Məhkəmə qərarları › İş №2(102)-2346/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2346/2020

18.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2346/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim Q.Abbasov) xx xxxx 2015-ci il tarixli qiyabi qətnaməsi ilə iddia t əmin edilmiş, Cavabdeh1 6,300 (altı min üç yüz) ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanaraq alınıb İddiaçı verilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Əliyev) iddia təmin edilmiş, Cavabdeh1 6,300 (altı min üç yüz) ABŞ dolları borcun ödənilən günə məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən Ə.Məcidov, hakimlər M.Əsədli və İ.Quliyev) xx xxxxxx 2019-cu il tarixli Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh1 qarşı 6,300 ABŞ dolları tələbinə dair iddiasının təmin edilməməsi qət edilişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (sədrlik edən G.Quliyev, hakimlər Ə.Mirzəliyev və T.Qoldman) Mülki kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli (sədrlik edən E.Hüseynov, hakimlər A.Mahmudov və V.Məlikov) qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnаməsi dəyişdirilmədən saxlan ılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabde h1 2,400 ABŞ dolları, Cavabdeh2 2,100 ABŞ dolları və Cavabdeh3 1,800 ABŞ dolları, eləcə də məhkəmədə işə baxılması üçün ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh1 6,300 ABŞ dolları tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bildirir ki, Cavabdeh1 xx xxx 2012-ci il tarixində 2,400 ABŞ dolları pul borc vermişdir. Eləcə də ikinci Cavabdeh2 xx xxxxxxxx 2012-ci il tarixdə 2,100 ABŞ dolları, həmçinin Cavabdeh3 xx xxxxx 2013-cü il tarixdə 1,800 ABŞ dolları borc olaraq vermişdir. Cavabdehlər biri-biriləri ilə qohumdular. Cavabdehlərə borc olaraq verdiyi pulları bu vaxta qədər ala bilmir. Sonradan Cavabdeh3 və Cavabdeh2 pulları Cavabdeh1 verdiyini öyrənmişdir. Ona gö rə də Cavabdeh1 6300 ABŞ dolları məbləğində pulun tutulımasını xahiş edir. Cavabdeh1 bildirir ki, iddiaçıdan heç vaxt borc almamışdır. Bundan başqa iddia müddəti ötürülmüşdür. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə 6,300 ABŞ dolları məbləğində borc verməsi mövcud sübutlarla təsdiq olunur. Həmçinin müqavilənin icra müddəti 2013-cü ildə yarandığından iddia müddətinin axımı da həmin vaxtdan başlanmalıdır. İddiaçı hazırkı iddianı xx xxxxx 2015 ci il tarixdə qaldırmışdır. Ona görə də iddiaçı tərəfindən iddia müddəti ötürülmədiyindən hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 xx xxx 2007-ci il tarixində 2,400 ABŞ dolları Cavabdeh2 xx xxxxxxxx 2007-ci il tarixdə 2,100 ABŞ dolları və Cavabdeh3 xx xxxxx 2008-cü il tarixdə 1,800 ABŞ dolları borc pul verdiyini bildirmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində izahat vermiş iddiaçının nümayəndəsi və ifadə vermiş şahidlər iddiaçı tərəfindən borc pulun 2007-2008-ci illərdə verildiyini bildirmişlər. İddiaçının izahatı və şahid ifadələri əsasında birinci instansiya məhkəməsi qiyabi qətnamə qəbul edərək iddianı qismən təmin etmiş və Cavabdeh1 6300 ABŞ dolları məbləğində pulun alınıb iddiaçıya verilməsini qət etmişdir. Bundan sonra Cavabdeh1 qiyabi qətnamədən şikayət vermiş və qiyabi qətnamə ləğv edilərək mülki işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Eyni zamanda Cavabdeh1 iddiaçının 3 illik iddia müddətini ötürməsi barədə ərizə təqdim edərək, iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsini xahiş etmişdir. İşə iddia icraatı qaydasında birinci instansiya məhkəməsində baxılarkən iddiaçı ərizə verərək iddiada qeyd edilən illərin səhvən 2007 və 2008-ci illər kimi qeyd olunduğunu bildirmiş və konkret olaraq Cavabdeh1 xx xxx 2012-ci il tarixində 2,400 ABŞ dolları, Cavabdeh2 xx xxxxxxxx 2012-ci il tarixdə 2,100 ABŞ dolları və Cavabdeh3 xx xxxxx 2013cü il tarixdə 1,800 ABŞ dolları borc pul verdiyini ona görə də məhkəmədən 2007-ci ilin 2012-ci il, 2008-ci ilin 2013-cü il kimi nəzərə alınmasını xahiş etmişdir. Həmçinin işə iddia icraatı qaydasında birinci instansiya məhkəməsində baxılarkən qiyabi icraatda ifadə vermiş eyni şahidlər yenidən ifadə verərək bu dəfə ifadələrində borc pulun 2012-2013-cü illərdə verildiyini bildirmişlər. Göründüyü kimi borc pulun cavabdehə verildiyi müddətlərlə bağlı işin qiyabi icraatı və iddia icraatı zamanı iddiaçının verdiyi izahatlar arasında, həmçinin eyni şahidlərin ifadə ləri arasında bir-birinə uyğun gəlməyən kəskin zidiyyətlər vardır. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən edilmiş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə o nu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sbütları sadalamaqla kifayətlənməməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qe yd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bundan başqa apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh3 verilən borc pulların Cavabdeh1 tutulması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlasa da bu halı qəbul etdiyi qətnamədə əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məh kəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Re spublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsiləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar