Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-234/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, iddia müddətinin ötürülməsi və sair) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və X1 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-500/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1x xxxxxx 2005-ci il tarixli, 02 saylı kredit müqaviləsinə əsasən, İddiaçı ASC-nin Lənkəran filialı, X2 illik 7 faiz dərəcəsi ilə 5 il müddətinə 93.000 manat məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Bank, müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermişdir. Eyni zamanda, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsi, Şərq küçəsində yerləşən 8 otaqlı, 150,4 kv.m., yaşayış sahəsi, 403,8 kv.m. ümumi sahədən ibarət olan torpaq sahəsi 12 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Buna baxmayaraq cavabdeh öhdəliyin icrasını gecikdirmişdir və bank aşağıdakı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh XXXX 86.079 manat əsas borcun, 10.014 manat faiz borcunun, 40.000 manat cərimə borcu olmaqla, cəmi 136.093 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və həmin məbləğin xx xxxxxx 2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsi, Şərq küçəsində yerləşən Tİ və MHQİ tərəfindən verilmiş 246 saylı reyestr kitabının 16969 nömrəli vərəqində qeydiyyata alınmış 8 otaqlı, 150,4 kv.m., yaşayış sahəsi, 403,8 kv.m. ümumi sahədən ibarət olan torp aq sahəsi 12 saylı fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması ilə ödənilməsi, həmin ünvanda qeydiyyatda olanların həmin evdən istifadə hüququnun ləğv edilməsi və ev açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində evin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı bildirmişdir ki, əsas borclu müqavilə öhdəliyinin icrasını gecikdirmişdir, ona görə də tələbdə göstərilən borcun tutulmasını və ipoteka predmetinə yönəldilməsini xahiş tələb edir.
4. Cavabdehlər isə iddia müddətini tətbiq edərək iddianın təmin olunmamasını xahiş etmişlər.
5. Birinci instansiya məhkəməsinə Cavabdeh2 iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd olunmasını xahiş etmişdir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim E.Nu riyev) xx xxxxxx 2018-ci il tarixli, 2(007)-271/2018 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə Mülki Məcəllənin 373.2-ci və 375.2-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iddia üzrə iddia müddəti keçdiyindən və cavabdeh məhkəməyə verdiyi ərizəsində həmin müddətin tətbiq olunmasını xahiş etdiyindən iddia rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), A.Hüseynov və A.İmanov) xx xxxx 2019-cu il tarixli, 2(103)-3899/19 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi bi rinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Şadiyev) 2(102)-5388/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı ASC-nin cavabdeh X2 qarşı kredit borcunun tutulması tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi, həmin hissəyə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsas landırmışdır ki, kredit müqaviləsi üzrə borclu ının nümayəndəsi işə həm birinci instansiya məhkəməsində, həm də apelyasiya instansiyası məhkəməsində baxılarkən iştirak etməmiş və məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. İpoteka qoyan Cavabdeh2 tərəfindən müddətin tətbiqi barədə ərizə isə borcluya münasibətdə iddianın müddətin ötürülməsi səbəbindən rədd edilməsi üçün əsas verməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
12. Cavabdeh ı xx.xx.2020-ci il tarixli ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, iddia müddətinin tətbiq edilməklə ona qarşı iddianın rədd edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Cəmilova (sədrlik edən və məruzəçi), Ü.Mayılov və V.Ağayev) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-500/20 nömrəli qətnaməsi ilə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-271/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən - iddianın X2 qarşı rədd edildiyi hissədə ləğv edilməsi, İddiaçı ASC-nin cavabdeh X2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi, mənzildən çıxarılma və ipotekaya qoyulmuş əmlaklara tələbin yönəldilməsi” tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı ASC tərəfindən ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı hazırkı iş üzrə tələbləri irəli sürmək üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini cavabdeh X2 qarşı ötürmüşdür. Həmin cavabdeh iddia müddətin tətbiqinə dair ərizə verdiyi üçün ona qarşı iddia rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinə birinci instansiya məhkəməsinin icraatında baxılması zamanı ümumiyyətlə cavabdehlərdən heç biri iştirak etməmiş, məhkəmə isə qətnamədə cavabdehlərə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onların gəlməməsi səbəbləri haqqında məlumatın olmadığını qeyd etmişdir. Bununla belə apellyasiya instansiya məhk əməsi xx.xx.2020-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, Cavabdeh2 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirakını təmin etməmiş, digər cavabdeh ı isə iş materiallarında olan ünvanına bildiriş göndərilsə də, poçt zərfinin üzərindəki qeydə əsasən “bu ünvanda yaşamır” səbəbindən geri qaytarılmışdır. Lakin, bütün bunlara baxmayaraq, eyni hal apelyasiya instansiya məhkəməsində yenidən yaşanmışdır. xx.xx.2020-ci il tarixli şikayətə baxış zamanı məhkəmənin dəftərxanasına ı tərəfindən iddia müddətinin tətbiqinə dair” ərizə daxil olmuş və bu əsasla da apelyasiya instansiya məhkəməsi iddia tələbinin qarşı olan hissəsində də rədd edilməsinə dair qətnamə qəbul etmişdir. Yuxarıda qeyd olunan maddənin müddəalarından məlum olur ki, tərəflər iddia müddəti yalnız tərəflərin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdeh (nümayəndəsi) iştirak etməyə-etməyə ərizə göndərmiş və apelyasiya instansiya məhkəməsi cavabdehin izahatını almadan, dindirmədən, mötəbərliyini araşdırmadan (həmin ərizəni kim imzalamış, imza atan şəxsin buna səlahiyyəti varmı və s.) həmin ərizə əsasında iddia tələbini rədd edilməsinə dair qətnamə qəbul etmişdir. Belə ki, həm iş materiallarına, həm də xx.xx.2020-ci il tarixində apelyasiya instansiya məhkəməsinə təqdim olunmuş “iddia müddətinin tətbiqinə dair” ərizədən görünür ki, Kazımov P.N məxsus imza iş materiallarında olan xx.xx.2005-ci tarixli Kredit Müqaviləsində olan Kazımov P.N məxsus imzadan fərqlidir. Həmçinin fərqi sonuncunun iş materiallarında olan şəxsiyyət vəsiqəsinin (imza yerindən) surətindən də görmək mümkündür. Daha sonra, birinci instansiya məhkəməsinə təqdim olunmuş ipoteka qoyan Cavabdeh2 tərəfindən yazılan “iddia müddətinin tətbiqinə dair” ərizədə də eyni hal yaşanır. Belə ki, iş materiallarında olan xx.xx.2005-ci tarixli İpoteka Müqaviləsində olan Cavabdeh2 imzası ilə onun birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizədəki imzalar fərqlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəb ləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
21. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
22. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 2
3. Maddə 445.4. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
24. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Hazırkı kassasiya şikayəti üzrə apelyasiya instansiyası məhkəməsinin aktı iddianın cavabdeh X2 qarşı olan hissəsində yoxlanılır.
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kol legiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrasının cavabdeh ı tərəfindən gecikdirilməsi işin mübahisələndirilməyən halıdır.
31. Cavabdeh ı apelyasiya baxışında iddia müddətinin tətbiqinə dair ərizə vermiş və iddianın rədd olunmasını xahiş etmişdir.
32. Apelyasiya instansiyası həmin ərizə ilə bağlı qeyd etmişdir ki, iş materiallarında birin ci instansiya məhkəməsi tərəfindən cavabdeh X2 ünvanlanmış çoxsaylı məhkəmə bildirişləri mövcud olsa da, həmin bildirişlərinin həqiqətən də poçt vasitəsilə cavabdeh X2 göndərilməsi və sonuncu tərəfindən alınmasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə olunmamışdır. Bu baxımdan ı tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin apelyasiya baxışı zamanı verilməsi və müzakirəsi mümkündür. Tərəflər arasında 02 saylı kredit müqaviləsi xx.xx.2005-ci il tarixdə 5 il müddətinə bağlanmış, həmin müqavilənin icra müddəti xx.xx.2010-cu il tarixdə bitmişdir. Beləliklə, müqavilə üzrə üç illik iddia müddəti xx.xx.2013-cü il tarixdə başa çatmış, iddiaçı isə hər iki cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2017-ci il tarixdə iddia müddətini ötürməklə müraciət etm işdir. Bu baxımdan cavabdeh ının ərizəsinə əsasən iddia tələbinə üç illik iddia müddəti tətbiq edilməli və iddiaçının cavabdeh X2 qarşı iddiası rədd olunmalıdır.
33. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək mə qsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli q ərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Bu institut, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
35. Tərəflər arasında müqavilə münasibətləri olduğu üçün bankın tələbinə üç illik iddia müddətinin şamil edilməsi nəzərə alındıqda, apellyasiya məhkəməsi tərəfindən cavabdeh ının ərizəsi əsasında ona qarşı iddianın rədd edilməsi qanuni və əsaslıdır.
36. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, iddia müddətinin tətbiqinə dair ının xx.xx.2020-ci il tarixli ərizəsi firmanın qanuni təmsilçisi tərəfindən imzalanmış və möhürü ilə təsdiqlənmişdir. Həmin ərizənin elan olund uğu və müzakirə edildiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi onun mötəbərliliyi ilə bağlı mövqe bildirməmiş, buna şübhə yaradan hər hansı hala istinad və ya sübut təqdim etməmiş, müvafiq araşdırma aparılması üçün vəsatət qaldırmamışdır. Belə olan halda kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
37. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-500/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qət naməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvvəyə minir.