömrəli iş üzrə 02 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: X9 (məruzəçi), X28 və X14) Cavabdeh7 kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1502/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

32. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, mülkiyyət hüququna müdaxilənin mümkünlüyünü nəzərdə tutan aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədal ət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən, qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yeniləri inşa edilməklə, mülkiyyət hüququnun kompensasiyası mümkündür. Bununla yanaşı, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətl i kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü zərərin tam şəkildə qarşılanması başa düşülür. Məlum olduğu kimi, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu mənada, hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələrin qətnamələrindən cavabdehə dəyən zərərin ədalətli şəkildə kompensasiya edildiyini müəyyən etmək mümkün olmur. Belə ki, birinci instansiya məhkəməsinin apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə qüvvədə saxlanılan qətnaməsində mənzilinin sökülməsi əvəzində cavabdehə İddiaçı MMC tərəfindən ünvan 4 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 477 kv.m. yeni təmirli mənzilin verilməsi qət olunmuş, lakin həmin mənzilin inşa ediləcək hansı binada (tikinti ilə bağlı iş materiallarında rəsmi sənədlərdə yaşayış binalarından bəhs olunur), hansı girişdə, hansı mərtəbədə olması, mənzilin hansı tərəfə baxdığı göstərilməmişdir. İşdən və qətnamələrdən məlum olmur ki, ümumiyyətlə, həmin binada (binalarda) 477 kv.m. sahəyə malik mənzilin mövcudluğu nəzərdə tutulmuşdurmu. Birinci instansiya məhkəməsi iddianı “İddiaçı MMC tərəfindən ünvan 5 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 477 kv.m. yeni təmirli mənzil Cavabdeh1 mülkiyyətinə verilsin.” qaydasında təmin etməklə mənzilin Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında olduğuna işarə etmiş, lakin apellyasi ya instansiyası məhkəməsi qətnaməsində bu nəticəni dolayısıyla təkzib edərək, iddiaçının cavabdehə cəmi sahəsi 477 (119+179+179) kv.m. olan 3 mənzil təklif etdiyini, bu mənzillərin isə ayı-ayrı ünvan (küçə) və binalarda yerləşdiyini göstərmişdir. Bu da o deməkdir ki, birinci instansiya məhkəməsi bu xüsusata diqqət yetirmədən və cavabdehin əmlakının ədalətli kompensasiyasına təsirini nəzərə almadan iddianı olduğu kimi təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi cavabdehə verilən əvəzin aydın, müəyyən və ədalətli olduğunu lazımi qaydada araşdırmamış, iş üzrə əhəmiyyət kəsb edən həmin hala hüquqi qiymət verməmişdir. Bu baxımdan, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, mövcud vəziyyətdə cavabdehə əvəz kimi verilən əmlakın əlamətləri konkret şə kildə fərdiləşdirilmədiyindən, bu məzmunda çıxarılmış qətnamə tikinti şirkətinin vəzifələrini dəqiq müəyyən edən, kompensasiyanın ədalətli olubolmamasınımüəyyənləşdirməyə imkan verən, habelə mülkiyyətinə müdaxilə olunan cavabdehin hüquqlarının real bərpasını təmin edən məhkəmə aktı hesab edilə bilməz. Kompensasiya kimi cavabdehə verilən əmlakın əlamətlərinin konkret şəkildə fərdiləşdirilməməsi, eyni zamanda, həmin məhkəmə qətnaməsinin vaxtında və düzgün icra olunmamasına səbəb ola, bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edə bilər.

33. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 43, 60, 129-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvens iyanın 6-cı, Həmin konvensiyanın 1 saylı protokolunun 1-ci, Mülki Məcəlləsinin 6.1, 6.1.4, 152.1, 152.5-ci, Mənzil Məcəlləsinin 2.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 222.1, 407.2, 416.1, 416.2, 417.1, 418.1, 418.2, 418.3, 418.6-cı maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “X11 və X1rşı” xx.xx.2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. d)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

34. Bakı Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-688/2024 nömrəli iş üzrə 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X21 (məruzəçi), X10 və X15) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-611/2022 nömrəli iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə, yəni "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 150 a saylı evin, 8 yaşayış otaqlı, 1 saylı mənzilinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında Cavabdeh1 Yusuf oğlunun mülkiyyətinə “255 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin verilməsi” hissəsində dəyişdirilmiş və cavabdeh tərəfə verilməli olan müvafiq yaşayış binasının 6-cı blokunun 3-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 3-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 4-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi yaşayış binasının (kompleksinin) həyətinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 4-cü mə rtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi yaşayış binasının (kompleksinin) həyətinə baxan ümumi sahəsi 82.3 kv.m olan 2 otaqlı (qalan 5 kv.metr sahəyə isə 1 kv.metri 2000 manat olmaqla 10.000 (on min) manat məbləğində kompensasiyanın Cavabdeh1 verilməsi şərti ilə) təmirli yeni mənzillər kimi müəyyən edilməsi qət edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfə onlara məxsus müvafiq yaşayış sahəsinin sökülməsi müqavilində verilməli olan yeni, təmirli yaşayış sahəsinin ölçüsü - 477 m2 təşkil edir və həmin sahə ədalətli əvəzi (kompensasiya) kimi qəbul edilməlidir. Belə ki, kassasiya instansiyası məhkəməsi də öz qərarında qeyd edilən sahənin ölçüsü ilə bağlı hər hansı fərqli mövqe sərg iləməmiş, bununla razılaşmışdır. Lakin kassasiya instansiyasının göstərişlərinə görə cavabdeh tərəfə sökülən evin müqabilində verilməli olan 477 m2 yaşayış sahəsinin fərdi göstəriciləri (yəni, mənzilin hansı ünvanda, hansı mərtəbədə yerləşməsi, neçə otaqlı olması və s.) dəqiqləşdirilməlidir. Çünki qeyri-müəyyən mənzilin verilməsinin göstərilməsi qətnamənin icrası mərhələsində cavabdehə veriləcək yeni mənzilin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə və sonuncunun hüquqlarının pozulmasına səbəb ola bilər. Kassasiya instansiyasının qeyd edilən göstərişlərinin icrası istiqamətində iddiaçıdan bir daha cavabdeh tərəfə sökülən evin müqabilində verilməli olan 477 m2 yaşayış sahəsinin fərdi göstəricilərinin dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçının nümayəndələri tərəfindən məhkəməyə Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 3-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 3-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 4-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi yaşayış binası nın (kompleksinin) həyətinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 4-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi yaşayış binasının (kompleksinin) həyətinə baxan ümumi sahəsi 82.3 kv.m olan 2 otaqlı təmirli yeni mənzillərin Cavabdeh1 mülkiyyətinə verilməsi, qalan 5 kv.metr sahəyə isə 1 kv.metri 2000 manat olmaqla 10000 manat məbləğində kompensasiyanın Cavabdeh1 verilməsinin mümkün olması barədə ərizə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı 477 m2 sahəyə uyğun olan cavabdeh tərəfə məxsus yaşayış sahəsinin yerində (Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 150a saylı evin, 8 yaşayış otaqlı, 1 saylı mənzilinin) inşa olunacaq çoxmərtəbəli yaşayış binasından 4 ədəd mənzil, o cümlədən qalan sahə ilə bağlı kompensasiya məbləği təklif etməklə, onların göstəricilərini dəqiqləşdirmişdir.

36. Cavabdeh tərəf hər bir halda apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etsə də, məhkəmə kollegiyası cavabdeh tərəfin etirazı ilə razılaşmayaraq, bir daha qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehin analoji dəlillərinə artıq hüquqi qiymət verilərək rədd edilmiş, bu səbəbdən də kassasiya instansiyası cavabdehin şikayətini qismən təmin edərək, yalnız yuxarıda qeyd edilən müvafiq halların dəqiqləşdirilməsini zəruri hesab etmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12, 13, 29, 43-cü, Mülki Məcə lləsinin 5.3, 6.3, 15, 152.1, 152.6, 157.8, 180.1, 560.1, 560.2-ci, Mənzil Məcəlləsinin 3.1, 28.1, 28.3, 28.4-cü, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 384.0.3, 420-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X8rşı” və “X3rşı” işləri üzrə qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MənzilTikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri b)Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh7 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün istinad edilən əsas Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 4 mart 2020-ci il tarixli 51 nömrəli sərəncamıdır. Həmin sərəncama əsasən Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında 17 aprel 2020-ci il tarixli torpaq icarə müqaviləsi bağlansa da, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmamışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən çıxarışdan görünür ki mübahisəli daşınmaz əmlak Cavabdeh7 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət r eyestrində qeydə alınmışdır. Qanunvericiliyin tələbinə əsasən torpaq sahəsi üzərində sərəncam verilməsi, o cümlədən sahənin icarəyə, istifadəyə verilməsi yalnız onun mülkiyyətçisinin iradə ifadəsi əsasında mümkündür. Hazırkı mübahisə üzrə də torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh7 olduğundan Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında 17 aprel 2020-ci il tarixli torpaq icarə müqaviləsi bu torpaq sahəsinə aid oluna bilməz. Əgər sərəncamın 2.5-ci bəndinə əsasən icarə müqaviləsinə əsasən yaranmış icarə hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınarsa, məhz hazırkı mübahisənin predmeti olan torpaq sahəsinə münasibətdə bu hüququn qeydə alınması mümkünsüzdür. Çünki artıq həmin torpaq sahəsi üzərində Cavabdeh7 mülkiyyət hüququ qeydə alınmışdır. Mülki qanunvericiliyin mülki hüquq s ubyektlərinin bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilələr azadlığı prinsipləri çərçivəsində iddiaçı yalnız cavabdehlərlə razılıq əldə edərək müqavilə bağladıqdan sonra həmin sərəncamdan irəli gələn hüquqlarını həyata keçirə bilər. Bundan başqa, məhkəmə iclasında kompensasiyanın ödənilməsi imkanı da araşdırılmış, lakin iddiaçının nümayəndəsi iddiaçı tərəfindən binaların tikintisi başlamadığından satış həyata keçirilmədiyinə görə kompensasiya verilməsinin mümkün olmadığını bildirmişdir. Apelyasiya instansiya məhkəməsi qətnaməsində iddianın təmin olunması üçün əsaslardan biri kimi mübahisə predmeti olan evin qəzalı vəziyyətdə olmasına istinad edərək gəldiyi nəticəni bu xüsusatla bağlı normalarla, plenum qərarları ilə əsaslandırmışdır. Lakin evin həqiqətən də qəzalı vəziyyətdə olmas ını təsdiq edən hər hansı bir rəy və ya digər sübut iş materiallarında mövcud deyildir. Ona görə də bu xüsusat əsassız hesab edilməlidir. Mülkiyyət hüququna xitam verilməsinin əsasları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarında öz əksini tapsa da, hazırkı iş üzrə həmin hallardan heç biri mövcud deyildir. Həmçinin qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya baxışının həddlərini də düzgün müəyyən etməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərkən, göstərişləri yalnız cavabdeh tərəfə sökülən evin müqabilində verilməli olan 260,88 m2 yaşayış sahəsinin fərdi göstəricilərinin (yəni, mənzilin hansı ünvanda, hansı mərtəbədə yerləşməsi, neçə otaqlı olması və s.) dəqiqləşdirilmə si istiqamətində olmuş, cavabdehin kassasiya şikayətinin digər dəlilləri ilə razılaşmamışdır. Bu səbəbdən də hazırkı apellyasiya baxışının həddi məhz qeyd edilən hallarla bağlıdır. Lakin apelyasiya instansiyası Ali Məhkəmə tərəfindən belə göstərişin verilməsi qənaətinə gəlməsinin səbəbini göstərməmişdir. Nəzərə çatdırırıq ki, iddiaçı tərəfindən təklif edilən kompensasiya yeni tikiləcək binada yəni mövcud olmayan, gələcəkdə mövcud olacağı qeyri müəyyən olan və hal hazırda hər hansı kompensasitiv mahiyyəti və mənası olmayan mənzilin verilməsindən ibarətdir (nəzərə alsaq ki həmin kompensasiyanın hələ gələcəkdə cavabdehə verilməsi nəzərdə tutulmuşdur).Yəni real olaraq hazırkı vəziyyətdə hər hansı kompensasiya ödənilməsi halı mövcud deyil. Kompensasiyanın gələcəkdə ödənilməsi nəzərdə tutulurki həmin təklif ədalətlilik prinsipi ilə uzlaşa bilməz. Həmçinin nəzərə alınmalıdır ki, kompensasiya kimi veriləcək əmlakın mövcudluğu sadə bir ərizə ilə müəyyən edilə bilməz. Belə ki həmin mənzilin yerləşəcəyi binanın ŞTM-ya uyğun tikinti layihəsi olmalıdır. Ümumiyyətlə tikinti layihəsində həmin blokun, girişin və mənzilin mövcud olduğu öz əksini tapmalıdır. Ərizəylə gələcəkdə bu tipli tikintinin mövcudluğu təsdiq edilə bilməz. Çünki həmin halı təsdiq edən sənəd tikinti layihəsidir. Məhkəməyə yalnız iddiaçı tərəfdən sadə eskiz layihə təqdim edilib ki, eskiz layihə ilə həmin tikilinin inşası nəzərdə tutula bilməz və ümumiyyətlə eskiz layihə ŞTM-nın tələbində öz əksini tapmır. Apelyasiya məhkəməsi mülkiyyətdə olan yaşayış evinin hazır vəziyyətdə təhvil verilməsi müqabilində gələcəkdə tikiləc əyi ehtimal edilən və nəzərdə tutulan və hazırda real olaraq ödənilməyən kompensasiyasını ədalətli hesab edərkən bu ədalətliliyin hansı meyarlarla müəyyən edildiyini göstərməmişdir. Hüquqlardan sui-istifadəyə dair cavabdehə qarşı tələb irəli sürülsədə burada açıq və aşkar şəkildə görünür ki hüquqlardan sui-istifadə edən tərəf yalnız iddiaçıdır. Apelyasiya instansiyası məhkəməsi sərəncamda cavabdehə məxsus ünvana dair hər hansı göstərişin olmaması məsələsinə də aydınlıq gətirməmiş, bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Belə ki sərəncamda BŞİH aparatın rəhbəri tərəfindən verilən məktubda həmin ərazisinin mövcudluğu öz əksini tapsa da, məhkəmə nəzərə almamışdır ki sərəncamda mövcud olmayan bir əraziyə dair münasibət məktubla deyil yalnız sərəncamda dəyişiklik etməklə mövcud ola bilər. Həmin səlahiyyət isə aparat rəhbərinə deyil sərəncamı vermək səlahiyyəti olan şəxsə məxsusdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası II.

41. Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər;

42. Maddə

29. Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə b irlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur;

43. Maddə

43. Mənzil hüququ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz;

44. Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatıİ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

45. Maddə

129. Məhkəmə qərarları və onların icrası İİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

46. Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

47. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitə si ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol

48. Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 6.1. Mülki qan unvericiliyin prinsipləri aşağıdakılardır:6.1.4. mülkiyyətin toxunulmazlığı;

50. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

51. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

52. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

53. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yeri nə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

57. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxla nılmalı və qiymətləndirilməlidir;

58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;

62. Maddə 416.2. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır;

63. Maddə418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

64. Maddə

420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixl i qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı 65. “O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar.

66. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsin in mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.” Kassasiya baxışının hədləri

67. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh7 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

69. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillər inə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

70. Cavabdeh7 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rədd olunması üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

71. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, cavabdehlərə məxsus müvafiq yaşayış sahəsinin sökülməsi müqabilində verilməli olan yeni, təmirli yaşayış sahəsinin ölçüsü - 477 m2 təşkil edir və həmin sahə ədalətli əvəz (kompensasiya) kimi qəbul edilməlidir.

72. Hazırda tərəflər arasında mübahisələndirilən sahənin öl çüsü ilə bağlı hər hansı fərqli mövqe yoxdur, iddiaçı sökülən evə görə cavabdehlərə təklif edilən yaşayış sahəsinin ədalətli olduğunu iddia edir, cavabdehlər isə iddiaçı tərəfindən təklif edilən sahənin ədalətli kompensasiya olmadığını göstərib iddiaya etiraz etmişlər.

73. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərə sökülməli olan evin müqabilində düzgün olaraq sahəsi 477 m2 olan yaşayış sahəsi versə də, həmin yaşayış sahəsinin fərdi göstəricilərini (yəni, mənzilin hansı ünvanda, hansı mərtəbədə yerləşməsini, neçə otaqdan ibarət olmasını və sair) dəqiqləşdirməmişdir.

74. İddiaçının nümayəndələri tərəfindən məhkəməyə Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbə li yaşayış binasının 6-cı blokunun 3-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 3-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 4-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi yaşayış binasının (kompleksinin) həyətinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəh əri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 4-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi yaşayış binasının (kompleksinin) həyətinə baxan ümumi sahəsi 82.3 kv.m olan 2 otaqlı təmirli yeni mənzillərin Cavabdeh1 mülkiyyətinə verilməsi, qalan 5 kv.metr sahəyə isə 1 kv.metri 2.000 manat olmaqla 10.000 manat məbləğində kompensasiyanın Cavabdeh1 verilməsinin mümkün olması barədə ərizə təqdim etmişdir.

75. Göründüyü kimi iddiaçı 477 m2 sahəyə uyğun olan cavabdeh tərəfə məxsus yaşayış sahəsinin yerində (Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 150a saylı evin, 8 yaşayış otaqlı, 1 saylı mənzilinin) inşa olunacaq çoxmərtəbəli yaşayış binasından 4 ədəd mənzil, o cümlədən qalan sahə ilə bağlı kompensasiya məbləği təklif etməklə, onların göstəricilərini dəqiqləşdirmişdir.

76. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi Cavabdeh7 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mülki iş materiallarına tam uyğundur və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, Cavabdeh7 oğlunun kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MP M-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh7 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(103)-688/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar