Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2350/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı vurulmuş zərərin vəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2025-ci il tarixli 2(103)5857/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasi ya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh MMCyə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərər qismində 11200 manat, dövlət rüsumuna görə ödnilmiş 124 manat və vəkilə göstərdiyi hüquqi yardıma görə 320 manat olmaqla, cəmi 11644 manat miqdarında pul məbləğinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(004)-2616/2024 saylı qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia tələbi təmin edilməmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dek abr 2024-cü il tarixli, 2(103)-5854/2024 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(004)-2616/2024 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən İddiaçıu xeyrinə 10700 manat pul tutulması, ödənilmiş dövlət rümunun əvəzi olaraq 118 manat Cavabdeh MMCdən İddiaçı xeyrinə tutulması, Hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manatın 300 manatı Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. (X1 (sədrlik edən və məruzəçi), Günay Axundova və Elşən Kazımovdan ibarət tərkibdə)
4. Qətnamədən cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti vermiş, eyni zamanda ərizə verərək qətnamədən verilmiş kassasiya şikayəti üzrə ötürülmüş prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5857/2024 nömrəli 12 iyun 2025-ci il tarixli qərardadı ilə Cavabdeh kassasiya şikayəti üzrə müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməyərək, müddətin bərpasından imtina edilmişdir.
6. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kassasiya şikayətinin verilmə müddətinin ötürülməsinin üzrlü səbəbi kimi sözügedən qətnamənin çıxarılmasından məlumatsız olması ilə əsaslandırılsa da, bu barədə sübut təqdim etməmişdir. Əksinə işdə olan məlumatlara əsasən qətnamə 6 yanvar 2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemindəki elektron kabinetinə yerl əşdirilməklə cavabdehə çatdırılmış, 4 ay 9 gün sonra - 15 may 2025-ci il tarixdə Cavabdeh MMC tərəfindən kassasiya şikayəti, eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə vermişdir.
7. Məhkəmə kollegiyası cavabdehin dəlillərini müddətin buraxılmasına səbəb olan üzrlü səbəblər kimi qəbul etməyərək qeyd etmişdir ki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə isə cavabdehin göstərdiyi hal “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz. Belə ki, qətnamə hüquqi şəxs olan cavabdehin elektron kabinetində yerləşdirilməklə ona rəsmi qaydada çatdırılmışdır və müddətin başlanğıcı da həmin vaxtdan hesablanmalıdır.
8. Apel lyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 130.1, 133.1, 405.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2025-ci il tarixli 2(103)-5854/2024 nömrəli qərardadının ləğv edilərək kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsini üzrlü hesab etməklə həmin müddəti bərpa edilməsini və kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyəy göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC–yə heç bir məlumat daxil olmamışdır. Cavbdeh məhkəmə proseslərindən məlumatsız olmuşdur. Asan imzada yaranan çətinliklərlə, texniki düzəlişlərlə bağlı daxil olma mümkünsüz olmuşdur. Həmçinin poçt xidməti tərəfindən heç bir məlumat da daxil olmamışdır. Məhkəmədən proseslər barədə nə elektron SMS, nə də ki, poçt xidmətindən məktub daxil olmamışdır. Həmin qətnamədən xx.xx.2025-ci ilə icra şöbəsindən daxil olan sənəd əsasında tanış olmuş və məlumatlı olmuşdur.
11. Məhkəmədən məlumatsızlıqla yanaşı iddiaçının təqdim etdiyi sübutlar əsasında iddiaçı məhkəmədə yalnş fikirlər formalaşdırılmışdır. Qeyd edilən texniki halların, çətinliklərin yaranması MMC tərəfindən qaynaqlanmamış, MMC-yə aidiyyatı olmamış, olmadığı üçün bu situasiyanın rəsmiləşdirlməsi və təsdiqedici sənədin məhkəməyə müşayətedici sübut kimi təqdim edilməsi mümkün o lmamışdır və məhs buna görədə hesab edirik ki, yuxarıda qeyd olunan “üzrlü səbəblər” dairəsinə aiddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
13. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Maddə 130.2. Qanunun tələbinə görə, prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.
15. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
16. Maddə 135.6. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olu nduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
17. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
18. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
19. Maddə 402.2.3. Kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qəradaddan kassasiya şikayəti verilə bilər.
20. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
23. Qanunun tələbinə görə, kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıd ır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
27. Baxılan işdən görünür ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan müəyyən edilir ki, qətnamə cavabdehin elektron kabinetinə 6 yanvar 2025-ci il tarixdə yerləşdirilmişdir. Buna baxmayaraq, kassasiya şikayəti elektron sistemə 15 may 2025-ci il tarixdə yerləşdirilmiş və həmin tarixdə elektron imza ilə imzalanmışdır. cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət 4 ay 9 gün ötürülmüş, müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün cavabdeh məhkəməyə hər hansı bir əsaslı səbəb və sübut təqdim edə bilməmişdir.
28. Kassasiya şikayə tində cavabdeh məhkəmə proseslərindən məlumatsız olduğunu bildirsə də, iş materiallarında cavabdehin lazımi qaydada məhkəmə iclasları barədə məlumatlandırılmasına dair sənədlər, o cümlədən poçt xəbərnaməsi mövcuddur.
29. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2025-ci il tarixli 2(103)5857/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.