Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2348/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi),Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, CavabdehŞəki Apellyasiya Məhkəməsinin 2(107)-3106/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, xx xxxx 2017-ci il təvəllüdlü uşağın 3 yaşına çatana kimi 50 manatın və məhkəmə qətnaməsi ilə qət edilən 130 manat miqdarında alimentin artırılaraq 160 man at müəyyən edilməsini xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1832/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləiddia qismən təmin edilərək, Cavabdeh tutulan alimentin məbləği artırılmış, xx xxxx 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat müəyyən edilməsi və hər ay tutularaq, ünvan 1 mənzil 6 ünvanında yaşayan İddiaçı verilməsi, xx xxxx 2017-ci ildə anadan olmuş X2 3 yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 20 (iyirmi) manat pulun alınıb İddiaçı verilməsi, Cavabdeh 30(otuz) manat məbləğində dövlət rüsumunun alınıb dövlət hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlanılması, iddia tələbinin uşaq 3 yaş ına çatana kimi pulun alınmasına dair hissəsinin ərizənin məhkəməyə daxil olduğu tarixdən, yəni xx xxxx 2019-cü il tarixdən hesablanması qət edilmişdir. (hakimHüseyn Mirzəyev) Şəki Apellyasiya Məhkəməsinin 2(107)-3106/2019 saylı, xx xxxxxx 2019-cu tarixli qətnaməsi ilə cavabdehin şikayəti təmin ediməyərək, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1832/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər M.Hüseynov (sədrlik edən və məruzəçi), G.Abbasov, R.Rəfiyev) Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu tarixliqətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş kassasiya baxışınd an çıxarılmaqla apelyasiya məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Mülki-Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilən 404-1-ci maddəsinin tələbinə görə mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olarsa, həmin işlər üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz Hazırki işdə də iddiada alimentin artırılmış məbləği hər ay 30 manat olmaqla, illik məc mu 360 manat, uşağın 3 yaşına çatana kimi iddiaçının özü üçün istədiyi məbləğ hər ay 50 manat olmaqla, illik məcmu 600 manat, beləliklə, iddia tələbinin illik məcmusu cəmi 960 manat təşkil edir. Belə olan halda, yəni iddia tələbi iki min manatdan az olduğu üçün cavabdehin Şəki Apellyasiya Məhkəməsinin 2(107)-3106/2019 saylı, xx xxxxxx 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarma qla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Buna görə də CavabdehŞəki Apellyasiya Məhkəməsinin 2(107)-3106/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında xx.xx.2020-ci il və xx xxx 2010-ci il tarixli qərardadları ləğv edilməli və kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı, mülki iş Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin 2(107)-3106/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2348/2020 saylı xx.xx.2020-ci il və xx.xx.2020 -ci il tarixli qərardadları ləğv edilsin. Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2348/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2348/2020
17.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver