Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1502/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Yusuf oğlu, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi tələbinə dair iddia tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzildən çıxarılma, mənzilin əvəzləşdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2, cavabdehlər Cavabdeh1 Yusuf oğlu, Cavabdeh7, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Yusuf oğlu, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə ünvan 3i Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(006)-611/2022 nömrəli qətnaməsindən Cavabdeh7 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 3i rayonu Cəlil məmmədquluzadə, Həsən Əliyev, X9 və Novruzov qardaşları küçəsinin kəsişməsində yerləşən 4,50 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə İddiaçı MMC-yə ayrılmasına rəy bildirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyriyaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə İddiaçı MMC-yə ayrılmasına etiraz etmirlər.
2. ünvan 3i Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 51 nömrəli sərəncamına əsasən İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli, 09 nömrəli müraciətini, ünvan 3i Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1-1092 nömrəli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli **********46 nömrəli və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-510 nömrəli razılıq məktublarını nəzərə alaraq, ünvan 3i rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından çıxarışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara) habelə müfəssəl planın hzırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq ünvan 3i rayonu Cəlil Məmmədquluzadə, Y.Çəmənzəminli, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksinə (sifarişli – İddiaçı MMC; layihəçi - Bakı Dövlət Layihə İnstitutu) dair tərtib olunmuş şəhərsalma əsaslandırılmalı təsdiq edilmişdir.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyin surətindən görünür ki, ünvan 3i rayonu Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə, S.Rəhman və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. Yaşayış evlərinin yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlaktlə əlaqəsi yoxdur.
5. 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2 saylı forma üzrə arayışa əsasən Cavabdeh1 Yusuf oğlu, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X11 Bakı şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən 150a nömrəli evdə qeydiyyatdadırlar.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən ünvan 3i rayonu C.Məmmədquluzadə küçəsində yerləşən 150a nömrəli evin, ümumi sahəsi 262,1 kv.m., yaşayış sahəsi 150,3 kv.m., yardımçı sahəsi 111,8 kv.m. olan 8 yaşayış otaqlı 1 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 Yusuf oğlunun mülkiyyətindədir.
7. "xxxx" MMC tərəfindən verilmiş mənzilin qiymətləndirilməsi haqqında mütəxəssis rəyinə əsasən ünvan 3i rayonu C.Məmmədquluzadə küçəsində yerləşən 150 A nömrəli evin faktiki sahəsi 416,5 kv.m. olan 1 saylı mənzilinin hazırki bazar dəyəri - 630000 manat məbləğdə müəyyən olunmuşdur.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/808 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Cavabdeh1 Yusuf oğluna məxsus ünvan 3i rayonu C.Məmmədquluzadə küçəsi 150a nömrəli evin 1 nömrəli mənzilin texniki pasportda göstərilən, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi 262,1 kv.m. yaşayış sahəsi 150,3 kv.m., yardımçı sahəsi 111,8 kv.m. və həmin yaşayış evinin faktiki ümumi sahəsi 369,09 kv.m., o cümlədən yaşayış sahəsi 212,76 kv.m., yardımçı sahəsi 156,33 kv.m. təşkil etdiyini nəzərə alaraq, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi ilə faktiki istifadəsində olan sahənin arasında fərqlilik təşkil edir. Yaşayış evinin faktiki ümumi sahəsi çıxarışa əsasən müəyyən edilmiş sahədən 106,99 kv.m. (369,09-262,1 kv.m.) çox, o cümlədən yaşayış sahəsi 62,46 kv.m. (212,76-150,3 kv.m.) və yardımçı sahəsi 44,53 kv.m. (156,33-111,8) çox təşkil etmişdir.
9. Cavabdeh1 Yusuf oğlunun sifarişinə əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyinə əsasən ünvan 3i rayonu C.Məmmədquluzadə küçəsi ev 150a-da yerləşən 8 otaqlı, 1 saylı yaşayış sahəsinin xx.xx.2022-ci il tarixə olan bazar qiyməti ******* manat təşkil etmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
10. İddiaçı MMC cavabdehlərə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Yusuf oğlu, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 va Cavabdeh6 ünvan 3i rayonu C.Məmmədquluzadə küçəsi ev 150 a, 1 nömrəli mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 Yusuf oğlu, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 va Cavabdeh6 ünvan 3i rayonu C.Məmmədquluzadə küçəsi ev 150a, 1 nömrəli mənzildən çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 3i rayonıı C.Məmmədquluzadə küçəsi ev 150 a, 1 nömrəli mənzil ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 314.52 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 Yusuf oğlunun mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 800 manat məbləğdə kirayə haqqı ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək sonuncu dəfə, cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Əhmədova (Quliyeva) Gülər Tanrıverdi qızı, Cavabdeh5 və Cavabdeh6 ünvan 3i rayonu C.Məmmədquluzadə küçəsi ev 150 a, mənzil 1 ünvanında yerləşən fərdi yaşayış evinin (mənzilin) üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Əhmədova (Quliyeva) Gülər Tanrıverdi qızı, Cavabdeh5 və Cavabdeh6 ünvan 3i rayonu C.Məmmədquluzadə küçəsi ev 150 a, mənzil 1 ünvanında yerləşən fərdi yaşayış evindən (mənzildən) çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 3i rayonu C.Məmmədquluzadə küçəsi ev 150 a, mənzil 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 477 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 Yusuf oğlunun mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 Yusuf oğluna hər ay 800 manat məbləğdə kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
12. İddianın və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizənin əsaslarına görə, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 nömrəli Sərəncamına əsasən ünvan 3i Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alaraq ünvan 3i rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. ünvan 3i rayonu X14 Məmmədquluzadə Y.Ə.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş yaşayış evləri və yaşayış evləri but daşlarından, mişarlanmış əhəng daşından, dam örtüklər taxta konstruksiyadan inşa edilmiş yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətindədir, həmin evlərdə binada təmir bərpa gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədə uyğun hesab edilmir, mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə mövcud şəhərsalma tələblərinə cavab vermir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 84-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 150 a, mənzil 1 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 262,1 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 Yusuf oğlu və istifadəçiləri digər cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişdilər. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Baxmayaraq ki, cavabdehin fərdi yaşayış evinin yanındakı ev sahibləri qeyd edilənlərin nəzərə alaraq mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmişlər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehin qanuna zidd əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi cavabdehlər istismar müddəti bitmiş şəhərin görkəminə eybəcərlik gətirən fərdi yaşayış evlərinə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə öz qanuna zidd hərəkətlərini davam etdirməklə, faktiki olaraq iddiaçını şantaj edirlər. Mənzil Məcəlləsinin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Binanın tikilməsi barəsində Bakı Şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 nömrəli Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı sərəncamda göstərilən tapşırıq və tələbləri olduğu kimi və ləyaqətlə yerinə yetirir. Bundan başqa iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhərinin görkəminə uyğun olmayan köhnə tikililərin sökülərək yerində müasir tələblərə cavab verən binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki göstərişlərinə uyğun olaraq çox sürətlə həmin tələblər yerinə yetirilir. Həmçinin Bakı şəhərində olan görünüşləri müasir tələblərə cavab verməyən köhnə və qəzalı evlərin sökülməsi və yerində müasir binaların tikilməsi geniş vüsət almaqla Ali dövlət orqanlarının tələbləri yerinə yetirilir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlət birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi Ali dövlət orqanlarının tapşırıqlarının yerinə yetirilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərə cavab verən evlərlə təmin olunması və eyni zamanda da şəhərin görkəminin də gözəlləşdirilməsi deməkdir. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada əvəzinin bazar qiymətinə uyğun dəyərini ödəməyə və ya da mütənasib olaraq mənzilinin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus qəzalı və şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. "xxxx" MMC-nin mütəxəssis rəyində göstərilmiş 55 kv.m. yaşayış sahəsi xx.xx.2022-ci il tarixli 10/808 nömrəli ekspert rəyində göstərilməmişdir. "xxxx" MMC-nin mütəxəssis rəyində qeyd olunmuş 55 kv.m. yaşayış sahəsini və xx.xx.2022-ci il tarixli, 10/808 nömrəli ekspert rəyində göstərilmiş 106,99 kv.m. yaşayış sahəsinin nəzərə almaqla hesab edirlər ki, özbaşına tikinti sahəsi ümumilikdə 161,99 kv.m. təşkil edir.
13. ünvan 3i Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(006)-611/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
14. Qətnamənin əsaslarına görə, cavabdehlərin istifadəsinə və sahibliyində olan evin istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin evin orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğunu, həmçinin söküntü işlərinin və daha sonradan tikinti işlərinin həyata keçirilməsi məqsədilə digər sakinlərin buna razılıq verməsini, hazırda isə cavabdehlərin bu tikintiyə razılıq verməməsi nəticəsində digər sakinlərin mənzillə təmin edilməsinin gecikəcəyini nəzərə alaraq iddia tələbi həmin evin sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 3i rayonu C.Məmmədquluzadə küçəsi, 150a nömrəli və ətraf ərazi ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında Cavabdeh1 Yunus oğlunun yeni təmirli mənzilin (477 kv.m.) mülkiyyətinə verilməsi hissələrində əsaslı hesab edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyinə əsasən Cavabdeh1 Yusuf oğluna məxsus ünvan 3i rayonu C.Məmmədquluzadə küçəsi 150a nömrəli evin 1 nömrəli mənzilin texniki pasportda göstərilən, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi 262,1 kv.m. yaşayış sahəsi 150,3 kv.m., yardımçı sahəsi 111,8 kv.m. və həmin yaşayış evinin faktiki ümumi sahəsi 369,09 kv.m., o cümlədən yaşayış sahəsi 212,76 kv.m., yardımçı sahəsi 156,33 kv.m. təşkil etdiyini nəzərə alaraq, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi ilə faktiki istifadəsində olan sahənin arasında fərqlilik təşkil edir. Yaşayış evinin faktiki ümumi sahəsi çıxarışa əsasən müəyyən edilmiş sahədən 106,99 kv.m. (369,09-262,1 kv.m.) çox, o cümlədən yaşayış sahəsi 62,46 kv.m. (212,76-150,3 kv.m.) və yardımçı sahəsi 44,53 kv.m. (156,33-111,8) çox təşkil etmişdir. Məhkəmə digər faktiki sahə ilə bağlı heç bir hüquqi sənəd olmadığından, əsasən də qanuni sahib olmadığından, digər faktiki sahədə istifadə yalnız özbaşına olduğundan, məhkəmə ədalət prinsipini, həmçinin Konstitusiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarındakı hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, qeydiyyatdan keçmiş əmlakdan qeydiyyatdan keçməmiş əmlak barədə kompensasiya miqdarı eyni ola bilməz. Belə ki, qeyd olunan qərarda qeyd edilmişdir ki, “hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.” Bu halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çıxarışlı sahə ilə bağlı əlavə 20 faiz artımın verilməsi, digər qanunsuz sahiblikdə olan sahəyə isə əlavə 20 faiz artımın verilməməsi yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olmuşdur. Cavabdehlərə yeni sahə verilənədək aylıq 800 manat əmlak kirayə haqqı verilməsi tələbi üzrə hesab etmişdir ki, iddiaçı tərəfindən təklif olunan aylıq əmlak kirayə haqqısı ağlabatandır və hazırki bazar qiymətlərinin tələblərinə cavab verir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 180.3, 560.1, 560.2, 560.3.5.1, Avropa İnsan Hüquqları Məhkəməsinin “X6 və X1rşı” 12 fevral 2019-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamə ilə razılaşmayan Cavabdeh7 ondan apellyasiya şikayəti verərək ləğv olunub, iddianın rədd olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətinin dəlillərinə görə, qətnamə ilə razılaşmamalarının əsas səbəbi mülkiyyətlərində olan fərdi yaşayış evi ilə bağlı müəyyən olunmuş məbləğin fərdi yaşayış evinin faktiki sahəsinə uyğun gəlməməsin, həm də əvəzləşdirmə üçün müəyyən olunmuş məbləğin daşınmaz əmlakın real bazar qiymətlərinə uyğun gəlməməsidir. Binanın həqiqətən dövlət tərəfindən tənzimlənən pilot layihələr əsasında tikilib-tikilmədiyi müəyyən edilməmişdir. Yəni iddiaçının öz mülkiyyətindən məhrum edilməsi ictimai maraqlar əsasında sökülüb, yoxsa cavabdeh özünü müvafiq Sərəncamın təsir dairəsinə düşən bir tender səlahiyyətlisi kimi təqdim edib-etmədiyi kimi hallar məhkəmə tərəfindən araşdırılmamışdır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs statusunda cəlb edilməli olan Nəsimi RİH məhkəmə proseslərində iştirak etməli idi. Halbuki, məhkəmə cavabdehlərinin məhz Nəsimi rayonu sakini olması və onun üzləşəcəyi problemin birbaşa gələcəkdə Nəsimi rayonu icra hakimiyyətini əlaqədar edəcəyi kimi halları nəzərə almaqla 3-cü şəxsin iştirakının maksimal şəkildə təmin olunmasını təşkil etməli idi. İşlə bağlı həm özlərinin təşəbbüsü, həm də məhkəmənin təşəbbüsü ilə ekspertizalar keçirilmiş və hər bir ekspert və mütəxəssis rəyində göstərilən nəticə bir-birilə ziddiyyət təşkil etmişdir. Qətnamənin narazı qaldıqları hissəsi ondan ibarətdir ki, fərdi yaşayış sahəsinə 20% əlavə edilməklə hesablanmalı idi. Belə olan halda kompensasiya üçün hesablanmalı idi. Kompensasiya üçün nəzərdə tutulan məbləğ adekvat olmalıdır. Lakin fərdi yaşayış sahəsinin faktik sahəsi 416,5 kv.m. təşkil edir. Belə olan halda isə 416,5 kv.m sahəyə onun 20% əlavə edilərək adekvatlıq müəyyən olunmalı idi. Fərdi yaşayış evinə adekvat olacaq mülkiyyətə verilməli olan mənzilin faktik sahəsi 499,8 kv.m olmalıdır. Əlaqəli işlə bağlı inzibati mübahisəyə dair işin məhkəmə icraatında olduğu nəzərə alınsa, həmin inzibati mübahisəyə dair işin nəticəsini gözləmədən qətnamə qəbul edilməsi yolverilməzdir. Çünki inzibati mübahisəyə dair işin məhkəmə icraatının nəticəsi hazırkı iş üzrə preyudisial xarakter daşımalı idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, şikayətin təmin olunmasını xahiş etdi.
20. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh1 izahatında göstərdi ki, İddiaçı MMC tərəfindən təklif olunan 477 kv.m sahəsi olan mənzil onları qane etmir. Belə ki, sahənin ölçüsü hesablanarkən reyestrdən çıxarışdan kənar olan tikiliyə əlavə olunmamışdır. Həmin ərazidə evlərin hər kv.m üçün məbləğ 2200 manat təşkil edir. Əgər onun ailəsinə 200 kv.m sahənin əvəzi olaraq hər kv.m üçün 2200 manat olmaqla ümumilikdə 440000 manat və əlavə olaraq 2 ədəd sahəsi 119 kv.m olan mənzil, 1 ədəd 2 otaqlı və 1 ədəd 1 otaqlı olmaqla ümumilikdə 4 mənzil verilərsə, yaşayış sahəsini İddiaçı MMC-yə təhvil verilməsinə razıdırlar.
21. İddiaçının nümayəndələri Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və bundan başqa ərizə ilə müraciət edərək bildirdi ki, qətnaməyə əsasən müəyyən olunmuş ölçüyə uyğun olaraq İddiaçı MMC tərəfindən ünvan 3i rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 4-cü blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 119 kv.m olan 3 otaqlı, ünvan 3i rayonu, Y.V.Çəmənzəminli küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 9 B blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 179 kv.m olan 4 otaqlı, və ünvan 3i rayonu, N.Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 8 B blokunun yaşayışın 1ci mərtəbəsində sahəsi 179 kv.m olan 4 otaqlı təmirli yeni mənzillərin Cavabdeh1 mülkiyyətinə verilməsi mümkündür. Hal – hazırda inşa olunacaq binalarda mənzillərin satışı həyata keçirilmədiyindən cavabdehlərə kompensasiyanın verilməsi mümkün deyildir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır; Maddə 29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
23. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
24. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması; Maddə 50.1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir;
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli Qərarı: “O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.”
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin;
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilildiyindən məhkəmə aktı da şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
29. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, ünvan 3i rayonu C.Məmmədquluzadə küçəsində yerləşən 150a nömrəli evin, 8 yaşayış otaqlı, 1 nömrəli mənzilinin ümumi sahəsi 262,1 kv.m., yaşayış sahəsi 150,3 kv.m., yardımçı sahəsi 111,8 kv.m. təşkil edir. Mənzil Cavabdeh1 mülkiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamına əsasən ünvan 3i Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alınaraq ünvan 3i rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Sərəncamın 1.1ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsini və yaşayış sahələri verilənədək otaqların sayından asılı olaraq kirayə haqlarını ödəməyi öhdəsinə götürür.
30. Cavabdehin apellyasiya şikayəti ilə mübahisələndirdiyi birinci məqam ondan ibarətdir ki, binanın həqiqətən dövlət tərəfindən tənzimlənən pilot layihələr əsasında tikilibtikilmədiyi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, dövlət mülkiyyətində olan 4,2258 ha torpaq sahəsinin dövlətin adından çıxış edən Bakı Şəhər İcr Hakimiyyətinin 04 mart 2020-ci il tarixli sərəncamı ilə şəhərin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə iddiaçının icarəsinə verilməsi iş materialları ilə öz təsdiqini tapır. Yəni, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malikdir və inşa olunacaq binanın pilot layihə əsasında inşa olunmaması iddianın rədd olunması üçün əsas ola bilməz.
31. Cavabdehin şərti ondan ibarətdir ki, iddiaçı tərəfindən müəyyən edilmiş 20% əlavə yaşayış sahəsinin faktik sahəsi 416,5 kv.m. sahəyə münasibətdə hesablanıb 499,8 kv.m sahəyə malik mənzillə təmin edilməlidirlər. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 20% əlavənin yalnız mülkiyyət hüququ ilə cavabdehə məxsus, dövlət qeydiyyatına alınmış yaşayış sahəsinə münasibətdə müəyyən edilməsi ədalətlidir. Bu həm də Konstitusiya Məhkəməsi Plenumun yuxarıda adı çəkilən qərarındakı hüquqi mövqeyə də uyğundur.
32. Bundan başqa, məhkəmə iclasında kompensasiyanın ödənilməsi imkanı da araşdırılmış, lakin iddiaçının nümayəndəsi "xxxx" MMC tərəfindən binaların tikintisi başlamadığından satış həyata keçirilmədiyinə görə kompensasiya verilməsinin mümkün olmadığını bildirmişdir.
33. Həmçinin, məhkəmə iclasında təklif olunan sahəyə müvafiq mənzilin olub – olmaması imkanı da nəzərdən keçrilmiş və tikiləcək çoxmərtəbəli yaşayış binanın ünvan 3i rayonu, Cəlil Məmmədquluzadə küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 4-cü blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 119 kv.m olan 3 otaqlı, ünvan 3i rayonu, Y.V.Çəmənzəminli küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 9 B blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 179 kv.m olan 4 otaqlı, və ünvan 3i rayonu, N.Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 8 B blokunun yaşayışın 1ci mərtəbəsində sahəsi 179 kv.m olan 4 otaqlı təmirli yeni mənzillərin Cavabdeh1 mülkiyyətinə verilməsinin mümkün olması barədə iddiaçı tərəfindən ərizə verilmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehlərə məxsus fərdi yaşayış evinin əvəzində tikiləcək çoxmərtəbəli yaşayış binasında təmirli yeni mənzilin sahəsinin 477 kv.m olması barədə gəldiyi nəticə ədalətlidir. Belə ki, ekspert rəyinə əsasən Cavabdeh1 Yusuf oğluna məxsus texniki pasportda göstərilən, çıxarışa əsasən müəyyən edilmiş və qeydiyyatdan keçmiş yaşayış evinin ümumi sahəsi 262,1 kv.m, faktiki ümumi sahəsi 369,09 kv.m təşkil etməsi nəzərə alınmış, mülkiyyət hüququ qeydə alınmış hissədə 20% əlavə olunmuş, qalan hissənin isə özbaşına tikili olmağına baxmayaraq həmin sahənin əvəzi də nəzərə alınmışdır.
35. Məhkəmə araşdırması zamanı tərəflər arasında razılığın əldə edilməsi məsələsi müzakirə olunarkən digər Cavabdeh1 İddiaçı MMC tərəfindən təklif olunan 477 kv.m sahəsi olan mənzilin onları qane etmədiyni, söküləcək yaşayış sahəsinin əvəzində 440000 manat və əlavə olaraq 2 ədəd sahəsi 119 kv.m olan mənzil, 1 ədəd 2 otaqlı və 1 ədəd 1 otaqlı olmaqla ümumilikdə 4 mənzil verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin bu mövqeyi hüquqdan sui – istifadə halıdır. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, apellyator – yəni, Cavabdeh7 yaşayış sahəsinin mülkiyyətçisi deyildir və həmin dəlillər onun tərəfindən mübahisələndirilə bilməz.
36. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
37. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
ünvan 3i Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(006)-611/2022 nömrəli qətnaməsindən Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 3i Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(006)-611/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev