Məhkəmə qərarları › İş №2(102)-2345/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2345/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2345/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh na qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh na qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-137/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 25 ədəd girov biletinə görə, iddiaçı 09 iyun 2019-cu il tarixdən başlayaraq 30 dekabr 2021-ci il tarixədək olan dövr ərzində cavabdehə ümumilikdə 21.720 manat məbləğdə kredit vermişdir.

2. İddiaçı müraciəti əsasında aparılmış araşdırmanın nəticəsinə dair Kürdəmir rayon Polis Şöbəsinin arayışına əsasən, iddiaçı 03 may 2022 ci il tarixdə Kürdəmir RPŞ-yə ərizə müraciət edərək, Kürdəmir şəhərində ona məxsus lombardının olduğunu, Kürdəmir şəhər sakini Cavabdeh ilə təxminən 5 ildən artıq müddətdir ki, iş gördüyünü, onun lombardına mütəmadi olaraq qızıl qoyub pul götürdüyünü, hal hazırda XXX adlı qadının ona nə faiz borcunu, nə də ki, əsas borcunu ödədiyini, XXXün lombarda qoyduğu qızıl əşyalarının sahiblərinin onun yanına gəldiyini, ondan qızıllarını tələb etdiyini, ona bu barədə köməklik olunmasını istəmişdir. Araşdırma zamanı iddia çı XXXün onun lombardına özünə və adını bildiyi XXX, XXX, XXX və digər adını bilmədiyi şəxsərin ümümilikdə 382.2 qram qızılının olduğunu, həmin qızıllarla borc müqaviləsini ayrı-ayrı vaxtlarda Cavabdeh bağladığını, halhazırda XXXün ona 35.397 manat borcunun olduğunu, həmin borcdan 27.070 manat kök borcu, 8.327 manat faiz borcu olduğunu bildirmiş və onun pulunun XXX adlı qadından alınıb geri qaytarılmasına köməklik olunmasını istəmişdir. Həmçinin, araşdırma zamanı cavabdeh izahatında ümumilikdə iddiaçıya 27.120 manat borcunun olduğunu, həmin borcdan 10.000 manatını qonşularına verdiyini, 11.020 manatını isə özünə aid olduğunu, XXX adlı qadında 158.22 qram qızılının olduğunu, həmin qızılları girov qoyduğunu, qalan pulun isə XXXdən götürüb qonşularına və tanışlarına verdiyini, hal-hazırda həm in pullara dair qoyduğu girov qızılların XXXdə olduğunu, qonşuların və ona məxsus olan qızılların satılmasına etirazının olmadığını, hal-hazırda XXXə olan faiz borcunun miqdarını bilmədiyini göstərmişdir.

3. Cavabdeh birinci instansiya məhkəməsinə verdiyi ərizəsində göstərmişdir ki, polisə dəvət olunan zaman izahatında lombarddan 27.000 manat pul çıxardığını və həmin tarixə qədər 5.000 manat ödədiyini, ümumilikdə lombarda 220.00 manat borcunun olduğunu göstərmişdir. Həmin 22.000 manat borcun 10.000 manat hissəsi qonşuların adına olmuş, polis əməkdaşının təklifindən sonra şəxslərin adına köçürülmüş və adından silinmişdir. Yerdə qalan 12.000 manat borcun ödənilməsi üçün lombardda olan 382.2 qram qızıllar XXX xanımın iştirakı ilə satışa çıxarılaraq, ümumilikdə ayrı-ayrı şəxslərə satılaraq 8.3 27 manat əldə olunmuşdur. Dəfələrlə qızılların satış hesabatını XXX xanımdan istəsə də, bu barədə ona heç bir məlumat verməmişdir. Yerdə qalan vəsaitin ödənişinə dair sənədlər var. Xahiş edir ki, ekspertiza təyin olunsun, qızılların bazar dəyərindən hədsiz dərəcədə aşağı qiymətə satılma səbəbi araşdırılsın və artıq qalan vəsait özünə qaytarılsın.

4. Məhkəmə mühasibatlıq ekspertizasının 05 yanvar 2023-cü il tarixli 9/9157 nömrəli rəyinə əsasən, məhkəmədə iddia qaldırılan 07 iyul 2022-ci il tarixə 25 ədəd girov bileti üzrə yaranan əsas borc 18.600 manat, faiz borcu isə 8.858,73 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27.070 manat və dövlət rüsumu olar aq ödədiyi 197 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, fərdi sahibkar kimi Kürdəmir rayonunda lombardı vardır. Belə ki, fiziki şəxslər qanunauyğun olaraq lombarda qızıl-zinət əşyaları qoyub, pul götürürlər. Hazırkı iş üzrə cavabdehi əvvəldən tanımış və aralarında münasibətləri olmaqla bir-birinə etibar etmişlər. Aralarında olan dostluq münasibətlərinə görə cavabdeh dəfələrlə lombarda qızıl qoyaraq aşağı faizlə pul götürmüş, özü də pulun üstünə faiz qoyaraq tanıdığı adamlara verərək qazanc əldə etmişdir. Cavabdehi tanıdığına görə, onun dolanması üçün şərait yaratmışdır. Cavabdeh 5 ildən artıq bir müddət onunla bir yerdə işləmiş, heç vaxt aralarında narazılıq olmamışdır. Buna görə də onunla ayrı-ayrı vaxtlarda borc müqavilə si bağlayaraq 382.2 qram qızıl-zinət əşyalarını lombarda qoymaqla ümumilikdə 35.397 manat pul götürmüşdür. Onun lombarda qoyduğu qızıllar qeyd edilən məbləği üstələməsə də, ona inandığı üçün heç bir etiraz etməmiş və onunla razılaşaraq borc olaraq 35.397 manat pulu ona vermişdir. Cavabdeh bir müddət sonra onun yanına gələrək götürdüyü pula görə ödəniş edə bilməyəcəyini bildirmiş və lombarda qoyduğu qızılları ona qaytarmasını xahiş edib, qızılları satıb tezliklə borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Cavabdehlə aralarında olan etibara görə inanıb razılaşmış və 382.2 qram qızılı ona qaytarmışdır. Cavabdeh qızılları satandan sonra ona 6.672 manat pul vermiş və bu barədə ondan götürdüyü qızılları satdığı şəxslərin adlarını qeyd etdiyi qeydi də ona təqdim etmişdir. Aradan bir müddət keçə ndən sonra isə cavabdeh ondan götürüb ayrı-ayrı şəxslərə satdığı 382.2 qızıldan əldə etdiyi qalan 1.655 manat pulu da ona vermişdir. Cavabdeh ona məxsus lombarda girov qoyduğu 382.2 qram qızıla görə ümümilikdə 8.327 manat pul qaytarmış, qalan 27.070 manatı isə tezliklə qaytaracağına söz versə də, hər dəfə müxtəlif bəhanələrlə onu aldadıb bu günə kimi verməmişdir.

7. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1329/2022 nömrəli iş üzrə 18 avqust 2022ci il tarixli qətnaməsi ilə (hakim M.Bayramov) iddia təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-137/2 023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən və məruzəçi), C.İmanov və P.Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi Kürdəmir şəhərində lombard işlədir, cavabdehlə uzun müddət ərzində işgüzar münasibətləri olmuşdur, 25 ədəd girov bileti əsasında 09 iyun 2019-cu il tarixindən başlayaraq 30 dekabr 2021-ci il tarixədək olan dövr ərzində ümumilikdə 21720 manat məbləğində pulu faizi ilə qaytarılması şərti ilə cavabdehə vermişdir, pulun qaytarılması ümumilikdə 382. 2 qram qızıl-zinət əşyalarının girov qoyulması ilə təmin edilmişdir. Qanunvericiliyin yuxarıda sadalanan normalarına görə girovla təmin edilmiş öhdəlik təmin olunmadıqda, lombard həmin əşyanı açıq hərracdan realizə edib tələblərini təmin etməli, artıq vəsait qaldıqda isə, girovqoyana qaytarmalıdır. Bununla da lombardın girovqoyana (borcluya) qarşı tələbləri ləğv edilir, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ tələblərin təmini üçün kifayət etmədikdə belə, bu şərt öz qüvvəsində qalır. Əmlakın açıq hərracdan satışı isə satışın şəffaf keçirilməsinə xidmət etməlidir. İş materiallarına əsasən iddiaçı cavabdeh etimadını qazandığından girov predmeti olan qızıl-zinət əşyalarını satmaq üçün cavabdehə verdiyini, lakin cavabdehin qızılları sataraq dəyərini tam olaraq ona ödəmədiyini bildirir. Kollegiya qeyd olunan dəlilə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən buna dair hər-hansı bir mötəbər sübut verilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan hal inkar olunmuş, əksinə qızılların iddiaçının özü tərəfindən satıldığı, satışına dair hesabatı dəfələrlə tələb etməsinə baxmayaraq, iddiaçının vermədiyi bildirilmişdir. Hətta fərz etsək ki, iddiaçı qızıl-zinət əşyalarını həqiqətən satmaq üçün cavabdehə vermişdir, çünki yüklülük sahibi olaraq iddiaçı yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilərdi, bu halda belə girov qoyulmuş əşyanın satışından götürülən məbləğ tələblərin təmini üçün kifayət etmədikdə, lombardın girovqoyana (borcluya) qarşı tələbləri ləğv edilir, yəni qalan borcu tələb edə bilməz.”

11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5, 295, 296.1, 300.0.2, 302.1, 302.3, 302.4, 302.5, 302.6, 302.7, 302.8-ci, “Daşınar əmlakın yüklülüyü haqqında” AR Qanununun 16.1-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

13. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə obytektiv həqiqətin müəyyən edilməsi üçün lombarda qoyulmuş qızıl-zinət əşyalarının cavabdehdə, yaxud iddiaçıda qaldığını müəyyən etməli idi. Təqdim edilmiş sübutlardan, eləcə də cavabdehin təqdim etdiyi, öz əli ilə tərtib etdiyi hesabdan da göründüyü kimi, cavabdehin lombarda qoyduğu bütün qızıl-zinət əşyalarını etimad edərək cavabdehə verilmişdir. İddianın cavabdeh tərəfindən qismən - 9.470 manat hissədə etiraf olunması apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi özünün zəruri hesab etdiyi ekspertizanın rəyini sübut kimi qiymətləndirməmiş, qiymətləndirməməsinin səbəbləri barədə barəsində şikayət verilən məhkəmə aktında hər hansı əsaslandırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı cavabdehin etirazının dəlillərinə görə, axırıncı məhkəmə baxışında iddiaçı 15 ədəd girov bileti təqdim etmiş, onların məbləği 9.470 manat tə şkil etmişdir. Buradan aydın oldu ki, may, 2022-ci ildə iddiaçıda saxlanılan cavabdehə məxsus 266,3 qram qızılın 158,2 qramının satışından əldə olunan 9.500 manat iddiaçıya ödənilmiş, onun borcu qalmamış, əksinə, iddiaçıda qalan 108 qram qızıl cavabdehə qaytarıılmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müra ciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir; Maddə 300.0. Girov aşağıdakı növlərdə ola bilər: 300.0.2. əşyanın lombardda girovu; Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edil məsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər; Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir; Maddə 302.3. Saxlanca qoyulan əşyalar lombarda verilir; Maddə 302.4. Lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir; Maddə 302.5. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur; Maddə 302.6. Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır; Maddə 302.7. Əşyanın lombardda g irovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir, Maddə 302.8. Lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 16. “Daşın ar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 16.1. Yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan f aktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasını n yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

20. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

23. Kassasiya şikayətinə gəldikdə, şikayətin dəlilləri işin hallarının sübut olunmaması və məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

24. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-137/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar