Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2346/2019 05.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi, Cavabdeh2 və onun vəkili Hacılı Pərviz Faiq oğlunun iştirakları ilə, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şi kayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh2 qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(005)-2076/2017) iddia təmin edilmiş, Cavabdeh2 100.000 (bir yüz min) manat məbləğində pulun iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (məruzəçi), İ.Şirinov, E.Kazımov, iş № 2(103)10631/2017) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon mə hkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ə.Nurməmmədov, iş № 2(102)-2051/2018) Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının02 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (məruzəçi), S.Hacıyev, F.Talışinski, iş № 2(103)8131/2018) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh2 və onun vəkili Hacılı Pərviz Faiq oğlu izahatlarında göstərmişdilər ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun p ozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edirlər. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə nin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 28 mart 2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən X6 və Cavabdeh2 iddiaçıdan 01 iyun 2015-ci il tarixədək qaytarmaq şərti ilə 200000 manat borc almışlar. İşdə olan13 iyun 2015-ci il tarixli iltizamın surətindən görünür ki, X5 adlı şəxs Cavabdeh2 30000 manat almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası 16 aprel 2018-ci il tarixli qərarında – iddiaçının işçisi olan X5 adlı şəxsin Cavabdeh2 30000 manat pul alması ilə bağlı məsələyə hüquqi qiymət verilməməsini göstərmişdir. İşə təkrar apellyasiya baxışında baxılarkən X5 şahid qismində dindirilmiş, ifadəsində göstərmişdir ki, 13 iyun 2015-ci il tarixdə Cavabdeh2 30000 manat pul almış, həmin pulu İddiaçı vermişdir. Lakin, Cavabdeh2 ona verdiyi 30000 manat pulun 28 mart 2015-ci il tarixli borc müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı olub-olmamasını bilmir. Ona bu barədə hər hansı söz deyilməmişdir. Eyni zamanda, yazdığı qəbzdə də borcla bağlı qeyd aparılmamışdır. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı Cavabdeh2 tərəfindən şahid X3 ödənilmiş 30000 manat pulun 28 mart 2015-ci il tarixli borc müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı olmadığını, qəbzdə bununla bağlı hər hansı qeydin olmadığını bildirmişdir. İddiaçı pulu notariat qaydada təsdiq olunmuş yazılı borc müqaviləsinə əsasən vermişdir. Əgər avabdeh tərəfindən borcun qaytarılması istiqamətində hər hansı pul vəsaiti ödənilərdisə, bu barədə aralarında yazılı qəbz tərtib olunardı. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi gö stərdiyi 30000 manat pulun 28 mart 2015-ci il tarixli borc müqaviləsi üzrə ödədiyini sübut etmək yükünü daşıyır. Çünki, iddiaçı (kreditor) cavabdehin bildirdiklərini təsdiq etmir. Cavabdehin istinad etdiyi qəbzdən isə 30000 manat pulun 28 mart 2015-ci il tarixli borc müqaviləsinə əsasən ödənilməsi görünmür (məhkəmə kollegiyası 30000 manat pulun cavabdeh tərəfindən X2 hansı digər əsasla ödənilməsi ilə bağlı məsələni araşdırmağı zəruri hesab etmir. Çünki, həmin pulun məhz borc müqaviləsi üzrə ödənilməsi müəyyən olunmamışdır. Həmin pul vəsaiti ilə bağlı məsələ maraqlı şəxslər tərəfindən müstəqil qaydada mübahisələndirilə bilər). Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3, 529.6, 529.7-ci maddələrini tətbiq etmişdir. Məhkəm ə kollegiyası kassasiya şikayətinin dəlillərini, mülki işin materiallarını araşdırıb belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib, iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Belə ki, mülki işin materialları ilə Cavabdeh2 13 iyun 2015-ci il tarixdə 30.000 manat pulu İddiaçı tapşırığı əsasında X3 verməsi və X2 həmin pulu məhz İddiaçı tapşırığı əsasında qəbul etməsi iş materialları ilə təsdiq olunur. İddiaçı və cavabdeh arasında bağlanmış 28 mart 2015-ci il tarixli borc müqaviləsi ilə də təsdiq olunur ki, Cavabdeh2 01 iyun 2015-ci il tarixə kimi iddiaçıdan borc götürdüyü 200.000 manat pulu ona qaytarmaq öhdəliyi daşımışdır. Belə olan halda Cavabdeh2 X3 ödədiyi 30.000 manat pulun müqavilədə nəzərdə tutulan bo rc pul olmaması nəticəsinə gəlinməsi kifayət qədər əsaslandırılmamışdır. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu xüsusatla bağlı gəldiyi nəticə işin hallarına uyğun gəlmir, yenidən araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin digər dəlilləri də yeni apellyasiya baxışında araşdırılmalı və onlara hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu p ozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məh kəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2346/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2346/2019
05.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver