Məhkəmə qərarları › İş №2(102)-2346/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2346/2023

05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2346/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əli oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın ona cavab verməli olmayan şəxsə qarşı qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-566/2023 nömrəli, 9.01.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə İddiaçı bağ evində görülməsini sifariş verdiyi təmir-tikinti işlərində istifadə olunmuş betonun lazımi keyfiyyətdə olmaması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ona dəymiş maddi ziyana görə 28.000 manat, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 220 manat, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu üçün ödənilmiş 21 manatın, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 17,40 manat dövlət rüsumunun və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174,40 manat, cəmi 28.432,80 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi r.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 4114-J ünvanında yerləşən bağ evinin həyətyanı sahəsində təxminən 50 kv. Metr (10,5 X 5,5) sahədə hovuzun tikilməsi qərarına gəlmiş və bununla əlaqədar hovuzun tikintisi üçün ustalar tapmışdır. Həmin ustalar Cavabdeh2, Cavabdeh1 və Sənan adlı şəxslərin rəhbərlik etdikləri beton zavodundan hovuzun tikintisi üçün beton sifariş vermişlər. 29 aprel 2021-ci il tarixində 980 manat betona, 150 manat pompa maşınına, 6 may 2021-ci il tarixdə isə təkrar pompa avtomaşınla birlikdə betona 1400 manat pul ustalara vermişdir. Həmin pullar beton sifariş vermək üçün Cavabdeh2 verilmişdir. Tikinti başa çatdıqdan təxminən iyun-iyul aylarında hovuzun suyu azalmış, hovuzun divarlarında çatlamalar, dağılmalar baş vermişdir. Bunun səbəbini aydınlaşdırmaq üçün 27 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə müraciət etmişdir. Cavabdehlər bu halın onların səhvi olduğunu qəbul edərək, dəymiş maddi ziyanı qarşılayacaqlarını və tezliklə dəymiş ziyanı ödəyəcəklərini bildirmişlər. Lakin o vaxtdan etibarən cavabdehlər tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Beləliklə, 350 marka barədə razılaşma olduğu halda cavabdehlər tərəfindən aşağı marka beton sifariş verilmişdir. Betonun keyfiyyətsiz olması səbəbindən nəinki hovuz, o cümlədən həyətə vurulmuş tamet tamamilə yararsız vəziyyətə düşmüş, bağ sahəsinə çəkilmiş hasarda çatlar əmələ gəlmiş və aşma təhlükəsi yaranmışdır. Hazırda cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçıya 28.000 manatdan ç ox maddi ziyan dəymişdir. İddia tələbi Azərbaycan Respublikası Konstitusiyasının 60, 127, 129, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 16, 21. 425, 442, 1096.1, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 9.1, 9.3, 14.2, 107, 115.0.5, 121.1, 217.3-ci maddələri ilə əsaslandırılmışdır.

4. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İftixar ondan 11- 12 kub 250 marka beton istəmiş, o da həmin betonu göndərmişdir. Bir müddət keçdikdən sonra betonda çat əmələ gəldiyini bilmişdir. İftixar ona zəng edərək hovuza gedib baxmağı təklif etmiş, lakin o, yas mərasimində olduğunu, gedə bilməyəcəyini bildirmişdir. Bundan sonra iddiaçı özü ona zəng edərək gəlib hovuza baxmağını istəmişdir. Sabahı gün gedib görmüşdür ki, betonda çatlar əmələ gəlib. Ondan 250 marka beton istənilib, o da həmin marka betonu vermişdir və buna görə də betonda çatların nə səbəbdən yarandığı müəyyən edə bilməz. Onlar adətən betonu tanıdıqları şəxslərə verirlər deyə heç bir sənədləşmə olmur. Lakin betonu alan şəxs istəyəndə ona qaimə təqdim edirlər. Hovuza baxdıqdan sonra çatların betona görə yaranmadığını bildirmiş, lakin insanlıq olsun deyə kömək məqsədi ilə yenidən beton verə biləcəklərini demişdir. Yəni bunu öhdəlik kimi öz üzərinə götürməmişdir. Məsələ ilə bağlı polis bölməsinə çağırılmış və orada izahat yazmışdır. Ola bilər ki, betona çox su vurulduğu üçün markası aşağı düşmüşdür. Ümumiyyətlə, betonu verəndə nəyə istifadə olunacağı barədə maraqlanmır, çünki onun üçün öz ustası olur.

5. Məhkəmə iclas ında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, vəkilin qeyd etdiyi kimi betonu o gətirmişdir, lakin marka hissəsində vəkilinin qeyd etdikləri ilə razılaşmır. Onun vasitəsilə indiyə kimi bir çox yerə beton verilib, lakin heç birində problem yaşanmayıb. Bu məsələlərdə çox vaxt ustaların öz maraqları olur. Belə ki, ustalar ev sahibindən əlavə pul alırlar, onlardan isə fərqli marka beton sifariş edirlər. Əslində sənədləşmə olur, lakin Elmir usta gəlib alanda ondan sənəd istəmədi. Elmir usta ondan 250 marka beton istəmiş və verilən betonun pulunu ona Elmir ödəmişdir. Elmir onlar polis bölməsinə getmədən əvvəl ona yaxınlaşıb pis vəziyyətdə olduğunu bildirmişdir. O bildirdi ki, hovuz partlayıb və su axıdır. Belə ki, onlar hovuzda çatlama olmadan 1 ay əvvəl hər gün hovuza 5 ton su vururdular. Hovuz isə 50-100 ton su tutur. Həyətdə torpaq olduğu üçün su hovuzdan axıb gedirmiş və ustalar da hər gün hovuza dayanmadan su vururmuşlar və nəticədə hovuzda çatlama yaranıb. Əslində beton üçün izolyasiya düzgün çəkilməyib, yoxsa hovuz üçün 250 marka beton normal keyfiyyətli betondur. Elmir pis vəziyyətdə olduğu üçün polis bölməsində 350 marka beton sifariş edildiyini qeyd etməsini ondan xahiş etmişdir. O da Elmir xahiş etdiyi üçün izahatında 350 marka beton sifariş olunduğunu qeyd eləmişdir. Daha sonra onlar kitabla baxıb araşdırmışlar ki, onlardan 250 marka beton istənilib və onlar 250 marka beton vemişlər. O, iddiaçının onları polisə verməməsi üçün 3-4 gün gözləməsini xahiş etmiş və demişdir ki, beton verib dəymiş zərəri bərpa edə bilərlər. İnsanlıq edərək əvəzində beton ve rmək istəmişlər, lakin sonra ortaya 25-30 min manat məsələsi çıxdığı üçün razılaşa bilməmişlər. Betona su qatılanda o da orada idi. Elmirə betona su vurmaq olmaz dedikdə, o, “betonu özünün sifariş verdiyini və özünün istədiyini edəcəyini” demişdir. Ümumiyyətlə, iki yerdən beton gəlib, biri Sənangilin, digəri isə Fazilgilin yanından. Bu gələn qaimə Sənanın verdiyi qaimədir. Fazil isə qaiməni götürməmişdir. Verilən qaimənin biri obyektə verilir, digəri isə zavodda qalır. Polisin iş materiallarında belə Fazilin qaiməsi yoxdur. Ekspert rəyi ilə də razı deyil, belə ki, ekspert rəyində həmin hissəyə 20 kv.m. mişar daşı, 20 kv.m. isə beton töküldüyünü qeyd edib. Halbuki, qeyd olunan absurddur, çünki həmin yerin özü 100 kv.m.- dir.

6. Məhkəmə iclasında Cavabdeh3 Əli oğlu iddia tələbini qəbul etməy ərək bildirmişdir ki, o, 21 ildir ki, bu işlə məşğul olur. O, iddiaçını tanımır, belə ki, İftixar ona zəng edərək, 11 kub 250 marka beton lazım olduğunu bildirmişdir. Onlar polisə də qaimə-fakturanı, beton maşınının giriş-çıxışını qeydə aldıqları kitabı göstərmiş və həmin sənədlərin surətini polisə təqdim etmişdir. Onlar ustaya həmin qaimə-fakturanı verdikdə istəmədiklərini bildirmişlər. Ümumilikdə, onlardan 250 marka beton sifariş edilib və həmin marka betonun da məbləği ödənilib. O, öz işinin məsuliyyəti baxımından öyrənmişdir ki, həmin yerin konstruksiyasında çox kobud səhvlər olub. Ora üçün maksimum 240 marka beton istifadə edilə bilərmiş. Lakin İftixar ona dedi ki, betona çoxlu su vurulub. Betona isə qətiyyən su vurmaq olmaz. Əgər İftixarın istədiyi 250 marka beton, onların verdiyi is ə 200 marka beton olsa idi, onlar cavabdehlik daşıyardılar. Lakin onlarla heç kəs zavoda gəlib müqavilə bağlamayıb, ona sifarişi də İftixar verib. Onlar müqavilə əsasında işləyirlər, həm də fərdi satışları da var. Onlar İftixarı 6-7 ildir ki, tanıyırlar. Beton alınanda əslində qaimə verirlər. Əgər alan tərəf qaimə götürmürsə problem həmin tərəfin olur.

7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi S.Ə.Dadaşov adına ETLKİM İnstitutu tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışda göstərilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4114 j saylı bağ sahəsindəki hovuzun döşəməsi və divarları yoxlanılmışdır. Hovuzun döşəməsi: Betonun tökülmə tarixi: xx.xx.2021, betonun yoxlanma tarixi: xx.xx.2021, betonun naturada möhkəmlik həddini n orta göstəricisi, MPa. 21,5-23,0 Ror. Hovuzun divarları: Betonun tökülmə tarixi: xx.xx.2021, betonun yoxlanma tarixi: xx.xx.2021, betonun naturada möhkəmlik həddinin orta göstəricisi, MPa. 22,0-24,5 Ror. 8. “X6” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli hesabatda göstərilir ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsində 4114 j nömrəli bağ evinin həyətyanı sahəsində mövcud olan hovuzun yenidən inşa edilib istifadəyə verilməsi üçün və hovuzun tam yararsız hala düşməsi nəticəsində fərdi yaşayış evinin ziyan görmüş həyətyanı döşəməsinin və hasarının zərərçəkmiş hissəsinin yenidən bərpası üçün lazım olan vəsaitin ümumi miqdarı hazırkı dövr üçün 27.000 AZN təşkil edir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2022-ci il tarixli, 10/1919 №-l i ekspert rəyində qeyd olunmuşdur ki, hər hansı tikintidə istifadə olunmuş sementin markasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Lakin mülki iş materiallarının 10-cu səhifəsində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə X1 İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş cədvələ əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4114-J saylı bağ sahəsində yerləşən hovuzun tikintisində istifadə olunan betonun möhkəmliyi konstruksiyada “SMİDT” çəkici ilə yoxlanılmış və istifadə olunan betonun B15 sinfinə (200 markaya yaxın) aid olmaqla, möhkəmlik həddinin orta göstəricisinin hovuzun döşəməsində 21,5-23,0 MPa, divarlarında 22,0-24,5 MPa təşkil etdiyi müəyyən olunmuşdur. Qərardadın 2-ci sualı ilə əl aqədar qeyd olunmuşdur ki, tədqiq olunan hovuz tikilisinin monolit dəmir betondan inşa edilmiş divarlarında şaquli istiqamətdə döşəməyə qədər çatlar əmələ gəldiyi, bir çox yerlərdə betonun üst qatının dağıldığı, hovuzun kənarlarına vurulmuş tamet plitələrin bir-birindən aralandığı, döşəmənin bəzi yerlərdə aşağı doğru çökdüyü, həmçinin sərhəd hasarının üzərində bəzi yerlərdə iki tərəfli, keçici çatlar yarandığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin S.Ə.Dadaşov adına ElmiTədqiqat və Layihə-X1 İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş cədvələ əsasən, tədqiq olunan hovuzun tikintisində istifadə olunan betonun B15 sinfinə (200 markaya yaxın) aid olduğunu nəzərə aldıqda, həmin hovuzda yaranmış qüsurların, istifadə olunan betonun markasının aşağı olması səbəbindən əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Tədqiq olunan tikililər üzrə yaranmış qüsurların xarakterini və mövcud vəziyyətini nəzərə alaraq, dağılmış hissələrin və döşəmə örtüyünün bərpa edilməsi həmin tikililər sökülmədən mümkün deyildir. Lakin hovuz tikintisi xüsusi növ tikinti işlərinə aid olduğundan, həmçinin tikintidə istifadə olunan materialların, hovuz akssesuarlarının seçimindən, filtrasiya sistemlərindən asılı olaraq qiymətlərdə dəyişiklik olduğundan, yaranmış qüsurların bərpa olunması üçün yerinə yetirilməli işlərin dəyəri, müvafiq firma və ya şirkətlər tərəfindən görüləcək işlərə dair smeta tərtib edilməklə müəyyən oluna bilər.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-460/2022 saylı, xx.xx.2022-ci il tari xli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (X9).

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işdə iddianın əsasını təşkil edən əsas üç təsdiq edilməli hal vardır:

1. İddiaçıya aid sahədəki hovuzda və digər hissələrin beton (suvaq) qatında yaranan çatlamalar və aşınmalar onların tikilməsində istifadə olunan sementin markasının aşağı olması ilə bağlıdır;

2. Cavabdehlərin sementin markasının sifariş verildiyindən daha aşağı markada iddiaçıya təqdim edilməsində təqsirləri;

3. Vurulmuş real ziyanın iddia olunan ziyan həddində olması.

12. Hazırkı işdə mübahisələndirilməyən hal qeyd edilən hovuz və digər sahələrdə qüsurların, o cümlədən çatların olması halıdır. Belə ki, ekspert araşdırmasınınn nəticəsi ilə yanaşı, tərəflər onun mövcudluğunu birmənalı şəkildə təsdiq edir lər. Lakin, iddiaçı hazırkı iş üzrə cavabdehlərin ziyan vurulmasına birbaşa aidiyyətlərini təsdiq edə bilməmişdir. Belə ki, həm iddia ərizəsində, həm də məhkəmədə verilən izahatlarda iddiaçı əvvəlcə tikinti işlərini aparmaq üçün ustalar tapdığını, sonralar həmin ustaların İfixar Bəbişov adlı cavabdehi tapdıqlarını və ona beton sifariş etdiklərini bildirib. Göründüyü kimi, iddiaçı qarşısında hovuzun tikintisi ilə bağlı podrat tapşırığını məhz ustalar qəbul edib. Ustalarla cavabdehlər arasında isə, beton alqı-satqı münasibətləri mövcud olub. İddiaçı ilə İftixar birbaşa nə podrat, nə də alqı-satqı münasibətinə girməyiblər. Onlar yalnız mübahisə yarandıqdan sonra bir-birilərini tanıyıblar. Belə olan halda, iddiaçı Cavabdeh2 və betonu bilavasitə təqdim edən şəxslərə beton sifarişinin 350 marka olaraq edildiyini sübut etməyə borcludur. Sonuncular onlara yalnız 250 marka beton sifariş olunduğunu bildirir. Belə olan halda, iddiaçı ustalar vasitəsilə bu halın əksini sübut etməli olduğu halda, bunu edə bilməyib.

13. Məhkəmə Cavabdeh2 polis araşdırması zamanı verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, mülki prosessual qanunvericilik də müəyyən edir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericilik yalnız məhkəmə iclasında tədqiq olunan sübutlar əsasında qərar qəbul edir. Qanunvericiliyin bu göstərişi məhkəmə zalında şəxsin verdiyi izahatın digər orqanlarda verdiyi izahata münasibətdə daha mötəbər dəlil olduğunu deməyə əsas verir (Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, hökmü və digər qərarlarında müəyyən edilmiş hallar-şəxsin iz ahatı istisna olmaqla). Cavabdeh2 ona 250 markalı betonun sifariş olunduğunu bildirirsə, məhz onunla bilavasitə alqı-satqı münasibətində olmuş ustalar bunun əksini sübut etməli idilər. Daha doğrusu, məhkəmə hesab edir ki, hazırkı iddiaya cavab verməli olan şəxslər məhz ustalar olmalıdır.

14. Məhkəmə tərəfindən cavabdehlərin əsl cavabdehlə əvəz olunması barədə təklifi iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən qəbul edilməmişdir.

15. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 385.1, 386.1, 1096.1, 1096.2, 1097.1, 1128.1, 1131, 1132, 752.1, 588.1, 587.2, 587.2.1, 587.2.2-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməs i barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Məzmunu iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, qeyd olunan hüquqa zidd əmələ görə müvafiq olaraq malın satıcısı və ya istehsalçısı, yəni Cavabdeh3 Əli oğlu, həmçinin icraçı, yəni Cavabdeh1 və Cavabdeh2 məsuliyyət daşımalıdır. Lakin, məhkəmə qeyd olunan maddəni mübahisəyə tətbiq etməyərək, sadəcə sübutetmə yükü prezumpsiyası ilə kifayətlənərək qanunsuz qətnamə çıxarmışdır. Halbuki, öz növbəsində iş materialları ilə də təsdiq edilir ki, cavabdehlərin təqsiri iddiaçı tərəfindən maddi sübutlarla sübut edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-566/2023 nömrəli, 9.01.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdiyev(sədrlik edən və məruzəçi) İkram Şirinov və Cahangir Yusifov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-460/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmişdir. Cavabdeh2 28000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və qənaətini onunla əsaslandırmışdır ki, cavabdehlərin Xəzər Rayon Polis İdarəsində verdiyi izahatlar nəzərə alınmamışdır. Belə ki, işə apellyasiya instansiya məhkəməsində baxılan zaman Xəzər Rayon Polis İdarəsindən təhqiqat materialları sorğu edilmiş və cavabdehlərin verdikləri izahatlar nəzərdən keçirilmişdir. Təhqiqat materialından görünür ki, Cavabdeh2 izahatında bildirmişdir ki, ustalar tərəfindən ona 350 marka beton sifariş verilmişdir. Lakin betonun keyfiyyətinin aşağı olması, yəni 350 deyil, 200 marka olmasını bilməmiş, bundan betonun keyfiyyətinin ölçülməsi zamanı xəbərdar olmuşdur.

20. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh2 və betonu bilavasitə təqdim edən şəxslərə beton sifarişinin 350 marka edildiyini sübut etməyə borclu olmasına dair birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına və tərəflərin izahatlarına əsasən iddiaçı hovuzun inşası üçün ustalarla razılaşmış və həmin ustalar hovuzun tikintisi üçün lazım olan bütün materialın gətirilməsini təmin etmişlər. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı sifarişi ust alara verməklə əslində tikinti ilə bağlı olan bütün hərəkətlərin edilməsini ustalara tapşırmışdır. Mövcud formalaşmış praktika nəzərə alındıqda, ustalar hovuzun inşası üzrə lazımi bütün bacarıqlara malik olduğundan, tikinti üçün nəyin lazım olub-olmadığını onlar bildiyindən iddiaçı ustalara hovuz tikintisini sifariş verməklə lazım olan bütün hərəkətlərin edilməsini (mal sifariş verilməsi, mal alınması və s.) ustalara tapşırmışdır.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sifarişin 250 marka deyil, 350 marka verilməsini iddiaçının sübut etməsinə dair birinci instansiya məhkəməsinin qənaəti doğru olmamışdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman Cavabdeh2 xx.xx.2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, “Polisdə izahat verəndə usta məndən xahiş et di ki, mən deyim guya usta məndən 350 marka beton istəyib. Səbəb də o idi ki, ziyanı zavod ödəsin. Lakin, əslində məndən 250 marka beton istənilmişdi. Mən də 250 marka beton vermişəm və betonu verəndə də bu betonu harada istifadə etmək istədiklərini soruşmamışam.” Kollegiya cavabdehin təhqiqat zamanı verdiyi izahatının əslində yalan olmasına dair məhkəmədəki izahatını onun maddi məsuliyyətdən yayınma üsulu kimi qiymətləndirmişdir. Belə ki, normal, yetkin insanın kimlərinsə sözü ilə bu cür ifadə verməklə bilə-bilə ki, ortalıqda kifayət qədər zərər var, birdən - birə bu qədər məsuliyyəti öz üzərinə götürməsini kollegiya inandırıcı hesab etməmişdir. Cavabdehin kollegiya iclasında verdiyi izahatı əslində sonradan düşünülmüş şəkildə özünü müdafiə etmə üsuludur.

22. Məhkəmə kollegiya həmçinin qe yd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı X3 şahid qismində izahatı alınmışdır. X5 izahatında bildirmişdir ki, İftixara 350 marka beton sifariş verilmişdir. Həmçinin təhqiqat materiallarından da görünür ki, Vəliyev Sərxan təhqiqat zamanı eyni izahatı vermişdir. Təhqiqat materiallarından həmçinin görünür ki, izahatı alınmış X7 da 350 marka beton sifariş verildiyini bildirmişdir.

23. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, 350 marka beton sifariş verilməsinə baxmayaraq, 250 marka betonun göndərilməsi Cavabdeh2 tərəfindən həyata keçirildiyindən, təhqiqat zamanı Cavabdeh2 350 marka beton sifariş verildiyini bildirdiyindən vurulmuş ziyan digər cavabdehlərdən deyil, yalnız Cavabdeh2 tutulmalıdır.

24. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllən in 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1129.1, 1129.2, 1113.1, 1113.2, 1114.1, 1128.1, 1131, 1132, 588.1, 587.2, 587.2.1, 587.2.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh2 Həsənağa oğlu kassasiya şikayəti verərək (Vəkil4) qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən mülki mübahisəyə Mülki Məcəllənin 1096, 1097.1,1129.2, 1128.1-ci maddələri düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı həyətində hovuz tikintisi barədə Elmir və Sərxan adlı ustalarla şifahi razılığa gəlmiş, onların hesablamalarına uyğun olaraq tikintiyə lazım olan maddələri be tonun dəyərini onlara nağd şəkildə vermişdir. Ustaların əvvəldən tanıdıqları Cavabdeh2 vasitəçiliyi ilə beton daşıyan maşınların sürücüləri Cavabdeh1 və Cavabdeh3 tərəfindən obyektə beton gətirilərək ustalar tərəfindən istifadə olunmuşdur. Sonradan hovuzun divarlarında çatlar əmələ gəlmiş, tametlər tökülmüş, döşəmə aşağı çökmüş, həmçinin hasara da ziyan dəymişdir. Mütəxəssislər və ekspertlər bunun səbəbini betonun markasının aşağı olması (200-ə yaxın) izah etmişlər. Göründüyü kim, Cavabdeh2 məhsulun nə istehsalçısı, nə də satıcısı deyildir. O, işi görmüş və ya xidməti göstərmiş şəxs də deyildir. Onun zərərçəkənə birbaşa zərər və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli məhkəmədə sübuta yetirilməmişdir. Cavabdeh2 yalnız işi görən şəxslərlə satıcının nümayəndəsi arasın da vasitəçilik edən şəxsdir. İşi görən şəxs, tikintiyə hansı marka sement lazım olduğunu bilmirsə, betonu istifadə edərkən onun gördüyü işə uyğun olmadığını anlamırsa, betonu çatdıran şəxslərdən materialın keyfiyyəti ilə maraqlanmırsa buna görə vasitəçi təqsirli ola bilməz.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 77.1, 88, 106.1, 175.1-ci maddələrinin tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, hadisənin şahidləri kimi müəyyən olunmuş şəxslər Xəzər RPİ-nin İŞ-də və məhkəmədə ziddiyyətli izahat və ifadələr vermişlər. Birinci instansiya məhkəməsi haqlı olaraq həmin hallara tənqidi yanaşmaqla iddiaçının iddia tələbini sübuta yetirməməsi qənaətinə gəlmişdir, apellyasiya instansiyası məhkəməsi isə işdə olan sübutlara qərəzsiz, hərtərəfli və tam baxmamış və obyekti v qiymətləndirməmişdir. Məhkəmə Cavabdeh2 ifadəsini kifayət qədər əsas olmadan özünün müdafiəsi üçün verilmiş ifadə hesab edərək qəbul etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh2 250 marka betonu ustaların yanında sifariş etməsini, aldığı pulu onların yanında sürücülərə verməsini, vasitəçi kimi betonun hər kubunda 5-6 manat qazanc əldə etdiyini, betonun aşağı markada sifariş etməsi üçün hər hansı marağının olmamasını təkzib edən heç bir sübut, dəlil yoxdur. Məhkəmə sübutları qiymətləndirərkən hər hansı marağı olmayan şəxsin 350 marka əvəzinə 250 marka beton sifariş verməsinin izahı olmadığını nəzərə almamışdır. Məhkəmə Cavabdeh2 bilərəkdən 350 deyil 250 marka beton sifariş etməsini və bu səbəbdən hovuzun yararsız hala düşməsi nəticəsinə gəlməsinə baxmayaraq, həmin nəticə üçün əhəmi yyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, müxtəlif markalı betonların qiymətlərinin fərqli olmasını nəzərə alaraq qeyd olunan betonun zavod satış qiymətləri müəyyən edilməmiş, hovuzun tikintisini aparan ustaların hesablamanı hansı markaya uyğun aparmaları, ev sahibindən aldıqları pulun məbləği ilə betonun satış qiymətlərinin müqayisəli təhlili aparılmamışdır. İcraçıların hovuz tikintisi sahəsində bacarıqları olub-olmaması iş materiallarından aydın deyildir. Adətən həmin işin sənətkarları təqribi də olsa betonun markalarını fərqləndirmək bacarıqları olur, xüsusən də 200-dən aşağı markanı 350 markadan ayırmaq mümkün olardı. İcraçıların betona su qatmaları işdə mübahisə doğurmur, bu halın betonun möhkəmliyinə təsiri mütəxəssis vasitəsilə müəyyən olunmamış, ekspert qarşısı nda qoyulmamışdır. Azərbaycan Respublikası FHN ElmiTədqiqat və Layihə-X1 İnstitunun mütəxəssislərinin arayışında ekspert hovuzda hansı marka beton işlədilməli olmasının onun səlahiyyətini aid olmadığını bildirmişdir. Deməli, məhkəmənin müəyyən etdiyi hal ondan ibarətdir ki, zərərin əmələ gəlmə səbəbi betonun 200 markaya yaxın olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, İxtiyar Bəbişov 250 marka beton vermişdir və bu hal mübahisələndirilmir. Betonun sifariş verildiyindən də aşağı markada olmasına görə o, təqsirli sayıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yö nəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

30. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

34. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

35. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

36. Maddə

765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

38. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən ed ilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

43. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya insta nsiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi v ə dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

47. Baxılan işdə iddiaçı, bağ evində görülməsini sifariş verdiyi təmir-tikinti işlərində istifadə olunmuş betonun lazımi keyfiyyətdə olmaması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edir.

48. Apellyasiya instansiyası məhkəməsi bu tələb üzrə Mülki Məcəllənin alqı-satqı müqaviləsinə və mülki hüquq pozuntusuna (deliktə) aid normalarını tətbiq edərək Cavabdeh2 28000 (iyirmi səkkiz min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsini qət etmişdir (§ 18, 24).

49. Kassasiya kollegiyası bildirir ki, satılmış əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulmasına ə saslanan pul tələbi alqı-satqı müqaviləsindən, mülki hüquq pozuntusu (delikt) isə qanundan irəli gələn tələb hüuqqudur.

50. Apellyasiya məhkəməsi iki müxtəlif qanuni əsası eyni anda hazırkı iddiaya tətbiq etməsinin səbəbini, tələbin onlardan konkret olaraq hansına görə haqlı olmasını əsaslandırmamış, müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə işin müəyyən olunmuş halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparmamışdır.

51. Məhkəmə iddianı təmin edərkən ona köklənmişdir ki, iddiaçının bağ sahəsində istifadə olunan beton sifariş verilən markada olmamış və bu hal Cavabdeh2 polis orqanında verdiyi izahatla təsdiq olunur.

52. Bununla belə, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, öhdəliyin qüsurlu icrası halından əvvəl, öhdəliyin kimlər arasında yaranmas ı, nədən ibarət olması, müqavilədən, yoxsa qanundan irəli gəlməsi müəyyən edilməlidir.

53. Nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hüququn tətbiqi zamanı aşağıdakı sualın cavablandırılması zəruridir: “kim, kimdən, nəyi və nəyə əsasən tələb edir?”.

54. Bu çərçivədə iddiaçının kimliyi və subyektiv hüququ, cavabdehin kimliyi və iddiaya cavab verən şəxs olması, iddianın predmeti və obyekti, tərəflər arasında yaranan hüquq münasibətinin xarakteri, buna müvafiq olaraq tələbin qanuni əsası düzgün müəyyən edilməlidir.

55. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

56. Beləliklə, bu məzmundan iddianın təmin edilməsi üçün iddiaçının hanasısa hüquqi əsasla tələb hüququna malik olması, buna müvafiq olaraq cavabdehin onun qarşısında icra edilməmiş öhdəliyinin mövcudluğu müəyyən edilməlidir.

57. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (delikt və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər (§ 31-32).

58. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür (§ 29-30, 33).

59. Ona görə də, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar (məsələn, əsassız varlanma və s.) yoxlanılmalıdır.

60. Baxılan işdə isə İddiaçıla Cavabdeh2 arasında müqavilədən və ya digər əsaslardan doğan hüquq münasibətləri aşkar edilməmişdir.

61. Mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələ rin müəyyən etdikləri hallardan görünür ki, iddiaçı özünün bağ sahəsində hovuzun və digər yerlərin tikinti-təmir işlərinin aparılması üçün Elmir İmanov və Sərxan Vəliyev adlı ustalarla razılığa gəlmiş və həmin şəxslər işin icrasına başlamışlar. Bu iş üçün betonun gətirilməsi məqsədilə müvafiq danışıqların aparılması, razılaşmanın əldə edilməsi, betonun alınması və dəyərinin ödənilməsi, habelə tikintidə istifadəsi məhz həmin şəxslər tərəfindən həyata keçirilmişdir.

62. Bu hallar birinci instansiya məhkəməsinin qətnaməsində belə əks olunmuşdur: “...iddiaçı hazırkı iş üzrə cavabdehlərin ziyan vurulmasına birbaşa aidiyyətlərini təsdiq edə bilməmişdir. Belə ki, həm iddia ərizəsində, həm də məhkəmədə verilən izahatlarda iddiaçı əvvəlcə tikinti işlərini aparmaq üçün ustalar tapdığını, sonralar həmin ustaların İfixar Bəbişov adlı cavabdehi tapdıqlarını və ona beton sifariş etdiklərini bildirib. Göründüyü kimi, iddiaçı qarşısında hovuzun tikintisi ilə bağlı podrat tapşırığını məhz ustalar qəbul edib. Ustalarla cavabdehlər arasında isə, beton alqı-satqı münasibətləri mövcud olub. İddiaçı ilə İftixar birbaşa nə podrat, nə də alqı-satqı münasibətinə girməyiblər. Onlar yalnız mübahisə yarandıqdan sonra bir-birilərini tanıyıblar” (§ 12).

63. Apellyasiya instansiyası məhkəməsi də qətnaməsində qeyd etmişdir ki, “...iş materiallarına və tərəflərin izahatlarına əsasən iddiaçı hovuzun inşası üçün ustalarla razılaşmış və həmin ustalar hovuzun tikintisi üçün lazım olan bütün materialın gətirilməsini təmin etmişlər. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı sifarişi ustalara verməklə əsli ndə tikinti ilə bağlı olan bütün hərəkətlərin edilməsini ustalara tapşırmışdır. Mövcud formalaşmış praktika nəzərə alındıqda, ustalar hovuzun inşası üzrə lazımi bütün bacarıqlara malik olduğundan, tikinti üçün nəyin lazım olub-olmadığını onlar bildiyindən iddiaçı ustalara hovuz tikintisini sifariş verməklə lazım olan bütün hərəkətlərin edilməsini (mal sifariş verilməsi, mal alınması və s.) ustalara tapşırmışdır” (§ 20).

64. Məhkəmələrin müəyyən etdikləri bu hallar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı sözügedən beton işlərinin görülməsi üçün Cavabdeh2la deyil, ustalarla podrat müqaviləsi bağlamışdır.

65. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulat ın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (§ 34-35).

66. Beləliklə, İddiaçı, Cavabdeh2la podrat və ya alqı-satqı müqaviləsi bağlamadığına görə sonuncunun iddiaçı qarşısında öhdəliyi yaranmamışdır Odur ki, iddiaçı, başqa şəxslərlə bağladığı əqddən irəli gələn tələb hüququnu (podart işlərinin qüsurlu görülməsinə görə düşdüyü zərərin əvəzinin ödənilməsini) Cavabdeh2 tələb edə bilməz. Bu qayda tələb hüquqlarının mahiyyətindən irəli gəlir.

67. Belə ki, tələb hüquqları yalnız müqavilənin tərəfinə qarşı ilə sürülməklə ondan hər hansı hərəkəti yerinə yetirməyi istəmək imkanı verir. Bu tələblər üzrə hərəkəti yerinə yeti rmək öhdəliyi də əqdin iştirakçısı olan borcluya məxsusdur, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır.

68. Podrat münasibətləri baxımından Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur (§ 36).

69. Göstərilənlərə əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, Cavabdeh2 hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs deyil.

70. Qanuna əsasən, iddia ona cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (§ 37-38).

71. Birinci instansiya məhkəməsi iş üzrə xx.xx.2022-ci il tarixdə keçirilən hazırlıq iclasında cavabdehlərin əvəz olunmasını iddiaçıya təklif etsə də, bundan imtina olunmuşdur. Rayon məhkəməsi iddianı rədd edərkən bu hala xüsusi olaraq istinad etmişdir (§ 14).

72. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilənləri nəzərə almadan iddianın qismən təmin olunmasına dair qətnamə çıxarmışdır.

73. Bu hallar, yuxarıda sadlanan maddi və prosessual hüquq normalarının pozulmasına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 39-40).

74. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır (§ 43).

75. Ona görə də qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, iddia ona cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyü üçün rədd edilməlidir.

76. Kollegiya onu da qeyd edir ki, hazırkı qərarın qəbul edilməsi iddiaçının əsl cavabdeh(lər)ə qarşı iddia qaldırmaq hüququnu istisna etmir.

77. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kol legiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-566/2023 nömrəli, 9.01.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar