Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2345/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 10.06.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, iddiaçı vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5448/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 11 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 03.03.2017-cı il tarixə cavabdehin iddiaçı qarşısında əsas borc üzrə 9 782,45 ABŞ dolları, faiz borcu üzrə 6 112,88 ABŞ dolları, cərimə borcu üzrə 2 200,82 ABŞ dolları, cəmi 18 096,15 ABŞ dolları, 19 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 554 790 manat, faiz borcu üzrə 323 438,97 manat, cərimə borcu üzrə 216 829,54 manat, cəmi 1 095 058,51 manat, 21 noyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 32 818,01 manat, faiz borcu üzrə 20 434,04 manat, cərimə borcu üzrə 2 204,42 manat, cəmi 55 456,47 manat, 19 yanvar 2011-ci il tarixli kredit müqaviləsin ə əsasən isə əsas borc üzrə 266 999,31 ABŞ dolları, faiz borcu üzrə 170 797,55 ABŞ dolları, cərimə borcu üzrə 83 037 ABŞ dolları, cəmi 520 825,86 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin hallarından görünür ki, 19 yanvar 2011-ci il tarixdə bağlanılmış kredit xətti müqaviləsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti borcalan Cavabdeh 24 ay müddətinə illik 18 faiz olmaqla 20 000 ABŞ dolları məbləğində kart krediti verməyi öhdəsinə götürmüşdür; müqavilənin 1.2-ci bəndində həmin kreditin bankın kredit kartı vasitəsilə istifadə ediləcəyi, 1.3-cü bəndində isə, kredit məbləğinin müqavilə bağlandıqdan sonra 1 (bir) gün ərzində karta yerləşdiriləcəyi nəzərdə tutulmuşdur.
3. Həmçinin işin hallarından görünür ki, 11 fevral 2013-cü il tarixdə 19 yanvar 2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə 1 saylı əlavə bağlanılmış, həmin əlavəyə əsasən sözügedən kredit müqaviləsinin müddəti 14 yanvar 2015-ci il tarixə qədər uzadılmışdır. Bundan sonra 19 yanvar 2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə 18 fevral 2013-cü il tarixli əlavə bağlanılmış, həmin əlavəyə görə sözügedən kredit müqaviləsinə uyğun olaraq Cavabdeh ayrılmış 30 000 (otuz min) məbləğində kredit xəttinə 70 000 (yetmiş min) ABŞ dolları artırılaraq kreditin məbləği 100 000 (bir yüz min) ABŞ dolları məbləğinə çatdırılmışdır. Həmçinin 19 yanvar 2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə 20 fevral 2013-cü il tarixli əlavə də bağlanılmış, bununla da həmin kredit müqaviləsinə uyğun olaraq Cavabdeh ayrılmış 100 000 (bir y üz min) məbləğində kredit xəttinə 30 000 (otuz min) ABŞ dolları artırılaraq 130 000 (bir yüz otuz min) ABŞ dolları məbləğinə çatdırılmışdır.
4. Bundan başqa 21 noyabr 2012-ci il tarixdə bağlanılmış kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti borcalan Cavabdeh 24 ay müddətinə 50 000 manat məbləğində kart vasitəsi ilə bərpaolunan kredit xətti açmışdır. Müqavilənin 1.3-cü bəndinə görə plastik kartın alınması, istifadəsi ilə bağlı yaranacaq digər münasibətlər tərəflər arasında bağlanacaq plastik kart müqaviləsi ilə tənzimlənəcəkdir. 21 noyabr 2012-ci il tarixdə bağlanılmış kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsi üzrə 18 fevral 2013-cü il tarixli əlavəyə görə, həmin kredit müqaviləsinə uyğun olaraq Cavabdeh ayrılmış 50 000 (əlli min) manat məbləğində kredit xətti 50 000 (əlli min) manat artırılaraq kreditin məbləği 100 000 (bir yüz min) manat məbləğinə çatdırılmışdır. Daha sonra 21 noyabr 2012-ci il tarixdə bağlanılmış kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsi üzrə 20 fevral 2013-cü il tarixli əlavə də bağlanılmış, həmin əlavəyə görə sözügedən kredit müqaviləsinə uyğun olaraq Cavabdeh ayrılmış 100 000 (yüz min) manat məbləğində kredit xəttinə 50 000 (əlli min) manat artırılaraq 150 000 (bir yüz əlli min) manat məbləğinə çatdırılmışdır.
5. Bununla yanaşı işin hallarından görünür ki, 19 aprel 2013-cü il tarixdə bağlanılmış Təminatsız Bərpaolunan Kredit Xətti müqaviləsinə görə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti borcalan Cavabdeh 12 ay müddətinə illik 15 % olmaqla 320 000 manat məbləğində bər paolunan kredit xəttinin verilməsini öhdəsinə götürmüşdür. 6. 06.04.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19.01.2011-ci il tarixli kredit müqaviləsi üzrə banka 266 999,31 ABŞ dolları əsas, 170 797,55 ABŞ dolları faiz, 83 037 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 520 825,86 ABŞ dolları məbləğində borcu, 19 aprel 2013-cü il tarixdə bağlanılmış Təminatsız Bərpaolunan Kredit Xətti müqaviləsi üzrə banka 554 790 manat əsas, 323 438,97 manat faiz, 216 829,54 manat cərimə borcu olmaqla, cəmi 1 095 058,51 manat məbləğində borcu, 21 noyabr 2012-ci il tarixdə bağlanılmış kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsi üzrə banka 32 818,01 manat əsas, 20 434,04 manat faiz, 2 204,42 manat cərimə borcu olmaqla, cəmi 55 456,47 manat məbləğində borcu vardır. 7. 29.06.2017- ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11.03.2013-cü il tarixdə bağlanılmış Kredit müqaviləsi üzrə banka 9782,45 ABŞ dolları əsas, 4968,58 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14751,03 ABŞ dolları məbləğində borcu vardır.
8. İş materiallarında olan kassa məxaric orderlərindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 19.01.2011-ci il tarixdə 20 000 (iyirmi min) ABŞ dolları, 11.02.2013-cü il tarixdə 30 000 (otuz min) ABŞ dolları, 18.02.2013-cü il tarixdə 100 000 (bir yüz min) ABŞ dolları, 20.02.2013-cü il tarixdə 130 000 (bir yüz otuz min) ABŞ dolları, 19.04.2013-cü il tarixdə 320 000 (üç yüz iyirmi min) manat, 19.04.2013-cü ildə 314 000 manat, 22.04.2013-cü il tarixdə 15 700 (on beş min yeddi yüz) manat, 23.04.2013-cü il tarixdə 37 000 (otuz yeddi min) manat, 07.05.2013-cü il ta rixdə 21 176 (iyirmi bir min yüz yetmiş altı) manat, 08.05.2013-cü il tarixdə 7 880 (yeddi min səkkiz yüz səksən) manat, 10.05.2013-cü il tarixdə 12 000 (on iki min) manat, 29.05.2013-cü il tarixdə 27 000 (iyirmi yeddi min) manat, 07.06.2013-cü il tarixdə 10 000 (on min) manat, 09.07.2013-cü il tarixdə 10 000 (on min) manat, 10.07.2013-cü il tarixdə 10 000 (on min) manat, 11.07.2013-cü il tarixdə 10 000 (on min) manat, 12.07.2013-cü il tarixdə 10 000 (on min) manat, 15.07.2013-cü il tarixdə 33 000 (otuz üç min) manat, 02.08.2013-cü il tarixdə 10 000 (on min) manat, 13.08.2013cü il tarixdə 10 000 (on min) manat məbləğində pul vəsaitlərini qəbul etmişdir; həmin kassa məxaric orderlərində Cavabdeh aid imza “faksimile”lə icra edilmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin 01.02.2016 -cı il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən X İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir.
10. Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2018-cu il tarixli rəyindən görünür ki, Cavabdeh banka 11 mart 2013-cü il tarixli müqavilə üzrə 06.04.2017-ci il tarixə 9 782,45 ABŞ dolları əsas, 6 112,88 ABŞ dolları faiz borcu, 19.04.2013-cü il tarixli müqavilə üzrə 06.04.2017-ci il tarixə 554 790,00 ABŞ dolları əsas, 323 438,97 ABŞ dolları faiz borcun, 21.11.2012-ci il tarixli müqavilə üzrə 06.04.2017-ci il tarixə 32 818,01 ABŞ dolları əsas, 20 434,04 ABŞ dolları faiz borcu, 19.01.2011-ci il tarixli müqavilə üzrə 06.04.2017-ci il tarixə 266 999,31 ABŞ dolları əsas, 170 797,55 ABŞ dolları faiz bor cunun olduğu müəyyən edilmişdir.
11. Məhkəmə-xətşünaslıq ekspertizasının 18 oktyabr 2018-ci tarixli rəyində isə ekspert belə nəticəyə gəlmişdir ki, “1. a) ekspertizaya təqdim olunmuş, mülki işin 61-62-ci, 133-134-cü vərəqələrində İddiaçı ilə Cavabdeh adından bağlanmış olan 21 noyabr 2012-ci il tarixli kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsinin 1-ci, 2-ci nüsxələrinin 1-ci vərəqələrində aşağı sağ küncdəki, 2-ci vərəqələrində “Borc alan” qrafalarındakı imzalar, 69, 144-cü vərəqələrində İddiaçı ilə Cavabdeh adından bağlanmış olan 19 yanvar 2011-ci il tarixli C13/11 nömrəli kredit müqaviləsinə 11 fevral 2013-cü il tarixli 1 saylı əlavənin 1-ci, 2-ci nüsxələrində “Borc alan” qrafalarındakı imzalar – Eyni şəxs Cavabdeh tərəfindən icra olunmuşdur. b) ekspertizaya təqdim olunmuş, m ülki işin 72-78-ci və 135-141-ci vərəqələrində İddiaçı ASC ilə Cavabdeh adından bağlanmış olan 19 aprel 2013-cü il tarixli kredit xətti müqaviləsinin 1-ci, 2-ci nüsxələrində “Borc alan” qrafalarında əks olunmuş imzalar, 63, 64-cü vərəqələrində İddiaçı ilə Cavabdeh adından bağlanmış olan 21 noyabr 2012-ci il tarixli kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsinə 20 fevral 2013-cü il tarixli və 18 fevral 2013-cü il tarixli əlavələrdə “Borc alan” qrafalarında əks olunmuş imzalar, 68, 70-ci, 145, 146-cı vərəqələrində İddiaçı ilə Cavabdeh adından bağlanmış olan 19 yanvar 2011-ci il tarixli kredit xətti müqaviləsinə 20 fevral 2013-cü il tarixli, 18 fevral 2013-cü il tarixli əlavələrin 1- ci, 2-ci nüsxələrində “Borc alan” qrafalarında əks olunmuş imzalar, mülki işin 286-301-ci vərəqələ rində 09 iyul 2013-cü il tarixli, 08 may 2013-cü il tarixli, 23 aprel 2013-cü il tarixli, 29 may 2013-cü il tarixli, 19 aprel 2013-cü il tarixli, 10 may 2013-cü il tarixli, 07 iyun 2013- cü il tarixli, 13 avqust 2013-cü il tarixli, 11 iyul 2013-cü il tarixli, 02 avqust 2013-cü il tarixli, 12 iyul 2013-cü il tarixli, 10 iyul 2013-cü il tarixli, 15 iyul 2013-cü il tarixli “10000” məbləğ göstəricisi olan, 15 iyul 2013-cü il tarixli “33000” məbləğ göstəricisi olan, 07 may 2013-cü il tarixli, 22 aprel 2013-cü il tarixli kassa məxaric orderlərində “Təhvil aldım” qrafalarında əks olunmuş imzalar – Eyni şəxs Cavabdeh tərəfindən icra olunmuş imzanın əksidir.
2. Ekspertizaya təqdim olunmuş, mülki işin 66-67ci, 142-143-cü vərəqələrində İddiaçı ilə Cavabdeh adından bağlanmış olan 19 yanvar 2011-ci il tarixli kredit xətti müqaviləsinin 1-ci, 2- ci nüsxələrində “Borc alan” qrafalarındakı imzalar – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
12. Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2019-cu il tarixli rəyinə görə isə, Cavabdeh banka 19.04.2013-cü il tarixli müqavilə üzrə 19.04.2014-cü il tarixə 554 790,00 manat əsas, 77 714,19 manat faiz, cəmi 632 504,19 manat borcu, 21.11.2012-ci il tarixli müqavilə üzrə 21.11.2014- cü il tarixə 32 818,01 manat əsas, 17 180,94 manat faiz, cəmi 50 178,95 manat borcu olduğu müəyyən edilmişdir.
13. İddiaçı bildirir ki, İddiaçı ASC-nin Müştəri xidmət Departamenti ilə Cavabdeh arasında bağlanmış C91/13 nömrəli, 11 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 12 %-lə, 36 ay müddətinə 10 000 (on min) ABŞ dolları, 65/13 nö mrəli, 19 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 15 %-lə, 12 ay müddətinə 600 300 (altı yüz min üç yüz) manat, C267/12 nömrəli, 21 noyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən illik 12 %-lə, 36 ay müddətinə 50 000 (əlli min) manat və C13/11 nömrəli, 19 yanvar 2011-ci il tarixli kredit müqaviləsinə əsasən illik 12%-lə, 60 ay müddətinə 267 000 (iki yüz altmış yeddi min) ABŞ dolları məbləğində kredit verilmiş, bununla belə cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə cavabdehə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, o, borcun qaytarılması istiqamətində müsbət addım atmamışdır. İddiaçı ASC-nin Mü ştərilərə xidmət Departamenti ilə cavabdeh arasında bağlanmış C91/13 nömrəli, 11 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 03.03.2017-cı il tarixə cavabdehin Ləğv prosesində olar İddiaçı ASC qarşısında əsas borc üzrə 9 782,45 (doqquz min yeddi yüz səksən iki dollar 45 sent) ABŞ dolları, faiz borcu üzrə 6 112,88 (altı min yüz on iki dollar 88 sent) ABŞ dolları, cərimə borcu üzrə 2 200,82(iki min iki yüz dollar 82 sent) ABŞ dolları, cəmi 18 096,15(on səkkiz min doxsan altı dollar 15 sent) ABŞ dolları, 65/13 nömrəli, 19 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 554 790 (beş yüz əlli dörd min yeddi yüz doxsan) manat, faiz borcu üzrə 323 438,97 (üc yüz iyirmi üç min dörd yüz otuz səkkiz manat 97 qəpik) manat, cərimə borcu üzrə 216 829,54 (iki yüz on altı min səkkiz yüz iyirmi doqquz manat 54 qəpik) manat, cəmi 1 095 058,51(bir milyon doxsan beş min əlli səkkiz manat 51 qəpik) manat, C267/12 nömrəli, 21 noyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 32 818,01 (otuz iki min səkkiz yüz on səkkiz manat 01 qəpik) manat, faiz borcu üzrə 20 434,04 (iyirmi min dörd yüz otuz dörd manat 04 qəpik) manat, cərimə borcu üzrə 2 204,42 (iki min iki yüz dörd manat 42 qəpik) manat, cəmi 55 456,47 (əlli beş min dörd yüz əlli altı manat 47 qəpik) manat, C13/11 nömrəli, 19 yanvar 2011-ci il tarixli kredit müqaviləsinə əsasən isə əsas borc üzrə 266 999,31 (iki yüz altmış altı min doqquz yüz doxsan doqquz dollar 31 sent) ABŞ dolları, faiz borcu üzrə 170 797,55 (yüz yetmiş min yeddi yüz yetmiş yeddi dollar 55 sent) ABŞ dolları, cərimə borcu üzrə 83 037 (səksən üç min otuz yeddi) ABŞ dolları, cəmi 520 825,86 (beş yüz iyirmi min səkkiz yüz iyirmi beş dollar 86 sent) ABŞ dolları borc öhdəliyi yaranmışdır. 1 saylı Bakı İnzibatiİqtisad məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81)- 1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir.
14. Cavabdeh bildirir ki, İddiaçı ASC-dən heç vaxt kredit götürməmişdir. Həmçinin həmin kredit ilk dəfə götürülən zaman ümumiyyətlə Azərbaycan. Respublikasında olmamışdır. Həmin kredit müqavilələrinin bəziləri onun adına faksmillə imzalanmışdır. Halbuki o, ümumiyyətlə faksmil çıxartmamış və heç vaxt faksmildən istifadə etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-26/2020 saylı, 03 mart 2020ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiası təmin edilməmiş, iddia ərizəsinin məhkəməyə təqdim olunması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının və məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatların 145 (bir yüz qırx beş) manat, 145 (bir yüz qırx beş) manat və 156 (bir yüz əlli altı) manat məbləğində dəyərlərinin İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN******** **, X1, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı, hazırkı məhkəmə baxışının predmetini təşkil edən iddia tələblərini irəli sürməkdə haqlı olmamışdır.
17. İlk növbədə qeyd edilməlidir ki, Bank, Cavabdehla 11 mart 2013-cü il tarixdə kredit müqaviləsi bağladığını və məhz həmin müqavilənin əsasında cavabdehə illik 12 %lə, 36 ay müddətinə 10 000 (on min) ABŞ dolları məbləğində kredit verdiyini irəli sürsə də, nə iddiasının faktiki əsası kimi istinad etdiyi həmin kredit müqaviləsini, nə də ki həmin məbləğin cavabdehə verilmiş olduğunu təsdiq edən kassa məxaric orderini dəfələrlə tələb edilməsinə və buna şərait yaradılmasına rəğm ən məhkəməyə təqdim edə bilməmişdir.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, 21 noyabr 2012-ci il tarixdə bağlanılmış kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsi müqaviləyə görə bank, Cavabdeh 24 ay müddətinə 50 000 manat məbləğində kart vasitəsi ilə bərpaolunan kredit xətti açmış, müqavilənin 1.3-cü bəndinə görə plastik kartın alınması, istifadəsi ilə bağlı yaranacaq digər münasibətlər tərəflər arasında bağlanacaq plastik kart müqaviləsi ilə tənzimlənəcəyi, 2.1-ci bəndinə görə kredit xəttinin 1.1 bəndində göstərilən məbləği 3 (üç) iş günündən gec olmayaraq “Borcalan”ın kredit kartı üzrə açılan ssuda hesabına köçürəcəyi göstərilsə də, bununla belə iddiaçı (nümayəndəsi) nə plastik kart müqaviləsini, nə kredit xəttinin 1.1 bəndində göstərilən məbləği “Borcalan”ın kredit kartı üz rə açılan ssuda hesabına köçürməsini təsdiq edən bank sənədini, nədə ki, həmin kredit xətti müqaviləsi üzrə plastik kartın cavabdeh tərəfindən alınmış olduğuna dair sübutları dəfələrlə tələb edilməsinə və buna şərait yaradılmasına rəğmən məhkəməyə təqdim edə bilməmişdir.
19. Bu mənada məhkəmə, qeyd edilən kredit (xətti) müqavilələri üzrə yaranmış kredit borcunun Cavabdeh tutulması hissəsində iddia tələblərinin ümumiyyətlə əsaslı olmadığını vurğulamış və ona görə də əlavə əsaslandırma aparmağı zəruri bilməmişdir. Bununla belə məhkəmə həmçinin qeyd etmişdir ki, iddia ərizəsində buna istinad edilməsə belə, məhkəmə araşdırıması zamanı 21 noyabr 2012-ci il tarixdə bağlanılmış kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsi üzrə 18 və 20 fevral 2013-cü il tarixlərdə əlavələrin rəsmil əşdirildiyi, bununla da kredit xəttinin hər dəfə 50 000 manat artırılaraq müvafiq olaraq 100 000 və 150 000 manat məbləğinə çatdırıldığı aydın olmuş, lakin iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 18 oktyabr 2018-ci tarixli, 25417 saylı rəyi ilə həmin əlavələrdəki “Borc alan” qrafalarında əks olunmuş imzaların – Cavabdeh tərəfindən icra olunmuş imzanın əksi (faksmile) olduğu qeyd edilmiş, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 27.09.2018-ci il tarixli məktubu ilə də cavabdehin dövlət sərhədindən 17.02.2013-cü il tarixdə çıxış edərək, 25.02.2013-cü il tarixdə geri qayıtdığı, yəni həmin əlavələrin rəsmiləşdirildiyi tarixlərdə ümumiyyətlə ölkədə olmadığı müəyyən edilmişdir.
20. Digər tərəfdən iddiaçı bank, iddiasının faktiki əsası kimi, cavabdehlə bağladığı 19 yanvar 2011-c i il tarixli kredit müqaviləsinə əsasən ona illik 12%-lə, 60 ay müddətinə 267 000 (iki yüz altmış yeddi min) ABŞ dolları məbləğində kredit verdiyini və həmin müqavilə üzrə cavabdehin 266 999,31 (iki yüz altmış altı min doqquz yüz doxsan doqquz dollar 31 sent) ABŞ dolları əsas, 170 797,55 (yüz yetmiş min yeddi yüz yetmiş yeddi dollar 55 sent) ABŞ dolları faiz, 83 037 (səksən üç min otuz yeddi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 520 825,86 (beş yüz iyirmi min səkkiz yüz iyirmi beş dollar 86 sent) ABŞ dolları borc öhdəliyinin yaranmış olduğunu irəli sürsə də, həmin hallar öz təsdiqini tapmamışdır. Əksinə iş materiallarından 19 yanvar 2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bankın cavabdehə 24 ay müddətinə illik 18 faiz olmaqla 20 000 ABŞ dolları məbləğində kart krediti verməyi öhdəsinə götürdüyü, 11 fevral 2013-cü il tarixli əlavəyə əsasən müqavilənin müddətinin 14 yanvar 2015-ci il tarixə qədər uzadıldığı, 18 fevral 2013-cü il və 20 fevral 2013-cü il tarixli əlavələrlə isə kredit xəttinin artırılaraq müvafiq olaraq 100 000 (bir yüz min) ABŞ dolları və 130 000 (bir yüz otuz min) ABŞ dolları məbləğinə çatdırıldığı müəyyən edilmişdir. Başqa sözlə, hər bir halda bankın iddia etdiyi məbləğlərə dair kredit müqaviləsinin mövcudluğu müəyyən edilmir. Bundan başqa, cavabdeh həmin müqavilədəki imzanın özünə aid olmadığını, həmin tarixdə ümumiyyətlə ölkə ərazisində olmadığını bildirmiş, iş üzrə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının 18 oktyabr 2018-ci tarixli rəyi ilə İddiaçı ilə Cavabdeh adından bağlanmış olan 19 yanvar 2011-ci il tarixli C13/11 nömrəli kredit xətti müqaviləsinin 1-ci və 2-ci nüsxələrində “Borc alan” qrafalarındakı imzaların – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Həmin rəydə həmçinin sözügedən kredit xətti müqaviləsinə 20 fevral 2013-cü il tarixli, 18 fevral 2013-cü il tarixli əlavələrin 1-ci, 2-ci nüsxələrində “Borc alan” qrafalarında əks olunmuş imzaların Cavabdeh tərəfindən icra olunmuş imzanın əksi (faksmile) olduğu, başqa sözlə həmin imzaların bilavasitə icra olunmadıqları qeyd edilmişdir. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 27.09.2018-ci il tarixli məktubu ilə də cavabdehin dövlət sərhədindən 17.01.2011-ci il tarixdə çıxış edərək, 09.02.2011-ci il tarixdə geri qayıtdığı, başqa sözlə sözügedən müqavilənin bağlandığı tarixdə ümumiyyətlə ölkədə olmadığı müəyyən edilmişdir.
21. Məhk əmə 19 aprel 2013-cü il tarixdə bağlanılmış Təminatsız Bərpaolunan Kredit Xətti müqaviləsinə aid hissədə də iddia tələbini əsassız hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin kredit müqaviləsinə münasibətdə də iddiaçının irəli sürdüyü faktiki hallarla iş materialları ilə müəyyən edilmiş hallar arasında kifayət qədər ziddiyyətlərin olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı həmin kredit xətti müqaviləsinə əsasən cavabdehə illik 15 %-lə, 12 ay müddətinə 600 300 (altı min üç yüz) manat məbləğində kredit verdiyini və həmin müqavilə üzrə cavabdehin 554 790 (beş yüz əlli dörd min yeddi yüz doxsan) manat əsas, 323 438,97 (üc yüz iyirmi üç min dörd yüz otuz səkkiz manat 97 qəpik) manat faiz, 216 829,54 (iki yüz on altı min səkkiz yüz iyirmi doqquz manat 54 qəpik) cərimə borcu olmaqla, cəmi 1 095 058,51(bir milyon doxsan beş min əlli səkkiz manat 51 qəpik) manat borc öhdəliyinin yaranmış olduğunu göstərsə də, iş materialları ilə bankın cavabdehə 12 ay müddətinə illik 15 % olmaqla 320 000 manat məbləğində bərpaolunan kredit xəttinin verilməsini öhdəsinə götürmüş olduğu aydın olmuş, məhkəmə-xətşünaslıq ekspertizasının 18 oktyabr 2018-ci tarixli, 25417 saylı rəyi ilə isə İddiaçı ilə Cavabdeh adından bağlanmış olan 19 aprel 2013- cü il tarixli kredit xətti müqaviləsinin 1-ci, 2-ci nüsxələrində “Borc alan” qrafalarında əks olunmuş imzaların Cavabdeh tərəfindən icra olunmuş imzanın əksi (faksmile) olduğu qeyd edilmişdir. Bu isə sözügedən müqavilənin bağlanmasında da cavabdehin bilavasitə iştirakını istisna edir.
22. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, iddiaçı (nümayəndəsi) tə rəfindən təqdim edilmiş kassa məxaric orderlərində “Təhvil aldım” qrafalarında əks olunmuş imzaların da Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilməmişdir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 18 oktyabr 2018-ci tarixli rəyində həmin imzaların da Cavabdeh tərəfindən icra olunmuş imzanın əksi (faksmile) olduğu göstərilmişdir.
23. İddia tələblərinin əsassız olduğu nəticəsinə gələrkən məhkəmə xüsusilə nəzərə almışdır ki, kredit müqavilələrindən birində “Borc alan” qrafalarındakı imzaların cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması, digər müqavilə və əlavələrdəki (habelə kassa məxaric orderlərindəki) imzaların isə cavabdehə məxsus imzanın əksi olması – yəni, faksmiledən istifadə edilməklə icra edilmiş olması, xüsusilə onların rəsmiləşdirildikl əri bir çox hallarda cavabdehin ölkə ərazisindən kənarda (xaricdə) olması ilə bağlı işin faktiki halları da cavabdehin “onun faksmile çıxartmadığı və heç vaxt faksmiledən istifadə etmədiyi” barədə dəlillərini inandırıcı hesab etməyə əsas verir. Digər tərəfdən hər hansı əqdin bağlanmasında iştirak edən bir şəxsin (indiki halda cavabdehin) imzasını bilavasitə imza etmək imkanı olduğu halda imzasının əksindən (faksmiledən) istifadə etməsi də məntiqli deyildir.
24. İddia tələblərinin əsassız olması barədə gəldiyi qənaətə uyğun olaraq məhkəmə, iddia müddətinin tətbiqinə dair cavabdehin (nümayəndəsinin) ərizəsinə də ayrıca qiymət verməyi zəruri hesab etməmiş və bu zaman nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsinin mənasına görə məhkəmə prosesində yalnız elə faktlarla və halla rla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.
25. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 14.2.1, 385, 739, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5448/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov -sədrlik edən və məruzəçi, T.Səmədov və A.Tanrıverdiyev) iddiaçı LPO QSC İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-26/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır
28. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşdüyündən və o, iddiasının faktiki əsası kimi istinad etdiyi halları sübuta yetirmədiyindən rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhk əməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin işti rakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
34. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
35. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qət namənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvin i xahiş etdikləri üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
40. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
41. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
42. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibəti nə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
43. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
45. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
47. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır və qanuni və əsaslı deyildir. (33-34)
48. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı dörd fərqli kredit müqaviləsi (19 yanvar 2011-ci il tarixli, 21 noyabr 2012-ci il tarixli, 19 aprel 2013-cü il tarixli və11 mart 2013-cü il tarixli kredit müqavil ələri) üzrə cavabdehdən ödənilməmiş borcun əvəzini, faiz və dəbbə pulunu tələb edir. 49. 19.01.2011-ci tarixli kredit müqaviləsinə münasibətdə apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandrımışdır ki, məhkəmə xətşünaslıq ekspertizasının 18 oktyabr 2018-ci tarixli rəyi ilə İddiaçı ilə Cavabdeh adından bağlanmış olan 19 yanvar 2011-ci il tarixli kredit xətti müqaviləsinin 1-ci və 2-ci nüsxələrində “Borc alan” qrafalarındakı imzaların – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Həmin rəydə həmçinin sözügedən kredit xətti müqaviləsinə 20 fevral 2013-cü il tarixli, 18 fevral 2013-cü il tarixli əlavələrin 1-ci, 2-ci nüsxələrində “Borc alan” qrafalarında əks olunmuş imzaların Cavabdeh tərəfindən icra olunmuş imzanın əksi (faksmile) old uğu, başqa sözlə həmin imzaların bilavasitə Cavabdeh tərəfindən icra olunmadığı qeyd edilmişdir.
50. X4 Xidməti Sərhəd Nəzarətinin 27.09.2018-ci il tarixli məktubu ilə də cavabdehin dövlət sərhədindən 17.01.2011-ci il tarixdə çıxış edərək, 09.02.2011-ci il tarixdə geri qayıtdığı, başqa sözlə sözügedən müqavilənin bağlandığı tarixdə ümumiyyətlə ölkədə olmadığı müəyyən edilmişdir.
51. Bununla bağlı qeyd edilməlidir ki, 19.01.2011-ci tarixli kredit müqaviləsi üzrə 11.02.2013-cü il tarixli əlavə müqavilə bağlanılmış, həmin əlavəyə əsasən sözügedən kredit müqaviləsinin müddəti 14 yanvar 2015-ci il tarixə qədər uzadılmışdır.
52. Məhkəmə-xətşünaslıq ekspertizasının 18 oktyabr 2018-ci tarixli rəyi ilə 19.01.2011-ci tarixli kredit müqaviləsi üzrə 11.02.2013-cü il tarixli əlavə müqavilənin Cavabdeh tərəfindən imzalandığı müəyyən edilmişdir.
53. Göründüyü kimi, 19.01.2011-ci il tarixli müqavilə cavabdeh tərəfindən imzalanmasa da həmin müqaviləyə əlavə cavabdeh tərəfindən imzalanmışdır. Bu hal 19.01.2011-ci il tarixli müqavilənin cavabdeh tərəfindən bəyənilməsi anlamına gəldiyi halda apelyasiya instansiyası məhkəməsi bu halla bağlı araşdırma aparmamış və həmin hala hüquqi qiymət verməmişdir.
54. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh 19 aprel 2013-cü il tarixli müqavilə üzrə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
55. Bu isə cavabdeh tərəfindən 19 aprel 2013-cü il tarixli müqavilənin etibarllılığının qəbul edilməsini və yalnız iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsinin tələb edildiyini ehtiva etdiyinə görə apelyasiya instansiyası məhkəməsi bu ərizəni verməklə cavabdehin qeyd edilən müqaviləni etibarlı bir müqavilə kimi qəbul edib-etməməsini araşdırmamış və hüquqi qiymət verməmişdir.
56. Həmçinin iş materiallarından görünür ki, 19 aprel 2013-cü il tarixli müqavilə də faksimillə imzalanmışdır. Ona görə də nəzərə alınmalıdır ki, cavabdehin 19.04.2013-cü il tarixli müqaviləni etibarlı bir müqavilə kimi qəbul etməsi təsbit edildiyi halda bu hal digər kredit müqavilələri üzrə tələbin imzanın faksimillə icra edilməsi əsası ilə rədd edilməsini istisna edir.
57. Bununla yanaşı iş materiallarından görünür ki, hazırkı iş üzrə mübahisə predmeti olan kredit müqavilələri üzrə ödənişlər edilmişdir.
58. Bununla bağlı qeyd edilməlidir ki, həmin ödənişlərin kim tərəfindən edildiyinin müəyyənləşdirilməsi hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhə miyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi bu halı da araşdırmamış və həmin hala da hüquqi qiymət verməmişdir.
59. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
60. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
61. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassa siya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5448/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.