Məhkəmə qərarları › İş №2(102)-235/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-235/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-235/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun restrukturizasıyası 24.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6596/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki "xxxx" ASC tərəfindən 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 15 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş və banka olan borcunu ödəməmişdir. Həmçinin 29.01.2020-ci il tarixli ləğv prosesində problemli kreditlərin kompensasiyası barədə sənədə əsasən İddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli olan borcun məbləği 3045,90 manat müəyyən edilmiş, yekunda isə mübahisələndirilən kredit müqaviləsi üzrə borcun tutulması barədə Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi tərəfindən 23.09.2020-ci il tarixli qətnamə çıxarılmış və həmin qətn amə icraya yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh X qarşı «kredit borcunun restrukturizasiyası» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC (hazırda ləğv prosesində olan) ilə onun arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə olan borcunun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC aralarında bağlanmış 14 oktyabr 2015-ci il tarixli kre dit müqaviləsinə əsasən 15 ay müddətinə 3000 (üç min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı əvvəllər kredit borcunu vaxtlı-vaxtında ödəmiş, lakin sonralar devalivasiya ilə əlaqədar kreditin vaxtında ödənilməsində çətinliklər yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq "xxxx" ASC ilə bağladığı 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən elektron portalda İddiaçı tərəfindən ödənilməli olan borcun məbləği 3045,90 manat müəyyən edilmişdir. İddiaçı 2019-cu ildə ləğv prosesində olan "xxxx" ASC-yə müraciət edərək kredit borcunun restrukturizasiyasını xah iş etmiş, lakin bankın işçiləri bunun növbəlilik qaydasında edildiyini bildirmişlər. İddiaçı 2019-cu il ərzində xəstə olduğuna görə və uzunmüddətli müalicə kursu keçdiyinə görə tez-tez banka getmək imkanı olmadığından məcbur olub 29 yanvar 2020-ci il tarixində ləğv prosesində olan "xxxx" ASC-yə yenidən müraciət edərək birinci müraciətdən uzun müddət keçməsinə baxmayaraq, hazırki vaxta qədər onun kredit borcunun restrukturizasiya edilmədiyini bildirmişdir. Bununla da İddiaçı hüquq və qanunla qorunan maraqları pozulmuşdur.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim G.Abidova) 2(006)-2674/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

5. Biri nci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar (eləcə də ləğvetmə prosesində olan banklar üzrə Əmanətlərin Sığortalanması Fondu) isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını (həmçinin restrukturizasiya olunacaq kreditləri) Banklar müəyyən etmirlər.

6. Bu səbəbdən məhkəmə hesab edir ki, ödəniş ediləcək fiziki şəxslərin s iyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edildiyindən, eləcə də iddiaçı müvafiq qaydaya əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu üçün nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra, yəni 29.01.2020-ci il və 17.12.2020-ci il tarixlərində X müraciət etdiyindən, İddiaçı «kredit müqaviləsinin restrukturizasiya edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir.

7. İddiaçı 2019-cu il ərzində xəstə olduğuna görə və uzunmüddətli müalicə kursu keçdiyinə görə tez-tez banka getmə k imkanı olmadığından məcbur olub 29 yanvar 2020-ci il tarixində ləğv prosesində olan "xxxx" ASC-yə yenidən müraciət edərək birinci müraciətdən uzun müddət keçməsinə baxmayaraq, hazırki vaxta qədər onun kredit borcunun restrukturizasiya edilmədiyini bildirmiş, xəstə olması və müalicə kursu almasını təqdim etdiyi tibbi sənədlər - lumbosakral MRT müayinəsi, xəstənin stasionar tibbi kartından çıxarış və 1324/2019 nömrəli xəstəlik tarixindən epikriz-çıxarış ilə sübut etməyə çalışmışdır.

8. Məhkəmə hesab etmişdir ki, göstərilən zaman kəsiyində iddiaçının xəstə olması, buna görə uzunmüddətli müalicə alması, hamı üçün bəyan edilmiş və müraciət hüququ müddətlə məhdudlaşdırılmış kredit məbləğinin restrukturizasiya edilməsi ilə bağlı həmin il ərzində müraciət edə bilməməsi üçün əsas deyildir. Bu səb əbdən də iddiaçının sadaladığı əsaslarlara görə göstərilən müddətdə müraciət etməməsi üzürlü hesab edilə bilməz.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1, 6.2, 390.1, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı, Mülki Prossesual Məcəllənin 76.1, 76.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 107, 124.2, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6596/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2674/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir..

13. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı müvafiq qaydaya əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu üçün nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra, yəni 29.01.2020-ci il və 17.12.2020-ci il tarixlərində X müraciət etmişdir. Kredit müqaviləsinin restrukturizasiya edilməsi ilə bağlı Banka gedə bilməməsi ilə barədə apellyasiya şikayətində hər hansı tutarlı dəlilə istinad edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin vəkili izahat ve rərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

23. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. (maddə 390.1) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı 24. devalvasiyaların baş verdiyi tarixlərə (21.02.2015-ci və 21.12.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. (1-ci bənd) 25. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. (8.6cı bənd) Azərbaycan Respublikası Mərkəzi Bankın “Fizi ki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası

26. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. (6.16-cı bənd) Mülki Prossesual Məcəllə

27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

30. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəm əsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6596/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar