Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2340/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2 (006)-140/2018 saylı, 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” İKB-nin xeyrinə 2372,29 manat əsas borc, 380,12 manat faiz borcu və 25 manat dəbbə pulu, ümumilikdə 2777,41 manat məbləğində pulun, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manatın tutulması, tutmanın Cavabdeh1 məxsus 2011 -ci il buraxılışlı, "VAZ-21154" markalı, **-MT- *** dövlət qeydiyyat nişanlı, ********* ban, ******* mühərrik nömrəli, qara metal rəngli avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə edilən pul vəsaitindən «xxxx» İKB-na olan borcun ödəniməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2018-ci il tarixli, 2(103)-12189/2018 saylı qətnaməsi ilə (hakimlər V.Baxışova sədrlik edən, məruzəçi V.Həsənov və N.Cəfərov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyə rək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2 (006)-140/2018 saylı, 04 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı ASC-ti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması”nı xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyi üçün qan unsuz və əsassızdır. İşə baxan apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmamış, iş materiallarına olan sənədlərə düzgün hüquqi qiymət verməmiş, buna görə də düzgün olmayan məhkəmə qətnaməsi qəbul etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyas ı məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, “xxxx” İKB-nin 6 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 28 noyabr 2011-ci il tarixli ****** saylı kredit müqaviləsinə əsasən “VAZ-21154” markalı, **-MT-*** qeydiyyat nişanlı avtomobilin alınması üçün Bank cavabdehə 7000 manat məbləğində 36 ay müddətində, illik 22 faiz dərəcəsi ilə kredit vermişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, borcalan tərəfindən 28.11.2014-cü il tarixədək banka 2614 manat faiz olmaqla, cəmi 9614 manat pul ödənilməli idi. Kredit öhdəliyinin icrasının təminatı olaraq 28 noyabr 2011-ci il tarixində “xxxx” İKB ilə Cavabdeh1 arasında ******** saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus 2011-ci il buraxılışlı, “VAZ21154” markalı. **-MT-*** dövlət qeydiyyat nişanlı, ********* ban, ******* mühərrik nömrəli, qara metal rəngli avtomobili, dəyəri tərəflərin razılığı ilə 8750 manat qiymətləndirərək Banka ipoteka qoyulmuşdur. Həmin müqavilənin qeydiyyatı haqqında Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 29 noyabr 2011-ci il t arixdə 027153 saylı çıxarış verilmişdir. İddiaçı tərəfindən 15.09.2016-cı il tarixdə Cavabdeh1 və Cavabdeh2 banka olan borcunun ödəməyəcəyi təqdirdə tutmanın ipoteka qoyulmuş avtomobilə yönəlməsi barədə məhkəməyə müraciət olunacağı ilə bağlı bildiriş məktubu göndərilmiş, 23.09.2016-cı il tarixdə isə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş Azərbaycan Respublikası DİN BDYPİ-də qeydə alınmışdır. “xxxx” İKB-nin 6 saylı filialı ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2011-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin 15.12.2017-ci il tarixli rəyi ilə 02.08.2017-ci il tarixə (ekspertiza təyin edildiyi tarixə) borcalanın əsas kredit borcunun 2372,44 manat, faiz borcunun 1164,26 manat olduğu müəyyən edilmişdir. Ekspertiza rəyindən və bankın maliyyə arayışından görünür ki, borcalan tərəfindən kredit öhdəliyi üzrə cəmi 8185 manat ödəniş edilmiş, həmin məbləğin 4627,71 manat əsas borca, 2116,93 manatı faiz borcuna, 1440,36 manatı dəbbə puluna silinmişdir. Apellyasiya şikayətində cavabdeh məhkəmə tərəfindən prosessual pozuntuya yol verilərək sonuncu məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edilmədiyini göstərsə də, iş materiallarından görünür ki. məhkəmə tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə iclasının 04.07.2018-ci il tarixə təyin edilməsi barədə 14.06.2018-ci il tarixdə məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh sonuncu iclasın vaxtı barədə bildirişi almamış olsa belə əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddiaya dair öz etirazını bildirdiyindən və etirazın dəlilləri ilə bağlı vəsatətlər verdiyindən yalnız sonuncu iclasda iştirak etməməsi çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Cavabdeh apellyasiya şikayətində banka borclu olduğunu təsdiq etmiş, bank tərəfindən hesablanmış borcla razı olmadığını bildirərək iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərdən tələb edilən kredit borcunun məbləğinin bank tərəfindən tələb edilən məbləğə uyğun olub-olmadığının araşdırılması üçün artıq birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edildiyindən və iddiaçı tərəfindən tələb edilən faiz borcunun məbləği ekspert tərəfindən hesablanmış məbləğdən az olduğundan məhkəmə qətnaməsi ilə tutulmuş borc məbləğinin azaldılması və ya iddianın rədd edilməsi üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Xətai rayon Məhkəməsinin 2 (006)-140/2018 saylı, 04 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyasının məhkəmə kollegiyası mübahisəli münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445.2.1, 448.1, 448.2, 449.1, 741, 472-ci maddələrinin tələbləri əsalandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tər əflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh1 kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən laz ımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin e dilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 22 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2340/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2340/2019
06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver