Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2351/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X13 oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı BOKT “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli 2(107)-1592/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3v ə onların vəkili X tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT “xxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə kredit, zaminlik və birgə borcluluq müqaviləsinin ləğv olunmasını və təşkilata borclu olduqları ödənilməmiş 6636.43 ABŞ dolları məbləğində əsas borcun, 88.49 ABŞ dolları məbləğində hesablanmış faiz borcun, cəmi 6724.92 ABŞ dollar məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT “xxxx” MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 30 noyabr 2016-cı il tarixli, 2(014)1774/2016 saylı qətnaməsi ilə iddiaçı BOKT “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elçin Hüseynov sədrlik edən və məruzəçi, Ayaz Mahmudov, Vəzirxan Məlikov) 19 noyabr 2019-cu il tarixli 2(107)-1592/2019 nömrəli qətnaməsi ilə iddiaçı BOKT “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli, 2(014)-1774/2016 saylı qətnaməsi qismən-iddianın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit üzrə əsas və faiz borcunun tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməklə həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit borcunun tutulması hissəsində təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 6636.43 ABŞ dolları məbləğində əsas kredit borcu, 88.49 ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 6724.92 ABŞ dollar məbləğində kredit borcunun məhkəmə qətnaməsi icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT “xxxx” MMC-nə verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3və vəkili X kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qətnaməsinin zaminlərə aid hissədə ləğv edilməsi və işə yen idən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarıldıqda maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və düzgün tətbiq edilməmişdir. İddiaçı BOKT “xxxx” MMC ilə X4 və Cavabdeh1 arasında bağlanmış 25.06.2013-cu il tarixli L-0012709-F nömrəli birgə borcluluq müqaviləsinin ikinci vərəqəsində "birgə borclular tərəfindən Cavabdeh1" yazısı qarşısında imza Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. X1 14.02.2014-ci il tarixdə ölümündən sonra onun hüququ varisi tanınmalı və iddiaya əlavə edilməli idi. Birgə borcluluq müqaviləsi məhkəmə tərəfindən Cavabdeh1 tərəfindən imza edilmədiyinə görə etibarsız hesab edilmiş və buna görə də məhkəmənin qətnaməsi ilə həmin iddianın Cavabdeh1 aid olan hissədə təmin edilməmişdir. Lakin borc alanın ölümündən sonra onun digər hüquqi varisi tanınmamış və vərəsəlik haqqında şəhadətnamə iddiaya əlavə edilməmişdir. Təşkilat ilə borc alan arasında 10.000 ABŞ dolları kreditin alınması barədə kredit müqaviləsi, problemli kreditlər kimi hesab edilməmiş və bunun problemli kredit olub olmaması aydınlaşdırılmadan təşkilat tərəfindən pul tələbi barədə iddia qaldırılmışdır. Zaminlik müqavilələrinin müddəti keçmişdir, zaminlərdən borcun tutulmasının tələb edilməsi əsasızdır. Həmçinin də zaminlik müqavilələrin müddəti keçmişdir apellyasiya instansiyası məhkəməsi mübahisəyə MM-nin 470 və 477.0.4-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. PROSESSUAL MƏS ƏLƏLƏR Cavabdeh2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, qətnamə kassasiya şikayəti vermiş cavabdehlərin şikayəti üzrə yoxlanılır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsinin iş üzrə müəyyən etdiyi faktiki hallar ondan ibarətdir ki, borclu X2 müraciətinə müv afiq olaraq onunla tələbkar təşkilat arasında 25 iyun 2013-cü il tarixli, Go-0012709 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclu, illik 30 faiz olmaqla 18 ay müddətinə 10.000 min ABŞ dolları məbləğində “Ticarət” məqsədi ilə kredit almışdır. Həmin tarixdə kredit ödənilməsi məqsədi ilə borclunun zaminləri və birgə borcluları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə 26 iyun 2013-cü il tarixli, L-GO0012709-F saylı zaminlik və birgə borcluluq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni 25 iyun 2013-cü il tarixdən 20 fevral 2015-ci il tarixədək borclular tərəfindən 10000 ABŞ dolları məbləğində əsas borcun 3363.57 dolları, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 1523.22 dollar, cərimə 4.98 dollar, c əmi 4891.77 ABŞ dollar məbləğini təşkil edən hissəsinin ödənişi həyata keçirilmişdir. Beləliklə hazırda təşkilata cavabdehlərin 20 may 2016-cı il tarixə ödənilməmiş 6636.43 dollar məbləğində əsas borcu, 88.49 dollar məbləğində hesablanmış faiz borcu, cəmi 6724.92 ABŞ dolları məbləğində borcu qalmışdır. İş materiallarında olan AZ-İ, 656689 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 14 fevral 2014-cü il tarixdə Ağdaş rayonu, Cücük kəndində döş qəfəsinin odlu silah yarası və kəskin qanitirmə nəticəsində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2016-cı il tarixli, 19956 saylı Ekspert rəyindən ekspertiza xərclərinə dair bildirişdən məlum olur ki, ekspertizaya təqdim olunmuş mülki işin 5-6-cı vərəq ələrində BOKT “xxxx” MMC-nin adından olan L-0012709-F nömrəli 25 iyun 2013-cü il tarixdə birgə borcluluq müqaviləsinin 2-ci vərəqəsində “Birgə borclular tərəfindən” hissəsində “Cavabdeh1” yazısı qarşısında “İmza” qrafasındakı imza-Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış xəttşünaslıq ekspertizası üzrə ekspertiza xərci 80 manat təşkil edir. Zaminlik müqaviləsindən göründüyü kimi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 26 iyun 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsinə zamin durmuşlar. (zaminlik müqaviləsi 2.1– 2.4, 3.4.2-ci bəndləri). Borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhd əsinə götürmüşlər. Həmçinin işin materiallarından görünür ki, mərhum X2 vərəsələri X7 (arvadı) və X6 (oğlu) qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsindən verilmiş 12 iyul 2019-cu il tarixli cavab məktubundan görünür ki, X5 ilə əlaqədar notariat ofislərində vərəsəlik işi açılmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsız sayılması barədə iş materiallarında heç bir sübut yoxdur. İşə əlavə edilmiş zaminlik müqaviləsindən göründüyü kimi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 26 iyun 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsinə zamin durmuşlar. (zaminlik müqav iləsi 2.1– 2.4, 3.4.2-ci bəndləri). Həmin müqaviləyə əsasən borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdəsinə götürmüşlər. Öhdəliyin hüquq varislərinə verilməsi kreditorun təşəbbüsü ilə deyil, prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə, zamin borclunun kredit öhdəliklərinə görə həmin öhdəlik vicdanlı və layiqli şəkildə icra olunan vaxta qədər, ölümündən sonra isə vərəsələri ilə birgə məsuliyyət daşımalıdır. X2 ilə Bank Olmayan Kredit Təşkilatı (BOKT) “xxxx” MMC arasında bağlanmış kredit sazişi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminliyi ilə təmin edildiyinə görə zaminlər bank qarşı sında X2 ilə birgə məsuliyyət daşıyırlar. Buna görə də, iddia tələbləri zaminlərə münasibətdə təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 470.1-ci maddəsinə görə. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2.). Qanunvericilikdə belə bir normanın müəyyən olunmasında məqsəd borclunun kreditor qarşısında öhdəliyinin icrasını daha etibarlı təmin etməkdən ibarətdir. Borclu öz öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin norma kreditora zamindən borclunun öhdəliklərinin icrasını tələb etmək hüququ verir. Göstərilən norma borclunun deyil, ilk növbədə kreditorun mənafeyinin müdafiəsinə xidmət etməklə bunda ə sas məqsəd kreditor tərəfindən əvvəlcədən verilmiş pul məbləğinin ona qaytarılmasını təmin etməkdən ibarətdir. Zaminliyin mahiyyəti yalnız bundan ibarət olduğundan məhkəmələr zaminlik təmin olunmuş öhdəliklə bağlı mübahisələrə baxarkən onun mahiyyətini, məqsəd və vəzifələrini nəzərə almalı və mübahisənin qanuni və ədalətli həllini təmin etməlidilər Bununla bağlı kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0 və 477.0.4-ci maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması zaminliyə xitam verilməsi hallarından biridir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 26 iyun 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsinə zamin durmuşlar. (zaminlik müqaviləsi 2.1– 2.4, 3.4.2-ci bəndləri). Həmin müqavilənin 3.2-ci bəndinə əsasən isə bu öhdəliyin müddəti kreditor və borclu arasında bağlanan kredit müqaviləsinin müddəti ilə üst-üstə düşür və borclu tərəfindən müqavilə üzrə bütün öhdəliklərin tam yerinə yetirilənədək qüvvədə qalır. Göründüyü kimi, Zaminlik müqa viləsində zaminliyin müddəti göstərilməmiş, borclunun müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlərin kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdəsinə götürmələri göstərilmişdir. Lakin kollegiya qeyd edir ki, belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi müddətin müəyyənləşdirilməsində 3 formadan istifadə olunur: 1) təqvim tarixi i lə müəyyənləşdirmə; 2) illər, aylar, həftələr, günlər və ya saatlar ilə müəyyənləşdirmə; 3) hökmən baş verməli olan hadisə ilə müəyyənləşdirmə. Baxılan iş üzrə zaminlik müqaviləsində 1-ci və 2-ci formadan istifadə olunmayıb, bu mübahisəsizdir. Əgər iddiaçı hesab edirsə ki, müddət 3-cü formadan istifadə edilməklə, yəni hökmən baş verməli olan hadisə göstərilməklə müəyyənləşdirilib, hökmən baş verməli hadisə kimi isə kredit müqaviləsindən əmələ gələn öhdəliklərin tam icra edilməsi nəzərdə tutulub, bu mövqe kollegiyanın qənaətinə görə yanlışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icrası hökmən baş verməli olan hadisə hesab edilə bilməz, çünki öhdəlik müxtəlif əsaslarla xitam oluna bilər (Mülki Məcəllə, 27-ci fəsil). “Hökmən” ifadəsi nəzərə alınmaqla qeyd olunmalıdır ki, hökmən baş verməli olan hadisə deyiləndə elə hadisə nəzərdə tutulur ki, onun baş verib-verməyəcəyi insan iradəsindən asılı deyil, mütləq baş verəcək. Kollegiya hesab edir ki, müqavilənin müddətinin öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilməsi şərti həmin maddənin tələblərinə uyğun deyildir. Çünki öhdəliklərin tam icra edilməsi hökmən baş verməli hadisə kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə müddətlərin bitməsi obyektiv xarakter daşıyır, yəni mülki hüquq münasibətlərinin subyektlərinin iradəsindən asılı deyil. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır. Buna görə də hazırkı halda, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor un zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməli olması halı qanunvericiliklə tənzimlənmişdir. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməli olmasına, kredit öhdəliyinin icrası vaxtının başa çatmasına, hazırkı iddianın isə bu tarixdən xeyli müddət sonra irəli sürülməsinə, zaminliyə xitam verildiyindən zamin hazırki vəziyyətdə Bank qarşısında məsuliyyət daşıyıb-daşımamasına apellyasiya instansiyası məhkəməsi münasibət bildirməmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələ blərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə iddianın təmin edilmiş hissəsində ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 419, 420, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli 2(107)1592/2019 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2351/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2351/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver