Məhkəmə qərarları › İş №2(102)-2344/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2344/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2344/2022 11.03.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" X tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X Gəncə Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(1*4)-37*4/2*21 nömrəli iş üzrə 11 noyabr 2*21-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. MPM-nin 4*5.*.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayə ti verilə bilər. İş materiallarından görünür ki, iddiaçı "xxxx" X apelyasiya məhkəməsinin qətnaməsini 14 dekabr 2*21-ci il tarixdə almış, kassasiya şikayətini isə 17 dekabr 2*21-ci il tarixdə vermişdir. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi üçün son müddət 14 fevral 2*21-ci il tarixi olduğu halda, iddiaçı "xxxx" X kassasiya şikayətini *3 gün gecikdirilməklə 17 dekabr 2*21-ci il tarixdə verilmişdir. MPM-nin 4*8.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlid ir. Şərh edilənlərə əsasən və MPM-nin 4*5.*.1, 4*8.1.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" X Gəncə Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(1*4)37*4/2*21 nömrəli iş üzrə 11 noyabr 2*21-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar