Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-688/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Yusuf oğluna və qeyrilərinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-688/2024 (Açar sözlər: mülkiyyətə qanuni və mütənasib müdaxilə, qəzalı vəziyyətdə olan mənzilin sökülməsi, ədalətli kompensasiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2, cavabdehlər Cavabdeh7, Cavabdeh1 Yusuf oğlu, Cavabdeh3 və Cavabdeh7 nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Yusuf oğluna, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı (X8 üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlərin mübahisəli fərdi yaşayış evi (mənzil) üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, onların fərdi yaşayış evindən (mənzildən) çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında yeni mənzilin mülkiyyətə verilməsi və yeni çoxmərtəbəli yaşayış binası tikilənədək kirayə haqqının ödənilməsi tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-611/2022 nömrəli iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh7 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 28 fevral 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 mülkiyyətində olan ünvan 3i rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 150a saylı evin, 8 yaşayış otaqlı, 1 saylı mənzilin ümumi sahəsi 262,1 kv.m., yaşayış sahəsi 150,3 kv.m., yardımçı sahəsi 111,8 kv.m. təşkil edir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alaraq ünvan 3i rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.
2. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMCyə həvalə edilmişdir. ünvan 3i rayonu, Y.Ə.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş yaşayış evləri və yaşayış evləri but daşlarından, mişarlanmış əhəng daşından, dam örtüklər taxta konstruksiyadan inşa edilmiş yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətindədir, həmin evlərdə binada təmir bərpa gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədə uyğun hesab edilmir, mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə mövcud şəhərsalma tələblərinə cavab vermir.
3. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 84-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar.
4. Lakin ünvan 1 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 262,1 kv.m. olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 Yusuf oğlu və istifadəçiləri digər cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli fərdi yaşayış evinin (mənzilin) üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, onların fərdi yaşayış evindən (mənzildən) çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, MMC tərəfindən həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 477 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək MMC tərəfindən Cavabdeh1 hər ay 800 manat məbləğdə kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alaraq ünvan 3i rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. ünvan 3i rayonu, Həsən Əliyev, Cəlil Məmmədquluzadə, Y.Ə.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş yaşayış evləri və yaşayış evləri but daşlarından, mişarlanmış əhəng daşından, dam örtüklər taxta konstruksiyadan inşa edilmiş yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətindədir, həmin evlərdə binada təmir bərpa gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədə uyğun hesab edilmir, mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə mövcud şəhərsalma tələblərinə cavab vermir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 84-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin ünvan 2 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 262,1 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 Yusuf oğlu və istifadəçiləri digər cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmırli mənzilləri qəbul etməkdən imtina etmişdilər. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Baxmayaraq ki, cavabdehin fərdi yaşayış evinin yanındakı ev sahibləri qeyd edilənlərin nəzərə alaraq mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmişdilər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehin qanuna zidd əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi cavabdehlər istismar müddəti bitmiş şəhərin görkəminə eybəcərlik gətirən fərdi yaşayış evlərinə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə öz qanuna zidd hərəkətlərini davam etdirməklə, faktiki olaraq iddiaçını şantaj edirlər. Mənzil Məcəlləsinin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı sərəncamda göstərilən tapşırıq və tələbləri olduğu kimi və ləyaqətlə yerinə yetirir. Bundan başqa iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin Bakı şəhərinin görkəminə uyğun olmayan köhnə tikililərin sökülərək yerində müasir tələblərə cavab verən binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki göstərişlərinə uyğun olaraq çox sürətlə həmin tələblər yerinə yetirilir. Həmçinin Bakı şəhərində olan görünüşləri müasir tələblərə cavab verməyən köhnə və qəzalı evlərin sökülməsi və yerində müasir binaların tikilməsi geniş vüsət almaqla Ali dövlət orqanlarının tələbləri yerinə yetirilir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlət birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi Ali dövlət orqanlarının tapşırıqlarının yerinə yetirilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərə cavab verən evlərlə təmin olunması və eyni zamanda da şəhərin görkəminin də gözəlləşdirilməsi deməkdir. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada əvəzinin bazar qiymətinə uyğun dəyərini ödəməyə və ya da mütənasib olaraq mənzilinin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus qəzalı və şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdeh fərdi yaşayış evinə mülkiyyət hüququnun olmasından sui-istifadə etməklə yanaşı yuxarıda qeyd edilən tələbləri kobud surətdə pozmaqla yanaşı Ali Dövlət orqanlarının Bakı şəhərinin müasir tələblərə cavab verən hala gətirilməsinin qarşısını almış olurlar. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 Yusuf oğlunun, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 va Cavabdeh6 ünvan 3i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, 1 saylı mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 Yusuf oğlunun, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 va Cavabdeh6 ünvan 3i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, 1 saylı mənzildən çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 3i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, 1 saylı mənzil ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 314.52 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 Yusuf oğlunun mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 800 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
7. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixli 10/808 saylı ekspert rəyinə əsasən Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 150a saylı evin 1 nömrəli mənzilin ümumi sahəsi çıxarışa əsasən müəyyən edilmiş sahədən 106,99 kv.m. (369.09- 262.1 kv.m.) çox, o cümlədən yaşayış sahəsi 62,46 kv.m. (212,76-150,3 kv.m.) və yardımçı sahəsi 44,53 kv.m. (156,33-111,8) təşkil edir. Buradan bəlli olur Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 150 a saylı evin, 1 nömrəli mənzilin 106,99 kv.m. özbaşına tikintidir. Beləliklə, xx.xx.2022-ci il tarixli, 10/808 saylı ekspert rəyindən bəlli olur ki, cavabdehlərə məxsus olan fərdi yaşayış evinin faktiki sahəsi 369,09 kv.m. təşkil edir. Belə olan halda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 Yusuf oğlunun, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Əhmədova (Quliyeva) Gülər Tanrıverdi qızının, Cavabdeh5 və Cavabdeh6 ünvan 3i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, mənzil 1 ünvanında yerləşən fərdi yaşayış evinin (mənzilin) üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 Yusuf oğlunun, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Əhmədova (Quliyeva) Gülər Tanrıverdi qızının, Cavabdeh5 və Cavabdeh6 ünvan 3i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, mənzil 1 ünvanında yerləşən fərdi yaşayış evindən (mənzildən) çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 3i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, mənzil 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 442,90 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 Yusuf oğlunun mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 Yusuf oğluna hər ay 800 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
8. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC-nin mütəxəssis rəyində göstərilmiş 55 kv.m. yaşayış sahsi xx.xx.2022-ci il tarixli 10/808 saylı ekspert rəyində göstərilməmişdir. "xxxx" MMC-nin mütəxəssis rəyində qeyd olunmuş 55 kv.m. yaşayış sahəsini və xx.xx.2022-ci il tarixli, 10/808 saylı ekspert rəyində göstərilmiş 106,99 kv.m. yaşayış sahəsinin nəzərə almaqla hesab edirlər ki, özbaşına tikinti sahəsi ümumilikdə 161,99 kv.m. təşkil edir. Belə olan halda, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Cavabdehin Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 150a saylı evin 1 nömrəli mənzilin çıxarışında qeyd olunmuş ümumi sahəsi 262,1 kv.m. təşkil edən sahəsinə 20% əlavə edilməklə 315 kv.m. və 162 kv.m. özbaşına tikinti sahəsini əlavə edilməklə cəmi 477 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 Yusuf oğlunun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Əhmədova (Quliyeva) Gülər Tanrıverdi qızının, Cavabdeh5 və Cavabdeh6 ünvan 3i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, mənzil 1 ünvanında yerləşən fərdi yaşayış evinin (mənzilin) üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Əhmədova (Quliyeva) Gülər Tanrıverdi qızının, Cavabdeh5 və Cavabdeh6 ünvan 3i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, mənzil 1 ünvanında yerləşən fərdi yaşayış evindən (mənzildən) çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 3i rayonu, C.Məmmədquluzadə küçəsi, ev 150 a, mənzil 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 477 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 Yusuf oğlunun mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 Yusuf oğluna hər ay 800 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-611/2022 nömrəli iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, 16, 180.3, 560.1, 560.2, 560.3.5.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 15-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh7 apellyasiya şikayəti və ona əlavə verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, qətnamə ilə razılaşmamalarının əsas səbəbi mülkiyyətlərində olan fərdi yaşayış evi ilə bağlı müəyyən olunmuş məbləğin fərdi yaşayış evinin faktiki sahəsinə uyğun gəlməməsin, həm də əvəzləşdirmə üçün müəyyən olunmuş məbləğin daşınmaz əmlakın real bazar qiymətlərinə uyğun gəlməməsidir. Binanın həqiqətən dövlət tərəfindən tənzimlənən pilot layihələr əsasında tikilib-tikilmədiyi müəyyən edilməmişdir. Yəni iddiaçının öz mülkiyyətindən məhrum edilməsi ictimai maraqlar əsasında sökülüb, yoxsa cavabdeh özünü müvafiq Sərəncamın təsir dairəsinə düşən bir tender səlahiyyətlisi kimi təqdim edib-etmədiyi kimi hallar məhkəmə tərəfindən araşdırılmamışdır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs statusunda cəlb edilməli olan Nəsimi RİH məhkəmə proseslərində iştirak etməli idi. Halbuki, məhkəmə cavabdehlərinin məhz Nəsimi rayonu sakini olması və onun üzləşəcəyi problemin birbaşa gələcəkdə Nəsimi rayonu icra hakimiyyətini əlaqədar edəcəyi kimi halları nəzərə almaqla 3-cü şəxsin iştirakının maksimal şəkildə təmin olunmasını təşkil etməli idi. İşlə bağlı həm özlərinin təşəbbüsü, həm də məhkəmənin təşəbbüsü ilə ekspertizalar keçirilmiş və hər bir ekspert və mütəxəssis rəyində göstərilən nəticə bir-birilə ziddiyyət təşkil etmişdir. Qətnamənin narazı qaldıqları hissəsi ondan ibarətdir ki, fərdi yaşayış sahəsinə 20% əlavə edilməklə hesablanmalı idi. Belə olan halda kompensasiya üçün hesablanmalı idi. Kompensasiya üçün nəzərdə tutulan məbləğ adekvat olmalıdır. Lakin fərdi yaşayış sahəsinin faktik sahəsi 416,5 kv.m. təşkil edir. Belə olan halda isə 416,5 kv.m sahəyə onun 20% əlavə edilərək adekvatlıq müəyyən olunmalı idi. Fərdi yaşayış evinə adekvat olacaq mülkiyyətə verilməli olan mənzilin faktik sahəsi 499,8 kv.m olmalıdır. Əlaqəli işlə bağlı inzibati mübahisəyə dair işin məhkəmə icraatında olduğu nəzərə alınsa, həmin inzibati mübahisəyə dair işin nəticəsini gözləmədən qətnamə qəbul edilməsi yolverilməzdir. Çünki inzibati mübahisəyə dair işin məhkəmə icraatının nəticəsi hazırkı iş üzrə preyudisial xarakter daşımalı idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1502/2023 nömrəli iş üzrə 10 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdıyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Cavabdehin apellyasiya şikayəti ilə mübahisələndirdiyi birinci məqam ondan ibarətdir ki, binanın həqiqətən dövlət tərəfindən tənzimlənən pilot layihələr əsasında tikilib- tikilmədiyi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, dövlət mülkiyyətində olan 4,2258 ha torpaq sahəsinin dövlətin adından çıxış edən Bakı Şəhər İcr Hakimiyyətinin 04 mart 2020-ci il tarixli sərəncamı ilə şəhərin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə iddiaçının icarəsinə verilməsi iş materialları ilə öz təsdiqini tapır. Yəni, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malikdir və inşa olunacaq binanın pilot layihə əsasında inşa olunmaması iddianın rədd olunması üçün əsas ola bilməz.
16. Cavabdehin şərti ondan ibarətdir ki, iddiaçı tərəfindən müəyyən edilmiş 20% əlavə yaşayış sahəsinin faktik sahəsi 416,5 kv.m. sahəyə münasibətdə hesablanıb 499,8 kv.m sahəyə malik mənzillə təmin edilməlidirlər. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 20% əlavənin yalnız mülkiyyət hüququ ilə cavabdehə məxsus, dövlət qeydiyyatına alınmış yaşayış sahəsinə münasibətdə müəyyən edilməsi ədalətlidir. Bu həm də Konstitusiya Məhkəməsi Plenumun yuxarıda adı çəkilən qərarındakı hüquqi mövqeyə də uyğundur.
17. Bundan başqa, məhkəmə iclasında kompensasiyanın ödənilməsi imkanı da araşdırılmış, lakin iddiaçının nümayəndəsi "xxxx" MMC tərəfindən binaların tikintisi başlamadığından satış həyata keçirilmədiyinə görə kompensasiya verilməsinin mümkün olmadığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında təklif olunan sahəyə müvafiq mənzilin olub – olmaması imkanı da nəzərdən keçrilmiş və tikiləcək çoxmərtəbəli yaşayış binanın Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 4-cü blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 119 kv.m olan 3 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 9 B blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 179 kv.m olan 4 otaqlı, və Bakı şəhəri Nəsimi rayonu, N.Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 8 B blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 179 kv.m olan 4 otaqlı təmirli yeni mənzillərin Cavabdeh1 mülkiyyətinə verilməsinin mümkün olması barədə iddiaçı tərəfindən ərizə verilmişdir.
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehlərə məxsus fərdi yaşayış evinin əvəzində tikiləcək çoxmərtəbəli yaşayış binasında təmirli yeni mənzilin sahəsinin 477 kv.m olması barədə gəldiyi nəticə ədalətlidir. Belə ki, ekspert rəyinə əsasən Cavabdeh1 Yusuf oğluna məxsus texniki pasportda göstərilən, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi 262,1 kv.m, faktiki ümumi sahəsi 369,09 kv.m təşkil etməsi nəzərə alınmış, mülkiyyət hüququ qeydə alınmış hissədə 20% əlavə olunmuş, qalan hissənin isə özbaşına tikili olmağına baxmayaraq həmin sahənin əvəzi də nəzərə alınmışdır. Məhkəmə araşdırması zamanı tərəflər arasında razılığın əldə edilməsi məsələsi müzakirə olunarkən digər Cavabdeh1 İddiaçı MMC tərəfindən təklif olunan 477 kv.m sahəsi olan mənzilin onları qane etmədiyni, söküləcək yaşayış sahəsinin əvəzində 440000 manat və əlavə olaraq 2 ədəd sahəsi 119 kv.m olan mənzil, 1 ədəd 2 otaqlı və 1 ədəd 1 otaqlı olmaqla ümumilikdə 4 mənzil verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin bu mövqeyi hüquqdan sui – istifadə halıdır. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, apellyator - yəni, Cavabdeh7 yaşayış sahəsinin mülkiyyətçisi deyildir və həmin dəlillər onun tərəfindən mübahisələndirilə bilməz.
ç) Kassasiya instansiyası məhkəməsində icraat
19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh7 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2923/2023 saylı qərarı ilə (hakimlər Vidadi Məmmədov (sədrlik edən və məruzəçi), Zaur Əliyev və Aqil Abbasov) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1502/2023 nömrəli iş üzrə 10 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
21. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...birinci instansiya məhkəməsi bu xüsusata diqqət yetirmədən və cavabdehin əmlakının ədalətli kompensasiyasına təsirini nəzərə almadan iddianı olduğu kimi təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi cavabdehə verilən əvəzin aydın, müəyyən və ədalətli olduğunu lazımi qaydada araşdırmamış, iş üzrə əhəmiyyət kəsb edən həmin hala hüquqi qiymət verməmişdir. Bu baxımdan, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, mövcud vəziyyətdə cavabdehə əvəz kimi verilən əmlakın əlamətləri konkret şəkildə fərdiləşdirilmədiyindən, bu məzmunda çıxarılmış qətnamə tikinti şirkətinin vəzifələrini dəqiq müəyyən edən, kompensasiyanın ədalətli olub-olmamasını müəyyənləşdirməyə imkan verən, habelə mülkiyyətinə müdaxilə olunan cavabdehin hüquqlarının real bərpasını təmin edən məhkəmə aktı hesab edilə bilməz. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən, qətnamənin nəticə hissəsi baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kompensasiya kimi cavabdehə verilən əmlakın əlamətlərinin konkret şəkildə fərdiləşdirilməməsi, eyni zamanda, həmin məhkəmə qətnaməsinin vaxtında və düzgün icra olunmamasına səbəb ola, bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edə bilər....”
d) Proses iştirakçılarının izahatı
22. Təkrar apellyasiya baxışında iştirak edən Cavabdeh7 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
23. Təkrar apellyasiya baxışında iştirak edən Cavabdeh1 Yusuf oğlu Cavabdeh7 apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək bildirmişdir ki, iddiaçı tərəfindən təklif olunan 477 kv.m sahəsi olan mənzil onları qane etmir. Belə ki, sahənin ölçüsü hesablanarkən reyestrdən çıxarışdan kənar olan tikiliyə əlavə olunmamışdır. Həmin ərazidə evlərin hər kv.m üçün məbləğ 2200 manat təşkil edir. Əgər onun ailəsinə 200 kv.m sahənin əvəzi olaraq hər kv.m üçün 2200 manat olmaqla ümumilikdə 440000 manat və əlavə olaraq 2 ədəd sahəsi 119 kv.m olan mənzil, 1 ədəd 2 otaqlı və 1 ədəd 1 otaqlı olmaqla ümumilikdə 4 mənzil verilərsə, yaşayış sahəsini İddiaçı MMC-yə təhvil verilməsinə razıdırlar.
24. Təkrar apellyasiya baxışında iştirak edən Cavabdeh3 Cavabdeh7 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
25. Təkrar apellyasiya baxışında iştirak edən Cavabdeh7 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
26. Təkrar apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Həmçinin apellyasiya baxışında iddiaçı tərəfindən həm də qətnaməyə əsasən müəyyən olunmuş ölçüyə uyğun olaraq iddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 3-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 3-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 4-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi yaşayış binasının (kompleksinin) həyətinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 4-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi yaşayış binasının (kompleksinin) həyətinə baxan ümumi sahəsi 82.3 kv.m olan 2 otaqlı təmirli yeni mənzillərin Cavabdeh1 mülkiyyətinə verilməsi, qalan 5 kv.metr sahəyə isə 1 kv.metri 2000 manat olmaqla 10000 manat məbləğində kompensasiyanın Cavabdeh1 verilməsinin mümkün olması barədə ərizə təqdim etmişdir.
27. Təkrar apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
28. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
29. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
30. Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir;
31. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
32. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
33. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
35. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
36. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
38. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur;
39. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir;
40. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır;
41. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur;
42. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
43. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;
44. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
45. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.
46. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
47. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.
48. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
49. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir.
50. Maddə 4.2 və 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
54. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apelyasiya baxışının hədləri
55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
57. Hazırki iş üzrə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərkən, göstərişləri yalnız cavabdeh tərəfə sökülən evin müqabilində verilməli olan 260,88 m2 yaşayış sahəsinin fərdi göstəricilərinin (yəni, mənzilin hansı ünvanda, hansı mərtəbədə yerləşməsi, neçə otaqlı olması və s.) dəqiqləşdirilməsi istiqamətində olmuş, cavabdehin kassasiya şikayətinin digər dəlilləri ilə razılaşmamışdır. Bu səbəbdən də hazırkı apellyasiya baxışının həddi məhz qeyd edilən hallarla bağlıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
59. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilməldir.
60. Belə ki, işin halları ilə əlaqədar təkrarçılığa yol vermədən qısaca qeyd etmək lazımdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən mövcud yaşayış və qeyri yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Mübahisə predmeti olan ünvan 3i rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 150a saylı evin, 8 yaşayış otaqlı, 1 saylı mənzil də həmin sərəncamla əhatə olunan ərazidə yerləşir. Ev özbaşına tikilidir. Evin heç bir hüquqmüəyyənedici sənədi olmasa da iddiaçı "xxxx" MMC onun cavabdehlərə məxsusluğunu qəbul edir və evin söküntüsü müqabilində onlara yeni tikiləcək binada yaşayış sahəsi təklif edir
61. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır.
62. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X5rşı» işdə göstərmişdir ki, mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi, adətən, mülkiyyət hüququna qeyri mütənasib müdaxilə təşkil edir və belə müdaxiləyə 1 saylı protokolun 1-ci maddəsi ilə haqq qazandırmaq olmaz.
63. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X2rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir.
64. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür.
65. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb»
66. Eyni zamanda işdə olan sübutlarla müəyyən edilir ki, cavabdeh tərəfə onlara məxsus müvafiq yaşayış sahəsinin sökülməsi müqavilində verilməli olan yeni, təmirli yaşayış sahəsinin ölçüsü - 477 m2 təşkil edir və həmin sahə ədalətli əvəzi (kompensasiya) kimi qəbul edilməlidir. Belə ki, kassasiya instansiyası məhkəməsi də öz qərarında qeyd edilən sahənin ölçüsü ilə bağlı hər hansı fərqli mövqe sərgiləməmiş, bununla razılaşmışdır.
67. Lakin kassasiya instansiyasının göstərişlərinə görə, cavabdeh tərəfə sökülən evin müqabilində verilməli olan 477 m2 yaşayış sahəsinin fərdi göstəriciləri (yəni, mənzilin hansı ünvanda, hansı mərtəbədə yerləşməsi, neçə otaqlı olması və s.) dəqiqləşdirilməlidir. Çünki qeyri-müəyyən mənzilin verilməsinin göstərilməsi qətnamənin icrası mərhələsində cavabdehə veriləcək yeni mənzilin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə və sonuncunun hüquqlarının pozulmasına səbəb ola bilər.
68. Kassasiya intsansiyasının qeyd edilən göstərişlərinin icrası istiqamətində iddiaçıdan bir daha cavabdeh tərəfə sökülən evin müqabilində verilməli olan 477 m2 yaşayış sahəsinin fərdi göstəricilərinin dəqiqləşdirilməsi təklif olunmuşdur.
69. İddiaçının nümayəndələri tərəfindən məhkəməyə Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 3-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 3-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 4-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi yaşayış binasının (kompleksinin) həyətinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 4-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi yaşayış binasının (kompleksinin) həyətinə baxan ümumi sahəsi 82.3 kv.m olan 2 otaqlı təmirli yeni mənzillərin Cavabdeh1 mülkiyyətinə verilməsi, qalan 5 kv.metr sahəyə isə 1 kv.metri 2000 manat olmaqla 10000 manat məbləğində kompensasiyanın Cavabdeh1 verilməsinin mümkün olması barədə ərizə təqdim etmişdir.
70. Göründüyü kimi, iddiaçı 477 m2 sahəyə uyğun olan cavabdeh tərəfə məxsus yaşayış sahəsinin yerində (ünvan 3i rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 150a saylı evin, 8 yaşayış otaqlı, 1 saylı mənzilinin) inşa olunacaq çoxmərtəbəli yaşayış binasından 4 ədəd mənzil, o cümlədən qalan sahə ilə bağlı kompensasiya məbləği təklif etməklə, onların göstəricilərini dəqiqləşdirmişdir.
71. Cavabdeh tərəf hər bir halda apellyasiya şikayəti müdafiə edərək onun təmin edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etsə də, məhkəmə kollegiyası cavabdeh tərəfin etirazı ilə razılaşmayaraq, bir daha qeyd etməyi zəruri hesab edir ki, cavabdehin analoji dəlillərinə artıq hüquqi qiymət verilərək rədd edilmiş, bu səbəbdən də kassasiya instansiyası cavabdehin şikayətini qismən təmin edərək, yalnız yuxarıda qeyd edilən müvafiq halların dəqiqləşdirilməsini zəruri hesab etmişdir.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
73. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, yəni "xxxx" MMC tərəfindən ünvan 3i rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 150a saylı evin, 8 yaşayış otaqlı, 1 saylı mənzilinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında Cavabdeh1 Yusuf oğlunun mülkiyyətinə “477 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin verilməsi” hissədə dəyişdirilməli və cavabdeh tərəfə verilməli olan mənzillər müvafiq yaşayış binasının 6-cı blokunun 3-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 3-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 4-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi yaşayış binasının (kompleksinin) həyətinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 4-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi yaşayış binasının (kompleksinin) həyətinə baxan ümumi sahəsi 82.3 kv.m olan 2 otaqlı (qalan 5 kv.metr sahəyə isə 1 kv.metri 2000 manat olmaqla 10000 manat məbləğində kompensasiyanın Cavabdeh1 verilməsi şərti ilə) təmirli yeni mənzillər kimi müəyyən edilməlidir.
74. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
75. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
76. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
77. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Nəsimi Rayon Məhkəməsinin 2(006)- 611/2022 nömrəli iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə, yəni "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 150a saylı evin, 8 yaşayış otaqlı, 1 saylı mənzilinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında Cavabdeh1 Yusuf oğlunun mülkiyyətinə “255 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin verilməsi” hissədə dəyişdirilsin və cavabdeh tərəfə verilməli olan müvafiq yaşayış binasının 6-cı blokunun 3-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 3-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 4-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi yaşayış binasının (kompleksinin) həyətinə baxan ümumi sahəsi 130 kv.m olan 3 otaqlı; Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 6-cı blokunun 4-cü mərtəbəsində bir hissəsi Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə, digər hissəsi yaşayış binasının (kompleksinin) həyətinə baxan ümumi sahəsi 82.3 kv.m olan 2 otaqlı (qalan 5 kv.metr sahəyə isə 1 kv.metri 2000 manat olmaqla 10.000 (on min) manat məbləğində kompensasiyanın Cavabdeh1 verilməsi şərti ilə) təmirli yeni mənzillər kimi müəyyən edilsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova