Məhkəmə qərarları › İş №2(102)-2340/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2340/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2340/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhimdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: ipoteka müqaviləsinin etibarsızlığı, kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlundan (məruzəçi),Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun alınması, b orcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, əmlaka istifadə hüququnun itirilməsi, evdən çıxarılma və ipoteka predmetinin boşaldılması” tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının *7 dekabr 2*21-ci il tarixli, 2(1*6)1277/2*21 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. *2 iyun 2**9-cu il tarixli kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 12* ay müddətinə 1.5**.*** (bir milyon beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır.

2. Bank ilə Cavabdeh2 arasında bağlanmış *5 iyun 2**9-cu il tarixli zaminlik müqav iləsi ilə borclunun xətt müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilmişdir.

3. Həmin tarixli ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus – Ağcabədi şəhəri, X7 küçəsindəki *,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929.9 kv.m əsas, 358.6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mebel mağazası) ipoteka ilə yüklü edərək Bankın tələb hüququna təminat verilmişdir. 4. *4 noyabr 2**9-cu il tarixli ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus – Ağcabədi şəhəri, X7 küçəsindəki *,14 ha torpaq sahəsi və Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,*6 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m yaşayış, 243,7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 1*8 nömrəli fərdi ya şayış evi ipoteka ilə yüklü edərək Bankın tələb hüququna təminat verilmişdir. 5. 25 may 2*11-ci il tarixli ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus – Ağcabədi şəhəri, 2* Yanvar küçəsindəki 9*3,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, anbar təyinatlı qeyri-yaşayış binası ipoteka ilə yüklü edərək Bankın tələb hüququna təminat verilmişdir. 6. 15 mart 2*12-ci il tarixli ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus – Ağcabədi şəhəri, Ənnağı Bünyadov küçəsindəki *,*7 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m ümumi, 31*,6 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) ipoteka ilə yüklü edərək Bankın tələb hüququna təminat verilmişdir.

7. Qeyd edilən daşınmaz əşyaların ipoteka ilə yüklü edilmə sinə Cavabdeh1 arvadı Cavabdeh3 tərəfindən müvafiq razılıqlar verilmiş və ipotekalar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 8. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2*12-ci il tarixli, 15R*****3448 nömrəli kredit razılaşması əsasında sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3**.*** (üç yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. 9. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2*13-cü il tarixli, 15R*****4374 nömrəli kredit razılaşması əsasında sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1**.*** (yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. 10. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 19 mart 2*14 -cü il tarixli, 15R*****5221 nömrəli kredit razılaşması əsasında sonuncuya 6* ay müddətinə, aylıq 1,1667 faiz dərəcəsi ilə 63*.*** (altı yüz otuz min) ABŞ dolları dolları məbləğində kredit verilmişdir. 11. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 21 avqust 2*14-cü il tarixli, 15R*****5816 nömrəli kredit razılaşması əsasında sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,1667 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15*.*** (yüz əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. 12. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 17 aprel 2*15-ci il tarixli, *15R151*713161 nömrəli kredit razılaşması əsasında sonuncuya 49 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15*.*** (yüz əlli min) ABŞ dolları məbləğində kre dit verilmişdir. 13. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış *3 iyun 2*15-ci il tarixli, *15KK*****14692*1 nömrəli kredit razılaşması əsasında, *2 iyun 2**9-cu il tarixli, 15L******6*9 nömrəli kredit xətti müqaviləsi üzrə bank tərəfindən Cavabdeh1 12 ay müddətinə, aylıq 1,9167 faiz dərəcəsi ilə 1*.*** (on min) ABŞ dolları məbləğində kredit verilmişdir.

14. Qeyd edilən kredit razılaşmalarına 2*15-ci ildə dəyişikliklər edilmiş, bu dəyişikliklər zamin Cavabdeh2 imzalatdırılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat 15. "xxxx" QSC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 15R*****5816 nömrəli kredit razılaşması üzrə 15**** ABŞ dolları məbləğində kredit borcu, 232 75,*5 ABŞ dolları məbləğində faiz borcu və 561** ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 229375,*5 ABŞ dolları məbləğində borcun: -*15R151*713161 nömrəli kredit razılaşması üzrə 14*735,68 ABŞ dolları məbləğində kredit borcu, 21946,95 ABŞ dolları məbləğində faiz borcu və 53332,56 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 216*15,19 ABŞ dolları məbləğində borcun; - 15R*****5221 nömrəli kredit razılaşması üzrə 54556*,8 ABŞ dolları məbləğində kredit borcu, 85*77,37 ABŞ dolları məbləğində faiz borcu və 228*37,*4 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 858675,21 ABŞ dolları məbləğində borcun; - 15R*****3448 nömrəli kredit razılaşması üzrə 658*7,92 ABŞ dolları məbləğində kredit borcu, 1**35,71 ABŞ dolları məbləğində faiz borcu və 22548,21 ABŞ dolları məbləğində cərimə b orcu olmaqla, cəmi 98391,84 ABŞ dolları məbləğində borcun; - 15R*****4374 nömrəli kredit razılaşması üzrə 53644,17 ABŞ dolları məbləğində kredit borcu, 1*28*,5* ABŞ dolları məbləğində faiz borcu və 2***1,8* ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 83926,47 ABŞ dolları məbləğində borcun; - *15KK*****14692*1 nömrəli kredit razılaşması üzrə 9999,** ABŞ dolları məbləğində kredit borcu, 2*63,54 ABŞ dolları məbləğində faiz borcu və 171*,** ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 13772,54 ABŞ dolları olmaqla, ümumilikdə 1.5**.156,3 (bir milyon beş yüz min yüz əlli altı) ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 3* manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 4* manat dövlət rüsumunun və 84 manat xidmət haqqının tutulması; tələbin ipoteka predmetləri olan: - Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına (mebel mağazası); - Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,*6 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m yaşayış, 243,7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 1*8 nömrəli fərdi yaşayış evinə; - Ağcabədi şəhəri, 2* Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 9*3,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, anbar təyinatlı qeyri-yaşayış binasına; - Ağcabədi şəhəri, Ənnağı Bünyadov küçəsində mülkiyyətdə olan *,*7 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m ümumi, 31*.6 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mağaza) yönəldilməsinə, həmin qeyri-yaşayış binalarının və onların yerləşdiyi torpaq sahələrinin, həmçinin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması, cəmi 1.5**.156,3 məbləğində borcun, ödənilmiş 3* manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 4* manat dövlət rüsumunun və 84 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması; ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin qeyriyaşayış sahələri və fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin, qeyri-yaşayış binalarının boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Ağcəbədi Rayon Məhkəməsinin 16 may 2*17-ci il tarixli, 2(*17)-714/2*17 nömrəli qətnaməsi ilə (hakim E.Quliyev) iddia qismən təmin edilərək, Cavabdeh1 ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış *2.*6.2**9-cu il tarixli kredit xətti müqaviləsinə əsasən 15R*****3448 nömrəli kredit razılaşması üzrə 658*7,92 ABŞ dolları məbləğində əsas, 1**35,71 ABŞ dolları məbləğində faiz və 25* ABŞ dolları məbləğində cərimə; 15R*****4374 nömrəli kredit razılaşması üzrə 53644,17 ABŞ dolları məbləğində əsas, 1*28*,5* ABŞ dolları məblə ğində faiz və 2** ABŞ dolları məbləğində cərimə; 15R*****5221 nömrəli kredit razılaşması üzrə 54556*,8 ABŞ dolları məbləğində əsas, 85*77,37 ABŞ dolları məbləğində faiz və 22** ABŞ dolları məbləğində cərimə; 15R*****5816 nömrəli kredit razılaşması üzrə 15**** ABŞ dolları məbləğində əsas, 23275,*5 ABŞ dolları məbləğində faiz və 56* ABŞ dolları məbləğində cərimə; *15R151*713161 nömrəli kredit razılaşması üzrə 14*735,68 ABŞ dolları məbləğində əsas, 21946,95 ABŞ dolları məbləğində faiz və 53* ABŞ dolları məbləğində cərimə; *15KK*****14692*1 nömrəli kredit razılaşması üzrə 9999,** ABŞ dolları məbləğində əsas, 2*63,54 ABŞ dolları məbləğində faiz və 2* ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 1.122.186,69 ABŞ dolları borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 4* manat 84 manat xid mət haqqı, həmçinin 22 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan, Cavabdeh1 məxsus - Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mebel mağazası); Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,*6 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m yaşayış, 243,7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 1*8 nömrəli fərdi yaşayış evi; Ağcabədi şəhəri, 2* Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 9*3,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, anbar təyinatlı qeyri-yaşayış binası; Ağcabədi şəhəri, Ənnağı Bünyadov küçəsində mü lkiyyətdə olan *,*7 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m ümumi, 31*,6 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mağaza) yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun "xxxx" QSC-nə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan Cavabdeh1 verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait qətnamənin icrası üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması qət edilmiş, iddia tələbi qalan hissələrdə təmin olunmamışdır.

17. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərinin icrasını gecikdirmişlər və id diaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır.

18. X3 və Cavabdeh3 ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış *4.11.2**9-cu il tarixli, 15M******178 saylı, 12.*3.2*12-ci il tarixli,15M******4*7 saylı, *5.*6.2**9-cu il tarixli, 15M******11* saylı və 25.*5.2*11-d il tarixli,15M******341 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və *2.*6.2**9-cu il tarixli, 15L******6*9 saylı kredit xətti müqaviləsi üzrə tələbin həmin ipoteka müqavilələri üzrə ipoteka predmetləri olan Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m. ümumi, 929,9 kv.m. əsas, 358,6 kv.m, köməkçi sahədən ibarət 1 mərtəbəli, qeyriyaşayış bi nasına (mebel mağazası) Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,*6 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m, yaşayış, 243,7 kv.m, köməkçi sahədən ibarət 2 mərtəbəli 1*8 nömrəli fərdi yaşayış evinə Ağcabədi şəhəri, 2* Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 9*3,8 kv.m. ümumi sahədən ibarət 1 mərətəbəli, anbar təyinatlı qeyri-yaşayış binasına, Ağcabədi şəhəri, Ənnağı Bünyadov küçəsində mülkiyyətində olan *,*7 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m. ümumi, 31*,6 kv.m. əsas, 131,1 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli, qeyri-yaşayış binasına yönəldilməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2*19-cu il tarixli, 2(**4)378/2*19 nömrəli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia rədd edilmişdir.

20. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən tələblərin əsasında duran hallara dair hər hansı sübut təqdim edilməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat

21. Cavavbdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Ağcəbədi Rayon Məhkəməsinin 16 may 2*17-ci il tarixli, 2(*17)-714/2*17 nömrəli qətnaməsinin təmin olunmuş hissədə ləğv olunması, kredit müqavilələri üzrəonlardan ümumilikdə 965748 ABŞ dolları məbləğində əsas borcun tutulması, tgutmanın ipoteka predmetinə yönədilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılaraq əldə olunan məbləğin borcun ödənilməsi ilə əvəzlənməsi, artıq qalan məbləğin cavabdehlərə qaytarılması, iddianın təmin olunmuş hissəsinin dəyişdirilmədən saxlanm ası barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Eyni zamanda cavabdehlər X3 və Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2*19-cu il tarixli, 2(**4)-378/2*19 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2*19-cu il tarixli, 2(1*3)-1*8*6/2*19 nömrəli qərardadı ilə(hakimlər-A.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Şirinovdan və E.Kazımovdan ibarət tərkibdə) X1 və Cavabdeh3 "xxxx" QSC-yə və Əhmədov Hüseyn Əzim oğluna qarşı “əqdin etibarsızlığı” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatinda olan 2(1*3)-1*8*6/2*19 saylı mülki iş, "xxxx" QSC-nin X2, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka p redmetinə yönəldilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(1*6)-4*/2*19 saylı mülki iş üzrə icraatın birləşdirilməsi qərara alınmış və həmin iş Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(1*6)-4*/2*19 saylı mülki iş üzrə məcmu halında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir.

24. Şirvan Apellyasiya Məhkəməsinin 21 noyabr 2*19-ci il tarixli, 2(1*6)4*/2*19 saylı qərardadı ilə (hakimlər-K.Bəşirovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Camalovdan və E.Əliyevdən ibarət tərkibdə) iddiaçılar X1 və Cavabdeh3 cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh1 qarşı əqdin etibarsızlığı tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatinda olan 2(1*3)-1*8*6/2*19 saylı mülki iş və Accessbank” QSC-nin iddiaçılar X2, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulmas ı və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(1*6)-4*/2*19 saylı mülki iş üzrə icraatın birləşdirilməsi qərara alınmış və apellyasiya şikayətləri üzrə məhkəmə baxışı təyin edilmişdir.

25. Apelyasiya baxışında məhkəmənin təyin etdiyi qiymətləndirmə üzrə "xxxx" MMC-nin 21 may 2*18-ci il tarixli hesabatına əsasən, ipoteka predmeti olan, Cavabdeh1 məxsus Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mebel mağazasının) orta bazar qiyməti 65*.*** (altı yüz əlli min) manat, Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,*6 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m yaşayış, 243,7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 1*8 nömrəli fərdi yaşayış evinin orta bazar qiyməti 7*.*** (yetmiş min) manat, Ağcabədi şəhəri, 2* Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 9*3,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, anbar təyinatlı qeyri-yaşayış binasının orta bazar qiyməti 12*.*** (bir yüz iyirmi min) manat, Ağcabədi şəhəri, Ənnağı Bünyadov küçəsində mülkiyyətdə olan *,*7 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m ümumi, 31*,6 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasınıin (mağazanın) orta bazar qiyməti 22*.*** (iki yüz iyirmi min) manat müəyyən edilmişdir.

26. Eyni zamanda iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2*18-ci il tarixli, 1816 saylı rəy indən görünür ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış *2.*6.2**9-cu il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı AccessBank qapalı səhmdar cəmiyyətinə23.*8.2*12-ci il tarixli, 15R*****3448 nömrəli kredit razılaşması üzrə 658*7,92 ABŞ dolları məbləğində əsas, 1**35,71 ABŞ dolları məbləğində faiz və 22548,*2 ABŞ dolları məbləğində cərimə borcu, 14.*8.2*13-cü il tarixli,15R*****4374 nömrəli kredit razılaşması üzrə 53644,17 ABŞ dolları məbləğində əsas, 1*28*,5* ABŞ dolları məbləğində faiz və 2***1,8* ABŞ dolları məbləğində cərimə borcu, 19.*3.2*14-cü il tarixli, 15R*****5221 nömrəli kredit razılaşması üzrə 54556*,8 ABŞ dolları məbləğində əsas, 85*77,37 ABŞ dolları məbləğində faiz və 228*37,*4 ABŞ dolları məbləğində cərimə borcu, 21.*8.2*14-cü il tarixli, 15R*****5816 n ömrəli kredit razılaşması üzrə 15**** ABŞ dolları məbləğində əsas, 23275,*5 ABŞ dolları məbləğində faiz və 561** ABŞ dolları məbləğində cəriməborcu,17.*4.2*15-ci il tarixli, *15R151*713161 nömrəli kredit razılaşması üzrə 14*735,68 ABŞ dolları məbləğində əsas, 21946,95 ABŞ dolları məbləğində faiz və 53332,56 ABŞ dolları məbləğində cərimə borcu, *3.*6.2*15-ci il tarixli, *15KK*****14692*1 nömrəli kredit razılaşması üzrə 9999,** ABŞ dolları məbləğində əsas, 2*63,54 ABŞ dolları məbləğində faiz və 171*,* ABŞ dolları məbləğində cərimə borcu vardır.

27. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2*19-cu il tarixli, 2(1*6)-4*/19 nömrəli qətnaməsi ilə (hakimlər K.Bəşirovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Camalovdan və E.Əliyevdən ibarət tərkibdə) "xxxx" QSC-nin Cavabdeh1, C avabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, əmlaka istifadə hüququnun itirilməsi, evdən çıxarılma və ipoteka predmetlərinin boşaldılaraq alıcıya təhvil verilməsi tələbinə dair Ağcabədi rayon məhkəməsinin 16 may 2*17-ci il tarixli, 2(*47)714/2*17 saylı qətnaməsindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, qeyd edilən mülki işlə birləşdirilmiş olan X1 və Cavabdeh3 "xxxx" QSC-yə və Cavabdeh1 qarşı “əqdin etibarsızlığı” tələbinə dair Bakı şəhəri, Bakı şəhəri, Yasamal Rayon məhkəməsinin 2(**4)378/2*19 saylı qətnaməsindən iddiaçılar X3 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Bakı şəhəri, Yasam al Rayon məhkəməsinin 2(**4)-378/2*19 saylı qətnaməsinin dəyişdirilməməsi, Ağcabədi Rayon Məhkəməsinin 16 may 2*17-ci il tarixli, 2(*47)714/2*17 saylı qətnaməsinin dəyişdirilməsi, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış *2.*6.2**9-cu il tarixli kredit xətti müqaviləsinə əsasən 15R*****3448 nömrəli kredit razılaşması üzrə 658*7,92 ABŞ dolları məbləğində əsas, 1**35,71 ABŞ dolları məbləğində faiz və 25* ABŞ dolları məbləğində cərimə; 15R*****4374 nömrəli kredit razılaşması üzrə 53644,17 ABŞ dolları məbləğində əsas, 1*28*,5* ABŞ dolları məbləğində faiz və 2** ABŞ dolları məbləğində cərimə; 15R*****5221 nömrəli kredit razılaşması üzrə 54556*,8 ABŞ dolları məbləğində əsas, 85*77,37 ABŞ dolları məbləğində faiz və 22** ABŞ dolları məbləğində cərimə; 15R*****5816 nömrəli kredit razılaşması üzr ə 15**** ABŞ dolları məbləğində əsas, 23275,*5 ABŞ dolları məbləğində faiz və 56* ABŞ dolları məbləğində cərimə; *15R151*713161 nömrəli kredit razılaşması üzrə 14*735,68 ABŞ dolları məbləğində əsas, 21946,95 ABŞ dolları məbləğində faiz və 53* ABŞ dolları məbləğində cərimə; *15KK*****14692*1 nömrəli kredit razılaşması üzrə 9999,** ABŞ dolları məbləğində əsas, 2*63,54 ABŞ dolları məbləğində faiz və 2* ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 1.122.186,69 ABŞ dolları məbləğində borcun öhdəliklər icra edilən zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə icra olunmasının müəyyən edilməsi, Cavabdeh1 məxsus Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mebel mağazasının) orta bazar qiymətinin 65*.*** (altı yüz əlli min) manat, Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,*6 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m yaşayış, 243,7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 1*8 nömrəli fərdi yaşayış evinin orta bazar qiymətinin 7*.*** (yetmiş min) manat, Ağcabədi şəhəri, 2* Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 9*3,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, anbar təyinatlı qeyri-yaşayış binasının orta bazar qiymətinin 12*.*** (bir yüz iyirmi min) manat, Ağcabədi şəhəri, Ənnağı Bünyadov küçəsində mülkiyyətdə olan *,*7 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m ümumi, 31*,6 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasınıin (mağazanın) ilkin satış qiymətinin 22*.*** (iki yüz iyirmi min) manat müəyyən edilməsi, Ağcabədi rayon məhkəməsinin 16 may 2*17-ci il tarixli, 2(*47)714/2*17 saylı qətnaməsinin qalan hissədə dəyişdirimədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yuz qırx beş) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ilkin iddia tələbi ilə bağlı ödənilmiş 3* manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 4* manat dövlət rüsumunun və xidmət haqqı ilə bağlı ödənilmiş 84 manatın cavabdehlərdən tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

28. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Ağcabədi rayon məhkəməsinin 16 may 2*17-ci il tarixli 2(*47)714/2*17 saylı qətnaməsi ilə cavabdehlərdən tutulması qət edilmiş borc məbləğinin öhdəliklər icra edilən zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə icra edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən apelyasiya qaydasında mübahisələndirilən qətnamə üzrə tərəf ipoteka predmetinə yönəldilsə də, qətnamədə ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilməmişdir. Apelyasiya baxışı zamanı təyin olunmuş qiymətləndirmə ekspertizasının rəyi əsas götürülməklə ipoteka predmetlərinin açıq hərracdan ilkin satış qiyməti rəyə müvafiq olaraq müəyyən edilməlidir. Həmçinin mülki iş materiallarına birləşdilmiş olan X1 və Cavabdeh3 cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh1 qarşı “ əqdin etibarsızlığı” tələbinə dair Bakı şəhəri, Yasamal Rayon məhkəməsinin 2(**4)378/2*19 saylı qətnaməsindən iddiaçılar X3 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti işin yuxarıda müəyyən edilmiş hallarına əsasən əsassız olması, apelyasiya baxışı zamanı bir daha özünün təsdiqini tapmışdır, odur ki, qeyd edilən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2*19-cu il tarixli, 2(1*6)-4*/2*19 nömrəli qətnamənin ləğv edilməsini, Cavabdeh2 ilə "xxxx" QSC arasında bağlanmış *5 iyun 2**9-cu il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyə xitam verilməsini xahiş etmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2*2*-cı il tarixli, 2(1*2)4873/2*2* nömrəli qərarı ilə (hakimlər Z.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.A.Quliyevdən və A.Ə.Abbasovdan ibarət tərkibdə) Cavabdeh3 kassasiya 29. şikayəti təmin edilməmiş, Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2*19-cu tarixli, iş № 2(1*6)4*/2*19 saylı qətnaməsi qismən, ipoteka predmetlərinin ilkin satış qiymətlərinə və Cavabdeh2 aid hissələrdə ləğv edilmiş, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmışdır.

31. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin düzgün müəyyən olunması üçün vəsatətdə göstəril ən xüsusatları araşdırmamış, hansı səbəbdən onları qəbul etmədiyini və təkrar ekspertiza keçirmədiyini əsaslandırmamışdır. Bununla da, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına riayət edilməmişdir. Odur ki, iş üzrə ipoteka predmetlərinin ilkin satış qiymətinin obyektiv şəkildə müəyyənləşdirilməsi üçün tərəflərə lazımi şərait yaradılmalı, əldə edilmiş sübutlar qanunvericiliyin tələbinə uyğun şəkildə qiymətləndirilməklə məsələyə düzgün hüquqi qiymət verilməlidir.

32. Həmçinin kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, AccessBank” QSC ilə əsas borclu Cavabdeh1 arasında bağlanmış kredit xətti, habelə Cavabdeh2 a rasında bağlanmış zaminlik müqavilələrində kreditin maksimum məbləği və müddəti qeyd olunsa da, ona tətbiq olunan faiz dərəcəsi göstərilməmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış kredit razılaşmalarında isə faktiki verilən kreditlərin konkret məbləğləri, müddətləri, faiz dərəcələri şərtləşdirilsə də, əsas öhdəliyin bu həcmi barədə zamin məlumatlandırılmamış, konkretləşdirilmiş məbləğlər zaminlə razılaşdırılmamışdır. Başqa sözlə, nə kredit xətti, nə zaminlik müqavilələrində müqavilənin mühüm şərti olan faiz dərəcəsi göstərilməmiş, nə də faktiki verilmiş kredit üzrə razılaşmalar (məbləğ, faiz, müddət, ödəniş qrafiki və s.) zaminə imzalatdırılmamışdır. Bu hallar ona dəlalət edir ki, tərəflər arsında bağlanmış zaminlik müqaviləsində zaminin təminat vermək istədiyi əsas öhdəliyin həcmi dəqiq və aydın olmamışdır.

33. Həmçinin kollegiya onu da vurğulamışdır ki, zaminlik müqaviləsi ilə təminat verilən kredit xətti üzrə razılaşmalara edilmiş dəyişikliklərin Cavabdeh2 zaminliyinə təsirinə hüquqi qiymət verilməlidir.Eyni zamanda, hazırkı işin faktiki hallarından görünür ki, bankla Cavabdeh1 arasında bağlanmış kredit razılaşmalarına 2*15-ci ilin müxtəlif aylarında müvafiq dəyişikliklər edilmişdir.Məlum olduğu kimi zaminin razılığı olmadan öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə bütövlükdə xitam verilir.

34. Beləliklə,apelyasiya instansiyası məhkəməsi tərəfindən həm kredit xətti, həm də zaminlik müqaviləsində faiz dərəcəsinin göstərilməməsinə, kredit razılaşmaları ilə konkretləşdiril miş öhdəliyin həcminin zaminlə razılaşdırılmamasına, kredit razılaşmalarına edilmiş dəyişikliklərin zaminin məsuliyyətini ağırlaşdırıb-ağırlaşdırmadığına hüquqi qiymət verilməklə Cavabdeh2 qarşı yönəlmiş iddia tələbləri həll edilməlidir. Ona görə də, qətnamə Cavabdeh2 aid hissədə ləğv edilməklə, iş həmin hissədə də yeni apellyasiya baxışına qaytarılmalıdır. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

35. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının *7 dekabr 2*21-ci il tarixli, 2(1*6)1277/2*21 nömrəli qətnaməsi ilə (hakim G.Q.Abbasovun sədrliyi və məruzəsi ilə, hakimlər M.M.Hüseynovdan və E.Ş.Hüseynovdan ibarət tərkibdə) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin16 may 2*17-ci il tarix li 2(*47)714/2*17 nömrəli qətnaməsi kredit müqaviləsi üzrə borcun Cavabdeh2 tutulması hissəsində ləğv edilməsini, iddiaçı "xxxx" QSC-nin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə iddia tələbi təmin edilməsini, ipoteka predmeti olan Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mebel mağazasının) ilkin satış (likvid dəyəri) qiyməti 385.*** (üç yüz səkksən beş min) manat, Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,*6 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m yaşayış, 243,7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 1*8 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid dəyəri) qiyməti 8*.*** (səkksən min) manat, Ağcabədi şəhəri, 2* Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 9*3,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, anbar təyinatlı qeyri-yaşayış binasının likvid dəyəri 148.*** (bir yüz qırx səkkiz min) manat, Ağcabədi şəhəri, Ənnağı Bünyadov küçəsində mülkiyyətdə olan *,*7 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m ümumi, 31*,6 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasınıin (mağazanın) ilkin satış (likvid dəyəri) qiyməti 28*.*** (iki yüz səkksən min) manat müəyyən edilməsini,qətnamə qalan (mübahisələndirilən hissədə) hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

36. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Buna görə də apellyasiya icraatı zamanı ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsindən ötrü müstəqil qiymətləndiricinin rəyi alınmış Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mebel mağazasının) ilkin satış (likvid dəyəri) qiyməti 385.*** (üç yüz səkksən beş min) manat, Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,*6 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m yaşayış, 243,7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 1*8 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid dəyəri) qiyməti 8*.*** (səkksən min) manat, Ağcabədi şəhəri, 2* Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 9*3,8 kv.m ümumi sahədən ibarə t 1 mərtəbəli, anbar təyinatlı qeyri-yaşayış binasının likvid dəyəri 148.*** (bir yüz qırx səkkiz min) manat, Ağcabədi şəhəri, Ənnağı Bünyadov küçəsində mülkiyyətdə olan *,*7 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m ümumi, 31*,6 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasınıin (mağazanın) ilkin satış (likvid dəyəri) qiyməti 28*.*** (iki yüz səkksən min) manat müəyyən edilmişdir. Təkrar apellyasiya icraatı zamanı Cavabdeh1 məhkəməyə vəsatət ünvanlayaraq ipoteka ilə yüklü edilmiş əmlakların likvid dəyəri ilə razı olmadığını və yenidən qiymətləndirici təyin olunmasını xahiş etmiş, lakin bu halın təsdiqi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

37. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcə lləsinin 269.1, 317.1, 319.6-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

38. Cavabdeh1 kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının *7 dekabr 2*21-ci il tarixli, 2(1*6)1277/2*21 nömrəli qətnaməsinin ləğv edilərək və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, ekspert rəyi məhkəmə iclasından bir gün əvvəl xüsusi təkidimdən sonra verilmişdir və həmin rəylə qanunla müəyyən edilmiş müddətdə tanış olub öz mülahiz ələrini və etirazlarını təqdim etmək imkanından məhrum olub. Ekspert onun iştirakı ilə dindidirilməsi və ona suallar vermək hüququmdan məhrum olub. Bu günə qədər təkrar ekspertiza təyin edilməsinə dair vəsatəti təmin edilməməsi və niyə təmin edilməməsi barədə qərardad əldə etməyiblər. Məhkəmə ekspert rəyini qətnaməyə köçürməklə sübutu qətiyyən tədqiq etməmişdir. Ali Məhkəmə ipoteka predmetlərinin daha əvvəl müəyyən edilmiş qiymətlərini əsassız hesab elədiyi zaman, apellyasiya instansiya məhkəməsi həmin qiymətləri formal olaraq çox cüzi dəyişiklərlə əsaslı hesab edərək, eyni qətnaməni çıxardıblar.

40. İddiaçı "xxxx" QSCni nümayəndəsi kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının *7 dekabr 2*21-ci il tarixli, 2(1*6)1277/2*21 nömr əli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin

41. Maddə 43.1 hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

42. Maddə 43.2 hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.

43. Maddə 49.2 hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.

44. Maddə 49.3 hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hü quqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

45. Maddə 317.1 borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

46. Maddə 319.4 açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər.

47. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

48. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

49. Maddə 389.1 mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

50. Maddə 39*.1 fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

51. Maddə 425.1-ci öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

52. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

53. Maddə 443.1 öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

54. Maddə 443.5 borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

55. Maddə 439.2 əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

56. Maddə 739.1 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

57. Maddə 739.2 maddəsinə görə, bo rc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun

58. Maddə 1.*.1 ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

59. Maddə 1.*.9 ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

60. Maddə 33 borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

61. Maddə 39.3.3 məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə

62. Maddə 14.2 yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır

65. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

66. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

67. Maddə 417.1.2 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən 68. olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

69. Kasator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

70. Məhkəmə kollegiyası iş materiallarının kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki,apellyasiya instansiya məhkəməsinin qətnaməsi Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış əmlakının ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnəmə qəbul edilməli, Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 65*.*** manat müəyyən edilməli, qalan ipoteka predmetlərinə qarşı ilkin satış qiymətinin müə yyən edilməsi hissəsində apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 71.Belə ki, iş materiallarından görünür ki,apellyasiya instansiya məhkəməsi ipoteka predmetlərinə ilkin (likvid) satış qiymətinin müəyyən edilməsi hissəsində qəbul etdiyi qətnamə "xxxx" MMC tərəfindən verilmiş 25 may 2*18-ci il tarixlu rəy ilə əsaslandırmışdır. 72.Həmin rəylə ipotekaya qoyulmuş əmlakın ilkin (likvid) satış qiyməti aşağıdakı məbləğdə müəyyən edilmişdir: Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mebel mağazasının) ilkin satış (likvid dəyəri) qiyməti 385.*** (üç yüz səkksən beş min) manat, Ağcabədi şəhəri, X7 k üçəsində mülkiyyətdə olan *,*6 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m yaşayış, 243,7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 1*8 nömrəli fərdi yaşayış evinin ) ilkin satış (likvid dəyəri) qiyməti 8*.*** (səkksən min) manat, Ağcabədi şəhəri, 2* Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 9*3,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, anbar təyinatlı qeyri-yaşayış binasının likvid dəyəri 148.*** (bir yüz qırx səkkiz min) manat, Ağcabədi şəhəri, Ənnağı Bünyadov küçəsində mülkiyyətdə olan *,*7 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m ümumi, 31*,6 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasınıin (mağazanın) ) ilkin satış (likvid dəyəri) qiyməti 28*.*** (iki yüz səkksən min) manat.

73. Qeyd edilən ekpert rəyini əsas tutaraq ipote kaya qoyulmuş əmlaklara ilkin (likvid) satış qiymətini müəyyən edərkən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, işə birinci apellyasiya baxışında Ağcabədi şəhəri, X7 küçəsində mülkiyyətdə olan *,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin bazar qiyməti 65*.*** manat müəyyən edilmiş və həmin qiyməti qətnamədən kassasiya şikayəti verməklə iddiaçı deyil, cavabdehlər qiymətin aşağı olması əsası ilə mübahisələndirilmişlər.

74. Ona görə işə ikinci apellyasiya baxışında verilmiş rəylə həmin əmlakın ilkin (likvid) satış qiyməti 385.*** manat müəyyən edilsə də apellyasiya məhkəməsi həmin əmlakın ilkin satış qiyməytini 65*.*** manatdan aşağı qiymətlə müəyyən etmək hüququn a malik deyildi.

75. Bununla yanaşı ipotekaya qoyulmuş qalan əmlaklara münasibətdə "xxxx" MMC tərəfindən verilmiş rəyin həmin əmlakının əsl dəyərini əks etdirmədiyi barədə kasatorun dəlilləri əsaslı hesab edilməməlidir.

76. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. 77. “X4rşı işi üzrə” 16 fevral 2*1*-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsasla ndırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

78. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *7.12.2*21-ci il tarixli, 2(1*6)-1277/2*21 saylı qətnaməsi Ağcabədi şəhəri, X7 küçəsindəki *,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929.9 kv.m əsas, 358.6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Həmin əmlakın ilkin satış qiyməti 65*.*** manat müəyyən edilsin. Qalan hissələrdə qətnamə dəyişd irilmədən saxlanılsın. Qərar qətidir, qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar