Məhkəmə qərarları › İş №2(102)-2341/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2341/2020

01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2341/2020 01.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı X QSC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 0 61R********** saylı kredit razılaşması üzrə 25434,98 manat kredit borcu, 3599,92 manat faiz borcu və 1550,30 manat cərimə borcu olmaqla, cəmi 30585,20 manat, 061R********** saylı kredit razılaşması üzrə 17774,68 manat kredit borcu, 2626,27 manat faiz borcu və 1084,02 manat cərimə borcu olmaqla, cəmi 21484,97 manat, 017R********** saylı kredit razılaşması üzrə 26017,26 manat kredit borcu, 2412,68 manat faiz borcu və 1586,29 manat cərimə borcu olmaqla, cəmi 30016,23 manat, 017R********** saylı kredit razılaşması üzrə 13775,93 manat kredit borcu, 1384,37 manat faiz borcu və 839,55 manat cərimə borcu olmaqla, cəmi 15999,85 manat, 4 (dörd) kredit razılaşması üzrə ümumilikdə cəmi 98086,25 (doxsan səkkiz min səksən altı manat 25 qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödə nilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Hətəmzadə) 06.09 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 061R********** saylı kredit razılaşması üzrə 25434,98 manat məbləğində əsas borc, 3599,92 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə olmaqla, cəmi 29134,9 manat borc, 061R********** saylı kredit razılaşması üzrə 17774,68 manat məbləğində əsas borc, 2626,27 manat məbləğində faiz borcu, 80 manat məbləğində cərimə olmaqla, cəmi 20480,95 manat borc, 017R********** saylı kredit razılaşması üzrə 26017,26 manat məbləğində əsas borc, 2412,68 manat məbləğində faiz borcu, 100 manat məbləği ndə cərimə olmaqla, cəmi 28529,94 manat borc və 017R********** saylı kredit razılaşması üzrə 13775,93 manat məbləğində əsas borc, 1384,37 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə olmaqla, cəmi 15210,3 manat borc, ümumilikdə isə cəmi 93356,09 (doxsan üç min üç yüz əlli altı manat 9 qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- X.Sarıyev (sərlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) xx xxxxxx 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.09 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx. 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayədnsəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onu n təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan: Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 061L**********49 saylı Uzunmüddə tli kredit müqaviləsindən görünür ki, cavabdehə 120 ay müddətinə 300.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 061R********** saylı xx xxxxxx 2018-ci il tarixli kredit razılaşmasından görünür ki, ona 36 ay müddətinə aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla 30.000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2018-ci il tarixli məxaric qəbzindən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 30.000 manat məbləğində kredit vəsaitini İddiaçı QSCdən qəbul etmişdir. Ödəniş planından görünür ki, xx xxxxxx 2018-ci il tarixli 061R********** saylı kredit müqaviləsinə əsasən götür ülmüş 30.000 manat məbləğində kredit vəsaitinin aylıq ödənişləri xx.xx.2018-ci il tarixli razılaşmaya əsasən 1198 manat olmaqla xx xxxxxx 2021-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. Ödəniş planından görünür ki, xx xxxxxx 2018-ci il tarixli 061R********** saylı kredit müqaviləsinə əsasən götürülmüş 30.000 manat məbləğində kredit vəsaitinin aylıq ödənişləri xx.xx.2018-ci il tarixli razılaşmaya əsasən 1299 manat olmaqla xx xxxxxx 2021-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 061R********** saylı kredit razılaşması üzrə xx xxxx 2019-cu il tarixə 25434,98 manat məbləğində əsas borcu, 3599,92 manat məbləğində faiz borcu, 1550,3 manat məbləğində cərimə olmaqla, cəmi 30585,2 manat borcu yaranmışdır. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 061R********** saylı xx xxxxxx 2018-ci il tarixli kredit razılaşmasından görünür ki, ona 36 ay müddətinə aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla 21.000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2018-ci il tarixli məxaric qəbzindən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 21.000 manat məbləğində kredit vəsaitini İddiaçı QSCdən qəbul etmişdir. Ödəniş planından görünür ki, xx xxxxxx 2018-ci il tarixli 061R********** saylı kredit müqaviləsinə əsasən götürülmüş 21.000 manat məbləğində kredit vəsaitinin aylıq ödənişləri 839 manat olmaqla xx xxxxxx 2021-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. Ödəniş planından görünür ki, xx xxxxxx 2018-ci il tarixli 061R********** saylı kredit müqaviləsinə əsasən göt ürülmüş 21.000 manat məbləğində kredit vəsaitinin aylıq ödənişləri xx.xx.2018-ci il tarixli razılaşmaya əsasən 909 manat olmaqla xx xxxxxx 2021-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 061R********** saylı kredit razılaşması üzrə xx xxxx 2019-cu il tarixə 17774,68 manat məbləğində əsas borcu, 2626,27 manat məbləğində faiz borcu, 1084,02 manat məbləğində cərimə olmaqla, cəmi 21484,97 manat borcu yaranmışdır. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 017R********** saylı xx xxxxx 2018-ci il tarixli kredit razılaşmasından görünür ki, ona 30 ay müddətinə aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla 30.500 manat məbləğində kredit verilmişdir. xx xxxxx 2018-ci il tarixli məxaric qəbzindən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə b ağladığı xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 30.500 manat məbləğində kredit vəsaitini İddiaçı QSCdən qəbul etmişdir. Ödəniş planından görünür ki, xx xxxxx 2018-ci il tarixli 017R********** saylı kredit müqaviləsinə əsasən götürülmüş 30.500 manat məbləğində kredit vəsaitinin aylıq ödənişləri 1309 manat olmaqla xx xxxxxx 2020-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. Ödəniş planından görünür ki, xx xxxxx 2018-ci il tarixli 017R********** saylı kredit müqaviləsinə əsasən götürülmüş 30.500 manat məbləğində kredit vəsaitinin aylıq ödənişləri xx.xx.2018-ci il tarixli razılaşmaya əsasən 1445 manat olmaqla xx xxxxxx 2020-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 017R********** saylı kredit razılaşması üzrə xx xxxx 2019-cu il tarixə 26017,26 manat məbləğində əsas borcu, 2412,68 manat məbləğində faiz borcu, 1586,29 manat məbləğində cərimə olmaqla, cəmi 30016,23 manat borcu yaranmışdır. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 017R********** saylı xx xxxx 2018-ci il tarixli kredit razılaşmasından görünür ki, ona 24 ay müddətinə aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla 15.000 manat məbləğində kredit verilmişdir. xx xxxx 2018-ci il tarixli məxaric qəbzindən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 15.000 manat məbləğində kredit vəsaitini İddiaçı QSC-dən qəbul etmişdir. Ödəniş planından görünür ki, xx xxxx 2018-ci il tarixli 017R********** saylı kredit müqaviləsinə əsasən götürülmüş 15.000 manat məbləğində kredit vəsaitinin aylıq ödən işləri 766 manat olmaqla xx xxxx 2020-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. Ödəniş planından görünür ki, xx xxxx 2018-ci il tarixli 017R********** saylı kredit müqaviləsinə əsasən götürülmüş 15.000 manat məbləğində kredit vəsaitinin aylıq ödənişləri xx.xx.2018-ci il tarixli razılaşmaya əsasən 866 manat olmaqla xx xxxx 2020-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 017R********** saylı kredit razılaşması üzrə xx xxxx 2019-cu il tarixə 13775,93 manat məbləğində əsas borcu, 1384,37 manat məbləğində faiz borcu, 839,55 manat məbləğində cərimə olmaqla, cəmi 15999,85 manat borcu yaranmışdır. xx.xx.2017-ci il tarixli 061S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kr edit müqaviləsi əsasında borc alana verilmiş kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə görə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı QSC tərəfindən cavabdehlərə göndərilmiş bildirişlərdən və bildirişlərin cavabdehlərə çatdırılmasını təsdiq edən qəbzlərin surətindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. Mülki Məcəllənin: 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icran ın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği Cavabdeh1 vermiş, digər Cavabdeh2 Cavabdeh1 iddiaçı qarşısında kredit mü qaviləsi üzrə öhdəliyinin icrasına görə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürdüyündən, onun subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, o iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Cavabdeh2 tutulan borc məbləğlərinin düzgün olmaması və bununla bağlı müvafiq ekspertizanın keçirilməməsinə dair mövqeyi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, apelyasiya instansiyası məhkəməsi bu dəlillə qiymət verərək, borcun məbləğinə dair işdə olan maliyyə sənədlərini şübhə altına alan hər hansı sübutun təqdim edilmədiyini vurğulamışdır. Kollegiya apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar