Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2349/2020 30.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən X2 və Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(039)99/2019, hakim T.M.Əliyev) İddiaçı QSC-nin cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən xx.xx.2015-ci il tarixli kredit razılaşması əsasında müştərək qaydada 15,784 ABŞ dolları məbləğində əsas kredit borcu, 2,378 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 18.662 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata məzənnəsi ilə hesablanmaqla iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-3048/2019, hakimlər A.M.Eyvazov, R.Ə.Əliyev, İ.H.Şükürov) X2 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, cavabdehlərdən xx.xx.2015-ci il tarixli kredit razılaşması əsasında müştərək qaydada tutularaq iddiаçı İddiaç ı QSC-yə verilməli olan əsas kredit borcunun məbləği 15,784 ABŞ dolları, faiz borcunun məbləği 2,378 ABŞ dolları, cərimə borcu 200 ABŞ dolları və cəmi borcun məbləğinin 18,362 ABŞ dolları kimi müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən XXX və Cavabdeh2 verdikləri kassasiya şikayətində qətnamənin dəyişdirilərək iddianın qismən təmin ediməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı QSC ilə X2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixdə kredit razılaşmasına əsasən 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin razılaşma əsasında sonuncuya bank tərəfindən 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20,000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi bağlanmış zaminlik müqaviləsinə əsasənCavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərlərinə götürmüşlər. xx xxxxxxxx 2016-cı il tarixdə İddiaçı QSC X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı hazırki iddia əriz ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 15,784 ABŞ dolları məbləğində əsas kredit borcu, 2,378 ABŞ dolları məbləğində faiz borcu və 2,845 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 21,007 ABŞ dolları məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məh kəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassatorlar kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara və təqdim edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun borclu və zaminlərdən müştərək qaydada tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqd arda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materiallarından görünür ki, kreditor kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirərək nəzərdə tutulmuş kredit məbləğini borcluya ödəmiş, lakin borclu həmin müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməyərək banka borclu qalmış, əsas və faiz borclarını vaxtında ödəməmişdir. İddiaçı kredit müqaviləsi üzrə 15,784 ABŞ dolları məbləğində əsas borc, 2,378 ABŞ dolları məbləğində faiz borcu və 2,845 ABŞ dolları məbləğində cərimə tutulmasını tələb etmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri baxımından birinci instansiya məhkəməsi tərəfindən ödənilməsi qət edilən 500 ABŞ dolları məbləğində dəbbə pulunu tənasübsüz yüksək hesab edərək borcludan m üvafiq olaraq 200 ABŞ dolları məbləğində cərimənin tutulması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş hallara uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Ş ərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2349/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2349/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver