Məhkəmə qərarları › İş №2(102)-2352/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2352/2019

03.04.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2352/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.10.2018-ci il tarixli 2(103)1649/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 30 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə, iş № 2(011)-8528/2016) İddiaçı Cavabdeh-yə qarşı iddiası qismən təmin edilərək ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 19-cu mərt əbəsində ümumi sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı 85 saylı mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, mənzilin açarının İddiaçı təqdim edilməsi, mənzildə təmir işlərinin aparılmasına şərait yaradılması, mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılmasının MMC-yə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər: N.Ş.Cəfərov, C.İ.Səfiyeva və V.T.Həsənov, iş № 2(103)10083/2016) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Xətai rayon məhkəməsinin 30 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 may 2017-ci il tarixli qərarı ilə (hakimlər: G.A.Quliyev, Q.Ə.Allah verdiyev və Ə.Ə.Əliyev, iş № 2(102)3161/2017) Cavabdeh–nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən işə 3-cü şəxs kimi cəlb edilmiş X6 vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək mübahisəli mənzilə dair İddiaçı ilə MMC arasında bağlanmış 11 avqust 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin ona təhvil verilməsi və s. tələblərlə məhkəmədə iddia qaldırmasını əsas göstərməklə həmin işə baxılana kimi hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2017-ci il tarixli qərardadı ilə İddiaçı MMC-yə qarşı olan iddia tələbi üzrə işin icraatı X3 iddiası ilə olan iş üzrə yekun qərar çıxarılanadək dayandırılmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsi ilə X3 cavabdehlər İddiaçı və MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir. A.Y.Talıbova həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qərardadı ilə A.Y.Talıbovanın iddiası üzrə olan mülki iş İddiaçı iddiası üzrə olan mülki işlə bir icraatda birləşdirilmişdir. Hər iki işə bir icraatda baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.N.İmanov) Bakı şəhəri Xətai rayon məhkəməsinin 30 avqust 2016-cı və 06 aprel 2018ci i l tarixli qətnamələri ləğv edilmiş, İddiaçı Cavabdeh–yə qarşı mənzilin onun sahiblik və istifadəsinə verilməsinə dair iddiasının rədd edilməsi, X3 iddiasının təmin edilərək Cavabdeh ilə İddiaçı arasında bağlanmış 11 avqust 2011-ci il tarixli mübahisəli mənzilə dair müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin X5 təhvil verilməsi, mənzilə onun sahiblik və istifadə hüququnun tanınması və Nın mənzildən istifadə etməsinə, mənzilə girib-çıxmasına maneçilik törədilməsinin Cavabdeh-yə qadağan edilməsi qət edilmişdir. İşin halları: ünvan 2 ünvanda inşa edilmiş 4 saylı yaşayış binasının 19-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 226,6 kv.metr təşkil edən 5 otaqlı 85 saylı mənzili Cavabdeh-yə məxsus olmuş və 11 avqust 2011-ci il tarixdə həmin mənzilə dair MMC ilə İddiaçı arasında müqavilə b ağlanmışdır. Həmin müqaviləyə əsasən MMC mənzili İddiaçı təhvil vermək, sonuncu isə mənzilin dəyərini təşkil edən 118.000 manatı MMC-yə ödəmək barədə üzərlərinə öhdəlik götürmüşlər. 11 avqust 2011-ci il tarixdə MMC tərəfindən mənzilin dəyərinin İddiaçı tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. 2016-cı ilin iyul ayında İddiaçı mənzilin onun sahiblik və istifadəsinə verilməsi barədə MMC-yə qarşı iddia qaldırmış və Xətai rayon məhkəməsinin 30 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2016-cı il tarixli qətnaməsindən MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan ərəfədə X6 2017-ci ilin aprel ayın ın 25-də İddiaçı və MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilə dair İddiaçı əvvəl – 24 aprel 2008-ci il tarixdə MMC ilə onun arasında müqavilənin bağlanmasını və mənzilin tam dəyərinin onun tərəfindən ödənilməklə bunun MMC tərəfindən verilmiş maliyyə arayışı ilə təsdiq olunmasını əsas göstərməklə MMC ilə İddiaçı arasında bağlanmış 11 avqust 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin ona təhvil verilməsi, mənzilə onun sahiblik və istifadə hüququnun tanınması, mənzildən istifadə etməsinə, mənzilə giribçıxmasına maneçilik törətmələrinin cavabdehlərə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin işə baxılana qədər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 may 2017-ci il tarixli qərarı ilə İddia çı iddia tələbinin təmin olunmasına dair Xətai rayon məhkəməsinin 30 avqust 2016-cı il tarixli qətnaməsini dəyişdirmədən saxlamış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Bundan sonra Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsi ilə X3 iddia tələbi rədd olunmuş və N qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qərardadı ilə hər iki iş bir icraatda baxılaraq mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi, Nın iddia tələbinin rədd, onun iddia tələbinin isə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, digər iddiaçı Nın vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh-nin nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə kollegiyası tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismə n təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi Nın iddia tələbini təmin, İddiaçı iddia tələbini isə rədd edərkən mübahisəli mənzilə dair müqavilənin N ilə 24 aprel 2008-ci il tarixdə bağlanmasına və bununla əlaqədar Nın həmin mənzilə sahiblik və istifadə hüququnu əldə etməsinə və belə vəziyyətdə həmin mənzilə dair İddiaçıla 11 avqust 2011-ci il tarixdə müqavilə bağlanmasının mülki qanunvericiliyin normalarına zidd olmasına əsaslanmışdır. Kollegiya hesab edir ki, məhkəmə kollegiyas ının həmin nəticəsi səthi araşdırılmış və birtərəfli qiymətləndirilmiş sübutlara əsaslandığından qətnamə qanuni sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmən in iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həllinə yalnız N ilə mənzilə dair müqavilənin daha əvvəlki tarixə bağlanması baxımından yanaşmış, bu zaman işin diqqət çəkən bir sıra hallarını və həmin müqavilənin ondan sonra bağlanmasına dair İddiaçı dəlillərini yoxlamamış, onlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verməmişdir. İş materiallarından görünür ki, İddiaçı mənzilin ona təhvil verilməsi tələbi ilə məhkəməyə 2016-cı ilin iyul ayında müraciət etmiş, lakin həmin iddia tələbi üzrə cavabdeh olan Cavabdeh həmin mənzilə dair ondan əvvəl N ilə müqavilə bağlanmasını nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində bildirməmişdir. Həmin instansiyalarda verdiyi izahatlarında və birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində MMC-nin nümayəndəsi tərəfindən yalnız İddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməməsi iddia edilmişdir. Halbuki iş materiallarında olan MMC-nin verdiyi maliyyə arayışı İddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməməsinə dair MMC-nin göstərdiklərini təkzib edir və işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən də belə bir hal müəyyən olunmamışdır. İddiaçı görə mənzilə dair müqavilə əvvəlcə onunla bağlanmış, N ilə müqavilə isə MMC ilə aralarında məhkəmə mübahisəsi başladıqdan sonra, lakin əvvəlki tarixə bağlanmışdır. MMC-nin və eləcə də Nın işə birinci instansiya məhkəməsində baxılana qədər olan d avranışları İddiaçı həmin dəlillərinin yoxlanılmasını tələb etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə heç bir araşdırma aparmamış, mənzilə dair N ilə müqavilənin olması barədə həm onun və həm də MMC-nin susmasının səbəblərini aydınlaşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.2-ci maddəsinə görə əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından görünür ki, İddiaçıla bağlanmış 11 avqust 2011-ci il tarixli müqavilədə mənzilin 1 kv.metrinin dəyəri 521 manat göstərilməklə mənzilin ümumi dəyəri həmin hesabla ondan alınmasına baxmayaraq, N ilə ondan təxminən üç il əvvəl - 24 aprel 2008-ci i l tarixdə bağlanmış müqavilədə mənzilin 1 kv.metrinin dəyəri 900 manat göstərilmişdir. Lakin məhkəmə kollegiyası tərəfindən nə bunun səbəbləri nə də N tərəfindən müqavilədə göstərilən 203.940 manatı hansı qaydada və hansı hesaba ödəməsi aydınlaşdırılmamış və bu məqsədlə bankın müvafiq maliyyə sənədləri tədqiq edilməmişdir. İşdən həmçinin görünür ki, hazırda MMC-nin direktoru işləyən şəxs həmin dövrdə MMCnin baş mühasibi vəzifəsində işləmiş, lakin göstərilən məsələlərə aydınlıq gətirilməsi üçün onun dindirilməsi təmin edilməmişdir. İşdən görünür ki, İddiaçıla bağlanmış müqavilə yalnız tam çap olunmuş vəziyyətdə, müqavilənin nömrəsi, alıcının şəxsiyyət vəsiqəsinin məlumatları göstərilməklə tərtib olunmuş, N ilə bağlanmış müqavilə isə onun tarixinə, alıcının adına, mənzillə bağlı məlumatlara və mənzilin dəyərinə dair hissələrdə əlyazma şəklində yazılmışdır. Eyni zamanda həmin müqavilə nömrəsi göstərilmədən və şəxsiyyət vəsiqəsinə dair məlumatlar əks olunmadan yazılmışdır. Lakin bunun səbəbləri araşdırılmamış, müqaviləni tərtib edən şəxs müəyyən olunmamış, müqavilənin nə vaxt tərtib edilməsi aydınlaşdırılmamışdır. Lakin işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işin göstərilən mühüm hallarının yoxlanılmasını təmin etmədən işə baxmaqla MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Qanunun həmin normasına əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mübahisəli hüquq münasibətinin ya randığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Qanunun göstərilən norması yalnız qanuni əsaslarla mənzilə sahiblik və istifadə hüququnu əldə etmiş şəxs üçün həmin hüquqları yaratdığından iş üzrə həqiqətin müəyyən olunması mühüm əhəmiyyət kəsb edir. MMC-nin nümayəndəsi mənzilin Na təhvil verildiyini bildirsə də işdə bunu təsdiq edən sübutlar yoxdur və birinci instansiya məhkəməsi tərəfindən mənzilə baxış keçirilərkən bu öz təsdiqini tapmamışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi İddiaçıla bağlanmış müqaviləni et ibarsız sayarkən heç bir maddi hüquq normasına istinad etməmiş və həmin hissədə gəldiyi nəticəni qanunun tələbinə uyğun əsaslandırmamışdır. Məhkəmə kollegiyası eləcə də Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin əvvəlki vəziyyətlərinə qaytarılması imkanını müzakirə etməmişdir. Kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxıldığından mübahisəli hüquq münasibətində müəyyənliyin yaranması təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar