Məhkəmə qərarları › İş №2(102)-2349/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2349/2023

07.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2349/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş zərərin (maddi) əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1153/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 7 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2021-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə 01/2784 saylı müqavilə bağlanmışdır.

2. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 kub metr üçün 0,1 manat məbləğində, xx.xx.2019-cu ildən təbii qazın pərakəndə satışı illik istehlak həcminin 2200 kubmetrdən çox olan hissəsi üçün 0,20 manat məbləğində müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməs i barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən İddiaçınə vurulmuş 12002,42 manat məbləğində zərərin və 126,01 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 12.128,43 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixində 01/2784 saylı “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında iddiaçı abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X1 Departamenti tərəfindən ********* *00010 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, həmin faktlar yerindəcə ak tlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2012-ci il tarixli, 047697 saylı akt əsasında 230,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 281,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 58,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 77,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 399,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 60,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 137 manat, xx.xx.2017- ci il tarixli, ******* saylı akt əsasında 147,80 manat; xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 514,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 772,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 153,60 manat, xx.xx.2018ci il tarixli, ******* saylı akt əsasında 234,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 278,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 85,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat, xx.xx.20 18-ci il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019- cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixl i, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2022ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 501,12 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, cəmi 12091,52 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur.

5. İş materiallarına əlavə edilmiş **********30000 saylı abonentin saldosuna əsasən cavabdehin borcu 12.002,42 manat təşkil edir.

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)4526/2022 saylı qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 1.080 manat borcun və 15 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1.095 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi, ödənilmiş 126,01 manat məbləğində dövlət rüsumunun qalan 111,01 manatının isə iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı 2012-2022-ci il tarixlərində tərtib edilmiş aktlar üzrə 12.000,42 manat borcun hansı qaydada və nəyə əsasən hesablandığını sübut edə bilməmiş, həmin borcun 1.080 manat (36 x 30 =1.080) hissəsi 3 il üzrə orta sərfiyyat kimi cavabdehin istehlak etdiyi qaza görə hesablanmış borc olduğuna görə iddia həmin hissədə təmin edilməlidir.

8. Məhkəmə öz mövqeyini «İstehlakçıların hüquqlarının müd afiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, 17-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 139.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndi və bu Qaydaların 1.6-cı bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Şikayət belə əsaslandırılmışdır ki, dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş və iddia tələbinin tam təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (akt, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmiş, lakin məhkəmə qərəzli olaraq iddiaçının borcun hansı qaydada və nəyə əsasən hesablandığını sübut edə bilmədiyini qeyd etmişdir. Maddi zərərin dəyməsi ilə bağlı halı sübut edən mötəbər sənədlər iş materiallarında vardır. Bu sənədlər rəsmi sənədlərdir və qanunsuz qoşulma halları aşkar edildikdə həmin sənədlərin tərtib edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçının əlavə sübutlara istinad etməsi gərəksizdir. Həmçinin, qanunazidd əməllər kütləvi hal almışdır. Birinci instansiya məhkəməsi qanunazidd qətnamə qəb ul etməklə neqativ tendensiyanın formalaşdırılmasına, o cümlədən kütləvi xarakter daşıyan qaz sayğaclarına müdaxilə və qaz xətlərinə qeyri-qanuni qoşulma nəticəsində külli miqdarda dövlət müəssisəsinə ziyan vurulmasına, dövlət əmlakının talan olmasına zəmin yaradan qanunilik və əsaslılıq meyarlarına cavab verməyən qətnamə qəbul etməsinin fərqində olmamışdır. Həmçinin, iddia ərizəsində və izahatlarında da qeyd edilmişdir ki, cavabdeh 2017-ci ildən 2022-ci ilə qədər Saldo və GAZREP sənədlərindən görünür ki, abonentin ödənişləri yoxdur. Aşkar olunmuş qaz borusuna özbaşına qoşulma faktı (faktları) iddiaçının əməkdaşları tərəfindən rəşmiləşdirilmiş, dəymiş ziyanın miqdarı müəyyənləşdirilmiş, ziyanın məbləği cavabdehə məxsus abonent Saldosuna onun tərəfindən könüllü ödəməsi məqsədi ilə yerləşdir ilmişdir. Digər tərəfdən cavabdeh bu faktı, yəni onun barəsində tərtib edilmiş aktların mövcudluğundan xəbərdar olmuş, mübahisələndirməmiş, hətta şikayətlə və s. etirazla Birliyə müraciət etməmişdir. Məhkəmə özü dəymiş maddi zərərin miqdarını müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə səhv nəticəyə gəlmiş və bununla da iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. İddia tələbinin tamamilə təmin edilməməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma özözlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh öz izahatında təbii qazdan qeyri-qanuni istifadə etməsini etiraf etmiş (qətnamədə bu hal öz əksini tapmamışdır), dəymiş zərərin əvəzini və debitor borcun ödənilməsi üçün məhkəmədən həmin pul məbləğlərinin hissə-hissə öd ənilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Bütün bunlara rəğmən məhkəmə cavabdehin etiraflarına göz yumaraq, qərəzli, qismən düzgün olmayan, qismən səhv nəticəni özündə əks elətdirən qətnamə qəbul etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – M.Rüstəmli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və V.Sadıqov) 2(103)- 1153/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş 2012, 2017-2022-ci illəri əhatə edən aktlara əlavə edilmiş fot oşəkillərdən görünür ki, cavabdeh qaz sayğacı yerləşdirilən qutunun içərisində sayğaca gedən və sayğacdan çıxan boruları birləşdirərək təbii qazdan istifadə etmişdir. İddiaçının nümayəndəsinə təklif edilməsinə baxmayaraq onun tərəfindən 2017-ci ildə dəyişdirilən sayğacın sonradan yenidən dəyişdirilməsi barədə sənəd təqdim edilməməsi, yalnız yeni sayğacın quraşdırılması ilə bağlı xx.xx.2022-ci il tarixli aktın təqdim edilməsi belə qənaətə gəlməyə əsas verir ki, 2017-ci ildən 2022-ci ilədək cavabdehin ünvanında qaz sayğacı olmuş, sonra qaz sayğacı cavabdehin bildirdiyi kimi 2022-ci ilin əvvəllərində çıxarılmış və yalnız xx.xx.2022-ci il tarixdə yeni qaz sayğacı quraşdırılmışdır. Belə olan halda, 2017-ci ildən 2022-ci ilədək cavabdehin ünvanında qaz sayğacı olduğundan onun tərəfindən fotoşə killərdə əks olunduğu kimi sayğaca gedən və sayğacdan çıxan boruları birləşdirərək təbii qazdan istifadə etməsi qeyri-mümkündür.

13. Apellyasiya instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. c) a) Kassasiya şikayətinin və onlara qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul ed ilməsini xahiş etmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1-ci maddələrini, “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndini və tərəflər arasında imzalanmış alğı-satqı müqaviləsinin 2.3.1 və 2.3.4-cü bəndlərini düzgün tətbiq etməmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, İddiaçı İBnin əməkdaşları tərəfindən tərtib edilmiş, cavabdeh tərəfindən qazın qeyri-qanuni şəkildə talanması faktını təsdiq edən aktlara əsasən “dəymiş ziyanın bərpasına dair” tələbnamələr təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii q azın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və cavabdehə məxsus abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Digər tərəfdən cavabdeh bu faktı, yəni onun barəsində tərtib edilmiş aktların mövcudluğundan xəbərdar olmuş, həmin aktları mübahisələndirməmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar cavabdeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir və həmin aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə iş materiallarına əlavə olunmuş hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən (fotoşəkillərdə koordinat, ta rix və saat öz əksini tapıb) də aydın olur ki, cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma mövcuddur. Belə olan halda İddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosu və GASREP çıxarışından da məlum olur ki, cavabdeh tərəfindən 2017-ci ildən 2022-ci ilə qədər olan dövrdə təbii qazdan istifadəyə görə heç bir ödəniş edilməm işdir. Bu hal da sübut edir ki, göstərilən dövrdə cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. Göstərilənlərdən də məlum olur ki, iddia tələbi tam əsaslı olduğu və bu hal sübuta yetirildiyi halda, həmçinin cavabdehin öz etirazları ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi hər hansı bir əsas olmadan şikayəti təmin etməmişdir.

16. İş materiallarından da məlum olduğu kimi birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarını tanımış, lakin qətnaməsində qeyd etmişdir ki, həmin faktlarla bağlı tərtib edilmiş aktlar üzrə 12002,42 manat borcun hansı qaydada və nəyə əsasən hesablandığını iddiaçı sübut edə bilməmişdir (qeyd olunan qətnamədən cavabdeh apellyasiya şikayəti verməmişdir). Bu isə o nu deməyə əsas verir ki, cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktları hazırda işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən o da məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə iddiaçıya vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə səhv nəticəyə gəlməklə iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Apellyasiya şikayətində qeyd olunan prosessual pozuntu ilə bağlı dəlillər göstərilsə də apellyasiya instansiya məhkəməsi qətnaməsində bu dəlilə ümumiyyətlə qiymət verməmişdir. Cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktı hazırda işin mübahisəsiz halı olduğundan iddiaçıya dəymiş maddi zərərin miqdarını mü əyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual maddə ilə bağlı da pozuntuya yol verilmişdir (MPM 97.1-ci maddə). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zəd ələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 22. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci madd əsi: Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndi: Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 97.1: İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

28. Maddə 407.2: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Apellyasiya instansiyası məhkəməsinin aktı qismən, iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən apelyasiya instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallar ı müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1153/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar