Məhkəmə qərarları › İş №2(102)-3661/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3661/2019

23.05.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3661/2019 23.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili X2, cavabdehin vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(039)716/2018, hakim T.M.Əliyev) İddiaçı Cavabdeh1 qarşı iddiası təmin edilmiş, cavabdehdən 6.300 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata məzənnəsi ilə iddiaçının xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-130/2019, hakimlər Ə.T.Məcidov, M.A.Əsədli, İ.F.Quliyev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 11 may 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 10 aprel 2015-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh1 6.300 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməklə iddiaçıdan borc pul götürdüyünü etiraf etmişdir. Apellyasiya məhkəməsi mübahisəyə düzgün hüquqi qiymət verməmiş, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsini əsassız olaraq ləğv etmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayətini əsassız hes ab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə 2.400 ABŞ dolları, 2.100 ABŞ dolları, 1.800 ABŞ dolları məbləğində borc vermişdir. O, dəfələrlə pulu nu cavabdehdən tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan yayınmışdır. Cavabdeh iddiaya etiraz edərək iddiaçıdan borc almadığını bildirmişdir. Bununla bərabər cavabdeh ərizə verərək mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəni cavabdehin öhdəliyi etiraf etməsi kimi qiymətləndirərək iddianı təmin etmişdir. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia müddətinin axımı müəyyənləşdirildikdən sonra iddia müddəti tətbiq edilməlidir. Lakin cavabdeh ümumiyyətlə iddiaçıdan borc götürmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin qətnaməni ləğv edərək iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etməklə i ddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İddiaçı şifahi borc müqaviləsi əsasında cavabdehə ayrı-ayrı vaxtlarda cəmi 6.300 ABŞ dolları məbləğində borc verdiyini, cavabdeh isə iddiaçıdan heç bir borc məbləği almadığını bildirir. Cavabdeh eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsi ilə iddia müddətinin başlanması əssları müəyyən edilmişdir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsaəsn iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci madd əsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin normanın məzmunundan göründüyü kimi öhdəliklər icra müddəti müəyyənləşdirilmiş və icra müddəti müəyyənləşdirilməmiş öhdəliklərə ayrılmaqla iddia müddətinin axımının başlanması üçün də ayrı qaydalar nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi tərəflər arasındakı şifahi borc müqaviləsinin icra müddəti müəyyənləşdirilməklə və ya müəyyənləşdirilməməklə bağlandığını ümumiyyətlə müəyyən etməmiş, nəticədə iddia müddətinin hansı vaxtdan başlandığını müəyyən etmədiyi halda iddia müddətinin ötürülməsi barədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan iş üzrə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məh kəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar