Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2349/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh ASC-nin vəkili X6 oğlunun iştirakı ilə. İddiaçı2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2018-ci tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim: E.E.Rəhimov; 2(009)-2170/2018) İddiaç ı1, İddiaçı2 Cavabdeh ASC-nə qarşı “09 aprel 2013-cü il tarixli ************* saylı kredit müqaviləsinin və 30.08.2016-cı il tarixli əlavə zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi) R.Ə.Qurbanov və A.N.İmanov; 2(103)-11126/2018) İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “09 aprel 2013-cü il tarixli *************** saylı kredit müqaviləsinin və 30.08.2016-cı il tarixli əlavə zaminlik müqaviləsinin etib arsız hesab edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdehlə 09 aprel 2013-cü il tarixli *************** saylı kredit müqaviləsi bağlamış, həmin kredit müqaviləsi əsasında zaminlik müqavilələri və ipoteka müqaviləsi bağlanılmışdır. Dolları ilə bağlanılmışdır. Müqavilə iddiaçıya təqdim olunmamışdır. Mümkündür ki, həmin kredit müqaviləsində olan imza da ona məxsus olmasın. Zaminlik müqaviləsində kredit müqaviləsinin məlumatları göstərilmişdir. Bundan başqa, İddiaçı2 ilə cavabdeh arasında bağlanılmış ************** saylı 30 avqust 2016-cı il tarixli əlavə zaminlik müqaviləsi bağlanılmışdır. Həmin əlavə zaminlik müqaviləsi hələ də təqdim olunmamış və şərtləri ona müəyyən deyildir. Həmin əlavə zaminlik müqaviləsi də kredit müq aviləsinin əsasında bağlanılmış və onun yaratdığı hüquqi nəticəyə uyğun bağlanılmışdır. Kredit müqaviləsi mübahisələndirildiyi üçün əlavə zaminlik müqaviləsini mübahisəəndirmək üçün hüquqi əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsində deyilir: “Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarının 2-ci bəndində Konstitusiyanın sözügedən müddəası belə şərh edilir: “Azər baycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin "ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur”. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra "MM”) 439.1-ci maddəsinə əsasən də pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında həmin maddə belə şərh olunur: “Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir”. A R MM-in 337.1 -ci maddəsinə görə, MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Buna görə də, 439-cu maddəsində müəyyənləşdirilmiş imperativ hüquq normasını pozmaqla bağlanılmış Müqavilə e;:barsız hesab olunmalıdır. Müqavilə layihəsi iddiaçıya cavabdeh tərəfindən təqdim edilmiş və təqdim edildiyi şəkildə də iddiaçı tərəfindən imzalanmışdır. Buna görə də müqavilə standart şərtlər əsasında bağlanmış əqddir. İddiaçı ilə müqaviləni bağlayarkən cavabdeh məhz vicdansızlıq nümunəsi göstərərək iddiaçının etimadından sui-istifadə etmişdir. Buna görə də bu əsasla da Müqavilə etibarsız hesab olunmalıdır. Digər tərəfdən, Müqavilə MM-nin 347.2.2-ci maddəsinə əsasən də etibarsızdır. Belə ki, həmin maddəyə görə şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdirsə, bu, vacib əhəmiyyətli yanılmadır. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd isə belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Eyni zamanda, Müqavilə MM-nin 339.2-339.3-cü maddələrinə əsasən də etibarsızdır. Həmin maddələrə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Kassasiya şikayətinin dəlilləri İddiaçı2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin ye nidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiAzərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin, Azərbaycan Respublikası Mülki Məcələsinin 377-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 9, 14,106,386,387-ci maddələrinin tələblərinin pozulması ilə əsassız və qanunsuz olaraq qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında Cavabdeh ASC-nin vəkili X6 oğlu kassasiya şikayətinin təminedilməməsinixahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,iddiaçılar heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının i clasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndi rilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, görünür ki, İddiaçı1 ilə Cavabdeh ASC ilə 09 aprel 2013-cü il tarixli *************** saylı kredit müqaviləsi bağlamışdır. İddiaçı2 ilə cavabdeh arasında 30 avqu st 2016-cı il tarixli ************** saylı əlavə zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasənmülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 337.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 339.2-ci maddəsinə əs asən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mü lkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 ilə Cavabdeh ASC arasında kredit müqaviləsi bağlanmış, kreditin məbləği 5.296 ABŞ dolları, faiz dərəcəsi illik 9%, ödəmə müddəti 30 ay müəyyən edilmişdir. 16 fevral 2016-cı il tarixli ************ saylı kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşıs ında tam icra etməyən İddiaçı1 ilə 30 avqust 2016-cı il tarixli əlavə bağlanmış, həmin əlavəyə əsasən İddiaçı1 banka olan 5.296 ABŞ dolları borc qalığının manata konvertasiyası həyata keçirilmiş və kredit məbləği 8.621 manat müəyyən edilmiş, kreditin faiz dərəcəsi 29%, son ödəmə müddəti isə 28.02.2019-cu il tarixə müəyyən edilmişdir. Həmçinin, İddiaçı2 ilə iddiaçı arasında bağlanmış ************** saylı 30 avqust 2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən o, 16 fevral 2016-cı il tarixli ************ saylı kredit müqaviləsi və həmin müqaviləyə 30 avqust 2016-cı il tarixli əlavə üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin 16 fevral 2016-cı il tarixli ************ saylı kredit müqaviləsi və həmin müqaviləyə 30 avqust 2016-cı il tarixli əlavə üzrə bank qarşısın da yaranmış öhdəliklər icra olunmamışdır. Qazax rayon rayon məhkəməsinin 10.01.2017-ci il tarixli 2(023)-99/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı1, Y8 və X3 qarşı borc tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı1 ilə Cavabdeh ASC arasında bağlanmış 16 fevral 2016-cı il tarixli *********** saylı kredit müqaviləsi və 30 avqust 2016-cı il tarixli kreditin konvertasiyasına dair razılaşma ləğv edilmiş, cavabdehlər İddiaçı1, X2 və İddiaçı2 müştərək qaydada 8.621 manat əsas, 392,28 manat faiz və 4,05 manat penya, cəmi 9.017,33 manat kredit borcunun alınaraq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilməmişdir. İddiaçı1 müraciəti əsasında 09 aprel 2013- cü il tarixli *************** saylı kre dit müqaviləsi 31.07.2015-ci il tarixdə restrukturizasiya edilmiş, tərəflər arasında bağlanmış 16 fevral 2016-cı il tarixli 16039- 7/314983 saylı kredit müqaviləsi ilə isə həmin müqavilənin yenidən maliyyələşdirilməsi həyata keçirilmişdir. Hazırda mübahisə edilən 09 aprel 2013-cü il tarixli *************** saylı kredit müqaviləsi artıq hüquqi qüvvəsini itirmişdir. İddiaçı2 iddiada qeyd olunduğu kimi 09 aprel 2013-cü il tarixli *************** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün deyil, məhz 16 fevral 2016-cı il tarixli 13039- 7/314983 saylı kredit müqaviləsi və həmin müqaviləyə 30 avqust 2016-cı il tarixli əlavə üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası nəticəyə gəlmişdir ki, İddiaçı2 mülahizələri heç bir sübutlarla təsdiq olunmayaraq əqd bağlanarkən aldatma faktının olması və ya bu aldatmanın nədən ibarət olmasını müəyyən etmək mümkün olmamış, eyni zamanda əqdlərin mülki qanunvericiliyin müəyyənləşdirdiyi şərtləri pozmaqla bağlanması aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mad di və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 22 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2349/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2349/2019
01.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver