Məhkəmə qərarları › İş №2(107)-133/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-133/2021

27.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-133/2021 27.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi, İddiaçı və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, Cavabdeh1 vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 6300 ABŞ dolları məbləğində pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-716/2018 saylı qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddia təmin edilmiş, Cavabdeh1 6,300 (altı min üç yüz) ABŞ dolları borcun ödənilən günə məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-130/2019 saylı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-716/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh1 qarşı 6,300 ABŞ dolları tələbinə dair iddiasının təmin edilməməsi qət edilişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)-3661/2019 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-130/2019 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2462/2019 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməsi və Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-716/2018 saylı qətnаməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020ci il tarixli, 2(102)-2346/2020 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2462/2019 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. işin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 2,400 ABŞ dolları, Cavabdeh2 2,100 ABŞ dolları və Cavabdeh3 1,800 ABŞ dolları, eləcə də məhkəmədə işə baxılması üçün ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, birinci Cavabdeh1 xx xxx 2007-ci il tarixində 2,400 ABŞ dolları pul borc vermişdir. Eləcə də ikinci Cavabdeh2 xx xxxxxxxx 2007-ci il tarixdə 2,100 ABŞ dolları, həmçinin Cavabdeh3 xx xxxxx 2008-ci il tarixdə 1,800 ABŞ dolları borc olaraq vermişdir. Cavabdehlr biri-biriləri ilə qohumdular. Cavabdehlərə borc olaraq verdiyi pulları bu vaxta qədər ala bilmir. Dəfələrlə tələb etməyinə baxmayaraq müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınırlar. Daha sonra iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh1 6,300 ABŞ dolları tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu ərizəni belə əsaslandırmışdır ki, proses zamanı aydınlaşdırmışdır ki, Cavabdeh2 və Cavabdeh3 da həmin məbləği Cavabdeh1 veriblər. Cavabdeh1 ondan cəmi 6,300 ABŞ dolları həmin şəxslərin iştirakı ilə alıbdır. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmişdir. İddiaçı ərizə təqdim edərək iddiada qeyd edilən illər səhvən 2007 və 2008-ci illə kimi qeyd olunub. İddiasında qeyd edilən 2007-ci ilin 2012-ci il kimi, 2008-ci ilin 2013cü il kimi nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 2012-ci ildə X10 və X2 yanında 2400 ABŞ dolları, daha sonra X11 yanında 2100 ABŞ dolları və 1800 ABŞ dolları məbləğində borc pul vermişdir. Dəfələrlə Cavabdeh1 verdiyi pulu tələb etsə də, o, pulu qaytaracağına söz vermiş, daha sonra isə müxtəlif bəhanələrlə bundan yayınmağa başlamışdır. Qiyabi qətnamə icra mərhələsində olanda belə ondan yayınmış, icra məmuru onların evinə getdikdə oğlu bildirmişdir ki, anası pulu ödəyəcəkdir. İlk təqdim edilmiş iddia ərizəsində pulun verilmə illərinin 2007 və 2008-ci illər qeyd edilməsi texniki səhvdir, belə ki, bunun əhəmiyyəti olmayacağını düşünüb düzəliş etməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı heç bir məbləğdə borc almamışdır və onu bu müddət ərzində heç kim axtarmamışdır. Bir dəfə Xəyal və Kəmalə adlı şəxslərdən 3,700 manat pul almışdır və həmin borcu hələ də ödəyir. Lakin İddiaçı borcu yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 ərizə təqdim edərək, iddiaçının 3 illik iddia müddətinin ötürdüyünü bildirib iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsi tərəfindən çıxarılmış məhkəmə qətnaməsi tam ədalətsiz bir qətnamədir. Belə ki, qətnamədə qeyd olunan məbləğ heç bir fakta və istinada əsaslanmadan, yalnız yalan şahid ifadələri əsasında onun üzərinə yüklənmiş bir məbləğdir. O, heç bir halda qaldırlan tələbi qəbul etmir. 6300 (altı min üç yüz) ABŞ dolları həddində bir məbləği və iddia ərizəsi üçün ödənilən 30 manat dövlət rüsumunu onun üzərinə yazmaq haqsızlıqdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, guya ona xx xxx 2007-ci il tarixində 2400 (iki min dörd yüz) ABŞ dolları, Cavabdeh2 xx xxxxxxxx 2007-ci il tarixində 2100 (iki min bir yüz) ABŞ dolları və Cavabdeh3 xx xxxxx 2008-ci il tarixdə 1800 (bir min səkkiz yüz) ABŞ dolları borc olaraq vermişdir. Cavabdehlərə borc olaraq verdiyi həmin pulları bu vaxta qədər onlardan ala bilməmişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınırlar. Ona görə də, məhkəməyə müraciət edərək həmin pulun qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh1, yəni ondan 6300 ABŞ dolları tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, məhkəmə iclası zamanı verdiyi izahatında da, iddianı qəbul etmədiyini və onun İddiaçı borcunun olmadığını məhkəmədə dəfələrlə bildirmişdir. O, şahidlərdən X4 və X9 ümumiyyətlə tanımır. X10 isə iddiaçının bacısı olduğunu bilsə də onun da özünü heç görməmişdir. X1 ifadəsində bildirir ki, guya onu tanıyır, onunla qonşudur və o, 2012-ci ildə İddiaçı evində olan zaman o, guya iddiaçıdan 2400 ABŞ dolları borc pul istəmişdir və iddiaçıya bildirmişdir ki, onun torpaq sahəsi var, həmin torpaq sahəsini satıb pulu qaytaracaqdır. Halbuki, onun heç vaxt torpağı olmamışdır. Həmin şəxsi də, tanımır. X7 bildirir ki, 2012-ci ilin may ayında İddiaçı evinə gələrək onun yanında İddiaçı 2400 ABŞ dolları borc pul almışdır. Lakin o, onun üzünü ümumiyyətlə görməmişdir və ya onun yanında, ya da qeyri vaxt İddiaçı nəinki 2400 ABŞ dolları, ümumiyytlə heç bir məbləğdə borc pul almamışdır. X5 isə məhkəmə iclası zamanı bildirmişdir ki, guya 2012-ci ildə uşaq paltarı almaq üçün İddiaçı işlətdiyi dükana getmiş, həmin vaxt Cavabdeh1, eyni zamanda guya o, da, həmin dükanda olmuş və xəstəsi olduğunu bildirib İddiaçı pul istəmişdir.İddiaçı da ilk olaraq ona 2100 ABŞ dolları məbləğində pul vermişdir. Lakin guya o, bildirmişdir ki, 2100 ABŞ dolları ona yetmir və bu səbəbdən daha sonra isə 1800 ABŞ dolları pulu ona vermişdir. X5 isə bildirir ki, guya İddiaçı dükanda onun yanında ona 2100 ABŞ dolları, sonra isə 1800 ABŞ dolları məbləğində pul vermişdir. Yuxanda qeyd olunan yalan və ziddiyyətli şahid ifadələri və bu və digər hallar nəzərə alınmaqla iddiaçı Cavabdeh1 tərəfindən əsassız olaraq məhkəmədə ona qarşı qaldırılan iddia tələbi tamamilə rədd olunmalıdır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-716/2018 saylı qətnаməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Məmmədov Fərhad Möhübbət oğlu apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)716/2018 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, o, Cavabdeh1 pulu bir il müddətinə vermiş, razılıqlarına görə 1 il ərzində pulu qaytarmalı olduğu halda bu günədək cavabdeh borcunu qaytarmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili X8 apellyasiya şikayətinin təmin edilərək Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)716/2018 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-2346/2020 saylı qərarında göstərilənləri əsas tutaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)716/2018 saylı qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, İddiaçı tanıyır, anası ilə qonşudur, Cavabdeh1 da tanıyır, qonşudurlar. 2012-ci ildə İddiaçı evində olan zaman Cavabdeh1 İddiaçı 2,400 ABŞ dolları borc istəmişdir. Cavabdeh1 bildirmişdir ki, torpaq sahəsi var həmin sahəni satıb pulu qaytaracaqdır. İddiaçı isə razılaşıb uşağının xəstə olduğunu bildirmiş və tez bir zamanda pulu qaytarmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, o, İddiaçı bacısıdır. 2012-ci ilin may ayında İddiaçı yaşadığı evdə onun yanında Cavabdeh1 gəlib borc pul istəmiş, İddiaçı Cavabdeh1 2,400 ABŞ dolları pul vermişdir. Birinci dəfə məhkəmə iclasında borcun 2007-ci ildə verildiyini bildirməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, 2012-ci ildə uşaq paltarı almaq üçün İddiaçı işlətdiyi dükana getmiş, həmin vaxt Cavabdeh1 həmin dükanda olmuş və xəstəsi olduğunu bildirib İddiaçı borc pul istəmişdir. İddiaçı ilk olaraq ona 2,100 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh1 bildirmişdir ki, 2,100 ABŞ dolları ona yetmir və bu səbəbdən İddiaçı daha 1,800 ABŞ dolları məbləğində pulu ona vermişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3661/2019 saylı qərarında qeyd edilmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia müddətinin axımı müəyyənləşdirildikdən sonra iddia müddəti tətbiq edilməlidir. Lakin cavabdeh ümumiyyətlə iddiaçıdan borc götürmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi xx xxxxxx 2019-cu il tarixli, 2(107)-130/2019 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi xx xxxxxx 2019-cu il tarixli, 2(107)-130/2019 saylı qətnaməsində tərəflər arasındakı şifahi borc müqaviləsinin icra müddəti müəyyənləşdirilməklə və ya müəyyənləşdirilməməklə bağlandığını ümumiyyətlə müəyyən etməmiş, nəticədə iddia müddətinin hansı vaxtdan başlandığını müəyyən etmədiyi halda iddia müddətinin ötürülməsi barədə səhv nəticəyə gəlmişdir. Hazırkı iş üzrə 3 dəfə apellyasiya baxışı təyin edilmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 məhkəmə kollegiyasının iclaslarına gəlməmişdir. Sonuncu dəfə məhkəmə kollegiyası cavabdehə məhkəmə bildirişi göndərərək, həmin bildirişdə məhkəmə iclasında iştirak etməyəcəyi təqdirdə iş üzrə toplanmış sübutların onun ziyanına şərh edilə biləcəyini göstərmişdir. Məhkəmə kollegiyası tərəflər arasındakı şifahi borc müqaviləsi üzrə öhdəliklərin icra müddətinin müəyyənləşdirərək belə hesab edir ki, icra müddəti 2008-cü ildə yaranmışdır. Bundan başqa iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-2346/2020 saylı qərarında qeyd edilmişdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 xx xxx 2007-ci il tarixində 2,400 ABŞ dolları Cavabdeh2 xx xxxxxxxx 2007-ci il tarixdə 2,100 ABŞ dolları və Cavabdeh3 xx xxxxx 2008-cü il tarixdə 1,800 ABŞ dolları borc pul verdiyini bildirmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində izahat vermiş iddiaçının nümayəndəsi və ifadə vermiş şahidlər iddiaçı tərəfindən borc pulun 2007- 2008-ci illərdə verildiyini bildirmişlər. İddiaçının izahatı və şahid ifadələri əsasında birinci instansiya məhkəməsi qiyabi qətnamə qəbul edərək iddianı qismən təmin etmiş və Cavabdeh1 6300 ABŞ dolları məbləğində pulun alınıb iddiaçıya verilməsini qət etmişdir. Bundan sonra Cavabdeh1 qiyabi qətnamədən şikayət vermiş və qiyabi qətnamə ləğv edilərək mülki işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Eyni zamanda Cavabdeh1 iddiaçının 3 illik iddia müddətini ötürməsi barədə ərizə təqdim edərək, iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsini xahiş etmişdir. İşə iddia icraatı qaydasında birinci instansiya məhkəməsində baxılarkən iddiaçı ərizə verərək iddiada qeyd edilən illərin səhvən 2007 və 2008-ci illər kimi qeyd olunduğunu bildirmiş və konkret olaraq Cavabdeh1 xx xxx 2012-ci il tarixində 2,400 ABŞ dolları, Cavabdeh2 xx xxxxxxxx 2012-ci il tarixdə 2,100 ABŞ dolları və Cavabdeh3 xx xxxxx 2013-cü il tarixdə 1,800 ABŞ dolları borc pul verdiyini ona görə də məhkəmədən 2007-ci ilin 2012-ci il, 2008-ci ilin 2013-cü il kimi nəzərə alınmasını xahiş etmişdir. Həmçinin işə iddia icraatı qaydasında birinci instansiya məhkəməsində baxılarkən qiyabi icraatda ifadə vermiş eyni şahidlər yenidən ifadə verərək bu dəfə ifadələrində borc pulun 2012-2013-cü illərdə verildiyini bildirmişlər. Göründüyü kimi borc pulun cavabdehə verildiyi müddətlərlə bağlı işin qiyabi icraatı və iddia icraatı zamanı iddiaçının verdiyi izahatlar arasında, həmçinin eyni şahidlərin ifadələri arasında bir-birinə uyğun gəlməyən kəskin zidiyyətlər vardır. Bundan başqa apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh3 verilən borc pulların Cavabdeh1 tutulması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlasa da bu halı qəbul etdiyi qətnamədə əsaslandırmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi ilk iddia ərizəsinin verildiyi vaxt ərizədə pulun verilmə tarixinin texniki səhv olaraq 2007-2008-ci il tarix qeyd etdiklərini bildirsələr də, məhkəmə kollegiyasına bununla bağlı əsaslı və inandırıcı cavab verə bilməmişlər. Bu baxımdan da, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş borc 2007-2008-ci ildə verilmiş, sadəcə sonradan cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etdiyindən, iddia tərəfi borcun 2012- 2013-cü il tarixlərdə verildiyini bildirmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində istinad etdiyi halları, yəni cavabdehin ondan 6,300 ABŞ dolları məbləğində borc pul almasını təsdiq edən sübutları təqdim etməlidir ki, hazırda iş üzrə şahidlərin ifadələri ilə həmin hallar təsdiq olunur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin şahid ifadələrinin ziddiyyətli və yaxud həqiqətə uyğun olmadığını təsdiq edən sübutları cavabdeh tərəf təqdim etməlidir. Lakin belə halları təsdiq edən sübutları cavabdeh tərəf təqdim etməmiş, məhkəmə tərəfindən belə hallar müəyyən edilməmişdir. Bundan başqa cavabdeh tərəf ərizə təqdim etməklə hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin tətbiq edilməsi üçün öhdəliyin mövcud olması, yəni borcun alınması bir şərtdir və yalnız bu hal təsdiqini tapdığı təqdirdə iddia müddətinin tətbiq edilməsinə yol verilir. Belə olan halda cavabdeh borcun mövcudluğunu etiraf etmiş olur. Lakin cavabdehin məhkəmə iclası zamanı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıdan borc pul almamışdır. Göründüyü kimi, cavabdehin mövqeyində ziddiyyətlər mövcuddur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 6,300 ABŞ dolları məbləğində borc verməsi mövcud sübutlarla təsdiq olunur. Borc məbləğinin hansı tarixlərdə verilməsi ilə bağlı qeyd olunmalıdır ki, borcun 2007-2008-ci illərdə verilməsi qəbul edilsə, bu zaman cavabdeh həmin borcu nə vaxt qaytarmalı olduğunu sübut etməli və məhz həmin tarixdən iddia müddəti axımının başlanması hesablanmalı və iddia müddəti tətbiq edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdehə borcu bir il müddətinə verdiyini qeyd etdiyindən 2007-2008-ci illərdə verilmiş borclara münasibətdə müvafiq olaraq 2008 və 2009-cu illər iddia müddətinin axımının başlandığı tarix kimi qəbul olunmalıdır. Birinci instansiya məhkəməsinin xx xxxxx 2018-ci ildə keçirilmiş məhkəmə iclasına qədər Cavabdeh1 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə mürаciət edərək göstərmişdir ki, qeyd edilən öhdəliyin yarandığı vaxtdan 2015-ci ilədək 8 il müddət ötmüşdür. Əgər onun iddiaçıya qeyd etdiyi kimi hər hansı bir məbləğdə borcu həqiqətən mövcuddursa niyə iddiaçı məhz 8 ildən sonra ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, bildirir ki, onun iddiaçıya hazırda heç bir borcu yoxdur. İddiaçı ona qarşı qaldırdığı iddia üzrə öhdəliklərin icrasının başlandığı vaxtdan üç ildən artıq vaxt keçmişdir. Onunla iddiaçı arasında borcun 2007-ci ildə yarandığını qeyd etsə də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 2015-ci ildə, yəni, müqavilə öhdəlikləri ilə müəyyən olunmuş müddət ötürüldükdən sonra müraciət etmişdir. Cavabdehin iddiaçıdan birbaşa, həmçinin Cavabdeh2 və Cavabdeh3 vasitəsi ilə cəmi 6300 ABŞ dolları borc alması və həmin borcu iddiaçıya qaytarmaması birinci instansiya məhkəməsinin araşdırmaları zamanı dindirilmiş şəxslərin izahat və ifadələri ilə tam sübuta yetirilimişdir. Cavabdeh1 vəkili və nümayəndəsi X8 ilə birlikdə xx xxxxx 2018-ci ildə birinci instansiya məhkəməsində iştirak edərkən iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Elə həmin məhkəmə iclasında iddiaçı da iddia müddətinin ötürüldüyünü və iddiasının hətta əsaslı olacağı təqdirdə iddia müddəti tətbiq olunaraq rədd ediləcəyini dərk edib mexaniki olaraq 2007-ci ilin 2012-ci il, 2008ci ilin isə 2013-cü il kimi oxunmasını xahiş etmişdir. Onun şifahi vəsatəti ilə məhkəmə prosesində dindirilmiş şahidlər cavabdehin iddiaçıdan borc pul almasını təsdiq etməkdən daha çox həmin borcun alınmasının 2012 və 2013-cü ildə icra olunduğunu bildirmişlər. Məhkəmə isə həmin şahidlərin ifadələrinin işin digər heç bir halı ilə təsdiqlənməməsinə diqqət yetirməyərək iddia müddətinin tətbiq edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun x xxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərindən, işdə olan sənədlərdən, proses iştirakçılarının izahatından müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə iddia müddətini tətbiq etməməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəticədə cavabdeh apellyasiya şikayətində göstərdiyi kimi iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verdiyinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən səhvən iddia müddəti tətbiq edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.1-ci mаddəsinə əsаsən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.1-ci mаddəsinin tələblərinə əməl etmədiyindən iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunubolunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını nəzərə аlmаyаn Yevlax Rayon Məhkəməsi iddiаnı təmin etməklə düzgün nəticəyə gəlmədiyindən və birinci instаnsiyа məhkəməsi tərəfindən qətnаmə qəbul olunаrkən yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı pozulduğundаn аpellyаsiyа şikayəti təmin olunаrаq Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-716/2018 nömrəli qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə iddiаçı İddiaçı Cavabdeh1 qarşı 6,300 ABŞ dolları tələbinə dair iddiаsı üzrə iddia müddəti tətbiq edilməli və iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 6300 ABŞ dolları məbləğində pul tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-716/2018 saylı qətnаməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar