Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2923/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Yusuf oğluna və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qanuni və mütənasib müdaxilə, qəzalı vəziyyətdə olan mənzilin sökülməsi, ədalətli kompensasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Yusuf oğluna, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı cavabdehlərin mübahisəli fərdi yaşayış evi (mənzil) üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, onl arın fərdi yaşayış evindən (mənzildən) çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında yeni mənzilin mülkiyyətə verilməsi və yeni çoxmərtəbəli yaşayış binası tikilənədək kirayə haqqının ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1502/2023 nömrəli iş üzrə 10 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh7 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktuba görə, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X7 və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən 4,50 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə İddiaçı MMC-yə ayrılmasına rəy bildirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə İddiaçı MMC-yə ayrılmasına etiraz etmirlər.
2. Bakı Şəhəri Nəs imi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 51 nömrəli sərəncamına əsasən, İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli,09 nömrəli müraciətini, Nəsimi RİH-in xx.xx.2019-cu il tarixli 1-1092 nömrəli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli **********46 nömrəli və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-510 nömrəli razılıq məktublarını nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri- yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara) habelə müfəssəl planın hzırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Y.Çəmənzəminli, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksinə (sifarişçi İddiaçı MMC; layihəçi Bakı Dövlət Layihə İnstitutu) dair tərtib olunmuş şəhərsalma əsaslandırılmalı təsdiq edilmişdir.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən, Bakı şəhəri Nəsimi rayonu Y.V.Çəmənz əminli, C.Məmmədquluzadə, S.Rəhman və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. Yaşayış evlərinin yükdaşıyan konstruksiyalarında yaranmış hazırkı texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. 5. 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2 saylı forma üzrə arayışa göə, Cavabdeh1 Yusuf oğlu, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X9 Bakı şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən 150a nömrəli evdə qeydiyyatdadırlar.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yerləşən 150a nömrəli evin ümumi sahəsi 262,1 kv.m, yaşayış sahəsi 150,3 kv.m, yardımçı sahəsi 111,8 kv.m. olan 8 yaşayış otaqlı 1 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 Yusuf oğlunun mülkiyyətindədir. 7. "xxxx" MMC tərəfindən verilmiş mənzilin qiymətləndirilməsi haqqında mütəxəssis rəyinə görə, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yerləşən 150A nömrəli evin faktiki sahəsi 416,5 kv.m. olan 1 saylı mənzilinin hazırkı bazar dəyəri 630.000 manat məbləğdə müəyyən olunmuşdur.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/808 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, Cavabdeh1 Yusuf oğluna məxsus ünvan 3 nömrəli evin 1 nömrəli mənzilinin texniki pasportda göstərilən, çıxarışa əsas ən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi 262,1 kv.m, yaşayış sahəsi 150,3 kv.m, yardımçı sahəsi 111,8 kv.m. və həmin yaşayış evinin faktiki ümumi sahəsi 369,09 kv.m, o cümlədən yaşayış sahəsinin 212,76 kv.m, yardımçı sahəsinin 156,33 kv.m. təşkil etdiyini nəzərə alaraq, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi ilə faktiki istifadəsində olan sahənin arasında fərqlilik təşkil edir. Yaşayış evinin faktiki ümumi sahəsi çıxarışa əsasən müəyyən edilmiş sahədən 106,99 kv.m. (369,09262,1 kv.m.) çox, o cümlədən, yaşayış sahəsi 62,46 kv.m. (212,76-150,3 kv.m.) və yardımçı sahəsi 44,53 kv.m. (156,33-111,8) çox təşkil etmişdir.
9. Cavabdeh1 Yusuf oğlunun sifarişinə əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli daşı nmaz əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyinə görə, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 150a-da yerləşən 8 otaqlı 1 saylı yaşayış sahəsinin xx.xx.2022-ci il tarixə olan bazar qiyməti 1.665.000 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli fərdi yaşayış evinin (mənzilin) üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, onların fərdi yaşayış evindən (mənzildən) çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, MMC tərəfindən həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 477 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış b inası tikilənədək MMC tərəfindən Cavabdeh1 hər ay 800 manat məbləğdə kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-611/2022 nömrəli iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyinə əsasən Cavabdeh1 Yusuf oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 150a saylı evin 1 nömrəli mənzilin texniki pasportda göstərilən, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi 262,1 kv.m. yaşayış sahəsi 150,3 kv.m., yardımçı sahəsi 111,8 kv.m. və həmin yaşayış evinin faktiki ümumi sahəsi 369,09 kv.m., o cümlədən yaşayış sahəsi 212,76 kv.m., yardımçı sahəsi 156,33 kv.m. təşkil etdiyini nəzərə alaraq, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi ilə faktiki istifadəsində olan sahənin arasında fərqlilik təşkil edir. Yaşayış evinin faktiki ümumi sahəsi çıxarışa əsasən müəyyən edilmiş sahədən 106,99 kv.m. (369,09-262,1 kv.m.) çox, o cümlədən yaşayış sahəsi 62,46 kv.m. (212,76-150,3 kv.m.) və yardımçı sahəsi 44,53 kv.m. (156,33-111,8) çox təşkil etmişdir. Məhkəmə digər faktiki sahə ilə bağlı heç bir hüquqi sənəd olmadığından, əsasəndə qanuni sahib olmadığından, digər faktiki sahədə istifadə yalnız özbaşına olduğundan, məhkəmə ədalət prinsipini, həmçinin Konstitusiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azər baycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarındakı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, qeydiyyatdan keçmiş əmlakdan qeydiyyatdan keçməmiş əmlak barədə kompensasiya miqdarı eyni ola bilməz.... Bu halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çıxarışlı sahə ilə bağlı əlavə 20 faiz artımın verilməsi, digər qanunsuz sahiblikdə olan sahəyə isə əlavə 20 faiz artımın verilməməsi yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olmuşdur. Məhkəmə həmçinin, cavabdehin nümayəndəsi və vəkilinin təkrar ekspertizanın keçirilməsi barədə vəsatətə münasibətdə qeyd edir ki, vəsatət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, vəsatətdə qaldırılan 4 məsə lənin birinci hissəsi ilə bağlı mübahisəli 56 kv.m olan və ekspertiza rəyində 1-ci mərtəbədə qeyd edilməyən sahə daha sonradan iddiaçı tərəfindən etiraf olunaraq iddia həcminin artırılması barədə ərizədə öz əksini tapmışdır. Vəsatətin 2-ci hissəsi isə 12,7 kv.m sahənin qeyd edilməməsi isə, tərəflərin mübahisəsiz halı olmuş, çıxarışda öz əksini tapmış və iddiaçı tərəfindən çıxarışla qeyd olunan 262 kv.m sahə onsuzda mübahisələndirilməmişdir. Vəsatətin 3-cü hissəsi isə 2-ci mərtəbədəki qeyd edilməyən 30 kv.m terras Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin müvafiq yekun rəyində öz əksini 2-ci mərtəbənin sxemindəki 8-ci bəndə göstərilmişdir. Vəsatətin son hissəsi isə divar altı sahələrin rəydə öz əksini tapmaması olmuşdur ki, Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin müvafiq yekun rəyində bu hiss əyə də qiymət verilərək ölçülərin aparılmasında divar altı sahələrində nəzərə alınması qeyd edilmişdir. Belə ki, İddiaçı MMC-nın cavabdehə öz əvvəlki mənzilin yerinə yeni, təmirli, əlavə sahə ölçülərini əlavə edilməklə (262+ 20% (çıxarışlı sahə) + 163 (faktiki sahə) kv.m-li mənzillə təmin edilməsi hazırki cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması deyildir (mülkiyyətçi mənzilinin kompensasiya verilməklə sökülməsinə razıdır).... Məhkəmə cavabdehlərə yeni sahə verilənədək aylıq 800 manat əmlak kirayə haqqı verilməsi tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təklif olunan aylıq əmlak kirayə haqqısı ağlabatandır və hazırki bazar qiymətlərinin tələblərinə cavab verir.” b) Apellyasiya instansiyası m əhkəməsində icraat
13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh7 ondan apellyasiya şikayəti vermişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1502/2023 nömrəli iş üzrə 10 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdıyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Cavabdehin apellyasiya şikayəti ilə mübahisələndirdiyi birinci məqam ondan ibarətdir ki, binanın həqiqətən dövlət tərəfindən tənzimlənən pilot layihələr əsasında tikilib- tikilmədiyi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, dövlət mülkiyyətind ə olan 4,2258 ha torpaq sahəsinin dövlətin adından çıxış edən Bakı Şəhər İcr Hakimiyyətinin 04 mart 2020-ci il tarixli sərəncamı ilə şəhərin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə iddiaçının icarəsinə verilməsi iş materialları ilə öz təsdiqini tapır. Yəni, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malikdir və inşa olunacaq binanın pilot layihə əsasında inşa olunmaması iddianın rədd olunması üçün əsas ola bilməz. Cavabdehin şərti ondan ibarətdir ki, iddiaçı tərəfindən müəyyən edilmiş 20% əlavə yaşayış sahəsinin faktik sahəsi 416,5 kv.m. sahəyə münasibətdə hesablanıb 499,8 kv.m sahəyə malik mənzillə təmin edilməlidirlər. Bu dəlilə müna sibətdə məhkəmə kollegiyası qeyd edir ki, 20% əlavənin yalnız mülkiyyət hüququ ilə cavabdehə məxsus, dövlət qeydiyyatına alınmış yaşayış sahəsinə münasibətdə müəyyən edilməsi ədalətlidir. Bu həm də Konstitusiya Məhkəməsi Plenumun yuxarıda adı çəkilən qərarındakı hüquqi mövqeyə də uyğundur. Bundan başqa, məhkəmə iclasında kompensasiyanın ödənilməsi imkanı da araşdırılmış, lakin iddiaçının nümayəndəsi "xxxx" MMC tərəfindən binaların tikintisi başlamadığından satış həyata keçirilmədiyinə görə kompensasiya verilməsinin mümkün olmadığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında təklif olunan sahəyə müvafiq mənzilin olub – olmaması imkanı da nəzərdən keçrilmiş və tikiləcək çoxmərtəbəli yaşayış binanın Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binas ının 4-cü blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 119 kv.m olan 3 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 9 B blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 179 kv.m olan 4 otaqlı, və Bakı şəhəri Nəsimi rayonu, N.Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 8 B blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 179 kv.m olan 4 otaqlı təmirli yeni mənzillərin Cavabdeh1 mülkiyyətinə verilməsinin mümkün olması barədə iddiaçı tərəfindən ərizə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehlərə məxsus fərdi yaşayış evinin əvəzində tikiləcək çoxmərtəbəli yaşayış binasında təmirli yeni mənzilin sahəsinin 477 kv.m olması barədə gəldiyi nəticə ədalətlidir. Belə ki, ekspert rəyinə əsasə n Cavabdeh1 Yusuf oğluna məxsus texniki pasportda göstərilən, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi 262,1 kv.m, faktiki ümumi sahəsi 369,09 kv.m təşkil etməsi nəzərə alınmış, mülkiyyət hüququ qeydə alınmış hissədə 20% əlavə olunmuş, qalan hissənin isə özbaşına tikili olmağına baxmayaraq həmin sahənin əvəzi də nəzərə alınmışdır. Məhkəmə araşdırması zamanı tərəflər arasında razılığın əldə edilməsi məsələsi müzakirə olunarkən digər Cavabdeh1 İddiaçı MMC tərəfindən təklif olunan 477 kv.m sahəsi olan mənzilin onları qane etmədiyni, söküləcək yaşayış sahəsinin əvəzində 440000 manat və əlavə olaraq 2 ədəd sahəsi 119 kv.m olan mənzil, 1 ədəd 2 otaqlı və 1 ədəd 1 otaqlı olmaqla ümumilikdə 4 mənzil verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edi r ki, cavabdehlərin bu mövqeyi hüquqdan sui – istifadə halıdır. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, apellyator - yəni, Cavabdeh7 yaşayış sahəsinin mülkiyyətçisi deyildir və həmin dəlillər onun tərəfindən mübahisələndirilə bilməz.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh7 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdehlərin mülkiyyətlərində olan fərdi yaşayış evi ilə bağlı müəyyən olunmuş məbləğ fərdi yaşayış evinin faktiki sahəsinə, əvəzləşdirmə üçün müəyyən olunmuş məbləğ isə da şınmaz əmlakın real bazar qiymətlərinə uyğun gəlmir. Binanın həqiqətən dövlət tərəfindən tənzimlənən pilot layihələr əsasında tikilib-tikilmədiyi müəyyən edilməmişdir. Yəni, cavabdehin öz mülkiyyətindən məhrum edilməsi ictimai maraqlar əsasında sökülüb, yoxsa cavabdeh özünü müvafiq Sərəncamın təsir dairəsinə düşən bir tender səlahiyyətlisi kimi təqdim edib-etmədiyi kimi hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə tərəfindən iş hərtərəfli, düzgün və obyektiv araşdırılmamışdır. İlk növbədə iddiaçının subyektiv hüququ məsələsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, iddiaçının iddiasının əsasını təşkil edən sərəncamın bəndləri məhkəmə tərəfindən araşdırılmamışdır. Həmin sərəncamın 2.4-cü bəndinə əsasən sifarişçinin Bakı Şəhər İcra Hakimiyyəti nəzdində İnterservis Müdiriyyət i ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasının təmin edilib-edilməməsi barədə nə mülki iş materiallarında hər hansı bir icarə müqaviləsi əlavə edilməmiş və məhkəmə tərəfindən həmin hal müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsi n mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur; Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 21. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınm aqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azadd ırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün ə həmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyası nın 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət e tməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olu nmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərar: “O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ə dalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.” Avropa İnsan Hüquqları Məhkəməsinin “X6 və X1rşı” xx.xx.2019-cu il tarixli Qərarı: “Müdaxilənin uyğunluğu cəmiyy ətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. Heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir (Volçkova və Mironov işi, §§125-126). Onların ifadə etdikləri yeganə uyğunsuzluq mərtəbədə, hər bir otağın sahəsi, balkonların olmaması və divar şkafları ilə bağlı yeni mənzilin köhnə ilə identik olmaması idi. Bununla belə, nə Moskva şəhər hökumətinin qərarı (§36), nə də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi identik mənzilə köçürülmə və yerləşməyə təminat vermir. Bundan başqa, ərizəçilər həmin binada 2014-cü ilə qədər, yəni bina sökülənə kimi yaşamışlar, onlar bu gecikən sökülmə fakto rundan da yararlanmışlar. Nəhayət, 23 aprel 2010-cu il tarixli qərarın icra edilməsi qaydalarına gəlincə, məhkəmə hesab edir ki, bu şikayət təkcə gecikməklə qalmayıb. Çünki ilk dəfə 01 avqust 2017-ci ildə qaldırılıb (§27), həm də və xüsusən qərarın icra qaydası ərizəçilərin mülkiyyət hüququnun güzəşt edilməsindən və onlara bunun əvəzində yeni mənzilin verilməsindən asılı deyil. Yekun olaraq, məhkəmə təsdiq etmişdir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir. Məhkəmə hesab edir ki, tədbir mütənasib və uyğundur.”
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd
1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır; Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Bənd 6.8. Qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir; Bənd
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Bənd
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tə tbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 nömrəli Qərardadı: Bənd
24. Qanunvericiliyin bu tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair qərarında əks olunmuş hüquqi mövqeyi baxımından məhkəmə tərkibi bildirir ki, kassasiya icraatı qaydasında məhkəmə aktınınyoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qaydasında məhkəmənin yoxlaması, prosessual normalara riayət edilməsi istisna olmaqla, şikayətdə irəli sürülmüş dəlillərin həddi ilə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəli lə verilmiş hüquqi qiymətdən asılı olmamaqla “iura novit curia” - “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilibedilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, kassasiya məhkəməsi qətnaməni bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 418.4.1-418.4.3-cü və 418.4.6-418.4.9-cu ma ddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, apelyasiya icraatında olduğu kimi, kassasiya icraatında da digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin apelyasiya icraatı qaydasında mübahisələndirilməyən hissəsində yoxlanılması, tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından, qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
32. İlk olaraq, mübahisə, cavabdehə məxsus mənzilə mülkiyyət hüquqları və onun itirilməsi ilə bağlı olduğu üçün mülkiyyət hüququ və ona müdaxilə imkanları, bu çərçivədə tərəflərin öhdəlikləri nəzərdən keçirilməlidir.
33. Bu kontekstdə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mü lkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər (§19).
34. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyət indən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır (§21). 35. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və aza dlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.
36. Mülki Məcəlləyə görə mü lkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (§22).
37. Göründüyü kimi, mülkiyyət hüququ Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyərdir. Eyni z amanda, bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Qanunvericiliklə mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın tənzimlənmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün mülkiyyət hüququna müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir.
38. Hazırkı işdə iddiaçının sökülməsini tələb etdiyi mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququnun qeydə alınması işin mübahisəsiz halıdır.
39. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş digər hallarına görə isə, Bakı ŞİH başçısının xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Nəsimi RİH-in, X2 Təşkili üzrə Dövlət Agentliyinin və Dövlət Şəhərsalma və Arxitektur a Komitəsinin razılıq məktubları nəzərə alınaraq, mübahisəli mənzilin yerləşdiyi Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində ) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsini və yaşayış sahələri verilənədək otaqların sayından asılı olaraq kirayə haqlarını ödəməyi öhdəsinə götürmüşdür.
40. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququna müdaxilənin mümkünlüyünü nəzərdə tutan aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən, qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yeniləri inşa edilməklə, mülkiyyət hüququn un kompensasiyası mümkündür.
41. Bununla yanaşı, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü zərərin tam şəkildə qarşılanması başa düşülür.
42. Məlum olduğu kimi, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsi n adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (§22).
43. Bu mənada, hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələrin qətnamələrindən cavabdehə dəyən zərərin ədalətli şəkildə kompensasiya edildiyini müəyyən etmək mümkün olmur. Belə ki, birinci instansiya məhkəməsinin apellyasiya instansiyasl məhkəməsinin qətnaməsi ilə qüvvədə saxlanılan qətnaməsində mənzilinin sökülməsi əvəzində cavabdehə İddiaçı MMC tərəfindən ünvan 3 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 477 kv.m. yeni təmirli mənzilin verilməsi qət olunmuş, lakin həmin mənzilin inşa ediləcək hansı binada (tikinti ilə bağlı iş materiallarında rəsmi sənədlərdə yaşayış binalarından bəhs olunur), hansı girişdə, hansı mərtəbədə olması, mənzilin hansı tərəfə baxdığı göstərilməmişdir. İşdən və qətnamələrdən məlum olmur ki, ümumiyyətlə, həmin binada (binalarda) 477 kv.m. sahəyə malik mənzilin mövcudluğu nəzərdə tutulmuşdurmu.
44. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd edilən məsələyə “Həmçinin, məhkəmə iclasında təklif olunan sahəyə müvafiq mənzilin olub - olmaması imkanı da nəzərdən keçrilmiş və tikiləcək çoxmərtəbəli yaşayış binanın Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 4-cü blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 119 kv.m olan 3 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 9 B blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 179 kv.m olan 4 otaqlı, və Bakı şəhəri Nəsimi rayonu, N.Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 8 B blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 179 kv.m olan 4 otaqlı təmirli yeni mənzillərin Cavabdeh1 mülkiyyətinə verilməsinin mümkün olması barədə iddiaçı tərəfindən ərizə verilmişdir.” məzmunda münasibət bildirmişdir.
45. Sözügedən münasibətdən də aydın olur ki, birinci instansiya məhkəməsi iddianı “İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 150a ünanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 477 kv.m. yeni təmirli mənzil Cavabdeh1 mülkiyyətinə verilsin.” qaydada təmin etməklə mənzilin Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında olduğuna işarə etmiş, lakin apellyasiya instansiyası məhkəməsi qətnaməsində bu nəticəni dolayısıyla təkzib edərək, iddiaçının cavabdehə cəmi sahəsi 477 (119+179+179) kv.m. olan 3 mənzil təklif etdi yini, bu mənzillərin isə ayı-ayrı ünvan (küçə) və binalarda yerləşdiyini göstərmişdir.
46. Bu da o deməkdir ki, birinci instansiya məhkəməsi bu xüsusata diqqət yetirmədən və cavabdehin əmlakının ədalətli kompensasiyasına təsirini nəzərə almadan iddianı olduğu kimi təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi cavabdehə verilən əvəzin aydın, müəyyən və ədalətli olduğunu lazımi qaydada araşdırmamış, iş üzrə əhəmiyyət kəsb edən həmin hala hüquqi qiymət verməmişdir.
47. Bu baxımdan, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, mövcud vəziyyətdə cavabdehə əvəz kimi verilən əmlakın əlamətləri konkret şəkildə fərdiləşdirilmədiyindən, bu məzmunda çıxarılmış qətnamə tikinti şirkətinin vəzifələrini dəqiq müəyyən edən, kompensasiyanın ədalətli olub-olmaması nı müəyyənləşdirməyə imkan verən, habelə mülkiyyətinə müdaxilə olunan cavabdehin hüquqlarının real bərpasını təmin edən məhkəmə aktı hesab edilə bilməz.
48. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən, qətnamənin nəticə hissəsi baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır (§26).
49. Kompensasiya kimi cavabdehə verilən əmlakın əlamətlərinin konkret şəkildə fərdiləşdirilməməsi, eyni zamanda, həmin məhkəmə qətnaməsinin vaxtında və düzgün icra olunmamasına səbəb ola, bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edə bilər.
50. Belə ki, Konstitusiyanın 129-cu maddəsinin İ hissəsinə müvafiq olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
51. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərar).
52. İnsan Hüquqları üzrə Avropa Məh kəməsi də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasını Konvensiyanın 6-cı maddəsinin mənasına görə məhkəmə araşdırmasının ayrılmaz tərkib hissəsi hesab etmişdir (“Hornsbi Yunanıstana qarşı” iş üzrə xx.xx.1997-ci il tarixli, “Stanova Bolqarıstana qarşı” iş üzrə xx.xx.2017-ci il tarixli qərarlar).
53. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
54. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarda (§43 -47) müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
55. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
56. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1502/2023 nömrəli iş üzrə 10 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası mə hkəməsinə göndərilsin. Cavabdeh7 kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.