Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2340/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyanın hakimi X1 (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət hakimlərin qarışıq tərkibində İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1221/2023 nömrəli iş üzrə 13 mart 2023-cü il tarixli qər ardadından iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əli ilə verdiyi 160.000 ABŞ dolları pulun və mənəvi zərər kimi əlavə 160.000 ABŞ dolları olmaqla, cəmi 320.000 ABŞ dolları pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2346/2022 nömrəli iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 50.000 ABŞ dolları məbləğdə pul vəsaitinin ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğu n olaraq manatla alınaraq iddiaçıya verilməsi, dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 143,5 manat məbləğinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
3. Qətnamədən iddiaçı və cavabdehlər apelyasiya şikayətləri vermişlər.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1221/2023 nömrəli iş üzrə 13 mart 2023-cü il tarixli qərardadı ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və M.Rüstəmli) apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, məhkəmə aidiyyəti üzrə mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına g örə, “AZEMİS Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə verilmiş fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli VÖEN-i olmuş, fəaliyyətini müvəqqəti dayandırmışdır, həmçinin Cavabdeh2 da xx.xx.2011-ci il tarixdə verilmiş fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli VÖEN-i olmuş, fəaliyyətini müvəqqəti dayandırmışdır. Digər Cavabdeh1 isə xx.xx.2008-ci il tarixdə verilmiş fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli aktiv VÖEN-i var. Göründüyü kimi, tərəflər fərdi sahibkar statusu əldə edən fiziki şəxslər olmaqla, aralarında yaranan hüquq münasibətləri xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə uyğun gəlir. Tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı vaxt (2011-ci ilin dekabr ayı) artıq hər üçü də fərdi sahibkar olmuşlar və hazırki mübahisə də onların sahibkarlıq fəaliyyətindən əmələ gələn mübahisədir. Belə olan halda, hazırkı mübahisəli hüquq münasibəti kommersiya mübahisələrinə aid olmaqla ona dair işə kommersiya məhkəməsində baxılmalıdır.” Kassasiya instansiyası məhkəməsində icraat
6. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qərardadın ləğv olunub, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan nə sahibkardır, nə də hüquqi şəxs. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tərəflə müqaviləsi yoxdur. Ona görə də o, fərdi sahibkar statusu əldə edən fiziki şəxs sayıla bilməz. Məhkəmə qeyd edib ki, 2007-ci ildə fiziki şəxs kimi VÖEN-i olub və fəaliyyətini həmin vaxt dayandırmışdır. Eynilə, Cavabdeh2 da 2011-ci ildə fiziki şəxs kimi VÖEN-i olub, fəaliyyətini dayandırıb. Onun cavabdehlərlə pul alış-verişi fiziki şəxs kimi 2012-ci ildən başlamışdır. Yəni həmin vaxt nə o, nə də cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmamışdır. Ona görə də işə kommersiya icraatında deyil, mülki icraatda baxılmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 9. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
15. İşlərin Azərbayca n Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentl ər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahib karlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 12. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; Maddə
30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır; Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu ( onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər; Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: “Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin on un işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, mə hkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.”
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyət i ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı: Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; B ənd
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; Bənd
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisə lərə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; Bənd
28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir.
16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli Qərarı: “Qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Hakimlərin qarışı q tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
18. İlk olaraq, Vergi və Mülki məcəllələrin, habelə “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun bu qərarın 10-12-ci bəndlərində istinad olunan normalarının mənasına görə, sahibkarlıq fəaliyyəti hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq olaraq mənfəət və gəlir əldə etməyə yönəlmiş fəaliyyətdir, hər iki kateqoriyaya daxil olan subyektlər vergi ödəyicisi kimi vergi orqanında uçota alınırlar.
19. Tərəflərin hər üçünün qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi sahibkar qismində vergi ödəyicisi kimi 2007, 2008 və 2011-ci illərdə vergi orqanında uçota alınmaları (VÖEN-ə malik olmaları) iş materialları ilə təsdiqini tapır, fəaliyyətlərini müvəqqəti dayandırmaları isə onları fərdi sahi bkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir.
20. Həmçinin, iddia ərizəsində göstərilmişdir ki, mübahisəli pul məbləğlərini iddiaçı 2011-ci ilin sonlarından etibarən Cavabdeh2 Çindən santexnika mallarının gətirilib satılması üçün birgə fəaliyyət məqsədilə verməyə başlamışdır.
21. Qeyd olunanlar da o anlama gəlir ki, iddiaçının və cavabdehlərdən ən az birinin (Cavabdeh2) mübahisə predmeti ilə bağlı fəaliyyətlərinin sahibkarlıq kimi xarakterizə oluna bilməsi üçün qanunla tələb edilən şərtlər iş üzrə yerinə yetirilir.
22. Belə olan halda, iddiaçının kassasiya şikayətinin dəlilləri MPM-in 24.2-ci maddəsinin (bu Qərarın 13-cü bəndi) mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, müəyyən edilməli olması, habelə, 30-cu maddəsinin bir-biri ilə əlaqədar olaraq birləşdirilən bir neçə tələbdən bir qismi ümumi məhkəməyə, digəri isə kommersiya məhkəməsinə aiddirsə, iddiaya kommersiya məhkəməsində baxılmalı olması barədə tələblərinə, həmçinin, Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə (bu Qərarın 15-ci bəndi) sözügedən kontekstdə prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə verilən izahlara ziddir.
23. Hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiya məhkəməsinin mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması ilə əlaqədar gəldiyi nəticə qanuni olduğu üçün, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.
24. Göstərilənlərə əsasən və MPM-in 24 və 403-1-ci maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1221/2023 nömrəli iş üzrə 13 mart 2023-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.