Məhkəmə qərarları › İş №2(102)-3488/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3488/2021

07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3488/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-133/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ü zrə işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 2400 ABŞ dolları, Cavabdeh2 2100 ABŞ dolları və Cavabdeh3 1800 ABŞ dolları, eləcə də məhkəmədə işə baxılması üçün ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, birinci Cavabdeh1 25 may 2007-ci il tarixində 2400 ABŞ dolları pul borc vermişdir. Eləcə də ikinci Cavabdeh2 09 sentyabr 2007-ci il tarixdə 2100 ABŞ dolları, həmçinin Cavabdeh3 05 aprel 2008-ci il tarixdə 1800 ABŞ d olları borc olaraq vermişdir. Cavabdehlər biri-biriləri ilə qohumdular. Cavabdehlərə borc olaraq verdiyi pulları bu vaxta qədər ala bilmir. Dəfələrlə tələb etməyinə baxmayaraq müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınırlar. İddiaçı Daha sonra iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh1 6300 ABŞ dolları tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu ərizəni belə əsaslandırmışdır ki, proses zamanı aydınlaşdırmışdır ki, Cavabdeh2 və Cavabdeh3 da həmin məbləği Cavabdeh1 veriblər. Cavabdeh1 ondan cəmi 6300 ABŞ dolları həmin şəxslərin iştirakı ilə alıbdır. Şahid İddiaçı oğlu X7 məhkəmə iclasında bildirmişdir ki, 2007-ci ilin may ayında Cavabdeh1 onun yanında anası İddiaçı 2400 ABŞ dollar, 2007-ci ilin sentyabr ayında qohumu Cavabdeh2 ilə gələrək 2100 ABŞ djollar və 2008-ci ilin a prel ayında qohumu Cavabdeh3 ilə gələrək 1800 ABŞ dollar məbləğində borc pul almışdır. X5 məhkəmə iclasında dindirilərkən şahid Ceyhun Məmmədovun məhkəmə iclasında verdiyi izahatı təsdiq edərək əsasən eyni məzmunlu izahat verdi. Yevlax Rayon Məhkəməsinin (hakim Qələmdar Abbasov) 10 iyul 2015-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bundan sonra cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən 3 illlik iddia müddətinin keçdiyini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh müddətin tədbiqi barədə ərizə verdikdən sonra iddiaçı ərizə təqdim edərək göstərmişdir ki, iddiada qeyd edilən illər səhvən 2007 və 2008-ci ill ə kimi qeyd olunub. İddiasında qeyd edilən 2007-ci ilin 2012-ci il kimi, 2008-ci ilin 2013-cü il kimi nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı göstərmişdir ki, Cavabdeh1 2012-ci ildə X8 və X2 yanında 2400 ABŞ dolları, daha sonra X9 yanında 2100 ABŞ dolları və 1800 ABŞ dolları məbləğində borc pul vermişdir. Dəfələrlə Cavabdeh1 verdiyi pulu tələb etsə də, o, pulu qaytaracağına söz vermiş, daha sonra isə müxtəlif bəhanələrlə bundan yayınmağa başlamışdır. Qiyabi qətnamə icra mərhələsində olanda belə ondan yayınmış, icra məmuru onların evinə getdikdə oğlu bildirmişdir ki, anası pulu ödəyəcəkdir. İlk təqdim edilmiş iddia ərizəsində pulun verilmə illərinin 2007 və 2008-ci illər qeyd edilməsi texniki səhvdir, belə ki, bunun əhəmiyyəti olmayacağını düşünüb düzəliş etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıdan heç bir məbləğdə borc almamışdır və onu bu müddət ərzində heç kim axtarmamışdır. Bir dəfə Xəyal və Kəmalə adlı şəxslərdən 3700 manat pul almışdır və həmin borcu hələ də ödəyir. Lakin iddiaçıya borcu yoxdur. Eyni zamanda Cavabdeh1 ərizə təqdim edərək, iddiaçının 3 illik iddia müddətinin ötürdüyünü bildirib iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsini xahiş etmişdir. X1 məhkəmə iclası zamanı təkrar ifadə verərək bildirmişdir ki, İddiaçı tanıyır, anası ilə qonşudur, Cavabdeh1 da tanıyır, qonşudurlar. 2012-ci ildə İddiaçı evində olan zaman Cavabdeh1 İddiaçı 2400 ABŞ dolları borc istəmişdir. Cavabdeh1 bildirmişdir ki, torpaq sahəsi var həmin sahəni satıb p ulu qaytaracaqdır. İddiaçı isə razılaşıb uşağının xəstə olduğunu bildirmiş və tez bir zamanda pulu qaytarmasını xahiş etmişdir. X5 məhkəmə iclası zamanı göstərmişdir ki, o, İddiaçı bacısıdır. 2012-ci ilin may ayında İddiaçı yaşadığı evdə onun yanında Cavabdeh1 gəlib borc pul istəmiş, İddiaçı Cavabdeh1 2400 ABŞ dolları pul vermişdir. Birinci dəfə məhkəmə iclasında borcun 2007ci ildə verildiyini bildirməmişdir. X3 məhkəmə iclası zamanı bildirmişdir ki, 2012-ci ildə uşaq paltarı almaq üçün İddiaçı işlətdiyi dükana getmiş, həmin vaxt Cavabdeh1 həmin dükanda olmuş və xəstəsi olduğunu bildirib İddiaçı borc pul istəmişdir. İddiaçı ilk olaraq ona 2100 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh1 bildirmişdir ki, 2100 ABŞ dolları ona yetmir və bu səbəbdən İddiaçı daha 1800 ABŞ dolları məbləğində pulu ona vermişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) 11 may 2018-ci il tarixli, 2(039)716/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində istinad etdiyi halları, yəni cavabdehin ondan 6300 ABŞ dolları məbləğində borc pul almasını təsdiq edən sübutları təqdim etməlidir ki, hazırda iş üzrə şahidlərin ifadələri ilə həmin hallar təsdiq olunur. Həmin şahid ifadələrinin ziddiyyətli və yaxud həqiqətə uyğun olmadığını təsdiq edən sübutları cavabdeh tərəf təqdim etməlidir. Lakin belə halları təsdiq edən sübutları cavabdeh təqdim etməmiş, məhkəmə tərəfindən belə hallar müəyyən edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı qeyd etmişdi r ki, bunun üçün öhdəliyin mövcud olması, yəni borcun alınması bir şərtdir və yalnız bu hal təsdiqini tapdığı təqdirdə iddia müddətinin tətbiq edilməsinə yol verilir. Belə olan halda cavabdeh borcun mövcudluğunu etiraf etmiş olur. Lakin cavabdehin məhkəmə iclası zamanı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıdan borc pul almamışdır. Göründüyü kimi, cavabdehin mövqeyində ziddiyyətlər mövcuddur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 6300 ABŞ dolları məbləğində borc verməsi mövcud sübutlarla təsdiq olunur. Borc məbləğinin hansı tarixlərdə verilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, borcun 2007-2008-ci illərdə verilməsi qəbul edilsə, bu zaman cavabdeh həmin borcu nə vaxt qaytarmalı olduğunu sübut etməli və məhz həmin tarixdən iddia müddəti axımının başlanması h esablanmalı və iddia müddəti tətbiq edilməlidir. Lakin cavabdeh ümumiyyətlə iddiaçıdan borc pul götürmədiyini bildirdiyindən iddianın mahiyyəti üzrə həll olunması baxımından borcun 2007-2008-ci illərdə və ya 2012-2013-cü illərdə verilməsinin hər hansı hüquqi əhəmiyyəti yoxdur. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: Ələddin Məcidov sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhk əməsinin 20 aprel 2018-ci ildə keçirilmiş məhkəmə iclasına qədər Cavabdeh1 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qeyd edilən öhdəliyin yarandığı vaxtdan 2015-ci ilədək 8 il müddət ötmüşdür. Əgər onun iddiaçıya qeyd etdiyi kimi hər hansı bir məbləğdə borcu həqiqətən mövcuddursa niyə iddiaçı məhz 8 ildən sonra ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, Ona görə də, onun iddiaçıya hazırda heç bir borcu yoxdur. İddiaçının ona qarşı qaldırdığı iddia üzrə öhdəliklərin icrasının başlandığı vaxtdan üç ildən artıq vaxt keçmişdir. Onunla iddiaçı arasında borcun 2007-ci ildə yarandığını qeyd etsə də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 2015-ci ildə, yəni, müqavilə öhdəlikləri ilə müəyyən olunmuş müddət ötürüldükdən sonra müraciət etmişdir. Cavabdehin iddiaçıdan birbaşa, həmçinin Cavabdeh2 və Cavabdeh3 vasitəsi ilə cəmi 6300 ABŞ dolları borc alması və həmin borcu iddiaçıya qaytarmaması birinci instansiya məhkəməsinin araşdırmaları zamanı dindirilmiş şəxslərin izahat və ifadələri ilə tam sübuta yetirilmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi X6 ilə birlikdə 20 aprel 2018-ci ildə birinci instansiya məhkəməsində iştirak edərkən iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Elə həmin məhkəmə iclasında iddiaçı da iddia müddətinin ötürüldüyünü və iddiasının hətta əsaslı olacağı təqdirdə iddia müddəti tətbiq olunaraq rədd ediləcəyini dərk edib mexaniki olaraq 2007-ci ilin 2012-ci il, 2008-ci ilin isə 2013-cü il kimi oxunmasını xahiş etmişdir. Onun şifahi vəsatəti ilə məhkəmə prosesində dindirilm iş şahidlər cavabdehin iddiaçıdan borc pul almasını təsdiq etməkdən daha çox həmin borcun alınmasının 2012 və 2013-cü ildə icra olunduğunu bildirmişlər. Məhkəmə isə həmin şahidlərin ifadələrinin işin digər heç bir halı ilə təsdiqlənməməsinə diqqət yetirməyərək iddia müddətinin tətbiq edilməsindən imtina etmiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddia müddəti tətbiq etməklə iddia tələbini rədd etmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Gündüz Quliyev - sədrlik edən və məruzəçi, Əsəd Mirzəliyev, Tatyana Qoldman) 2(102)-3661/2019 nömrəli iş üzrə 23 may 2019-cu il tarixl i qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya məhkəmə qeyd etmişdir ki, öhdəliklər icra müddəti müəyyənləşdirilmiş və icra müddəti müəyyənləşdirilməmiş öhdəliklərə ayrılmaqla iddia müddətinin axımının başlanması üçün də ayrı qaydalar nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi tərəflər arasındakı şifahi borc müqaviləsinin icra müddəti müəyyənləşdirilməklə və ya müəyyənləşdirilməməklə bağlandığını müəyyən etməmiş, nəticədə iddia müddətinin hansı vaxtdan başlandığını müəyyən etmədiyi halda iddia müddətinin ötürülməsi barədə səhv nəticəyə gəlmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Şəki Apellyasiya Məhkəməsinin mül ki kollegiyasının (hakimlər: Elçin Hüseynov sədrlik edən və məruzəçi, Ayaz Mahmudov, Vəzirxan Məlikov) 2(107)-2462/2019 nömrəli iş üzrə 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin normanın məzmunundan gör ündüyü kimi öhdəliklər icra müddəti müəyyənləşdirilmiş və icra müddəti müəyyənləşdirilməmiş öhdəliklərə ayrılmaqla iddia müddətinin axımının başlanması üçün də ayrı qaydalar nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı göstərmişdir ki, Cavabdeh1 borc pulu ondan 2012-ci il ərzində aldığı, borcu 1 il müddətində qaytaracağını bildirmişdir. Hazırkı iş üzrə 3 dəfə apellyasiya baxışı təyin edilmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 məhkəmə kollegiyasının iclaslarına gəlməmişdir. Sonuncu dəfə məhkəmə kollegiyası cavabdehə məhkəmə bildirişi göndərərək həmin bildirişdə məhkəmə iclasında iştirak etməyəcəyi təqdirdə iş üzrə toplanmış sübutların onun ziyanına şərh edilə biləcəyini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı şifahi borc müqaviləsi üzrə öhdəliklərin icra müddətinin müəyyənləşdirərək belə hesab etmişdir ki, icra müddəti 2013cü ildə yaranmışdır. İddia müddətinin axımı da həmin vaxtdan başlanmalıdır. İddiaçı hazırkı iddianı 10 aprel 2015 ci il tarixdə qaldırmışdır. Belə olan halda iddiaçı tərəfindən iddia müddəti ötürülmədiyindən hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişdir. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Ələsgər Əliyev - sədrlik edən və məruzəçi, Mehparə Əhmədova, İsmayıl Xəlilov) 2(102)-2346/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya məhkəmə qeyd etmişdir ki, baxılan işdə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 25 may 2007-ci il tarixində 2400 ABŞ dolları Cavabdeh2 09 sentyabr 2007-ci il tarixdə 2100 ABŞ dolları və Cavabdeh3 05 aprel 2008-cü il tarixdə 1800 ABŞ dolları borc pul verdiyini bildirmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində izahat vermiş iddiaçının nümayəndəsi və ifadə vermiş şahidlər iddiaçı tərəfindən borc pulun 2007-2008-ci illərdə verildiyini bildirmişlər. İddiaçının izahatı və şahid ifadələri əsasında birinci instansiya məhkəməsi qiyabi qətnamə qəbul edərək iddianı qismən təmin etmiş və Cavabdeh1 6300 ABŞ dolları məbləğində pulun a lınıb iddiaçıya verilməsini qət etmişdir. Bundan sonra Cavabdeh1 qiyabi qətnamədən şikayət vermiş və qiyabi qətnamə ləğv edilərək mülki işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Eyni zamanda Cavabdeh1 iddiaçının 3 illik iddia müddətini ötürməsi barədə ərizə təqdim edərək iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsini xahiş etmişdir. İşə iddia icraatı qaydasında birinci instansiya məhkəməsində baxılarkən iddiaçı ərizə verərək iddiada qeyd edilən illərin səhvən 2007 və 2008-ci illər kimi qeyd olunduğunu bildirmiş və konkret olaraq Cavabdeh1 25 may 2012-ci il tarixində 2400 ABŞ dolları, Cavabdeh2 09 sentyabr 2012-ci il tarixdə 2100 ABŞ dolları və Cavabdeh3 05 aprel 2013-cü il tarixdə 1800 ABŞ dolları borc pul verdiyini ona görə də məhkəmədən 2007-ci ilin 2012-ci il, 2008ci ilin 2013-cü il kimi nəzərə alınmasını xahiş etmişdir. Həmçinin işə iddia icraatı qaydasında birinci instansiya məhkəməsində baxılarkən qiyabi icraatda ifadə vermiş eyni şahidlər yenidən ifadə verərək bu dəfə ifadələrində borc pulun 2012-2013-cü illərdə verildiyini bildirmişlər. Göründüyü kimi borc pulun cavabdehə verildiyi müddətlərlə bağlı işin qiyabi icraatı və iddia icraatı zamanı iddiaçının verdiyi izahatlar arasında, həmçinin eyni şahidlərin ifadələri arasında bir-birinə uyğun gəlməyən kəskin zidiyyətlər vardır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh3 verilən borc pulların Cavabdeh1 tutulması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlasa da, bu halı qəbul etdiyi qətnamədə əsaslandırmamışdır. f) Apellyasiya instan siyası məhkəməsində üçüncü icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Akif Eyvazov - sədrlik edən və məruzəçi, Rafail Əliyev, İmanverdi Şükürov) 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnаməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi ilk iddia ərizəsinin verildiyi vaxt ərizədə pulun verilmə tarixinin texniki səhv olaraq 2007-2008-ci il tarix qeyd etdiklərini bildirsələr də, məhkəməyə bununla bağlı əsaslı və inandırıcı cavab verə bilməmişlər. Bu baxımdan da, apellyasiya instansiyas ı məhkəməsi belə nəticəyə gəlmişdir ki, verilmiş borc 2007-2008-ci ildə verilmiş, sadəcə sonradan cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etdiyindən iddia tərəfi borcun 2012-2013-cü il tarixlərdə verildiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında cavabdehə borcu bir il müddətinə verdiyini qeyd etdiyindən 2007-2008-ci illərdə verilmiş borclara münasibətdə müvafiq olaraq 2008 və 2009-cu illər iddia müddətinin axımının başlandığı tarix kimi qəbul olunmalıdır. Birinci instansiya məhkəməsinin 20 aprel 2018-ci ildə keçirilmiş məhkəmə iclasına qədər Cavabdeh1 iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmişdir. Elə həmin məhkəmə iclasında iddiaçı da iddia müddətinin ötürüldüyünü və iddiasının hətta əsaslı ol acağı təqdirdə iddia müddəti tətbiq olunaraq rədd ediləcəyini dərk edib mexaniki olaraq 2007-ci ilin 2012-ci il, 2008-ci ilin isə 2013-cü il kimi oxunmasını xahiş etmişdir. Onun şifahi vəsatəti ilə məhkəmə prosesində dindirilmiş şahidlər cavabdehin iddiaçıdan borc pul almasını təsdiq etməkdən daha çox həmin borcun alınmasının 2012 və 2013-cü ildə icra olunduğunu bildirmişlər. Məhkəmə isə həmin şahidlərin ifadələrinin işin digər heç bir halı ilə təsdiqlənməməsinə diqqət yetirməyərək iddia müddətinin tətbiq edilməsindən imtina etmiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddia müddətinin tədbiqi barədə verdiyi ərizədə borc pul aldığınə etiraf etmişdir. Bu halları digər şəxslər onun yaxın qohumları Cavabdeh2 və Cavabdeh3 tam təfsilatı ilə təsdiq edir ki, mübahisələndirilən pul məbləği Cavabdeh1 tərəfindən götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi müddətin keçdiyini hesab edərək tələbini əsassız olaraq rədd etmişdir. Şahidlər pulun ondan 2012-ci ildə aldığına dair ifadələr vermişlər. Məhkəmə bütün qeyd olunanlara əsasən müddətin 2007-ci ilə kimi göstərilməsi qənaətinə gələrək hesab etmişdir ki, hadisələr guya 2007-ci ildə baş vermişdir. Burad a şəxsin mexaniki olaraq səhv etməsi, qeyri peşəkar yazısı, yəni həmin dövrün 2012-ci il yazmalı olduğu halda səhvən 2007-ci il yazması bu kimi ziddiyyətlərin mövcud olmasına baxmayaraq həmin ziddiyyətlərin araşdırılmaması həqiqətin müəyyən edilməsini aradan qaldırır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsi: Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növl ü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarı: “...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia m üddəti tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquq i məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddia müddətinin tətbiqi barədə ərizədə cavabdehin borcu etiraf etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin ərizədə iddiaçıya hər hansı bir borcunun olmasını etiraf etməmiş, eyni zamanda iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Borcun 2007-2008-ci illərdə deyil, 2012-2013-cü illərdə verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı məsələyə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Kassasiya şikayətində bu barədə apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı bir maddi və ya prosessual hüquq normasının pozulması əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İd diaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-133/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar