Məhkəmə qərarları › İş №2(102)-235/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-235/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-235/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı qızı cavabdehlər Ləğv prosesində olan Cavabdeh2 X na qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyə icra səbəbilə xitam verilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxxxxxxxx nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2014-cü ildə “Cavabdeh2" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 2.724,07 (iki min yeddi yüz iyirmi dörd dollar yeddi sent) ABŞ dolları kredit verilmişdir. xx xxxx 2017-ci il tarixində cavabdeh "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyəti ilə ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 2 saylı əlavə saziş bağlamış, müqaviləyə əsasən kredit borcu restruktizasiya edilərək, son məbləğ 3.820,57 (üç min səkkiz yüz iyirmi dollar əlli yeddi sent) ABŞ dolları həddində müəyyən edilmişdir. İddiaçı, kredit borcunu tam ödədiyini, buna baxmayaraq bank tərəfindən ona cərimə hesablandığını bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək (iddia tələbi dəqiqləşdirilmişdir), onunla cavabdeh "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə ilə əsassız hesablanmış 1424,90 ABŞ dolları məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı bildirir ki, kredit cədvəli üzrə ödənişləri vaxtı-vaxtında ödənilməsini həyata keçirmiş, kredit borcunu vaxtından əvvəl ödəmiş və borcunu tam şəkildə bağlamışdır. Lakin bank tərəfindən ona bildirilmişdir ki, kredit müqaviləsi üzrə gecikməyə görə ona faiz hesablanmışdır.

4. Cavabdeh isə bildirir ki, iddiaçı qrafik üzrə ödənişlərdə gecikmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqavi ləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.Əsədova) xx xxxx 2020-ci il tarixli, 2(005)-465/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul Ləğv Prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət hesabına keçirilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini əsaslandırarkən, iddiaçının əsas və faiz borcunun olmamasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 457 №-li ekspert rəyinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sədrl ik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) xx xxxx 2020-ci il tarixli, 2(103)-5649/20 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. a) Kassasiya şikayətinin dəlilləri

9. Ləğv Prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qrafik üzrə ödənişlərdə gecikmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ik iqat faiz hesablanmışdır. Əgər iddiaçı qrafik üzrə ödənişləri gecikdirmədən heyata keçirsəydi, o zamant məhkəmənin mövqeyi ilə razılaşmaq olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə. 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi n əticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

14. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

17. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Belə ki, xx.xx.2014-cü ildə “Cavabdeh2" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 2.724,07 (iki min yeddi yüz iyirmi dörd dollar yeddi sent) ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtı-vaxtında bir müddət icra etmiş, ölkədə baş verən devalvasiyalardan sonra iddiaçının oğlu X1 verdiyi etibarnamə əsasında xx xxxx 2017ci il tarixində cavabdeh "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyəti ilə ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 2 saylı əlavə saziş bağlamış, müqaviləyə əsasən kredit borcu restruktizasiya edilərək, son məbləğ 3.820,5 7 (üç min səkkiz yüz iyirmi dollar əlli yeddi sent) ABŞ dolları həddində müəyyən edilmişdir. Kredit öhdəliyinin qalığının tərkibini 2.402,96 (iki min dörd yüz iki dollar doxsan altı sent) ABŞ dolları əsas borc, 1.237,27 ABŞ dolları faiz borcu və 188,34 ABŞ (bir yüz səksən səkkiz dollar otuz dörd sent) dolları cərimə təşkil etmişdir. İddiaçı sözügedən məbləği xx.xx.2021-ci il tarixinə qədər hər ay 50 (əlli) ABŞ dolları ödəmək şərti ilə öhdəlik götürmüş və nəzərdə tutulan məbləği kredit cədvəli üzrə vaxtından əvvəl tam ödəmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 457 №-li ekspert rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişdə qeyd olunan şərtlərə nəzərə alınaraq İddiaçı xx.xx.2019-cuil tarixə Cavabdeh2 ASC-yə əsas və f aiz borcu müəyyən edilmir.

21. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının bank qarşısında kredit münasibətləri üzrə icra edilməmiş öhdəliyinin qalıb-qalmamasının düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş, cavabdehin təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur.

22. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kredit müqaviləsi üzrə iddiaçının əsas və faiz borcunun qalmaması ekspertizanın rəyi ilə təsdiqlənmişdir. Belə olan halda, apellyasiya məhkəməsinin gəldiyi nəticə yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğundur.

23. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir.

24. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişd irilmədən saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ləğv prosesində olan Cavabdeh2 ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5649/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar